Məhkəmə qərarları › İş №2-1(112)-4331/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4331/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4331/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh 3 saylı Bakı «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh 3 saylı Bakı «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə doğulan övladına soyad qrafasında “Həşim”, ad qrafasında “Əsad”, ata adı qrafasında “Rəşad”, doğum tarixi “xx.xx.2023-cü il”, doğulduğu yer “Azərbaycan Respublikası, Bakı şəhəri”, ata qrafasında “İddiaçı, ana qrafasında “X1”, milliyəti “azərbaycanlı” kimi qeyd edilməklə, doğum akt qeydinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin (onların nümayəndələlərinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı dəftərxana vasitəsilə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə bildirilmişdir ki, mübahisə üzrə iddia tələbi cavabdeh tərəfindən təmin edilmişdir. Odur ki, iddiaçı və cavabdeh arasında mübahisə həll edildiyi, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı əsası ilə AR İPM-in 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iş materiallarını və iddiaçı tərəfin ərizəsini araşdıraraq hesab edir ki, İddiaçı tələbi üzrə övladı xx.xx.2023-cü il tarixdə doğulmuş X2 doğumunun dövlət qeydiyyatına alınması təmin edildiyindən və iddianın mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 3 saylı Bakı «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verə bilərlər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar