Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-433/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs X10 işə cəlb edilməklə sərəncamın ləğv olunması tələbinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh başçısının 18.11.2010-cu il tarixli, 291 saylı sərəncamının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının “ünvan 2 ünvanında mövcud qapının qarşısında tambur quraşdırılması haqqında” 18.11.2010-cu il tarixli, 291 saylı sərəncamına əsasən, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 140 ünvanında vətəndaş X3 məxsus 1 saylı mənzilin mövcud qapısının qarşısında tambur quraşdırılmasına icazə verilmiş, quraşdırma işlərinin müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında aparılmasına, işlər aparılarkən zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə, binanın konstruktuv elementlərinin qorunmasına və ərazinin sanitar təmizliyinin təmin edilməsinin vətəndaş A.A.Qubatova tapşırılmasına, sərəncamın surətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini Bakı şəhər Ərazi İdarəsinə və vətəndaş A.A.Qubatova göndərilməsinə sərəncam verilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının “ünvan 2 ünvanında mövcud qapının qarşısında tambur quraşdırılması haqqında” 18.11.2010-cu il tarixli, 291 saylı sərəncamı qəbul edilərkən, bu sərəncama əsas verən hallar kimi vətəndaş A.A.Qubatovun müraciəti və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin 08.11.2010-cu il tarixli, 18/03-8/2119 saylı məktubla mənzilin mövcud qapısının qarşısında tambur quraşdırılmasına dair təqdim olunmuş memarlıq-planlaşdırma həllinin razılaşdırması qeyd edilmişdir. O, X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 140 saylı evin, 1 saylı mənzilinin mövcud qapısının qarşısında tambur quraşdırılmasına dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08.11.2010-cu il tarixli, 18/03-8/2019 nömrəli razılıq məktubunun və Cavabdeh 18.11.2010-cu il tarixli, 291 nömrəli sərəncamının ləğv edilməsi barədə 20.11.2018-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmişdir. Həmin ərizəsinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmış, ərizəsinə cavab olaraq ona ünvanlanmış 03 dekabr 2018-ci il tarixli, 18/03-8/632 saylı məktubla bildirilmişdir ki, sakinlərin çoxsaylı şikayətlərini nəzərə alaraq yuxarıda qeyd olunan ünvanda tambur quraşdırılmasına icazə verilməsi barədə vətəndaş A.A.Qubatova dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08.11.2010-cu il tarixli, 18/03-8/2119 nömrəli razılıq məktubu 10.12.2010-cu il tarixli, 18/03-8/2278 nömrəli məktubla qüvvədən düşmüş hesab edilmiş, həmin vətəndaşa dair Cavabdeh 18.11.2010-cu il tarixli, 291 nömrəli sərəncamının ləğv edilməsi və ərazinin nəzarətdə saxlanılması məqsədi ilə Cavabdehnə müvafiq məktub göndərilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfinədn 10.12.2010-cu il tarixdə, 18/03-8/2278 saylı məktub Yasamal rayon İcra Başçısına ünvanlandırılmışdır və tikinti işlərinin aparılmasına dair Cavabdeh 18.11.2010-cu il tarixli, 291 saylı sərəncamının ləğv edilməsi və həmin ünvanın nəzarətdə saxlanılması xahiş edilmişdir. Beləliklə, Cavabdeh hələ 9 il bundan əvvəl məlumatlı idi ki, 18.11.2010-cu il tarixli, 291 saylı sərəncamın verilməsi üçün əsas olan razılıq məktubu ləğv edildiyindən, sərəncam ləğv edilməlidir. Buna baxmayaraq, Cavabdeh ona münasibətdə hərəkətsizlik göstərərək, bu istiqamətdə heç bir tədbir görməmişdir. Lakin, qarşı tərəfə münasibətdə isə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılma olmadan dəstək göstərilmiş, A.A.Qubatov nəinki sözügedən ünvanda qanunsuz tikinti-quraşdırma işləri aparmış, hətta çıxarış da, almışdır. Çıxarış alınması üçün ilkin sənəd olaraq şübhəsiz ki, sərəncama ehtiyac olur və bu da o deməkdir ki, Cavabdeh 18.11.2010-cu il tarixli, 291 saylı sərəncamı ləğv edilməmiş, icra hakimiyyəti tərəfindən şəxsin sözügedən ünvanda özbaşına və qanunsuz tikinti-quraşdırma işləri aparmasına göz yumulmuş, dəstək göstərilmişdir. Həmin sərəncam isə qüvvədə saxlandığı üçün, sonradan çıxarış almışdır. Halbuki, sərəncamın qəbulu üçün lazım olan əsas hal Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10.12.2010-cu il tarixli, 18/03-8/2278 saylı ləğv məktubu ilə tamamilə aradan qalxmışdır. Bu isə, sərəncamın ləğvi üçün əsas hesab edilən haldır. O, 10.09.2019-cu il tarixdə yenidən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət ünvanlamış və müraciətinə 24.09.2019-cu il tarixli, 03-Bİ/509 saylı cavab məktubu ilə bildirilmişdir ki, əvvəlki məktublarda bildirildiyi kimi, razılaşdırma məktubu ləğv edilmiş, sərəncamın ləğvi və ərazinin nəzarətdə saxlanılmaıs məqsədilə Cavabdehnə müvafiq məktub ünvanlanmışdır. Buna baxmayaraq, A.Qubatov tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun sənədləşmə aparılmadan, həmin ünvanda əlavə quraşdırma işləri görülmüş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27.01.2018-ci il tarixli çıxarışı ilə A.M.Şərifzadə 140, qapı 1 ünvanındakı ümumi sahəsi 132.2 kv.m olan (tamburun sahəsi də daxil olmaqla) qeyri-yaşayış sahəsi X5 mülkiyyətinə verilmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsində “Oba” market fəaliyyət göstərir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bu cavab məktubu ilə Cavabdeh Başçısından xahiş etmişdir ki, qeyd olunanları və qaldırılan məsələnin mülkiyyətlə bağlı olduğunu nzəərə alaraq, hüquqi zəmində araşdırma aparılması üçün adiyyəti üzrə məhkəməyə müraciət olunmasının məqsədəuyğunluğu ərizə müəllifinin nəzərinə çatdırılmaqla, göstərilən ünvana müvafiq nəzarətin təmin edilməsi üçün göstəriş versin. Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin çoxsaylı müraciətlərinin Cavabdehnə dəfələrlə ünvanlandırılmasına baxmayaraq, məsələnin həlli üzrə heç bir addım atılmamışdır, əksinə, sözügedən sahədə özbaşınalıq edilməsinə göz yumulmuşdur. O, bütün qeyd olunanlarla əlaqədar yenidən Cavabdehnə müraciət edərək, 18.11.2020-ci il tarixli, 291 nömərli sərəncamın ləğv edilməsini xahiş etmişdir. Həmin müraciətinə Yasamal raon İcra Hakimiyyəti Başçısının 04.12.2019-cu il tarixli cavabında qeyd edilib: “Cavabdeh Başçısının 18.11.2010cu il tarixli, 291 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, sərəncamın ləğv edilməsi məsələsinə qüvvəyə minmiş məhkəmə qərarı əsasında baxıla bilər. Bu səbəbdən iddiaları ilə bağlı məhkəməyə müraciət edə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-875/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərardadına əsasən X10 üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsi üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Cavabdeh Başçısı tərəfindən iddiaçıya ünvanlanmış 04.12.2019-cu il tarixli, M-3/8-149//8 H nömrəli məktubdan görünür ki, iddiaçının Cavabdeh Başçısının 18.11.2010-cu il tarixli, 291 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, sərəncamın ləğv edilməsi məsələsinə qüvvəyə minmiş məhkəmə qərarı əsasında baxıla bilər. Bu səbəbdən iddia ilə bağlı mülki qaydada məhkəməyə müraciət edə bilər. İşdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh başçısına ünvanlanmış 18/03-8/1248 nömrəli, 10.12.2010-cu il tarixli məktubdan görünür ki, sakinlərin çoxsaylı şikayətləri nəzərə alınaraq, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 140 saylı evin 1 saylı mənzilinin mövcud qapısının qarşısında X4 tərəfindən tambur quraşdırılmasına dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08.11.2010-cu il tarixli, 18/03-8/2119 saylı razılıq məktubu qüvvədən düşmüş hesab edilmişdir. Tikinti işlərinin aparılmasına dair Cavabdeh 18.11.2010-cu il tarixli, 291 saylı sərəncamının ləğv edilməsi və həmin ünvanın nəzarətdə saxlanılması xahiş olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 17.01.2019-cu il tarixli, 02-TH/57 nömrəli məktubdan görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 140 saylı evin, 1 saylı mənzilinin mövcud qapısının qarşısında tambur quraşdırılmasına dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ləğv olunmuş 08.11.2010-cu il tarixli, 18/03-8/2119 nömrəli razılıq məktubunun sonradan bərpa olunub-olunmaması barədə daxil olmuş 04.01.2019-cu il tarixli ərizəsinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Sakinlərin çoxsaylı şikayətlərini nəzərə alaraq, yuxarıda qeyd olunan ünvanda vətəndaş A.A.Qubatova tambur quraşdırılmasına icazə verilməsi ilə əlaqədar Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08.11.2010-cu il tarixli, 18/03-8/2119 nömrəli razılıq məktubu 10.12.2010-cu il tarixli, 18/03-8/2278 nömrəli məktubla qüvvədən düşmüş hesab edilmiş və bugünədək bərpa edilməmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh Başçısının 291 nömrəli, 18.11.2010-cu il tarixli sərəncamının surətindən görünür ki, Cavabdehnə A.M.Şərifzadə küçəsi 140 ünvanda 1 saylı mənzilin mülkiyyətçisi X4 müraciət edərək, mənzilin mövcud qapısı qarşısında təqdim olunmuş eskiz layihəsinə müvafiq tambur quraşdırılmasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi 08.11.2010-cu il tarixli. 18/03-8/2119 saylı məktubla mənzilin mövcud qapısının qarşısında tambur quraşdırılmasına dair təqdim olunmuş memarlıq-planlaşdırması həllini razılaşdırmışdır. Qeyd olunanlara əsaslanaraq: Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 140 ünvanda vət. X3 məxsus 1 saylı mənzilin mövcud qapısının qarşısında tambur quraşdırılmasına icazə verilmiş, quraşdırma işlərinin müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında aparılması, işlər aparılarkən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, binanın konstruktiv elementlərinin qorunması və ərazinin sanitar təmizliyinin təmin edilməsi A.A.Qubatova tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh Başçısına ünvanlanmış 13.02.2019-cu il tarixli, 03-Bİ/81 nömrəli məktubdan görünür ki, A.M.Şərifzadə küçəsi 134 və 140 saylı binaların arasında qanunvericiliyin tələblərinə zidd olaraq inşa edilmiş tikintilərlə bağlı müvafiq tədbirlər görülməsi barədə vətəndaş İddiaçı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkrar ünvanlanmış müraciətinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılaraq bildirilmişdir ki, göstərilənlərlə bağlı bir müddət öncə daxil olmuş müraciəti araşdırılaraq görülmüş tədbirlər barədə həmçinin vətəndaş İddiaçı məlumat verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdehnə 01.10.2018-ci il tarixli, 05/06-M-38-2208 nömrəli məktub göndərilmiş, lakin ərizə müəllifi müraciətində bu günədək rəsmi cavab almadığını bildirmişdir. Müraciətdə əksini tapmış xüsusatlara baxılaraq yol verilmiş pozultuların, çatışmamazlıqların və narazılıqlara səbəb olan amillərin aradan qaldırılması istiqamətində “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərindən irəli gələn müvafiq tədbirlərin görülməsi və nəticələr barədə həmçinin ərizəçiyə məlumat verilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh Başçısına ünvanlanmış 24.09.2019-cu il tarixli, 03-Bİ/509 nömrəli məktubdan görünür ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 140 ünvanındakı binanın 1-ci mənzilinin mövcud qapısının qarşısında tambur quraşdırılmasına dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08.11.2010cu il tarixli, 18/03-8/2119 nömrəli razılıq məktubunun ləğv edilməsinə baxmayaraq həmin ünvanda qanunsuz tikinti işlərinin aparılması barədə İddiaçı Dövlət Şəhərsalma və Arxitktura Komitəsinə ünvanlanmış 10.09.2019-cu il daxilolma tarixli müraciətinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Müəyyən edilmişdir ki, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin 08.11.2010-cu il tarixli, 18/03-8/2119 nömrəli razılıq məktubuna əsasən Cavabdeh 18.11.2010-cu il tarixli, 291 nömrəli sərəncamı ilə X2 mülkiyyətində olan A.M.Şərifzadə küçəsi 140 ünvanındakı binanın 1-ci mənzilinin mövcud qapısının qarşısında tambur quraşdırılmasına icazə verilmiş, lakin, sakinlərin çoxsaylı şikayətləri nəzərə alınaraq həmin ünvanda tambur quraşdırılmasına dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin yuxarıda göstərilən razılıq məktubu 10.12.2010-cu il tarixli, 18/03-8/2278 nömrəli məktubla qüvvədən düşmüş hesab edilmiş, sərəncamın ləğv edilməsi və ərazinin nəzarətdə saxlanılması məqsədilə Cavabdehnə müvafiq məktub ünvanlanmışdır. Buna baxmayaraq, A.Qubatov tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun sənədləşmə aparılmadan həmin ünvanda əlavə quraşdırma işləri görülmüş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27.01.2018-ci il tarixli çıxarışı ilə A.M.Şərifzadə küçəsi 140, qapı 1 ünvanındakı ümumi sahəsi 132.2 kv.m olan (tamburun sahəsi də daxil olmaqla) qeyri-yaşayış sahəsi X5 mülkiyyətinə verilmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsində “Oba” market fəaliyyət göstərir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 22.05.2017-ci il tarixli, 1325 nömrəli icarə müqaviləsi əsasında Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 134 və 140 saylı binaların yaxınlığında, “Oba” marketin qarşısında yerləşən 51 kv. m torpaq sahəsi 49 il müddətinə əriziə müəllifinin istifadəsinə verilmişdir. Qeyd olunanları və qaldırılan məsələnin mülkiyyətlə bağlı olduğunu nəzərə alaraq, hüquqi zəmində araşdırma aparılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunmasının məqsədəuyğunluğu ərizə müəllifinin nəzərinə çatdırılmaqla, göstərilən ünvana müvafiq nəzarətin təmin edilməsi üçün göstərişlərin verilməsi xahiş olunmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, hazırda sözügedən sərəncama əsasən quraşdırılmış tambur, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən qeyri-yaşayış sahəsi kimi X7 xüsusi mülkiyyətindədir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-493/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı X10 Bakı şəhər İcra Hakimiyyəti ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 və 140 saylı binaların yaxınlığında yerləşən torpaq sahəsinə dair 22 may 2017-ci il tarixli, 1325 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qeyri-qanuni özbaşına tikintinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 140 saylı binanın 1 saylı “mövcud” qapısının qarşısında X4 tərəfindən tambur quraşdırılmasına dair Memarlıq və Şəhərsalma Baş idarəsinin 08.11.2010-cu il tarixli, 18/03-8/2119 saylı razılıq məktubu qüvvədən düşdüyündən və X4 – heç bir göstərişə məhəl qoymadan – hətta quraşdırılma əvəzinə-özbaşına tikinti aparmış, yüzlərlə insanın yaşadığı giriş və çıxışı daraltdığı üçün – həmin özbaşına tikintinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə qarşılıqlı iddia üzrə iddiaçı iddiasına əlavə ilə müraciət edərək X3 18/03/8-2119 saylı razılıq məktubu hüquqi qüvvəsini itirdiyindən və heçbir hüquqi qüvvəyə malik olmadığından Cavabdeh 291 saylı sərəncamının ləğv edilmsəinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddiaya əlavəyə, yəni Cavabdeh 291 saylı sərəncamının ləğv edilməsi hissəsinə xitam verilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.09.2019-cu i ltarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə 18 iyun 2019-cu il tarixli qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 və 140 saylı binaların yaxınlığında yerləşən torpaq sahəsinə dair 22 may 2017-ci il tarixli, 1325 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 qarşı qeyri-qanuni özabşına tikintinin sökülməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmiş, iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Sözügedən qətnamədən ilkin iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, 291 saylı inzibati aktın razılıq məktubunun bugünədək bərpa olunmadığından, 291 saylı inziati aktın “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsas götürərək ləğv olunmasını və tikintinin özbaşına tikili olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasaml rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152-158, 324, 337-354, 700-cü və MPM-nin 14.2, 76.1, 77.1, 80, 81, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390, 420-ci maddələrinə istinadən hesab etmişdir ki, qətnamə qismən (ilk iddianın təmin edilən hissəsində) əsassızdır. Belə ki, ünvan 25 ünvanının X8 RX ******* saylı çıxarışa əsasən məxsus olan qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti, ölçüləri, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğu, habelə İddiaçı qeyri-yaşayış sahəsinin tikintisi üçün icarəyə verilmiş torpaq sahəsinin birbaşa iddiaçıya məxsus qeyri-yaşayış obyektinin (mağazanın) qarşısında yerləşdiyini, mağazaya giriş qapısının A.M.Şərifzadə küçəsi tərəfdən olduğunu nəzərə alaraq, icarəyə verilmiş torpaq sahəsində hər hansı bir obyektin (qeyri-yaşayış sahəsinin) tikiləcəyi təqdirdə, həmin tikilinin X.Qubatovaya məxsu qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaradacağı müəyyən edilmişdir. Hazırda cavabdeh tərəfindən tikintinin aparılmasına dair təsdiq edilmiş sənədlər (inşaat-tikinti layihə və s.) təqdim edilməmiş, real olaraq tikintinin aparılması müəyyən edilməmiş, ehtimallar (gələcəkdə yarana biləcək münasibətlər) əsasında mülki hüquqlarının təsdiqi və ya pozulmuş hüquqlarının müdafiəsi üçün əsaslar müəyyən edilməmişdir. İnzibati münasibətlərdən irəli gələn qarşılıqlı tələbin isə təmin edilməsi üçün, yönələn cavabdehə münasibətdə əsaslar müəyyən edilmədiyindən, tələbin yönəldiyi subyektiv tərkib və məhkəmə aidiyyəti səciyyəsinin mülki icraat həddində araşdırmanın yolverilməzliyi baxımından əsaslar müəyyən edilmir. Ona görə, tələblərin təmin edilməsinə maddi və prosessual əsaslar müəyyən edilmədiyindən, Bakı şəhəri İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməli, İddiaçı apelyasiya şikayəti qismən təmin edilməli, ilk iddianın təmin edilən hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən 2(103)-493/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə 18 iyun 2019-cu il tarixli qətnaməi qismən (ilk iddia ərizəsinin təmin edilən hissəsində) ləğv edilmiş, ilk iddia ərizəsi təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə ilk öncə iddia tələbinin növü və mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində nəzərdə tutulmuş - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) aiddir və həmin iddia növünün xüsusi mümkünlük şərtlərindən biri, mübahisələndirilən inzibati aktdan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verilməsidir. İş materiallarına əlavə olunmuş sənədlərdən və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı və həmin ərazidə məskunlaşan bir qrup sakinlərin şikayətləri nəzərə alınaraq, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 140 saylı evin 1 saylı mənzilinin mövcud qapısının qarşısında X4 tərəfindən tambur quraşdırılmasına dair Cavabdeh Başçısının 18.11.2010-cu il tarixli, 291 saylı sərəncamının verilməsinə əsas olmuş Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08.11.2010-cu il tarixli, 18/03-8/2119 saylı razılıq məktubu qüvvədən düşmüş hesab edilmiş və bu barədə Cavabdeh Başçısına məlumat verilərək sözügedən sərəncamın ləğv edilməsi və həmin ünvanın nəzarətdə saxlanılması xahiş edilmişdir. Bununla da, iddiaçı tərəfindən hesab edilmişdir ki, mübahisə öz həllini tapmış və sözügedən sərəncam ləğv edilmişdir. Lakin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində ilkin iddia üzrə iddiaçı X10 Bakı şəhər İcra Hakimiyyəti ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 və 140 saylı binaların yaxınlığında yerləşən torpaq sahəsinə dair 22 may 2017-ci il tarixli, 1325 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsinə dair tələb irəli sürdükdən sonra İddiaçı Bakı şəhəri Cavabdeh Başçısının 18.11.2010-cu il tarixli, 291 nömrəli sərəncamının qüvvədə olmasını və həmin sərəncama əsasən X7 qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını bilmiş, bundan sonra o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-381/2019 saylı iş üzrə qarşılıqlı iddia üzrə iddiaya əlavə ilə müraciət edərək, Bakı şəhəri Cavabdeh 291 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş etmiş, məhkəmənin 18 iyun 2019-cu il tarixli qərardadı ilə iddiaya həmin hissədə xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.09.2019-cu il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-381/2019 saylı işi üzrə 18 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı müvafiq ərizə (müraciətlə) cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinə 04.12.2019-cu il tarixli, M-3/8-149/8-H nömrəli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, sərəncamın ləğv edilməsi məsələsinə qüvvəyə minmiş məhkəmə qərarı əsasında baxıla bilər. Bu səbəbdən də, sərəncamın ləğv edilməsi tələbi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçı sözügedən imtina cavabını aldıqdan sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia tələbi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyəti üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə mübahisəli sərəncamın verilməsinə əsas olmuş “mənzilin mövcud qapısının qarşısında tambur quraşdırılmasına dair təqdim olunmuş memarlıq-planlaşdırması həlli razılaşdırılması” barədə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08.11.2010-cu il tarixli, 18/03-8/2119 saylı məktubu, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh Başçısına ünvanlanmış 18/03- 8/1278 nömrəli, 10.12.2010-cu il tarixli məktubla qüvvədən düşmüş hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işlərinin aparılmasına dair Cavabdeh 18.11.2010-cu il tarixli, 291 saylı sərəncamının ləğv edilməsi və həmin ünvanın nəzarətdə saxlanılması xahiş edilsə də, Cavabdeh tərəfindən faktiki olaraq hərəkətsizlik göstərilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və iddiaçı tərəfindən göndərilən müraciətlər nəzərə alınmamışdır. Göründüyü kimi, iş üzrə mübahisəli sərəncamın verilməsinə əsas olmuş sənəd çoxdan qüvvədən düşmüş və həmin sərəncamın ləğv edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdehnə müraciətlər ünvanlanmışdır. Hazırda sözügedən sərəncamın qüvvədə olması üçün heç bir əsas yoxdur. Bu səbəbdən də, iddia tələbi təmin edilərək, mübahisəli sərəncam ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının 291 №-li, 18.11.2010-cu il tarixli sərəncamı ləğv olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-433/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-433/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver