Məhkəmə qərarları › İş №2-1(112)-4343/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4343/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4343/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “X9 Bakı və Azərbaycan Yeparxiyası” Dini Qurumunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Nağıyeva (Məmmədova) Kifayət İsa qızı işə cəlb edilməklə “sərəncamın xidməti orderin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X6, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X4, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı “X9 Bakı və Azərbaycan Yeparxiyası” Dini Qurumunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Nağıyeva (Məmmədova) Kifayət İsa qızı işə cəlb edilməklə “sərəncamın və xidməti orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı “X9 Bakı və Azərbaycan Yeparxiyası” Dini Qurumu cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Məmmədova (Nağıyeva) Kifayət İsa qızının adına verilmiş Cavabdeh Başçısının 2012 saylı, xx.xx.1996-cı il tarixli Sərəncamının və 004048 saylı, xx.xx.1996-cı il tarixli xidməti orderin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(112)-4215/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" X2 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Nağıyeva (Məmmədova) Kifayət İsa qızı) qarşı “sərəncamın və orderin ləğv olunması" tələbinə dair iddia ərizəsi üzrə İddianın mümkün sayılmaması haqqında qərar verilmişdir. Qərardaddan onlar yeni xəbər tutmuşlar. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində №2(006)-45/2024 nömrəli işdə sonradan cavabdeh kimi işə cəlb olunmuşlar və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixdə göndərilən məktubu onlara xx.xx.2024-cü il tarixdə çatdırılmış, bundan sonra mülki iş materialları ilə tanış olmuşlar. Sözügedən mülki iş materialları ilə tanış olduqduqdan sonra tərəflərindən Bakı şəhəri Cavabdehnə müraciət ünvanlanmışdır. Müraciətlərinə cavab olaraq 06 noyabr 2024-cü il tarixli 5-15/2-1473/2024 nömrəli məktubla bildirilmişdir ki, maraqlarına toxunursa mübahisələndirilə bilərlər və belə mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh bir inzibati orqan kimi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. Cavabdehin məktubu, imtinası qanuna ziddir və dini qurumun əmlak hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı şəhəri Cavabdeh Başçısının 06 oktyabr 2017-ci il tarixli 255№-li sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülməsi və yeni binaların tikilməsi "xxxx" MMM-ə icazə verilmişdir. Sərəncamın icrası ilə bağlı “MƏK-AN" MMM tərəfindən həmin ünvandakı sakinlərlə razılıqlar əldə olunmuş və qeyd olunan ünvanda söküntü-tikinti işləri aparılmışdır. Qeyd etmək istəyirlər ki, vətəndaş Məmmədova (Nağıyeva) Kifayət İsa qızı "xxxx" MMM-ə qarşı Bakı Şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 9, 6 saylı mənzilin əvəzi olaraq həmin mənzilin dəyərinin ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Vətəndaş Məmmədova (Nağıyeva) Kifayət İsa qızı həmin iddia ərizəsinin əsası kimi Cavabdeh Başçısının 2012 №-li, xx.xx.1996-cı il tarixli sərəncamına istinad etmiş və həmin Sərəncamla 17 №-li MİS-də dalandar vəzifəsində işləməsi nəzərə alınaraq, ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzilin xidməti olaraq ona verildiyini qeyd etmişdir. Eyni zamanda, Cavabdeh tərəfindən verilmiş 004048 №-li, xx.xx.1996-cı il tarixli xidməti orderə istinad etmişdir. İddiaçı Məmmədova (Nağıyeva) Kifayət İsa qızı iddia tələbini sonradan dəyişdirərək "X9 Bakı və Azərbaycan Yeparxiyası" Dini Qururmu ilə "“МƏКAN" MMM arasında bağlanmış 089/2023 nömrəli xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi tələbini də, iddiasına əlavə etmişdir. Odur ki, dini qurum sonradan işə cəlb olunmuşdur. Bakı şəhəri, Nəsimi Rayonu, Mirəli Qaşqay küçəsi, ev 9, 6 saylı mənzil dini quruma verilmiş № 000486 nömrəli xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın texniki pasportunda yer almışdır (Bakı şəhəri Nəsimi rayon, Şamil Əzizbəyov küçəsi-205 "X9 Bakı və Azərbaycan Yeparxiyası" dini qurumunun Bakı şəhəri “Rojdestva Boqoroditsi” Kilsəsinin filialı). Sözügedən texniki pasport əsasında Dini quruma məxsus daşınmaz əmlaklarla əlaqədar "MƏK-AN” MMM ilə müvafiq müqavilə bağlanmışdır. 2018-ci tarixdə "xxxx" MMM tərəfindən qanunla müəyyən edilmiş qaydada ərazidə söküntü işləri aparılmış və yerində 16 (on altı) mərtəbəli yaşayış binaları inşa edilmiş, yaşıllaşdırma və abadlıq işləri həyata keçirilmiş, işlər 2022-ci il tarixdən yekunlaşdırılmışdır. Qeyd etmək istəyirlər ki, məhkəmə araşdırmaları zamanı müəyyən olunumuşdur ki, Bakı şəhəri, Nəsimi Rayonu, Mirəli Qaşqay küçəsi, ev 9, 6 saylı mənzildə Məmmədova (Nağıyeva) Kifayət İsa qızı və onun ailə üzvləri ümumiyyətlə 1 gün belə yaşamamış, həmin mənzil 1 mərtəbəli köhnə tikili olmaqla qeyd olunan ünvan yerləşən X9 Bakı və Azərbaycan Yeparxiyasının Bakı şəhəri "Rojdestva Boqoroditsi" Kilsəsinin istifadəsində və sərəncamında olmuş, həmin mənzildən Kilsə istifadə etmişdir və vətəndaşa xidməti mənzillə bağlı order verilən vaxt həmin yaşayış sahəsi boş olmamışdır (bu faktlar ərizəyə əlavə olunmuş MİS-in arayışı və məktubu, İcra Hakimiyyətinin məktubu və Nəsimi Rayon Prokurorluğunun qərarı ilə təsdiq olunur). Eyni zamanda müəyyən olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 607 №-li, xx.xx.1997-ci il tarixli Sərəncamının 5-ci bəndində Cavabdehnə tapşırılmışdır ki, X3 kilsəsinə (M.Qaşqay küçəsi, 9) aid olan mənzilin kənar şəxsə verilmiş orderin ləğv edilməsi məsələsinə baxılsın. Həmçinin həmin Sərəncamın 6-cı bəndində Cavabdehnə tapşırılmışdır ki, X3 kilsələri ərazilərində yaşayan ailələrin oradan köçürülməsini təmin edib, həmin otaqları Pravoslav kilsəsinə qaytarsınlar. Nəsimi RİH başçısının xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 9 nömrəli evin 6 nömrəli mənzilinin vətəndaş X8 dair tərtib olunmuş Nəsimi RİH Başçısının 2012 nömrəli, xx.xx.1996-cı il tarixli Sərəncamının və sərəncama əsasən verilmiş 004048 nömrəli xidməti orderin ləğv edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 607 №-li, xx.xx.1997-ci il tarixli Sərəncamının 5-ci bəndi icra edilməmişdir. Həmçinin, Məmmədova (Nağıyeva) Kifayət İsa qızına məxsus əmək kitabçası ilə də müəyyən olunur ki, o, xx.xx.2003-cü il tarixində Nəsimi rayon 17 saylı MKİS-də tutduğu vəzifədən azad edilmişdir. Belə ki, həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Hazırki halda isə müəyyən olunmuşdur ki, vətəndaş K.Məmmədovaya xidməti order verilərkən həmin yaşayış sahəsi boş olmamışdır. Eyni zamanda ona verilmiş orderin ləğvi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı vardır. Bundan başqa, həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Bu halla bağlı isə müəyyən olunmuşdur ki, vətəndaş K.Məmmədova xx.xx.2003-cü il tarixində Nəsimi rayon 17 saylı MKİS-də tutduğu vəzifədən azad edilmiş, yəni onun xidməti mənzildən çıxarılması üçün qanunla müəyyən olunmuş əsas da mövcud olmuşdur. Qeyd olunanlardan da, göründüyü kimi, vətəndaş Məmmədova (Nağıyeva) Kifayət İsa qızı Cavabdeh Başçısının 2012 nömrəli, xx.xx.1996-cı il tarixli Sərəncamına və Cavabdeh tərəfindən verilmiş 004048 №-li, xx.xx.1996-cı il tarixli xidməti orderə istinad edərək hazırda onlara qarşı qanunsuz tələblə məhkəməyə müraciət etməklə onların hüquqlarını kobud şəkildə pozur və onlara verilmiş Sərəncamın icrasına maneə yaradır. Tərəflərindən xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq Məmmədova (Nağıyeva) Kifayət İsa qızının adına verilmiş Cavabdeh Başçısının 2012 №-li, xx.xx.1996-cı il tarixli Sərəncamının və 004048 №-li, xx.xx.1996-cı il tarixli xidməti orderin ləğv edilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla cavab yazaraq bildirmişdir ki, sərəncamın mübahisələndirilməsi məhkəmə qaydasında həll edilir.

3. Məhkəmənin 2-1(112)-4343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Nağıyeva (Məmmədova) Kifayət İsa qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Nağıyeva (Məmmədova) Kifayət İsa qızının adına verilmiş Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 2012 saylı sərəncamının və xx.xx.1996-cı il tarixli, 004048 nömrəli xidməti orderin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinaya uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 06 noyabr 2024cü il tarixli, 5-15/2-1473/2024 nömrəli məktubla imtina edilmişdir.

9. İş materiallarına Nağıyeva (Məmmədova) Kifayət İsa qızının adına verilmiş Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 2012 saylı sərəncam və xx.xx.1996-cı il tarixli, 004048 nömrəli xidməti order əlavə edilmişdir.

10. Bakı şəhər İcra Hakimiyyəti başçısının 607 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamının 4-cü bəndinə əsasən Cavabdehnə tapşırılmışdır ki, Kilsəyə (Mirəli Qaşqay küçəsi 9) aid olan mənzilin kənar şəxsə verilmiş orderin ləğv edilməsi məsələsinə baxsın.

11. 17 saylı Mənzil Kommunal-İstismarı Sahəsi tərəfindən verilmiş 174 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən Məmmədova (Nağıyeva) Kifayət İsa qızı və onun ailə üzvləri M.Qaşqay küçəsi, 9 saylı evin 6 saylı mənzilinə qeydiyyata düşməsinə baxmayaraq göstərilən mənzildə heç vaxt yaşamamışlar. Həmin mənzil Rus Provaslav kilsəsinin istifadəsində olmuşdur. Bu səbəbdən də, X7 həmin mənzilin əvəzi kimi S.Rəhimov küçəsi, 213 saylı evin 23 saylı mənzili verilmişdir və hal-hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. 12.Daşınmaz Əmlakın İdarə edilməsi Bürosu tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli Müəssisə və Obyektin daşınmaz əmlakının texniki pasportuna əsasən ünvan 5 ünvanında yerləşən binanın balanssaxlayıcısı və ya mülkiyyətçisi Bakı Yeparxiya İdarəsidir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 30 yanvar 2025-ci il tarixli, 5-15/2-140/2025 nömrəli məktubla bildirilmişdir ki, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün 5 il müəyyən edilmişdir. Cavabdeh Başçısının 23 oktyabr 1996-cı il tarixli, 2012 nömrəli sərəncam və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər 5 ildən sonra qanuna müvafiq olaraq Cavabdeh tərəfindən arxivə təhvil verilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 4 fevral 2025-ci il tarixli, 3-48-2F/2-181/2025 nömrəli məktubla bildirilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Nəsimi rayon İH-nin arxiv fondu üzrə xx.xx.1996-cı il tarixli, 2012saylı sərəncamının təsdiq edilmiş ksero surəti 1(bir) vərəqdən ibarət Sizə göndərilir. Sərəncama heç bir sənəd əlavə edilməmişdir. Digər tərəfdən bildirilir ki, orderlər, o cümlədən xx.xx.1996-cı il tarixli, 004048 saylı order fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır.

15. Məhkəmənin sorğusuna Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 11 fevral 2025-ci il tarixli, 3-52/2-403/2025 nömrəli məktubla Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 607 nömrəli sərəncamının və ona əsas olmuş sənədlərin təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir.

16. 3-cü şəxsin nümayəndəsi və vəkili tərəfindən iş materiallarına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-43859/2023 **********59 nömrəli məktub əlavə edilmişdir. Həmin məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 9, 6 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 213, 23 saylı mənzil xx.xx.1952-ci il tarixli 01250 nömrəli orderə, xx.xx.2016-cı il tarixli P-30-112 nömrəli arxiv arayışına, Bakı şəhəri Cavabdeh baçısının 96 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamına, 451 nömrəli xx.xx.2016-cı il tarixli forma 2 arayışına əsasən ilkin olaraq xx.xx.2016-cı il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-ci il tarixli 40-250 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

İddianın növü və mümkünlüyü

17 .İddianın növü inzibati hüquq münasibətlərinin müəyyən olunması ilə bağlı olduğu üçün müəyyən etmə növündə iddiadır. Belə ki, iddiaçı hazırki iddia ilə Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 2012 nömrəli sərəncamının etibarsız sayılmasını tələb etsə də, hüquqi marağı faktiki olaraq etibarlı mənzil münasibətlərinin müəyyən edilməsinə yönəlib.

18. İPM-dən: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.

19. Odur ki, məhkəmə hesab edir ki, hazırkı münasibətlərin müəyyən edilməsi iqtisadi xarakterlidir və həmin iddia mənzilə dair mülkiyyət hüquqlarının tanınmasına yönəlib.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

22. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). 23.X16 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X16 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40). 24.“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

26. “X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

27. Məhkəmə işin faktiki hallarını araşdırarkən müəyyən edir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 9 saylı evin 6 saylı mənzilinə dair üçüncü şəxs Məmmədova (Nağıyeva) Kifayət İsa qızının adına order verilsə də, faktiki olaraq onun sahibliyində olmamış və o, həmin mənzildə yaşamamışdır. Bu hal, 17 saylı Mənzil Kommunal-İstismarı Sahəsi tərəfindən verilmiş 174 nömrəli, xx.xx.2023-cü il tarixli arayışla da, təsdiq edilir. Bundan əlavə, mənzilin yerləşdiyi bina Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997ci il tarixli, 607 nömrəli sərəncamına əsasən Rus Provaslav kilsəsinə ayrılmışdır və sözügedən sərəncamın 4-cü bəndində Cavabdehnə tapşırılmışdır ki, Kilsəyə (Mirəli Qaşqay küçəsi 9) aid olan mənzilin kənar şəxsə verilmiş orderin ləğv edilməsi məsələsinə baxsın.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 72-ci maddəsinə əsasən inzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir.

29. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 9 saylı evin 6 saylı mənzili üçüncü şəxsin və ya digər şəxslərin hüquqları ilə yüklü deyil və mənzil faktiki olaraq iddiaçının istifadəsindədir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997ci il tarixli, 607 nömrəli sərəncamının qəbul edilməsi ilə faktiki olaraq Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 2012 saylı sərəncamı və onun əsasında verilmiş xx.xx.1996-cı il tarixli, 004048 nömrəli xidməti order qüvvədən düşmüş və mənzil iddiaçıya verilmişdir.

30. Beləliklə, həmin Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 2012 saylı sərəncamı qüvvədən düşmüş, lakin sərəncam əsasında üçüncü şəxs iddiaçıya qarşı tələb irəli sürdüyündən iddiaçının hazırkı subsidiar iddianı qaldırmaqla hüquq münasibətlərinin müəyyən edilməsinə hüquqi marağı vardır.

31. Məhkəmənin qənaətinə görə qeyd edilənlər mübahisələndirilən inzibati akın etibarsız (qanunsuz) olduğu qənaətinə gəlmək üçün yetərlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Nağıyeva (Məmmədova) Kifayət İsa qızının adına verilmiş Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 2012 saylı sərəncamı və həmin sərəncam əsasında verilmiş xx.xx.1996-cı il tarixli, 004048 nömrəli xidməti order etibarsız (qanunsuz) sayılsın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar