Məhkəmə qərarları › İş №2-1(112)-4335/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4335/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4335/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 258 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 nömrəli və Nərimanov rayonu, Kaveroçkin küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli, 395 nömrəli Sərəncamları ləğv edilmişdir. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 3 noyabr 2023-cü il tarixli, 3-29/2-7509/2023 №-li məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 34 №-li tam orta məktəbin istifadəsinə ayrılmış torpaq sahəsinin 0,10373 ha hissəsində qanunsuz tikililərin inşa edilməsi və Cavabdeh tərəfindən sənədləşdirilməsi ilə əlaqədar, qəbul edilmiş sərəncamların ləğv edilməsini xahiş etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Xidmətinin xx.xx.2021-ci Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********65 №-li məktubuna əsasən müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 №-li Sərəncamı ilə ünvan 2 ünvanında tikintisinə icazə verilmiş fərdi yaşayış evi və Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 395 №-li Sərəncamı ilə mövcud vəziyyətdə sənədləşdirilmiş fərdi yaşayış evinin bir hissəsi 34 saylı tam orta məktəbin xx.xx.2008-ci il tarixli 21165 inventar nömrəli texniki pasportunda qeyd edilən, məktəbin istifadəsinə verilmiş 1,25373 ha torpaq sahəsinin məktəbin faktiki hasarlandığı ərazisindən kənarda olan 0,10373 ha hissəsində yerləşir. Hesab edir ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncamı qanunsuzdur. Belə ki, sözügedən ərazi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi həm mülki, həm də inzibati məhkəmədə iddia qaldırmış, iddia tələbi rədd edilmiş, həmin qətnamə və qərardan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya və kassasiya şikayətləri vermiş, lakin şikayətlər təmin edilməmişdir. Göründüyü kimi, sözügedən mübahisəli ərazi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə və qərarı mövcuddur. Bundan əlavə, Bakı şəhəri Cavabdehin özünün qəbul etdiyi sərəncamları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və qərarı olmasına baxmayaraq ləğv etməsi qanunsuz olmaqla bərabər həm də heç bir hüquqi əsası yoxdur. Bakı şəhəri Cavabdeh imtina məktubunda da qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncam verilərkən sözügedən mübahisəli ərazi ilə bağlı məhkəmə qətnaməsi və qərarının mövcud olmasından məlumatsız olmuşdur. Qeyd etmək zəruridir ki, Bakı şəhəri Cavabdeh ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 nömrəli və Nərimanov rayonu, Kaveroçkin küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli, 395 nömrəli Sərəncamları ləğv edilməsi üçün iddia müddətini də, ötürmüşdür. Yuxarıda göstərilən səbəblərə görə və cavabdeh inzibati orqanın qanunsuz imtinası səbəbindən mövcud mübahisənin məhkəmədən kənar həlli qaydası (pretenziya) mümkün deyildir. Beləliklə, yuxarıda qeyd olunan bütün danılmaz faktlardan da, görünür ki, cavabdeh inzibati orqanın bu hərəkəti (imtinası) tamamilə qanunsuz olmaqla onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən əmlak və mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən də, hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, mübahisə predmeti olan Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 258 nömrəli sərəncamı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3 noyabr 2023-cü il tarixli 3-29/2- 7509/2023 nömrəli məktubu nəzərə alınmaqla, mübahisəli ərazidə yerləşən torpaq sahəsinin Nərimanov rayonu 34 saylı tam orta məktəbin ərazisinə aid olduğundan qəbul edilmişdir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə digər iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Bakı şəhəri Cavabdeh başçısının 258 nömrli xx.xx.2023-cü il tarixli “Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 384 nömrəli və xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamlarının ləğv edilməsi” barədə sərəncamına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 3 noyabr 2023-cü il tarixli, 3-29/2- 7509/2023 №-li məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 34 №-li tam orta məktəbin istifadəsinə ayrılmış torpaq sahəsinin 0,10373 ha hissəsində qanunsuz tikililərin inşa edilməsi və Cavabdeh tərəfindən sənədləşdirilməsi ilə əlaqədar, qəbul edilmiş sərəncamların ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********65 №-li məktubuna əsasən müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 №-İi Sərəncamı ilə ünvan 2 ünvanında tikintisinə icazə verilmiş fərdi yaşayış evi və Nərimanov RlH başçısının xx.xx.2017-ci ıl tarixli, 395 №-li Sərəncamı ilə mövcud vəziyyətdə sənədləşdirilmiş fərdi yaşayış evinin bir hissəsi 34 saylı tam orta məktəbin 04.11,2008-ci il tarixli 21165 inventar nömrəli texniki pasportunda qeyd edilən, məktəbin istifadəsinə verilmiş 1,25373 ha torpaq sahəsinin məktəbin faktiki hasarlandığı ərazisindən kənarda olan 0,10373 ha hissəsində yerləşir. Qeyd edilənləri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci və 67.3-cü maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.17.3-cü yarımbəndini rəhbər tutaraq, ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 384 nömrəli və Nərimanov rayonu, Kaveroçkin küçəsi 27 ünvanda yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamları ləğv edilmişdir.

7. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 5- 14/2-126/2024; 5-14/2-134/2024 nömrəli məktubla Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 258 nömrəli sərəncamının, eləcə də, inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış 03 noyabr 2023-cü il tarixli 3-29/2-7509/2023 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, ünvan 8 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin yerləşdiyi torpaq sahəsinin müəyyən hissəsinin İddiaçı1 tərəfindən zəbt olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Təhsil Nazirliyinin sorğusuna cavab olaraq daxil olmuş xx.xx.2021-ci il tarixli **********65 saylı məktubuna əsasən (məktubun surəti əlavə olunur), Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Nazirliyin balansında olan Məktəbin ərazisində yoxlama-ölçü işləri aparılmış və Məktəbin 04.11,2008-ci il tarixli 21165 inventar nömrəli texniki pasportunda qeyd edilən, Məktəbin istifadəsinə verilmiş 1,25373 ha torpaq sahəsinin 0.10373 ha hissəsinin məktəbin faktiki hasarlanmış ərazisindən kənarda yerləşdiyi, həmin torpaq sahəsinin digər vətəndaşların istifadəsində olmaqla üzərində 1 mərtəbəli tikili və inşa işləri davam etdirilən 4 mərtəbəli yarımçıq tikilinin bir hissəsinin yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunan sahədə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 364 nömrəli Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və xx.xx.2017-ci il tarixli 395 nömrəli Sərəncamı ilə həmin fərdi yaşayış evi İddiaçı1 adına rəsmiləşdirilmişdir. Bununla əlaqədar bildirirlər ki, həmin dövrdə qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında“- Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələrinin ərazilərində tikinti işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 7.2-ci bəndinə görə yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verməməlidirlər. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.69-cu bəndinə əsasən Komitə öz səlahiyyətləri daxilində dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsinə, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq verir. Lakin, Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozularaq müvafiq razılıq alınmadan xx.xx.2009-cu il tarixli 384 nömrəli Sərəncamla İddiaçı2 yuxarıda qeyd edilən ərazidə tikinti işləri aparılmasına icazə verilmişdir. Bundan əlavə Cavabdeh tərəfindən 34 nömrəli tam orta məktəbin ərazisində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı1 adına rəsmiləşdirilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli 395 nömrəli Sərəncam verilmiş və bununla da təhsil müəssisəsinə aid olan torpaq sahəsi özəlləşdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət elmi - tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları dövlət mülkiyyətində olan torpaqlara aiddir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Eyni zamanda “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 2000-ci il 16 may tarixli 878-İQ nömrəli Qanununun 6.2.16-cı maddəsinə görə dövlət təhsil müəssisələrinin (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) özəlləşdirilməsi qadağandır. Eyni müddəa “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 833-İİİQ nömrəli Qanununun 37.6-cı maddəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.13-cü bəndində də qeyd olunmuşdur. Bundan əlavə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunünun 8.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Sözügedən Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanına əsasən həmin Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Göründüyü kimi Cavabdeh tərəfindən təhsil müəssisəsinin ərazisində yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli 395 nömrəli Sərəncamın verilməsi onun səlahiyyəti xaricində olmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli 384 nömrəli və xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamların ləğv edilməsi ilə bağlı xx.xx.2021 -ci il tarixli, xx-xx-1718/16 nömrəli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Sözügedən məktuba Bakı Şəhər Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01/225 (2021) nömrəli cavab məktubunda sərəncamların qanunvericiliyin tələblərinə uyğun olduğu bildirilmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci, 67.1 -ci və 67.3-cü maddələrini, həmçinin yuxarıda qeyd olunan qanunvericilik aktlarını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.17.3-cü yarımbəndini rəhbər tutaraq Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli 384 nömrəli və xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamların ləğv edilməsi xahiş edilmişdir. - Bakı şəhər Cavabdeh başçısının 2017 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Kaveroçkin küçəsi 21 nömrəli evin 215-ci mənzilində qeydiyyatda olan vətəndaş İddiaçı1 ərizə ilə Cavabdehə müraciət edərək, uzun müddət yaşadığı Kaveroçkin küçəsi 27 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə öz adına sənədləşdirilməsinə icazə verilməsini xaihş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən (37 saylı MKİS-in xx.xx.2017-ci il tarixli, 37/1427 nömrəli aryaışı və tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki, Kaveroçkin küçəsi 27 binanın yaxınlığında yerləşən fərdi yaşayış evi uzun müddətdir ki, vətəndaş İddiaçı1 istifadəsindədir. Göstərilənlərə istinad edərək qərara alınmışdır ki, Kaveroçin küçəsi 27 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş Z.İ.Smədovanın adına sənədləşdirilməsinə icazə verilmişdir. - Bakı şəhər Cavabdeh başçısının 384 nömrəli xx.xx.2009-cu il tarixli sərəncamına əsasən Kaveroçkin küçəsi 21 nömrəli evin 215-ci mənzilində yaşayan vətəndaş İddiaçı2 ərizə ilə Cavabdehə müraciət edərək, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə, Sarabski küçəsi 58 nömrəli binanın yaxınlığında yerləşən özünəməxsus (xx.xx.2008-ci il tarixli, 123656 ƏN-İ nömrəli; xx.xx.2008-ci il tarixli, 131037 ƏN-İ №li xx.xx.2004-cü il tarixli, 036905 ƏN-İ №li etibarnamələr; xx.xx.2008-ci tarixli və xx.xx.2008-ci tarixli, 38 saylı notariat kontorunda təsdiq olunmuş ərizələr; xx.xx.2005-ci il tarixli, 00381. AN-İ №li daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 1 saylı evlər idarəsinin tərtib etdiyi plan sxem) qarajların sökülüb, yerində öz vəsaiti hesabına təqdim olunmuş layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Göstərilənlərə istinad edərək qərara alınmışdır ki, İddiaçı2, Sarabski küçəsi 58 №li binanın yaxınlığında yerləşən qarajlar sökülüb, yerində razılaşdırılmış layihəyə uyğım fərdi yaşayış evinin tikintisinə icazə verilsin.

8. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 22 fevral 2024-cü il tarixli 3-48-2F/2-505/2024 nömrəli məktubla Nərimanov rayon İH-nin arxiv fondu üzrə xx.xx.2009-cu il tarixli 384 və xx.xx.2017-ci il tarixli 395 saylı sərəncamları və ona əlavə edilmiş sənədlərin təsdiq kserosurətləri məhkəməyə təqdim eidlmişdir.

9. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3- 21-3-30/2-10446/2024 **********46 nömrəli məktubla bildirilmişdir ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. 34 saylı tam orta məktəbin xx.xx.2008-ci il tarixli 21165 inventar nömrəli texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3447/2022 xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi cavabdeh İddiaçı1 qarşı ərazinin bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1106/2021 nömrəli iş üzrə 8 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən tikilinin inşa edilməsinin qanuni olub-olmamasına qiymət verilməzdən əvvəl, göstərilən tikinti sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsində aparılması və inşa edilməsi ilə bağlı iddiaçının hüquqlarının hansı şəkildə pozub-pozulmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı aparılan araşdırmalardan mübahisəli tikilinin inşa edildiyi ərazinin məhz iddiaçının istifadəsində olmasını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, ünvan 10 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazi hüdudlarını müəyyən edən sənəd mövcud deyil, bu barədə müvafiq orqanlara edilən müraciətlər nəticəsiz qalmışdır. Yəni, mübahisəli tikilinin məhz 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsi daxilində inşa edilməsi hər hansı sübutla təsdiq olunmur. Belə olduğu halda sözügedən tikilinin inşa edilməsi ilə 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə müdaxilədən, göstərilən məktəbin hüquqlarının hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə dair sənədlərin arxivdə mövcud olmadığını bildirərək məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edən hər hansı sənəd təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Kaveroçkin küçəsi 27 ünvanında inşa edilən fərdi yaşayış evinin tikilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə alınmış, onun müraciəti əsasında Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamı verilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir. Yəni, cavabdeh göstərilən fərdi yaşayış evini hər hansı torpaq sahəsini qanunsuz zəbt etməklə inşa etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli tikilinin inşa edilməsi ilə məktəb ərazisində olan hər hansı sahənin zəbt edilməsi faktı aşkar olunmamışdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi, İddiaçı1 mübahisəli tikilini vaxtilə Dövlət Reyestri Xidməti tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş qaraj və qeyri-yaşayış sahələrini notarial qaydada almaqla verilən torpaq sahəsini əldə etmiş və qeyd edilən əmlakların sökülərək yerində fərdi yaşayış evini inşa etmişdir. Müvafiq dövlət orqanları tərəfindən aparılan araşdırma zamanı da sözügedən tikilinin inşa edilməsi ilə məktəb ərazisində zəbt və müdaxilə halları müəyyən edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi 34 nömrəli tam orta məktəbin mövcud daş hasarından kənarda yerləşir. Mülki işin materiallarından da göründüyü kimi, müxtəlif inzibati orqanlar tərəfindən aparılan araşdırma zamanı da 34 nömrəli tam orta məktəbin həyətyanı sahəsinin zəbt və müdaxilə olunması halları aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evinin 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə müdaxilə və zəbt olunması halları müəyyən olunmur, buna görə də iddia tələbləri əsassız olduğundan rədd olunmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-397/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Belə ki, iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilən hallar barədə apellyasiya baxışı zamanı heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3447/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-397/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir. Bundan başqa Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli rəyinin əsassız olması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Təhsil İdarəsinə 05 oktyabr 2020-ci il tarixli məktubunda məktəbin texniki pasportunda göstərilən ərazisinin təqribən 820 kv metr hissəsinin digər şəxslər tərəfindən hasara alınmasının göstərilməsi, həmin məktubun sübut kimi qiymətləndirilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məktəbin Texniki pasportunun özündə faktiki ərazinin 12537,3 kv metr olması qeyd edilmiş, lakin həmin torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənəd əsasında məktəbə aid edilməsi göstərilməmişdir. Məktubun özündə də məktəbin ərazisinin dəqiq döngə nöqtələrinin müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Texniki pasportun mövcud vəziyyəti əks etdirən sənəd olması və 04 noyabr 2008-ci il tarixdə tərtib edilməsi, cavabdehin isə yaşayış evinin inşasına 2004-cü ildə başlaması nəzərə alındıqda da, cavabdehin evinin məktəbin ərazisini əhatə etməsi istisna edilir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət vermişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

16. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

17. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

18. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli sərəncamı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, mübahisəli sərəncam xx.xx.2023-cü il tarixlidir. İddiaçı isə iddia ərizəsilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

19. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Məhkəmə ilk öncə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir.

22. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

23. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

25. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

26. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 21-ci maddəsinə əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

27. Məhkəmə araşdırması zamanı hazırki işin halları ilə müəyyən edilmişdir ki, ilk öncə mübahisəli sərəncam qəbul edilərəkən cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməmiş, belə ki, sərəncamın ləğv edilməsi barədə aparılmış inzibati icraat zamanı iddiaçıların dinlənilmə hüququ təmin edilməmiş, onlar maraqlı şəxs kimi inzibati icraata cəlb edilməmişlər, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv arayışdırılmamışdır. Özlüyündə mübahisəli sərəncam “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qəbul edilmişdir.

28. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 30.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

31. Mübahisəli inzibati aktın (sərəncamın) əsaslandırılmasına nəzər yetirdikdə müəyyən edilir ki, sərəncamın qəbul edilməsinə əsas Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3 noyabr 2023-cü il tarixli, 3-29/2- 7509/2023 №-li məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməsi olmuşdur. Həmin məktubla Nazirliyin müraciət etməsinin əsası o olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********65 №-li məktubuna əsasən Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 №-İi Sərəncamı ilə ünvan 2 ünvanında tikintisinə icazə verilmiş fərdi yaşayış evi və Nərimanov RlH başçısının xx.xx.2017-ci ıl tarixli, 395 №-li Sərəncamı ilə mövcud vəziyyətdə sənədləşdirilmiş fərdi yaşayış evinin bir hissəsi 34 saylı tam orta məktəbin 04.11,2008-ci il tarixli 21165 inventar nömrəli texniki pasportunda qeyd edilən, məktəbin istifadəsinə verilmiş 1,25373 ha torpaq sahəsinin məktəbin faktiki hasarlandığı ərazisindən kənarda olan 0,10373 ha hissəsində yerləşir. Məktubda göstərilənlər nəzərə alınaraq cavabdeh tərəfindən mübahisəli sərəncam qəbul edilmişdir.

32. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3347/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İddiaçı1 arasında mülki məhkəmə icraatında mübahisə predmeti olan ərazi ilə bağlı mübahisə olmuş və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə baxışı zamanı aparılan araşdırmalardan mübahisəli tikilinin inşa edildiyi ərazinin məhz Elm və Təhsil Nazirliyinin istifadəsində olmasını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Elm və Təhsil Nazirliyinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, ünvan 10 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazi hüdudlarını müəyyən edən sənəd mövcud deyil, bu barədə müvafiq orqanlara edilən müraciətlər nəticəsiz qalmışdır. Yəni, mübahisəli tikilinin məhz 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsi daxilində inşa edilməsi hər hansı sübutla təsdiq olunmur. Belə olduğu halda sözügedən tikilinin inşa edilməsi ilə 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə müdaxilədən, göstərilən məktəbin hüquqlarının hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə dair sənədlərin arxivdə mövcud olmadığını bildirərək məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edən hər hansı sənəd təqdim edə bilməmişdir. İddiaçı1 tərəfindən Kaveroçkin küçəsi 27 ünvanında inşa edilən fərdi yaşayış evinin tikilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə alınmış, onun müraciəti əsasında Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamı verilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir. Yəni, cavabdeh göstərilən fərdi yaşayış evini hər hansı torpaq sahəsini qanunsuz zəbt etməklə inşa etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli tikilinin inşa edilməsi ilə məktəb ərazisində olan hər hansı sahənin zəbt edilməsi faktı aşkar olunmamışdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi, İddiaçı1 mübahisəli tikilini vaxtilə Dövlət Reyestri Xidməti tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş qaraj və qeyri-yaşayış sahələrini notarial qaydada almaqla verilən torpaq sahəsini əldə etmiş və qeyd edilən əmlakların sökülərək yerində fərdi yaşayış evini inşa etmişdir. Müvafiq dövlət orqanları tərəfindən aparılan araşdırma zamanı da sözügedən tikilinin inşa edilməsi ilə məktəb ərazisində zəbt və müdaxilə halları müəyyən edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərzai idarəsinin Bakı şəhəri Təhsil idarəsinə 05 oktyabr 2020-ci il tarixli məktubunda məktəbin texniki pasportunda göstərilən ərazisinin təqribən 820 kv metr hissəsinin digər şəxslər tərəfindən hasara alınmasının göstərilməsi, həmin məktubun sübut kimi qiymətləndirilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, məktəbin Texniki pasportunun özündə faktiki ərazinin 12537,3 kv metr olması qeyd edilmiş, lakin həmin torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənəd əsasında məktəbə aid edilməsi göstərilməmişdir. Məktubun özündə də məktəbin ərazisinin dəqiq döngə nöqtələrinin müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Texniki pasportun mövcud vəziyyəti əks etdirən sənəd olması və 04 noyabr 2008-ci il tarixdə tərtib edilməsi, cavabdehin isə yaşayış evinin inşasına 2004-cü ildə başlaması nəzərə alındıqda da, cavabdehin evinin məktəbin ərazisini əhatə etməsi istisna edilir.

33. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə sübuta yetirilmişdir ki, Elm və Təhsil Nazirliyinin iddia etdiyi torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Texniki pasportunun özündə faktiki ərazinin 12537,3 kv metr olması qeyd edilmiş, lakin həmin torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənəd əsasında məktəbə aid edilməsi göstərilməmişdir. Texniki pasportun mövcud vəziyyəti əks etdirən sənəd olması və 04 noyabr 2008-ci il tarixdə tərtib edilməsi, İddiaçı1 isə yaşayış evinin inşasına 2004-cü ildə başlaması nəzərə alındıqda, cavabdehin evinin məktəbin ərazisini əhatə etməsi istisna edilir.

34. Beləliklə məhkəmə hesab edir ki, artıq mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və həmin qərar ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməli və yenidən sübut edilməməlidir.

35. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, işin hallarından bir daha təsdiq edilir ki, cavabdeh tərəfindən mübahisəli sərəncam qəbul edərkən işin hallarını tam, obyektiv və hər tərəfli araşdırılmamış, iddiaçıların inzibati icraatda iştirakı təmin edilməmişdir. Belə ki, inzibati orqan iddiaçıları maraqlı şəxs kimi inzibati məhkəmə icraatına cəlb etmiş olsa idi, işin hallarını tam, obyektiv və hər tərəfli araşdırmış olsa idi, mübahisə predmeti ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarından məlumatlı olardı.

36. Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından məhkəmə icraatının gedişatında iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 258 nömrəli sərəncamı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar