Məhkəmə qərarları › İş №2-1(112)-4336/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4336/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4336/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Gəncə şəhərində qeydiyyatdadır, X3 maşinist vəzifəsində işləyir), cavabdehin nümayəndəsi Həsənov Munir Tofiq oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük məsləhətçi-hüquqşünas vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “11 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 11 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1960-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Hal-hazırda Gəncə şəhəri, Kəpəz rayonu, Lokomotiv küçəsi, 2-ci döngə, 10 saylı evdə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. O, 17.05.1977-ci ildə X4 elektrovoz çilingəri köməkçisi vəzifəsi üzrə stajçı işinə qəbul olunmuş, 15.09.1977-ci il tarixdə 1-ci dərəcəli çilingər kimi işə təyin edilmişdir. 21.12.1977ci il tarixdə 2-ci dərəcəli, 01.12.1978-ci il tarixdə isə 3-cü dərəcəli çilingər dərəcəsi almışdır. Daha sonra 10.12.1979-cu ildə X4 elektrovoz maşinist köməkçisi işinə qəbul olunmuş, 31.10.1980-ci il tarixə kimi işləyib, həqiqi hərbi xidmətə gedib, 12.12.1982-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. 07.01.1983-cü ildə X4 elektrovoz maşinist köməkçisi işinə qəbul olunmuş, 09.10.1984-cü ildə elektrik qatarının (seksiyanın) maşinist köməkçisi işinə dəyişilərək, 25.08.1986-cı ildən 21.01.1987-ci il tarixə kimi Bakı texniki məktəbində oxumuşdur. 22.01.1987-ci il tarixdən, 14.09.1987-ci il tarixə kimi X3 elektrik qatarının (seksiyanın) maşinist köməkçisi işləmişdir. 14.09.1987-ci ildən, 02.10.2015-ci il tarixə kimi elektrik qatarının (seksiyanın) maşinisti işləmişdir. 02.10.2015-ci ildən hal-hazıra kimi elektrovoz maşinist-köməkçisi işləyir. 1989-cu ildə erməni vandalları tərəfindən Qazax rayonunun sərhəd kəndlərinə silahlı hücumlar edilərkən Qazax rayonunun Bərxudarlı kəndinin camaatını elektrik qatarı ilə döyüş zonasında fədakarlıqla çıxarmışdır. İddiaçı, 57 yaşı tamam olduğu gündən, yəni 11 noyabr 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yarandığından, cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, ona 19 yanvar 2021-ci il tarixli cavab məktubu ilə, güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişlər. İmtinanı onunla əsaslandırmışlar ki, mərkəzi filiala təqdim edilən 27 iyun 1977-ci il tarixli İT-İ ******* nömrəli Əmək kitabçasında 09.10.1984-18.09.1986-cı il və 22.01.1987-22.07.2011-ci il tarixlərdə arasındakı dövrlər arasındakı “xxxx” QSC-nin X3 motor vaqon seksiyalarının maşinist köməkçisi və mator vaqon maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçı cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. xxxx qapalı səhmdar cəmiyyətinin yük daşımaları departamenti X5nun verdiyi, iddia ərizəsinə əlavə etdiyi 23.11.2020-ci il tarixli 11/06 nömrəli arayışında, qeyd edilən işlər güzəştli şərtlərlə pensiya təyin olunması üçün əsas olduğu bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına əsasən iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının 27 iyun 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 09.10..1984- 18.09.1986-cı il və 22.01.1987-22.07.2011-ci illər arasındakı dövrlər ərzində “xxxx” QSCnin X3 mator vaqon seksiyalarının maşinist köməkçisi və motor maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siayhısı”nın nəqliyyat bölməsində motor vaqon seksiyalarının maşinisti vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40799,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabında 35878,13 manat təşkil edir. İddiaçının adına verilmiş “xxxx” QSC-nin X5 tərəfindən 15.07.2019-cu il tarixli arayışda, əmək kitabçasında qeyd edilən rus dilindən azərbaycan dilinə tərcümə düzgün edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarına istinad edilmişdir ki, buda öz növbəsində qanun pozuntusuna yol açır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddiada göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi M.Həsənov iddiaya etirazda göstərilən məzmunda çıxış edərək əlavə olaraq bildirmişdir ki,iddiaçının əmək kitabçasında 1984-cı il və 2011-ci illər arasındakı dövrlərdə motor vaqon seksiyalarının maşinist köməkçisi və motor maşinisti vəzifələrdə işlədiyi qeyd olunmuşdur. Güzəştli şərtlərlə pensiyanın təyin edilməsi motor vaqon seksiyalarının maşinisti vəzifəsi üçün nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. SSN **********350 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnamənin surətindən görünür ki, iddiaçı sosial sığorta ödəyicisidir. Cavabdehin 19 yanvar 2021-ci il tarixli, **********5 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, mərkəzi filiala təqdim edilən 27 iyun 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 09.10.1984- 18.09.1986-cı il və 22.01.1987-22.07.2011-ci il tarixləri arasındakı dövrlər ərzində “xxxx” QSC-nin X3 motor vaqon seksiyalarının maşinist köməkçisi və motor vaqon maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Qanunvericilikdə iddiaçının işlədiyi motor-vaqon maşinisti vəzifəsi yalnız 01.07.1993-cü il tarixinədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunurdu. Buna görə də, SSR Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü 01.07.1993-cü il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (8il 4 ay 18 gün) təşkil edir. Bundan başqa fərdi hesab sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40799,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35878,13 manat təşkil edir. Qeyd edilənlərə əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti yük daşımaları departamenti X5nun 16.06.2021ci il tarixli, 06/82 nömrəli arayışına əsasən, X3 işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası” tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları eynilik təşkil edir. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, iddiaçı 17.05.1977-ci ildə motor-vaqon elektrik seksiyasının təmiri üzrə çilingər şagirdi vəzifəsinə qəbul edilmiş, 15.09.1977-ci ildə motor-vaqon elektrik seksiyasının təmiri üzrə çilingərə 1-ci (birinci) dərəcə verilmiş, 21.12.1977-ci ildə motor-vaqon elektrik seksiyasının təmiri üzrə çilingərə 2-ci (ikinci) dərəcə verilmiş, 01.02.1978-ci ildə motor-vaqon elektrik seksiyasının təmiri üzrə çilingərə 3-cü (üçüncü) dərəcəli verilmiş, 10.12.1979-cu ildə elektrovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmiş, 31.10.1980-ci ildə sovet ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad edilmiş, 08.01.1983-cü ildə sovet ordusu sıralarından qayıtdıqdan sonra elektrovoz maşinisti köməkçisi vəzifəsinə qəbul edilmiş, 09.10.1984-cü ildə motor-vaqon elektrik seksiyasının maşinisti köməkçisi vəzifəsinə keçirilmiş, 18.09.1986-cı ildə Bakı Texniki Məktəbi nəzdində elektrik qatarı maşinistlərinin ixtisasartırma kursuna göndərilmiş, 25.08.1986-cı ildə elektrik qatarı maşinistləri kursuna qəbul edilmiş, 21.01.1987-ci ildə elektrik qatarı maşinistləri kursunu bitirmiş, 22.01.1987-ci ildə Bakı Texniki Məktəbi nəzdində elektrik qatarı maşinistlərinin ixtisasartırma kursundan qayıtdıqdan sonra motor-vaqon elektrik seksiyasının maşinistinin köməkçisi vəzifəsinə qəbul edilmiş, 14.09.1987-ci ildə motor-vaqon elektrik seksiyasının maşinisti vəzifəsinə keçirilmiş, 22.07.2011-ci ildə 3-cü dərəcəli MVHH maşinisti adı verilmiş, 02.10.2015-ci ildə elektrovoz maşinist köməkçisi keçirilmiş və hal-hazırda həmin vəzifədə işləyir. Hərbi biletə əsasən iddiaçı 05.10.1980-ci ildən 20.12.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il təvəllüdlüdür, 25 ildən çox ümumi iş stajı vardır. İddiaçı iddia ərizəsində həmin işlədiyi müddətin 12 il 6 aydan artıq müddətini əmək şəraiti sağlamlıq üçün təhlükəli və ağır olan işlərdə - motor vaqon seksiyalarının maşinisti vəzifəsində işlədiyini göstərərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr qanunvericilikdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahılarda iddiaçının işlədiyi motor vaqon seksiyalarının maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi nəzərdə tutulmamışdır. Beləliklə iddiaçının əmək kitabçası və işin digər faktiki halları ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə qanunvericiliklə tələb olunan müddətdə əmək stajına malik olması təsdiq olunmur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 11 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci,33-cü, 68-ci,69-cu, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 11 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar