Məhkəmə qərarları › İş №2-1(112)-4340/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4340/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4340/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı2 nümayəndəsi (anası) və İddiaçı1 və surdotərcüməçi X2 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (adi cəlbetmə qaydasında cəlb edilmiş X21, X29 və X5) qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Qaradağ rayon Ələt qəsəbəsi ünvan 4 - 46 ünvanda yerləşən evə İddiaçı1 və İddiaçı2 qeydiyyatda alınması öhdəliyinin cavabdeh- AR.DİN-nin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən vəsatət təmin edilmiş, İddiaçı2 İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair inzibati məhkəmə icraatına birgə iddiaçı qismində iştirakı nəzərə alınmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı - İddiaçı1 xx.xx.1966-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bildirilmişdir ki, anadangəlmə lal və karlıqla bağlı fiziki məhdudiyətli şəxs və 3-cü qrup əlillik dərəcəsi ilə təqaüdçüsüdür. Bildirilmişdir ki, Bakı şəhər ünvan 1 ünvan əvvəllər ünvan 2 Sonradan bütün yaxın qohumları hansı yollasa həmin ev ünvanını dəyişdirərək, 46 ünvan etmişdir. İddiaçı1 və İddiaçı2 isə əvvəlki ünvanda - ünvan 3mışdır. Lakin göstərilən 20 nömrəli ev ünvanı əslində digər şəxslərin-qonşuların ünvanıdır. Hal-hazırda İddiaçı1 və İddiaçı2 qeydiyyat ünvanı Bakı şəhər Qaradağ rayon Ələt qəsəbəsi ünvan 4 - 46 ünvan olduğu halda yanlışlıq edilərək, ev ünvanı- 20 kimi göstərilmişdir. Yaxın qohumları isə onun əlillik dərəcəsi olmağından istifadə edərək, onun miras payından məhrum etmək üçün həmin mübahisə olunan evin texniki paspotunda qaralama edərək, ev ünvanın -46 kimi göstərmişləır. Bununla da onun hüquqları qanunsuz yolla məhdudlaşdırılmışdır. Odur ki, hal-hazırda İddiaçı1 və İddiaçı2 Bakı şəhər Qaradağ rayon Ələt qəsəbəsi ünvan 4 - 46 ünvanda yerləşən miras pay almaq hüququ və konpensassiya almaq hüququ demək olar ki, məhdudlaşmışdır və ona görə də, hal-hazırda həmin mübahisə olunan Bakı şəhər Qaradağ rayon Ələt qəsəbəsi ünvan 4 - 46 ünvanda yerləşən evlə bağlı dövlət orqanlarında və məhkəmədə inzibati qaydada və mülki qaydada şikayət etmək və iddia qaldırmaq istəyir. Bununla bağlı, iddiaçı- İddiaçı1 Bakı şəhər Qaradağ rayon Ələt qəsəbəsi ünvan 4 - 46 ünvanda yerləşən həyət evinə daimi posport qeydiyyatına alınmağı barədə AR.DİN-nin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin, AR.DİN-nin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-48/2-X-17820/2024 saylı məktubu ilə cavab verilərək, iddiaçı- İddiaçı1 həmin ünvana qeydiyyata alınmasından imtina edilməsi və bununla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.

4. 82 nömrəli texniki pasporta əsasən fərdi yaşayış evinin Bakı şəhəri Qaradağ rayon Ələt qəsəbəsi ünvan 4 – 20 (düzəliş edilərək 46 qeyd edilmişdir) xx.xx.1963-cü il tarixində tərtib edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Qanunvericiliyin tələblərinə əsasən, Sizin Qaradağ rayonu, Ələt qəsəbəsi, Nərimanov küçəsi, ev 46 ünvanına qeydiyyata alınmağınız üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən X3, xx.xx.1958; X4, xx.xx.1960; X17, xx.xx.2010; X10, xx.xx.2013; X30, xx.xx.2018; X21, xx.xx.1984; X6, xx.xx.1988; X29, xx.xx.1985; X1, xx.xx.2019; X7, xx.xx.2021; X5, xx.xx.1990 ünvan 8 ünvanında qeydiyyatdadır.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən X8, xx.xx.2012; X31, xx.xx.2018; X18, xx.xx.1993; X11, xx.xx.1957; X32, xx.xx.1960; X12, xx.xx.2008; X48, xx.xx.1991; X13, xx.xx.2014; X22, xx.xx.2011; X33, xx.xx.2009; X34, xx.xx.2015; X41, xx.xx.2013; X14, xx.xx.1965; X35, xx.xx.2013; X23, xx.xx.2010; X19, xx.xx.1992; X42, xx.xx.2019; X24, xx.xx.2015; X15, xx.xx.1988; X9, xx.xx.2006; X52, xx.xx.2015; İddiaçı2, xx.xx.1993; X25, xx.xx.1995; X20, xx.xx.1994; X43, xx.xx.1988; X26, xx.xx.1987; X53, xx.xx.1970 ünvan 9 ünvanında qeydiyyatdadır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məlumat təqdim edilməsi haqqında qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Nərimanov küçəsi, ev 20 və 46 saylı fərdi yaşayış evlərinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

9. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən X21, X29 və X5 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilsinlər.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında qeyd etmişdir ki, hazırda həmin ünvanda yaşamır və Binəqədi rayonunun ərazisində yaşayır. Hazırda qardaşının ailəsi evdə yaşayır.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2025-cü il tarixli məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsinə etiraz edilmir.

II. İddianın növü və mümkünlüyü

12. İPM-dən: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 37. Bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

13. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

14. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

15. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

17. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının qeydiyyata alınmağı tələb etdiyi evə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir.

23. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeydiyyata alınmağı tələb etdikləri evin ünvan göstəricisi yoxdur və həmin fərdi yaşayış evi ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılıqlarının (əlaqənin) mövcudluğu müəyyən olunmur.

24. Məhkəmə qeyd edir ki, hazırda ünvan 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər məhkəmə iclasına gəlməmiş və iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmalarına razılıq verməmişdirlər. Eyni zamanda işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçılar qeydiyyata alınmalarını tələb etdikləri evdə yaşamırlar.

25. Məhkəmə müəyyən edir ki, iddiaçı faktiki olaraq Binəqədi rayonun inzibati ərazisində yaşayır. Belə ki, şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Şəxsiyyət vəsiqəsinin deaktiv statusu vətəndaşın dövlət və cəmiyyət qarşısında qeyd edilən vəzifələrini icra etməsi və ya konstitusion hüquqlarını həyata keçirmə imkanını mümkünsüz edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamında qeyd edilir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Odur ki, iddiaçının polisin inzibati binasında qeydiyyata alınmaları üçün müraciət etmək hüququ vardır.

26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz deyil, bu səbəbdən iddia təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar