Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4337/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı-X6 iştirakı ilə, iddiaçı X6 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə alınması tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı XN0 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qazax rayon İcra Hakimiyyəti Başçısının N6 may 2006-cı il tarixli Sərəncamına əsəsən 2-ci dərəcə Qarabağ müharibəsi əlilli olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla həmin N6 may 2006-cı ildən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin Bakı şəhər, Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia ərizəsi ilə eyni məzmunlu iddia tələbinin dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizələr təqdim edərək məhkəmədən, onun Qazax rayon İcra Hakimiyyəti Başçısının N6 may 2006-cı il tarixli Sərəncamına əsəsən 2-ci dərəcə Qarabağ müharibəsi əlilli olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsinin nəzərə alınmaqla həmin N6 may 2006-cı ildən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin Bakı şəhər, Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.N972-ci ildə Qazax rayon, Fərəhli kəndində doğulmuşdur. N il 6 ay sovet ordusunda, xx.xx.N992-ci ildən xx.xx.N995ci ilədək N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, bir gözünü itirmiş və bədəninin digər nahiyyələrindən xəsarət almışdır, xx.xx.N998-ci ildən 2-ci dərəcə müddətsiz müharibə əlillidir. Cavabdehnə Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 202N-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlillərinin siyahısı”na Qazax rayon İcra Hakimiyyətində N6 may 2006-cı il tarixdən növbədə olmağı nəzərə alınmaqla əlavə edilməsinə, mənzillə təmin olunmasına kömək edilməsi barədə müraciət etmişdir. Cavabdehnə elektron və yazılı müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, 5 ildən az olmayaraq Bakı şəhərində qeydiyyatda olmalıdırlar və bu səbəbdən də növbəyə götürülməkdən imtina etmişlər. Cavabdeh müharibə əlillinə qarşı hərəkətsizliyi qanunsuz və tam əsassızdır, belə ki, o, xx.xx.N992-ci ildən xx.xx.N995-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, xəsarət almışdır, xx.xx.N998-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qazandığı xəstəliklərdən səhhətində olan dəyişikliklə bağlı ona 2-ci qrup müddətsiz Qarabağ müharibə əlilliyi təyin edilmişdir və eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 202N-ci il tarixli sərəncamında Cavabdeh ona qarşı hərəkətsizliyi haqında heç bir qanunu tələbləri öz əksini tapmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair 28N6/d saylı, xx.xx.2022-ci il tarixli yazılı münasibətdə göstərilmişdir ki, XN0 rayon İcra Hakimiyyətində 2-ci qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına götürülməmiş və uçota götürülmədiyi təqdirdə hər hansı bir sənədləşmə işləri aparılmamışdır. X8 2-ci qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən imtina verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı XN0 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları İş materiallarında olan; - iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə “Elektron məhkəmə” informasiya sistemində şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.N972-ci ildə Qazax rayonu Fərəhli kəndində doğulmuş iddiaçı XN0 ünvan N ünvanında qeydiyyatdadır. AZE seriyalı N4534952 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.N979-cu ildə Qazax rayonu, Xeyrimli kəndində doğulmuş XN rayonu, Fərəhli kəndində qeydiyyatdadır. Qazax rayonu Fərəhli İnznibati dairəsi tərəfindən verilmiş AZ-T seriyalı 043992 №-li xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, XN0 xx.xx.N996-cı ildə X5 ilə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında N996-cı ilin sentyabr ayının N6-cı günündə 06 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə “Elektron məhkəmə” informasiya sistemində məlumatdan müəyyən olunur ki, xx.xx.N996cı il təvəllüdlü X3 rayonunda qeydiyyatdadır. X8 məxsus qiymətləndirmə üzrə məlumatdan müəyyən olunur ki, ona xx.xx.N998-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz (gözdən əlillik) ikinci qrup əlillik dərəcəsi təyin olunmuşdur. AR SHXÇDX-nin Qazax rayon idarəsi tərəfindən 202N-ci ilin may ayında təkrar verilmiş SX seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, XN0 xx.xx.N990-cı ildən xx.xx.N995-ci ilədək hərbi xidmətdə olmuşdur. Qazax Rayon İcra Hakimiyyətində xx.xx.20N4-cü il tarixədək imtiyazlı mənzil növbəsinə dayanan şəxslər barədə məlumatdan müəyyən olunur ki, 2-ci qrup Qarabağ əlili X7 xx.xx.2006-cı il tarixdən mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 9/2-4270 №-li xx.xx.202N-ci il tarixli arxiv arayışının surətindən müəyyən olunur ki, XN0 N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N0 №-li əmrilə (əsas: səh.-N6, §2, sıra-N; qeyd: əmrdə adı “İsə” yazılmışdır) XN0 İ batalyonun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. X2 N №-li hərbi hissə komandirinin 0N dekabr N992-ci il tarixli 05 №-li əmrilə (əsas: səh.-2N6, sıra-2; qeyd: əmrdə adı “İsə” yazılmışdır) Tank əleyhinə divizionunun siyahısında qeyd edilərək, bütün təminat növlərinə yazılmaqla avtomobil təmiri manqasında “baş-mexanik-akumulyatorçu” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 2NN №-li əmrilə (əsas: səh,- 36, sıra-4; qeyd: əmtdə adı “İsə” yazılmışdır) XN0 xx.xx.N992-ci il tarixdən 2-ci batalyondan PDM bölüyünün tərkibinə keçirilmişdir. Tank əleyhinə divizionun sıravisi XN0 N №-li hərbi hissə komandirinin N aprel N993-cü il tarixli 95 №-li əmrilə (əsas: §4, sıra-4; qeyd: əmrdə adı “İsə” yazılmışdır) döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdərə bölgəsinə ezamiyyətə getmiş hesab edilmişdir. “Hərbi xidmət haqqında” Qanunun N8-ci maddəsinin “V” bəndinə əsasən, Müdafiə nazirinin N987-ci il tarixli əmrinin N-ci qrafasına uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə qismən yararlı olduğuna görə Tank əleyhinə divizionunun Təsərrüfat tağımının baş texnikiakumulyatorçusu, X2 N №-li hərbi hissə komandirinin N may N995-ci il tarixli N44 №-li əmrilə (əsas: səh.-73, §3) xx.xx.N995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Qazax RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2022-ci il tarixli arayışının surətindən müəyyən olunur ki, XN0 arayışda göstərilən digər şəxslərlə birlikdə ünvan N ünvanında qeydiyyatdadır. Bakı şəhəri Yasamal Bələdiyyəsinin N563 saylı, xx.xx.2022-ci il tarixli arayışında ünvan N ünvanda qeydiyyatda olan X6 Yasamal Bələdiyyəsindən torpaq sahəsi almadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən X8 ünvanlanmış **********5 saylı, xx.xx.202N-ci il tarixli **********8 saylı xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktublarda ‘’Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 20N4-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 20N4-cü il yanvarın Ndək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 20N4-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulduğu, Qazax Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş N2 mart 20N4-cü il tarixli 6/NN2 nömrəli məktubda;N6 may 2006-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Həmin məktub və növbəlilik siyahısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirildiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə hazırki tələblə cavabdeh inzibati orqana müraciət olunmuş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən o, son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayon ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümlün deyildir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 7N-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. - 43-cü maddəsinin İİ hissəsinə görə Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.N-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 48.2-ci maddəsinə əsasən, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 48.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. 50.N-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.N.N. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.N.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.N.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.N.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 5N.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 5N.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 5N.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 5N.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 5N.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 5N.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 5N.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N2-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N5.N-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Beləliklə, məhkəmənin mövqeyinə görə hazırkı iş üzrə iddiaçı XN0, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsini və mənzil növbəsinə götürülməsini qeydiyyatda olduğu yer üzrə müvafiq orqan qismində Bakı şəhəri Cavabdehndən tələb etməkdə haqlıdır. İPM-nin 73.N-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə iddiaçı X6 Qazax rayon İcra Hakimiyyəti Başçısının N6 may 2006-cı il tarixli Sərəncamına əsəsən İİ qrup Qarabağ müharibəsi əlilli olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla həmin N6 may 2006-cı ildən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X6 Qazax rayon İcra Hakimiyyəti Başçısının N6 may 2006-cı il tarixli sərəncamına əsəsən İİ qrup Qarabağ müharibəsi əlilli olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla, həmin N6 may 2006-cı il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4337/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4337/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver