Məhkəmə qərarları › İş №2-1(112)-4332/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4332/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4332/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Dilbər İsmaylovanın doğum haqqında akt qeydinə dəyişiklik edilməsi barədə ərizə ilə cavabdeh Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh 25 noyabr 2023-cü il tarixli, 316-5/Ə-1353-23/75 məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Dilbər İsmaylovanın xx.xx.1960-cı il tarixli 52 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşaq haqqında məlumat qrafasında ata adının, habelə ata haqqında məlumat qrafasının boş olduğu məlum olmuşdur. xx.xx.1960-cı il tarixli 52 saylı doğum haqqında akt qeydi əsasında yazılmış ll- ИЕ seriyalı 042558 nömrəli doğum haqqında şəhadətnamədə ata adının “Cəlil” yazıldığı məlum olmuşdur. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 425 saylı ölümü haqqında akt qeydində ata adı “Cəmil” yazılmışdır. Yuxarıda göstərilənlərə əsasən sənədlər arasında ziddiyyət olduğu üçün ərizənin təmin olunması mümkün olmamışdır və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş İ-ЖГ №488308 nömrəli boşanma haqqında şəhadətnamədə və 2 saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən tərtib edilmiş ölüm haqqında şəhadətnamədə düzəliş edilərək mərhum X2 X1 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizələr təqdim edərək, yekunda məhkəmədən xx.xx.1990-cı il tarixli, 874 nömrəli boşanma nikah haqqında akt qeydinə və xx.xx.2018-ci il tarixli 425 nömrəli ölüm haqqında akt qeydində dəyişiklik edilərək mərhum X3 atasının adının “Cəmil”dən “Cəlil”ə düzəliş edilməsi və bu barədə yeni boşanma və ölüm haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək İsmayılova Dilbərin doğum haqqında arayışının verilməsini xahiş etmişdir. Həmin tarixdə sözügedən inzibati orqandan 316-5/ə-1353-23/15 №-li məktubla Dilbər İsmayılovanın xx.xx.2023-cü il tarixli 52 saylı doğum haqqında aktında uşaq haqqında məlumat qrafasında ata adının, habelə ata haqqında məlumat qrafasının boş olduğu, xx.xx.1960-cı il tarixli 52 saylı doğum haqqında akt qeydi əsasında yazılmış İİ- ИЕ seriyalı 042558 nömrəli doğum haqqında şəhadətnamədə ata adının “Cəlil” yazıldığı, 2 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 425 saylı ölüm haqqında akt qeydində ata adı “Cəmil” yazıldığını qeyd edərək, sənədlər arasında ziddiyyət olduğu üçün ərizənin təmin olunmasınının mümkün olmamasını və aidiyyatı üzrə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Həmin məktubun da məzmunundan göründüyü kimi, doğum haqqında arayışın iddiaçıya verilməsi üçün ata adı dəqiqləşdirilərək, təsdiq edilməlidir. Bunun üçün xx.xx.1960-cı il tarixli 52 saylı doğum haqqında akt qeydi əsasında yazılmış П-ИЕ seriyalı 042558 nömrəli doğum haqqında şəhadətnamədə əks olunmuş ata adının mötəbərliyi və doğruluğunun müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəməyə qoşma olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan göründüyü kimi, ‘‘Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 (mərhumə İsmayılova Dilbərin anası) aid xx.xx.1996-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılaraq nikah haqqında akt qeydi aşkarlanmadığı əks olunmuşdur. Bununla yanaşı, məhkəməyə qoşma olaraq təqdim edilmiş ölüm haqqında şəhadətnamə (Mehdiyeva Dilbər ‘‘Cəmil” qızı) və xx.xx.2018-ci il tarixli nikah haqqında arayış (xx.xx.1980-ci tarixdə İsmayılova Dilbər ‘‘Cəmil” qızı ilə X12 arasında nikah aktının bağlanması və sözügedən tərəflərə Mehdiyev Mehdiyeva soyadlarının verilməsi ilə bağlı) və boşanma haqında şəhadətnamədə (xx.xx.1990-cı il tarixli; № 488307) mərhumə İsmayılova Dilbərin ata adı “Cəmil" adı qeyd edilmişdir. Ancaq qoşma olaraq məhkəməyə təqdim olunmuş, mərhum İsmayılova Dilbərin qardaşı X7 1709 №-li Doğum haqqında şəhadətnaməsində əks olunduğu kimi X4 uşaqlarının faktiki atasının adı “Cəlil”dir. Yəni mərhum İsmayılova Dilbərin ata adı “Cəlildir”. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: İ-ЖГ № 488308 nömrəli boşanma haqqında şəhadətnamədən görünür ki, X12 ilə X11 arasında nikah xx.xx.1990-cı il tarixli 874 saylı aktla pozulmuşdur. AZ-İ № 930962 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.2018-ci il tarixdə “Ürəyin aterosklerotik xəstəliyi” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqıqnda akt qeydləri kitabında 2018-ci ilin 03 ayının 10 günündə 425 №-li qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X12 ilə X10 arasında nikah haqqında xx.xx.1980-ci il tarixində 321 №-li akt qeydi tərtib olunmuşdur. Həmin nikah xx.xx.1990-cı il tarixli 874 saylı aktla Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən pozulmuşdur. Elektron məhkəmə informasiya sisteminə inteqrasiya olunmuş məlumatlardan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Dilbər Mehdiyevanın atasının adı “Cəmil” qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-8513/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, tələb olunan akt qeydlərində (doğum haqqında akt qeydi istisna olmaqla) D.İsmayılovanın ata adı məktubda qeyd edildiyi kimi “Cəlil” deyil, “Cəmil” kimi yazılmışdır. Həmin məktubda əlavə olunmuş sənədlərdən görünür ki: -xx.xx.1960-cı il tarixli, 52 nömrəli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X5 ata qrafası barədə məlumat bölməsi boşdur. -xx.xx.1980-cı il tarixli, 321 nömrəli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, həmin akt qeydində Dilbər İsmayılovanın ata adı Cəmil kimi göstərilmişdir. -xx.xx.1990-cı il tarixli, 874 nömrəli boşanma haqqında akt qeydindən görünür ki, həmin akt qeydində Dilbər Mehdiyevanın ata adı Cəmil kimi göstərilmişdir. -xx.xx.2018-cı il tarixli, 930962 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, həmin akt qeydində Dilbər Mehdiyevanın ata adı Cəmil kimi göstərilmişdir. İddiaçı hazırda xx.xx.1990-cı il tarixli, 874 nömrəli boşanma haqqında akt qeydinə və xx.xx.2018-ci il tarixli 425 nömrəli ölüm haqqında akt qeydində dəyişiklik edilərək mərhum X3 atasının adının “Cəmil”dən “Cəlil”ə düzəliş edilməsi və bu barədə yeni boşanma və ölüm haqqında şəhadətnamə verilməsinə nail olmaq istəyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: -maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ...vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; ...qanunvericilikdə müəyyən edilən digər hallarda. -4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. -5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. -6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. -8-ci bəndinə əsasən ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. -10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi akt qeydinin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Məhkəmə müəyyən edir ki, mərhum Dilbər Mehdiyevanın 042553 saylı doğum haqqında şəhadətnaməsində onun ata adı "Cəlil" kimi göstərilmiş olsa da, həmin şəhadətnamənin verilməsinə əsas olan 10.11.190-cı il tarixli doğum haqqında akt qeydində ata qrafası boş olmuş, yəni ata adına dair məlumatların aşkarlanmamışdır. Bununla yanaşı, mərhumun həmin tarixdən sonra tərtib edilmiş bütün digər rəsmi sənədlərində, o cümlədən şəxsiyyət vəsiqəsində, ata adı "Cəmil" kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş digər bütün sənədlər mərhumun ata adının "Cəmil" olduğunu birmənalı şəkildə təsdiq edir. Ata adının "Cəlil" kimi qeyd olunması yalnız doğum haqqında şəhadətnamədən əks olunsa da, həmin sənədin tərtib edilməsinə əsas olan akt qeydində bu hal öz əksini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iş materialları ilə D.Mehdiyevanın ata adının “Cəmil” deyil, “Cəlil olması iş materialları ilə müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar