Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4342/2024 12.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə 12 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə götürülmüş, lakin bugünədək mənzillə təmin edilməmişdir. Mənzillə təmin olunması üçün cavabdeh orqana müraciət etmiş, müraciəti uyğun mənzil olmaması səbəbi ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən onun xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən onun xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi (özü İddiaçı və oğlu X6 hər iki nəfər üçün nəzərdə tutulmuş) 2 otaqlı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vətən Müharibəsi şəhidi mərhum əri X7 xx.xx.2020-ci ildə qismən səfərbərliyə cəlb olunaraq N nömrəli hərbi hissəyə göndərilmiş və xx.xx.2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur. Hal-hazırda şəhid ailəsi üzvüdür. Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanmışdır. Respublika üzrə demək olar ki, xx.xx.2021-ci il tarixdən imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanan şəhid ailələrinin bir çoxu mənzillə təmin ediliblər. Mənzillə təmin olunmağı barədə dəfələrlə cavabdehə elektron və yazılı müraciət etsə də, müraciətinə biganə cavab verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Ağentliyinın şəhid ailəsinə qarşı hərəkətsizliyi qanunsuz və tam əsassızdır, belə ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsəsən 2021-ci ildən etibarən güzəştli şəxs kimi mənzil növbəsindədir, lakin mənzillə təmin edilməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. İddiaçı Səbail Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 4 may 2021-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə birotaqlı mənzil olmadığıdan İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə İddiaçı mənzillə təmin ediləcəkdir. Həmçinin etiraza əlavəsində bildirmişdir ki, etirazda qeyd edilməli olan “ikiotaqlı” sözü texniki yanlışlıq olaraq “birotaqlı” qeyd olunmuşdur. Etirazda qeyd olunan cümləni “Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzil olmadığıdan İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır” kimi nəzərə alınmasını xahiş etmişdirlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 65 nömrəli arayışından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X7 06.01 2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəib olunaraq N saylı hərbi hissəyə göndərilmiş və xx.xx.2020- oi il tarixdə Talış Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarının 1.2.5-ci yarımbəndinə əsasən X7 şəhid mərhumun ailəsi isə şəhid ailəsi hesab edilmişdir. AZ-İİ seriyalı, 365825 nömrəli, xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X7 və xx.xx.1999-cu il təvəllüdlü X8 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. xx.xx.2021-ci il tarixli, 003850 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvü statusu vardır. xx.xx.2022-ci il tarixli, 008021 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, X4 şəhid ailəsi üzvü statusu vardır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9436/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və Qəbələ rayon İcra Hakimiyyəti başçısının 04 may 2021-ci il tarixli sərəncamına əsasən Vətən Müharibəsi şəhidi X5 ailə üzvü kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla 04 may 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş şəxslərin 2 nəfər ailə üzvləri üçün (özü, İddiaçı, oğlu X6) nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 109 nömrəli sərəncamına əsasən şəhid ailəsi İddiaçı 2 nəfər (özü, oğlu) ailə tərkibində (mənzil növbəsi 04 may 2021-ci il tarixdən saxlanılmaqla) yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail Rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Qəbələ Rayon İcra Hakimiyyətinin mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə 17 may 2021-ci il tarixli 2/348/67 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş siyahıda İddiaçı 4 may 2021ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. İddiaçı daimi yaşayış üzrə pasport qeydiyyatını ünvan 1 ünvanına dəyişmiş və ünvan 2in 23 avqust 2023-cü il tarixli 2-1(112)-9436/2023 nömrəli qərarına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2023-cü il tarixli 109 nömrəli sərəncamı ilə uçota alınma tarixi saxlanılmaqla yaşayış yeri üzrə Səbail Rayon İcra Hakimiyyətinə köçürülmüşdür. İddiaçı mənzillə təmin olunması məqsədilə 17 noyabr 2023-cü il tarixində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edilmiş müvafiq sənədlərə baxılmış, vətəndaşın ailə tərkibi (özü və oğlu) nəzərə alınmaqla ikiotaqlı mənzillə təmin olunması nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından vətəndaşın mənzil təminatının həyata keçirilməsi mümkün olmamışdır. Nazirliyin balansına müvafiq mənzillər verildikdən sonra İddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə baxılacaqdır. Əlavə olaraq bildiririk ki, hazırda Nazirlik tərəfindən Bakı şəhəri üzrə ikiotaqlı mənzillə təmin olunması nəzərdə tutulmuş 246 nəfər imtiyazlı şəxs var ki, onların içində İddiaçı sıra sayı 106-dır. İddiaçı növbəlilik tarixi 4 may 2021-ci il olsa da, Bakı İnzibati Məhkəməsinin qərarına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşın uçota alınması haqqında sərəncam 25 oktyabr 2023-cü il tarixində verilmiş və həmin sərəncam, habelə İddiaçı mənzillə təmin olunması məqsədilə tələb olunan digər sənədlər Agentliyə 17 noyabr 2023-cü il tarixində təqdim edilmişdir. Vətəndaşın sənədlərinə baxılaraq ikiotaqlı mənzil təqdim edilməsi barədə qərar verildikdən sonra Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillərin olmaması səbəbindən mənzillə təmin edilməsi mümkün olmamışdır. Bakı şəhəri, Qaradağ rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 1 iyul 2021-ci il tarixində mənzil uçotuna alınmış X9 24 dekabr 2023-cü ildə, Bakı şəhəri, Binəqədi rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 13 aprel 2021-ci il tarixində mənzil uçotuna alınmış X1 28 dekabr 2023-cü ildə və 24 fevral 2022-ci il tarixində mənzil uçotuna alınmış X10 isə 24 dekabr 2023-cü il tarixində ikiotaqlı mənzillə təmin olunublar. İşin faktiki hallarından görünür ki, İddiaçı 4 may 2021-ci il tarixdən şəhid ailəsi üzvü kimi oğlu ilə bərabər mənzil növbəsinə götürülmüşdür. Cavabdehə mənzillə təmin olunması üçün dəfələrlə müraciət etsə də, tələbi təmin edilməmişdir. Cavabdeh hazırda ikiotaqlı mənzil olmaması səbəbindən tələbin təmin edilə bilmədiyini qeyd edir. Tətbiq edilən hüquq: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; ...
“İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunu: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə iddianın predmeti iddiaçının şəhid ailəsi üzvü kimi mənzillə təmin olunması ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Bundan əlavə, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş, “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3.1 və 3.1.16-cı bəndlrinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri sırasında göstərilmişdir. İşin mübahisəsiz halıdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdən şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülmüşdür. Cavabdeh yazılı etirazında hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzil olmadığıdan İddiaçı mənzil təminatını həyata keçirməyin mümkün olmaması ilə əsaslandırmışdır. Eyni zamanda cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı növbəlilik tarixinin 4 may 2021-ci il olsa da, Bakı İnzibati Məhkəməsinin qərarına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşın uçota alınması haqqında sərəncamın 25 oktyabr 2023-cü il tarixində verildiyi və həmin sərəncam, habelə İddiaçı mənzillə təmin olunması məqsədilə tələb olunan digər sənədlərin Agentliyə 17 noyabr 2023-cü il tarixində təqdim edildiyi qeyd edilmişdir. Məhkəmə qeyd edilənlərlə bağlı bildirir ki, ilk növbədə cavabdehin sərəncamın xx.xx.2023-cü il tarixdə verilməsinə istinad etməsi əsassızdır. Belə ki, qəbul edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 109 nömrəli sərəncamına əsasən şəhid ailəsi İddiaçı 2 nəfər (özü, oğlu) ailə tərkibində (mənzil növbəsi 04 may 2021-ci il tarixdən saxlanılmaqla) yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail Rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilməsi qərara alınmışdır. Sərəncamın qəbul edilmə tarixindən asılı olmayaraq iddiaçının mənzil növbəsi 04 may 2021-ci il tarixdən nəzərə alınmalı və həmin tarixə uyğun olaraq ona sıra nömrəsi verilməli idi. Digər tərəfdən cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məlumatdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 1 iyul 2021-ci il tarixində mənzil uçotuna alınmış X9 24 dekabr 2023-cü ildə, Bakı şəhəri, Binəqədi rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 13 aprel 2021-ci il tarixində mənzil uçotuna alınmış X1 28 dekabr 2023-cü ildə və 24 fevral 2022-ci il tarixində mənzil uçotuna alınmış X10 isə 24 dekabr 2023-cü il tarixində ikiotaqlı mənzillə təmin olunublar. Təqdim edilən məlumat cavabdehin imtina əsaslarını özlüyündə təkzib edir. Belə ki, İddiaçı 04 may 2021-ci il tarixdən mənzil növbəsinə alındığı halda bugünədək mənzillə təmin edilmədiyi halda ondan sonra, yəni 01 iyul 2021-ci il tarixdə və 24 fevral 2022-ci il tarixdə mənzil növbəsinə alınmış şəxslər 24 dekabr 2023-cü ildə ikiotaqlı mənzillə təmin olunmuşdurlar. Bu onu göstərir ki, hətta cavabdehin iddiaçının sənədlərinin təqdim edildiyini qeyd etdiyi tarixə, yəni 17 noyabr 2023-cü il tarixə Nazirliyin balansında ən azı iki ədəd ikiotaqlı mənzil olmuşdur. Lakin cavabdeh bərabərlik prinsiplərini pozaraq mənzil növbəsinə daha sonradan alınmış şəxslərin mənzillə təmin edilməsini həyata keçirmişdir. Bununla da iddiaçının hüquqlarını pozmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi (özü İddiaçı və oğlu X6 hər iki nəfər üçün nəzərdə tutulmuş) 2 otaqlı mənzillə təmin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi (özü İddiaçı və oğlu X6 hər iki nəfər üçün nəzərdə tutulmuş) 2 otaqlı mənzillə təmin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həmid Ağalarov