Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-433/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “Mingəçevir Günəşli” Turist Bazasının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı «müvafiq xərclərin ödənilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı “Mingəçevir Günəşli” Turist Bazasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Mingəçevir Günəşli” Turist Bazasının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı «müvafiq xərclərin ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı “Mingəçevir Günəşli” Turist Bazası cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iddiaçının məcburi köçkün və qaçqınlarına saxlamasına görə çəkdiyi xərclərin xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum hadisələrdən sonra Mingəçevir İddiaçı turist bazasında qaçqın və məcburi köçkünlər məskunlaşmışdır. Hazırda turist bazasında 244 nəfər qaçqın və məcburi köçkün yaşayır. Qaçqınlar məskunlaşdığı gündən onlara çəkilən xərclər Nazirlər Kabinetinin 257 saylı, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. xx.xx.2017-ci il tarixədək olan dövr ərzində Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən Turist Bazasında məskunlaşmış məcburi köçkünlərin xidmət xərcləri tərəfimizdən təqdim edilmiş hesab fakturaları əsasında ödənilmişdir. Lakin xx.xx.2017-ci il tarixdən sonra ödənişlər dayandırıldı. Buna görə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-617/2018 saylı, 13 iyun 2018-ci tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, cavabdeh Azərbaycan Respublikası Qaçqıların və X3 üzrə Dövlət Komitəsindən 49.918 manat məbləğində pul tutularaq «Mingəçevir Günəşli» Turist Bazasına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra uçün göndərilmiş və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmə qətnaməsi icra olunmuş, ödənişlərin verilməsi davam etdirilmişdir. Lakin xx.xx.2019-cu il tarixdən yenidən həmin ödənişlər dayandırılmışdır. Bu barədə dəfələrlə yenə də Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi müraciət edilsə də, heç bir nəticə verməmişdir. Turist bazası maliyyələşmədiyinə görə işçilərə əmək haqqı, sosial ödəmələri (əmlak vergisi, torpaq vergisi və s.) ödənişi aparılmamışdır. Bu isə işçilərin haqlı narazılığına səbəb olur və cərimələr hesablanır. Turist bazasında tamamilə qaçqınlar yaşadığına görə turist bazası fəaliyyətini tam dayandırmış və heç bir fəaliyyətlə məşğul olmur. Ona görə də yuxarıda göstərilən xərclər turist bazası tərəfindən ödənilə bilmir. Turist bazasında qaçqın və məcburi köçkünlər məskunlaşdıqdan bəri turist bazasında əsaslı və cari təmir işləri aparılmamış və bu məqsəd üçün Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən vəsait ayrılmamışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 69.726 (altmış doqquz min yeddi yüz iyirmi altı) manat məbləğində xərc yaranmışdır. Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsindən 66.226 (altmış altı min iki yüz iyirmi altı) manat pulun tutularaq “Mingəçevir Günəşli “Turist Bazasına ödənilməsinə və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3827/2021 saylı, xx.xx.2021ci il tarixli Qərardadı ilə iş üzrə icraata xitam verilməsi, həmin iddia tələbi ilə aiddiyyatı inzibati məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2545/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı inzibati işin ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1474/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2545/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan cavabdeh inzibati orqan tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1234/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(103)- 1474/2022 nömrəli qərardadı ləğv edilmiş və iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə qaytarıldıqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə yaranmış 69.726,00 (altmış doqquz min yeddi yüz iyirmi altı) manat borcun “Mingəçevir Günəşli” Turist Bazasına ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Mingəçevir Günəşli” Turist Bazası pretenziya məktubu ilə Komitəyə müraciət edərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək yaranmış 69.726 manat məbləğində xərclərin 5 gün ərzində ödənilməsini xahiş etmişdir. Müvafiq məktuba isə iddiaçı tərəfindən “Mingəçevir Günəşli” Turist Bazasında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə göstərilən xidmətə görə yarandığı iddia edilən borc məbləğini əks etdirən müsahibat sənədi əlavə edilmişdir. Sözügedən sənədə əsasən, 2019-cu il üçün “təsərrüfat xərcləri (işçilərin saxlanılması, DSMF, bank xidməti və s. xərclər)”, “sadələşdirilmiş vergi”, “torpaq vergisi”, “əmlak vergisi”, “məişət tullantılarının daşınması”, “bina və qurğuların saxlanması xərcləri” üzrə 14.360 manat məbləğində xidmət haqqı hesablanmışdır. 2020-ci il üçün “təsərrüfat xərcləri' (işçilərin saxlanılması, DSMF, bank xidməti və s. xərclər)”, “sadələşdirilmiş vergi”, “torpaq vergisi”, əmlak vergisi”, “məişət tullantılarının daşınması”, “bina və qurğuların saxlanması xərcləri” üzrə 37.000 manat məbləğində xidmət haqqı hesablanmışdır. 2021-ci il üçün “təsərrüfat xərcləri (işçilərin saxlanılması, DSMF, bank xidməti və s. xərclər)”, “sadələşdirilmiş vergi”, “torpaq vergisi”, “əmlak vergisi”, “məişət tullantılarının daşınması”, “bina və qurğuların saxlanması”, “Vergilər Nazirliyinə penya” üzrə 18.366 manat məbləğində xidmət haqqı hesablanmışdır. Yekun olaraq isə müvafiq sənəddə Komitə tərəfindən 69.726 manat məbləğində vəsaitin “Mingəçevir Günəşli” Turist Bazasının hesabına ödənilməli olduğu müəyyən olunmuşdur. Məhkəmənin diqqətinə çatdırırıq ki, sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərə xidmətlərin göstərilməsi ilə əlaqədar çəkilən faktiki xərclərin ödənilməsinə dair məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 7 iyun tarixli 257 nömrəli Sərəncamı ilə tənzimlənmişdir. “Qaçqınlar və məcburi köçkünlər yerləşdirilmiş sanatoriyalarda, pansionatlarda, turist bazalarında, istirahət evlərində və başqa ictimai yerlərdə yemək xərcindən əlavə xidmət xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 7 iyun tarixli 257 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, sanatoriya, profilaktoriya, istirahət evləri, turist bazaları və başqa ictimai yerlərdə müvəqqəti yerləşdirilmiş qaçqın və məcburi köçkünlərə göstərilən xidmətlərin (yeməkdən əlavə) haqqının faktiki xərclər həcmində ödənilməsi müəyyən edilmişdir. Müvafiq Sərəncamın 2-ci hissəsinə əsasən, xidmət xərcləri respublika büdcəsinin vəsaiti hesabına Qaçqınların və X3 üzrə Dövlət Komitəsi vasitəsilə ödənilir. Həmin Sərəncamın 3-cü hissəsinə əsasən, Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən nəzarət hüququnu həyata keçirmək məqsədilə xidmət xərclərinin məbləğinin dəqiqləşdirmək üçün, sanatoriya, profilaktoriya, istirahət evləri, turist bazaları və başqa ictimai yerlər tərəfindən həmin xərclərlə əlaqədar olan lazımi planmühasibat sənədləri və smetaları vaxtında Dövlətqaçqınkoma təqdim edilir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 7 iyun tarixli 257 nömrəli Sərəncamında məhz qaçqın və məcburi köçkünlərə göstərilən xidmətlərin (yeməkdən əlavə) haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulsa da, iddiaçı “Mingəçevir Günəşli” X5 məcburi köçkünlərə xidmətlərin göstərilməsi ilə bağlı olmayan digər xərclərin, belə ki, müəssisənin işçilərinin saxlanılmasına, DSMF-ə ödənişlərə, bank xidmətlərinə, sadələşdirilmiş, torpaq və əmlak vergisinə, hətta “Vergilər Nazirliyinə penya”ya görə çəkilən xərclərin ödənilməsini tələb etmişdir. Halbuki, müvafiq Sərəncamda yalnız “qaçqın və məcburi köçkünlərə göstərilən xidmətlərin (yeməkdən əlavə) haqqının faktiki xərclər həcmində ödənilməsi” müəyyən olunmuşdur. İddiaçı tərəfindən Komitədən tələb edilən müvafiq ödənişlər məcburi köçkünlərə göstərilən xidmətlərin faktiki xərcləri olaraq qiymətləndirilmir və heç bir təsdiqedici sənədlə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsində aparılmış nəzarət tədbirləri ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ünvanlanmış məktubda qeyd olunmuşdur ki, sıx məskunlaşma yerlərində məcburi köçkünlərə göstərilən xidmətlərin haqqının ödənilməsi onların müvəqqəti məskunlaşdığı müəssisələr tərəfindən təqdim edilmiş smeta xərclərinə və ya hesab-faktura sənədlərinə əsasən deyil, faktiki xərclər əsasında həyata keçirilməlidir. Qüvvədə olan hüquqi tənzimləmədən göründüyü kimi, istehlak olunan xidmətlərin dəyərinin ödənilməsi mövcud qanunvericilik çərçivəsində təsdiqedici sənədlər əsasında həyata keçirilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 6-cı bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydada, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların saxlanılması və təmiri ilə əlaqədar məsələlərin məhz həmin binaların balansında olduğu müəssisə tərəfindən həyata keçirilməli olduğu qeyd olunsa da, iddiaçı “bina və qurğuların saxlanması” ilə bağlı xərclərin ödənilməsini əsassız olaraq Komitədən tələb etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı “Mingəçevir Günəşli” Turist Bazası tərəfindən sözügedən binanın saxlanılması və ya təmiri ilə bağlı heç bir tədbir həyata keçirilmir. Belə ki, Komitənin Mingəçevir şəhəri üzrə yerli bölməsi tərəfindən təqdim edilmiş məlumata əsasən, sözügedən turist bazasında müvəqqəti məkunlaşmış məcburi köçkünlər dəfələrlə Komitənin müvafiq yerli bölməsinə müraciət edərək, həmin binanın saxlanılması, təmiri və abadlaşdırılması ilə əlaqədar işlərin “Mingəçevir Günəşli” Turist Bazası tərəfindən deyil, məhz məcburi köçkünlərin öz hesabına görüldüyünü bildirmişdirlər. Əlavə olaraq bildiririk ki, iddiaçı Bakı inzibati Məhkəməsinə ünvanlanmış iddia ərizəsində ‘məcburi köçkünlərin və qaçqınların saxlanılmasına görə” xərclərin ödənilməsini tələb etsə də, sözügedən binada hazırda heç bir qaçqın ailəsi məskunlaşmamış, yalnız məcburi köçkün ailələri müvəqqəti məskunlaşmışdır. Bu, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla əlaqədar qeyri-dəqiqliklərlə yol verməsini bir daha sübut edir. İddiaçı tərəfindən həmin binada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin məişət tullantılarının daşınmasına görə çəkilən xərclərin ödənilməsi də irəli sürülmüşdür. Halbuki həmin turist bazasında məskunlaşmış məcburi köçkünlərə iddiaçı tərəfindən məişət tullantılarının daşınması ilə əlaqədar heç bir xidmət göstərilmir. Qeyd olunmalıdır ki, məcburi köçkünlər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması ilə bağlı ödənişlərin həyata keçirilməsi ilə əlaqədar məsələlər aşağıdakı normativ hüquqi aktlarla tənzimlənir: Azərbaycan Respublikasının Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017- ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Həmin Fərmanın 1-1-ci hissəsinə əsasən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 2017-ci il tarixli 55 nömrəli “Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında” Qərarına əsasən, faktiki istehlakçıların müvəqqəti məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları tərəfindən istehlakçıların hər il yanvarın 1-nə ümumi adlı siyahısı, artma və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabat hazırlanıb təsdiq edilir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Komitəyə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi aidiyyəti rayon (şəhər) icra hakimiyyətləri və kommunal xidmət təşkilatlan ilə birlikdə hər ay bu qərarın 3-cü hissəsində göstərilən şəxslər tərəfindən faktiki istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması üzrə üzləşdirmə aktının tərtib edilməsini və həmin kommunal xidmətlərinə görə haqların faktiki göstəricilər nəzərə alınmaqla, müəyyən edilmiş limitlər daxilində mərkəzləşmiş qaydada aidiyyəti kommunal xidmət təşkilatlarına ödənilməsini təmin edir. Göründüyü kimi, pansionat, sanatoriya və ya turist bazaları kimi sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlər tərəfindən faktiki istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması üzrə haqlar dövlət büdcəsinin vəsaiti hesabına Komitə tərəfindən aidiyyəti kommunal xidmət təşkilatlarına ödənilir. Digər mühüm məqam isə Komitənin ödəməli olduğunu iddia etdiyi xərc məbləği ilə bağlı məhz iddiaçının özünün nümayiş etdirdiyi qeyri-dəqiqlikdir. Belə ki, iddiaçı Komitəyə ünvanlanmış pretenziya məktubunda çəkilən xərc məbləğinin 69.726 manat, Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış iddia ərizəsində isə 66.226 manat olduğunu qeyd etmişdir. Müvafiq mühasibat sənədlərinin 3.500 manat məbləğində fərqlə müşayiət olunması onun düzgün tərtib olunmamasını təsdiq edərək, əsassızlığını bir daha sübut edir. Yuxarıda yazılanlara əsasən bildiririk ki, iddiaçı “Mingəçevir Günəşli” Turist Bazası tərəfindən sözügedən turist bazasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə heç bir xidmət göstərilmədiyindən, iddiaçı tərəfindən təqdim edilmiş mühasibat sənədlərində qeyd olunan xərc məbləğləri qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmədiyindən, sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar dövlət büdcəsinin vəsaiti hesabına aidiyyəti təşkilatlara ödənildiyindən, iddiaçının “məcburi köçkün və qaçqınların saxlanılmasına görə çəkilən xərclərin ödənilməsi” tələbi məhkəmə tərəfindən təmin edilməməlidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 257 nömrəli xx.xx.1993-cü il tarixli Sərəncamının surəti; - “Mingəçevir Günəşli” Turist Bazasının Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ünvanlanmış məktublarının surəti; - “Mingəçevir Günəşli” Turist Bazasının ştat cədvəli; - Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının xx.xx.2019-cu il tarixli 2-1 nömrəli Kollegiyanın qərarının surəti; - Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının xx.xx.2019-cu il tarixli 10 nömrəli Ştat cədvəli haqqında Əmri; -İşçilərin əmək haqqı cədvəlləri; - Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 02/2931 nömrəli xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər; - Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Bildirişlərinin surəti; - Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının Təmir-Tikinti Sahəsinin xx.xx.2022-ci il tarixli 2 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; - Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının xx.xx.2019-cu il tarixli 2-1 nömrəli Kollegiyanın qərarına əsasən Şəki “Soyuq bulaq” TEB-nin, Hacıkənd “Göy göl”, Mingəçevir İddiaçı turist bazalarının və "xxxx" MMCnin təqdim etdikləri yeni ştat cədvəlləri 01 sentyabr 2019-cu il tarixdən təsdiq edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublika Turizm və Ekskursiyalar Şurasının xx.xx.2019-cu il tarixli 10 nömrəli Əmri ilə Mingəçevir İddiaçı Turist bazasının ştat cədvəli aylıq əmək haqqı fondu 1680 (bir min altı yüz səksən) manat olmaqla 6 ştat vahidi həcmində təsdiq olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının xx.xx.2019-cu il tarixli 1-1 nömrəli Kollegiyanın qərarı ilə Mingəçevir İddiaçı Turist bazasının ştat cədvəli - 10 ştat vahidi həcmində təsdiq olunmuşdur. Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının Təmir-Tikinti Sahəsinin xx.xx.2022-ci il tarixli 2 nömrəli məktubuna əsasən Mingəçevir İddiaçı Turist bazasında 2019-cu ildə 4000 manatlıq, 2020-ci ildə 3000 manatlıq və 2021-ci ildə 3067 manatlıq, cəmi 10067 (on min altmış yeddi) manatlıq təmir-tikinti işləri aparılmışdır. Mingəçevir İddiaçı Turist bazasının maliyyə vəsaiti olmadığına görə bu günə kimi yuxarıda göstərilən məbləğ ödənilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 02/2931 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən Mingəçevir şəhəri İddiaçı turist bazasının ərazisində Ağdam, Kəlbəcər və Laçın rayonlarından olan məcburi köçkün ailələri erməni işğalından sonra (1992-1993-cü illər) məskunlaşmışdır. Hazırda İddiaçı turist bazasının ərazisində 48 ailə, 194 nəfər faktiki olaraq məskunlaşmışdır. Ümumilikdə isə 62 ailə 247 nəfər həmin ünvanda müvəqqəti qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı turist bazası üçün 2019-2021-ci illər üzrə ödənilmiş vəsaitin təsdiqedici sənədlərin surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan, ********** nömrəli Ödəniş sənədindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “Mingəçevir Günəşli” turist bazasının müvafiq hesabına xx.xx.2019-cu il tarixdə 2000 (iki min) manat ödəniş edilmişdir. İş materiallarında olan, ********** nömrəli Ödəniş sənədindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “Mingəçevir Günəşli” turist bazasının müvafiq hesabına xx.xx.2019-cu il tarixdə 1000 (bir min) manat ödəniş edilmişdir. İş materiallarında olan, ********** nömrəli Ödəniş sənədindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “Mingəçevir Günəşli” turist bazasının müvafiq hesabına xx.xx.2019-cu il tarixdə 2000 (iki min) manat ödəniş edilmişdir. İş materiallarında olan, ********** nömrəli Ödəniş sənədindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “Mingəçevir Günəşli” turist bazasının müvafiq hesabına xx.xx.2019-cu il tarixdə 2000 (iki min) manat ödəniş edilmişdir. İş materiallarında olan, ********** nömrəli Ödəniş sənədindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “Mingəçevir Günəşli” turist bazasının müvafiq hesabına xx.xx.2020-ci il tarixdə 1000 (bir min) manat ödəniş edilmişdir. İş materiallarında olan, ********** nömrəli Ödəniş sənədindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “Mingəçevir Günəşli” turist bazasının müvafiq hesabına xx.xx.2021-ci il tarixdə 2000 (iki min) manat ödəniş edilmişdir. İş materiallarında olan, ********** nömrəli Ödəniş sənədindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “Mingəçevir Günəşli” turist bazasının müvafiq hesabına xx.xx.2021-ci il tarixdə 4000 (dörd min) manat ödəniş edilmişdir. İş materiallarında olan, ********** nömrəli Ödəniş sənədindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “Mingəçevir Günəşli” turist bazasının müvafiq hesabına xx.xx.2021-ci il tarixdə 2000 (iki min) manat ödəniş edilmişdir. İş materiallarında olan, ********** nömrəli Ödəniş sənədindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “Mingəçevir Günəşli” turist bazasının müvafiq hesabına xx.xx.2021-ci il tarixdə 4000 (dörd min) manat ödəniş edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən “Mingəçevir Günəşli” turist bazasının müvafiq hesabına 2019-cu il üçün cəmi 7000 (yeddi min) manat, 2020-ci il üçün cəmi 1000 (bir min) manat, 2021-ci ilin iyun ayından dekabr ayına kimi isə cəmi 12.000 (on iki min) manat ödəniş edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə yaranmış 69.726,00 (altmış doqquz min yeddi yüz iyirmi altı) manat borcun “Mingəçevir Günəşli” Turist Bazasına ödənilməsini tələb edir. İddiaçı tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, tələb edilən məbləğ cavabdeh inzibati orqan tərəfindən 2019-cu il üçün cəmi 7000 (yeddi min) manat, 2020-ci il üçün cəmi 1000 (bir min) manat ödənilmiş məbləğ nəzərə alınmaqla qeyd edilmişdir (77.726,00-8.000,00= 69.726,00). İş materiallarına əlavə edilmiş 2019-cu il üçün işçilərin əmək haqqı cədvəlinə əsasən oktyabr-dekabr ayları üçün 7034,69 manat, 2020-ci il üçün işçilərin əmək haqqı cədvəlinə əsasən yanvar-dekabr ayları üçün 33237 manat, 2021-ci il üçün işçilərin əmək haqqı cədvəlinə əsasən yanvar-may ayları üçün 8961 manat işçilərə əmək haqqı ödənilməlidir. İş materiallarında olan Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, "GÜNƏŞLİ" Turist Bazasnın (VÖEN: **********) xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə (və ya müvafiq fondlara) ödənilməmiş borcu aşağıdakı kimidir: - Vergilər üzrə 3 761,97 manat əsas, 1 089,34 manat faiz borcu; - Məcburi dövlət sosial sığorta haqları üzrə 13 873,26 manat əsas, 4 493,51 manat penya borcu; - İşsizlikdən sığorta haqları üzrə 380,12 manat əsas, 205,87 manat penya borcu; - İcbari tibbi sığorta haqları üzrə 566,05 manat əsas, 193,84 manat faiz borcu. Məhkəmə iş üzrə toplanmış və iş materiallarına əlavə edilmiş sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövr ərzində ona ödənilən məbləğ (səkkiz min manat) nəzərə alınmaqla yaranmış 69.726,00 manat borcun ödənilməsini tələb edir, həmin borcun mövcud olması iş materiallarında olan ştat cədvəlindən, işçilərə ödənilməli olan əmək haqqı cədvəllərindən, vergilər, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta haqları ilə bağlı müvafiq sənədlərlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1993-cü il 257 nömrəli “Qaçqınlar və məcburi köçkünlər yerləşdirilmiş sanatoriyalarda, pansionatlarda, turist bazalarında, istirahət evlərində və başqa ictimai yerlərdə yemək xərcindən əlavə xidmət xərclərinin ödənilməsi haqqında” Sərəncamın 1-ci hissəsinə əsasən, sanatoriya, profilaktoriya, istirahət evləri, turist bazaları və başqa ictimai yerlərdə müvəqqəti yerləşdirilmiş qaçqın və məcburi köçkünlərə göstərilən xidmətlərin (yeməkdən əlavə) haqqının faktiki xərclər həcmində ödənilməsi müəyyən edilmişdir. Həmin Sərəncamın 2-ci hissəsinə əsasən, xidmət xərcləri respublika büdcəsinin vəsaiti hesabına Qaçqınların və X3 üzrə Dövlət Komitəsi vasitəsilə ödənilir. Həmin Sərəncamın 3-cü hissəsinə əsasən, Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən nəzarət hüququnu həyata keçirmək məqsədilə xidmət xərclərinin məbləğinin dəqiqləşdirmək üçün, sanatoriya, profilaktoriya, istirahət evləri, turist bazaları və başqa ictimai yerlər tərəfindən həmin xərclərlə əlaqədar olan lazımi plan-mühasibat sənədləri və smetaları vaxtında Dövlət qaçqınkoma təqdim edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən “Mingəçevir Günəşli” turist bazasının hesabına müəyyən dövrlər üzrə müvafiq məbləğlər köçürüldüyündən, X4 bazasında 1993-cü ildən qaçqın və məcburi köçkünlər məskunlaşması, bununla da turbazanın öz fəaliyyətini tam dayandırması, Nazirlər Kabinetinin 257 saylı, 07 iyun 1993-cü il tarixli Sərəncamına əsasən turbazanın bütün xərclərini Azərbaycan Respublikası Qaçqın və X3 üzrə Dövlət Komitəsi maliyyələşdirməsi, ştat cədvəlinə uyğun olaraq işçilərə ödənilməli olan əmək haqqının, həmçinin müvafiq ödəmələrin (vergilər, Məcburi dövlət sosial sığorta haqları və s.) ödənilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə yaranmış 69.726,00 (altmış doqquz min yeddi yüz iyirmi altı) manat borcun “Mingəçevir Günəşli” Turist Bazasına ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə yaranmış 69.726,00 (altmış doqquz min yeddi yüz iyirmi altı) manat borcun “Mingəçevir Günəşli” Turist Bazasına ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev