Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4344/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 6 dəfə ödənmiş 190 manat birdəfəlik ödəmənin və 10000 manat mənəvi ziyanın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafısəsi Nazirliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixidə Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyinə müraciət edərək işsiz kimi qeydiyyata alınmağını istəmişdir. Lakin bilmədiyi səbəbdən onun işsiz kimi qeydiyyata almaqdan imtina edilmişdir. Təkrarən xx.xx.2020, xx.xx.2020-ci il tarixlərində və tarixlərini unutduğu vaxtlarda dəfələrlə müraciətlər ünvanlamışdır. Çoxsaylı müraciətlərdən sonra iddiaçını 2020-ci ilin oktyabr ayında guya vakant yeri olan bir neçə yerə işə göndərmiş, göndərdikləri iş yerlərinin hamısında eyni mənzərəylə qarşılaşmışdır. Ona bildirilmişdir ki, iş yeri yoxdur. Saysız get-gəldən və saysız yazışmadan sonra iddiaçını xx.xx.2021-ci il tarixində işsiz kimi qeydiyyata almışlar. Bundan sonra iddiaçı Nazirliyə müraciət edərək ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən 190 manatın verilməsini tələb etmişdir. Lakin bu dəfə də iddiaçıya cavab verilmişdir ki, o bilinməyən səbəbdən aztəminatlılıq meyarına uyğun gəlmir. Dəfələrlə müraciət ünvanlayaraq hansı səbəbdən aztəminatlılıq meyarına uyğun gəlmədiyini soruşsa da bu günə kimi müraciətləri cavabsız olaraq qalır. Azərbaycan Respublikası “Məşğulluq haqqında” Qanunda görünür ki, iddiaçıya beş iş günü müddətində iş verilməzsə, o işsiz kimi qeydiyyata alınmalı idi. Lakin o nədənsə müraciətdindən 1 il 4 ay sonra qeydiyyata alınmışdır. Azərbaycan Resublikası Nazirlər Kabinetinin 23 iyun tarixli 216 saylı qərarında göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Bundan əlavə müxtəlif vaxtlarda eyni məzmunlu 4 dəfə də qərar qəbul edilmişdir. Qərarın məzmunundan aydın olur ki, həmin 190 manat məbləğində ödəməni Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafısəsi Nazirliyi iddiaçıya ödəməli idi. Hər dəfəsində o haqqını tələb etmək üçün Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafısəsi Nazirliyinə getdiyində Nazirliyin əməkdaşlan tərəfindən polis çağırılıb bölməyə aparılıb ona şər, böhdan ataraq həbs etdirilməsi cəhdləri olmuşdur. Lakin hər dəfəsində polis iddiaçının günahsız olduğu qənaətinə gələrək onu bir neçə saat sonra azad etmişlər. Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçıya 6 dəfə ödənmiş 190 manat olan birdəfəlik ödəməni ödəməli bundan əlavə, iş yerinin olmadığını bilə-bilə onu müxtəlif yerlərə işə düzəlmək üçün boş göndərməsini, onu şərləyərək 10 dəfəyə yaxın polis bölməsinə apardılmasını və illərlə müraciətinə baxmayaraq süründürməsini nəzərə alaraq iddiaçıya 1000 manat mənəvi ziyan verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 ömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin ətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq X7 orqanlarında işsiz kimi zeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra MEİS) Məşğulluq” altsistemində” (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. “MAS”dan əldə edilmiş məlumata əsasən, iddiaçı xx.xx.2020-ci il tarixində qeyd edilən sistemdə “işaxtaran” kimi qeydiyyatdan keçmiş və xx.xx.2021-ci il tarixindən indiki dövrə qədər qeyd edilən sistemdə işsiz kimi qeydiyyatdadır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel zarixli 127 nömrəli Qərarı məhz işsiz şəxslərə münasibətdə birdəfəlik ödənişlə bağlı müddəaları nəzərdə tutmaqdadır. Yəni müvafiq araşdırmanın aparılmasından öncə yoxlanılması vacib olan məqam şəxslərin işsiz statusunun olub-olmaması məsələsidir. İddiaçı barədə Azərbaycan Respublikası Nazirlər Dinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən adə olunmaqla araşdırma aparılan zamanı onun aztəminatlılıq meyarına uyğun gəlməməsi tələbindən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çivəsində imtina olunmuşdur. Analoji məsələyə dair Ali Məhkəmənin 22 sentyabr 2021 -ci il tarixli, 2-1(102)- 32/2021 saylı Qərarının 29-cu paraqrafına əsasən, nikahın pozulması barədə qeydin vafiq qeydiyyat orqanı tərəfindən sistemdə vaxtında aparılmaması hazırkı halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, istinad edilən qərar da məhz 190 (yüz doxsan) manat birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə qoyulması ilə bağlı olmuşdur. Beləliklə, İddiaçı barədə Azərbaycan Respublikası ızirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən ifadə olunmaqla araşdırma aparılan zaman həm aztəminatlılıq meyarına uyğun gəlmədiyi, həm də müvafiq sistemdə işsiz statusunun olmaması səbəbindən ona birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual əcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Koronavirus COVİD- 19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ayİıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması”na dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əlavədə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozuimasaycu, həmin şəxsin adi mülki dövriyyə şəraitində əıdə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci və 8-ci bəndlərinə əsasən “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qamın əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və İşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büuuz.ə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia ərizəsinin sadə təhlilindən müəyyən olunur ki, iddiaçı mənəvi zərərə münasibətdə cavabdeh tərəfindən edilmiş hərəkət və hərəkətsizliyin sözügedən zərərlə səbəb-nəticə əlaqəsi barədə əsaslandırma etməmişdir. Ümumi formada ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etmişdir ki, bu da qanunvericiliyin dəymiş zərərlə əlaqədar müvafiq tənzimləməsinin tələblərinə uyğun olmamaqla əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü Quliyev X6 Muxtar Respublikası, Babək rayonu, Çeşməbasar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Suraxanı rayonu Polis İdarəsinin müvəqqəti qeydiyyat vəsiqəsinin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Naxçıvan MR, Babək rayonu, Çeşməbasar kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubunda bildirilmişdir ki, Sizin işlə təmin olunmağınıza köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (bundan sonra - Nazirlik) daxil olmuş müraciətinizə X2 (bundan sonra - Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar dövlət orqanlarında (qurumlarda) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu dayandırıldığı üçün Sizi Agentliyin 3 saylı Ərazi Məşğulluq filialına (bundan sonra - Filial) dəvət etmək mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, Siz 7 sentyabr 2021-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Məşğulluq” altsistemində işsiz şəxs kimi qeydiyyata alınmısınız. Əvvəllər Filiala etdiyiniz müraciətlərinizdə yüksək əməkhaqqı (700-800 manat) olan münasib işlə təmin olunmağınıza köməklik göstərilməsini xahiş etmisiniz. Məşğulluq imkanlarınızın qiymətləndirilməsinə uyğun olaraq MEİS-in “Məşğulluq” altsistemindəki vakansiya bankında hazırda istəyinizə uyğun münasib iş yoxdur. Sosial rifahınızın və dayanıqlı məşğulluğunuzun təmin edilməsi məqsədilə Sizə “e-sosial.az" internet portalı vasitəsilə MEİS-in “Məşğulluq” altsistemində mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyə olunmuşdur. Hazırkı müraciətinizin araşdırılması məqsədilə Filialın əməkdaşı tərəfindən Sizinlə əlaqə (***-***-**-**) saxlanılmışdır. Lakin Siz müraciətinizin məqsədini əməkdaşa deməkdən imtina edərək, yalnız əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevin qəbulunda iştirak etməyinizə köməklik göstərilməsini tələb etmisiniz. Bununla əlaqədar Sizə müvafiq məlumat verilmişdir. Təqdim edilmiş fərdi məşğulluq alt sisteminin məlumatlarından görünür ki: - İddiaçı (FİNxxxxxxx), işaxtaran statusu xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, işsizlik statusu xx.xx.2021-ci il tarixdə verilmişdir. - İddiaçı ********* telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə "aztəminatlı sayılmadığı üçün" səbəbi ilə 190 manat birdəfəlik öəmənin verilməsinən imtina edilməsi barədə SMS göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********480100 nömrəli məktubunda bildirilmişdir ki, 01,06.1982-ci il təvəllüdlü İddiaçı (PİN: xxxxxxx) aäına hal-hazıradək mülki hüquq müqaviləsinin qeydiyytadan keçibkeçməməsi, vergi ödəyicisi qismində uçota alınıb-alınmamasına dair müraciətinizə aidiyyəti üzrə Bakı şəhəri X8 üzrə Baş İdarəsində baxılmışdır. Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, vergi orqanında İddiaçı (PİN: xxxxxxx) vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. İşə götürən barədə məlumataların təqdim edilməməsi səbəbindən İddiaçı (PİN: xxxxxxx) ilə bağlanmış mülki müqavilə barədə məlumatın müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X1 xx.xx.2023-cü il tarixli, 3-17-2/2-19082-2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı barəsində “Əmək və məşğulluq” altsistemində olan məlumatları və digər müvafiq sənədlərin təsdiq olunmuş surətlərini təqdim edirik (əlavə olunur). 1.Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə - məlumat tapılmadı. 2.Əmək pensiyaçılarına - məlumat tapılmadı. 3.Aylıq müavinət alanlara - məlumat tapılmadı. 4.Aylıq təqaüd alanlara - məlumat tapılmadı. 5.-Özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə - əmlak verilməyib. İşsizlikdən sığorta ödənişi alanlara - sığorta ödənişi almayıb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 02/341 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı daxil olmaqla ailə üzvləri (cəmi 3 nəfər) ilə birlikdə Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 82 nömrəli qərarına əsasən Babək rayonu, Çeşməbasar kəndində Torpağa mülkiyyət hüququna dair JN-350 nömrəli Dövlət Aktı əsasında 8664,97 m2 kənd təsərrüfatı təyinatlı, Torpağın mülkiyyətə verilməsinə dair JN-90A nömrəli Şəhadətnamə əsasında 805,40 m2 həyətyanı torpaq sahələri verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 13 oktyabr 2020-ci il tarixdə, Babək rayon notariat ofisinin 21 sentyabr 2020-ci il tarixli, 2V-108 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”si əsasında Babək rayonu, Çeşməbasar kəndində yerləşən ümumi sahəsi 805,40 m2 həyətyanı torpaq sahəsinin 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi X3 adına qeydiyyata alınmışdır. Notariat ofisindən daxil olan məlumata əsasən daşınmaz əmlakın dövlət reyestrində bəhs olunan torpaq sahəsinin Naxçıvan şəhər 3 saylı notariat ofisinin 10 noyabr 2020-ci il tarixli, 4/Ə-292 nömrəli bağışlanma müqaviləsi əsasında özgəninkiləşdirilməsi barədə qeydlər aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, Sizin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlar üçün ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə Nazirliyin e-sosial.az internet portalı vasitəsilə müraciət etmisiniz, lakin aztəminatlılıq meyarına uyğun gəlmədiyiniz üçün Sizin birdəfəlik ödənişlə təmin olunmanıza imtina edilmişdir. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz digər xüsusatlar araşdırılaraq adıçəkilən əməkdaş barəsində qanunamüvafıq tədbirlər görüləcəkdir. Nəzərə almağınız xahiş olunur. Beləliklə, hazırkı iş üzrə iddiaçının tələbi aşağıdakı hissələrdən ibarətdir: - “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 6 ay üçün 190 manat birdəfəlik müavinətin ödənilməsi - mənəvi ziyanın ödənilməsi İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra - Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra - işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra - birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydaya əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qaydanın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9); bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı (2.3.10). “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli 149 saylı Qərarının 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara (2.3.15). Göründüyü kimi birdəfəlik ödəmənin qeydiyyat tarixindən asılı olaraq, MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə cavabdeh iddiaya etirazında birdəfəlik ödəmənin verildiyi vaxt həm də müvafiq sistemdə iddiaçının “işsiz” kimi qeydiyyatının olmamasına istinad etmişdir. Məhkəmə ilk növbədə cavabdehin imtinasında göstərilməyən, yalnız iddiaya etirazında əsas gətirdiyi bu dəlillə razılaşmır. Belə ki, “Məşğulluq haqqında” Qanunun: -1.1.6-cı maddəsinə əsasən işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; -1.1.7-ci maddsinə əsasən işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs; -5.1-ci işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. -5.2-ci maddəsinə görə şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. -5.5-ci maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Hazırkı iş üzrə məşğulluq alt sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı sistemdə ilkin olaraq xx.xx.2020-ci ildə “işaxtaran” kimi qeydiyyatdan keçmiş, xx.xx.2021-ci ildə işsiz kimi qeydiyyata alınmışdır. Halbuki, yuxarıda da qeyd edilən normaların tələblərindən görünür ki, iddiaçı işaxtaran qismində uçota alındığı xx.xx.2020-ci il tarixdən 5 (beş) iş günü ərzində sistem üzrə işsiz statusunda olan şəxs kimi qeydiyyata alınmalı olduğu halda işaxtaran statusunda qalmışdır. Bu baxımdan İnformasiya ehtiyatlarında müvafiq məlumatın cari vəziyyətə uyğun yerləşdirilməməsi və ya vaxtında yerləşdirilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyil və bu məsələ iddiaçının ziyanına təfsir və tətbiqinə əsas vermir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçının 190 manat birdəfəlik müavinətin verildiyi tarixə sistem üzrə “işaxtaran” statusunda qalması öz əhəmiyyətini itirmişdir. Belə ki birdəfəlik ödəmə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənildiyindən, iddiaçıya göndərilmiş SMS ismarıcında onun aztəminatlılıq meyarına uyğun gəlməməsi barədə imtina cavabı sistem üzrə iddiaçının məhz işsiz kimi tanındığı, birdəfəlik ödəməni almaq hüququna mahiyyəti üzrə baxılıb qiymətləndirildiyini ifadə edir. Odur ki, cavabdehin etirazında işsiz statusunun olmaması ilə bağlı dəlili hazırkı iddianın təmin edilməməsinə əsas kimi qəbul edilmir. İş materiallarından görünür ki, iddiaçı ona 190 manat birdəfəlik ödəmələrin verilməsi ilə bağlı müraciət etmiş, aztəminatlılıq meyarına uyğun gəlmədiyinə əsasən ona imtina cavabı göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş icraat materialları və məhkəmə sorğusuna cavabda iddiaçının aztəminatlılıq meyarından məhz hansına uyğun gəlməməsini əsaslandırmamışdır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia yuxarıda da qeyd edildiyi kimi öhdəliyin icrası haqqında iddia növünə uyğundur. İnzibati aktın qəbul edilməsinə yönəlmiş məcburetmə haqqında iddiada olduğu kimi öhdəliyin icrası haqqında iddia növü üzrə iddalara baxılarkən məhkəmə inzibati orqanın imtina əsasları ilə bilavasitə bağlı deyildir. Başqa sözlə, bu növ iddialarda məhkəmə bütövlükdə “hüququn mövcudluğu”nu yoxlayır, cavabdehin üzərinə yalnız müraciətin təminini istisna edən faktiki şərtləri sübut etmək qalır. Bu mövqedən çıxış edərək hazırkı iş üzrə məhkəmə iddiaçının birdəfəlik ödəməyə olan hüququnun mövcud olub-olmamasını yoxlamışdır. Məhkəmə icraatı gedişində əldə edilmiş əmlakla bağlı sorğuya cavablardan müəyyən olunur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 82 nömrəli qərarına əsasən Babək rayonu, Çeşməbasar kəndində Torpağa mülkiyyət hüququna dair JN-350 nömrəli Dövlət Aktı əsasında iddiaçı da daxil olmaqla 3 nəfər ailə üzvü birlikdə 8664,97 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin, Torpağın mülkiyyətə verilməsinə dair JN-90A nömrəli Şəhadətnamə əsasında 805,40 kv.m həyətyanı torpaq sahələri verilmişdir. Yuxarıda adı çəkilən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.11-ci yarımbəndinə əsasən mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara birdəfəlik ödənişin verilməsindən imtina edilir. Bu baxımdan, iş üzrə müəyyən olunur ki, iddiaçının 2020-ci ilin aprel, may aylarında birdəfəlik müavinətin verildiyi vaxt mülkiyyətində müxtəlif ünvanda 2 daşınmaz əmlakı olmuş, bununla da iddiaçı aztəminatlılıq meyarına cavab vermədiyindən birdəfəlik ödəməni almaq hüququ da yaranmamışdır. Odur ki, iddia tələbi birinci hissədə təmin edilə bilməz. İddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı ona dəymiş mənəvi ziyanla bağlı dəfələrlə şifahi və yazılı qaydada müraciət etdiyini, cavabdehin iddiaçının qeyd edilən tələblə bağlı inzibati orqana müraciət etməməsi ilə bağlı sübutu məhkəməyə təqdim etmədiyini, əksinə, məhkəmə icraatında mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiaya mahiyyəti üzrə etiraz edərək tələbin təmin edilməməsini xahiş etdiyini, bununla da mənəvi ziyanla bağlı mövqe sərgilədiyini əsas götürərək hesab edir ki, hazırkı vəziyyətdə dəymiş ziyanla bağlı inzibati orqana ilkin müraciətin edilməsinə hüquqi zərurət yoxdur. Əks hal prosessual qənaət prinsipinə zidd olmaqla əlavə məhkəmə mübahisələrinə gətirib çıxarmasına zəmin yarada bilər ki, bu hal da özlüyündə yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbə hazırkı məhkəmə icraatında mahiyyəti üzrə qiymət verilməsini məqsədəuyğun hesab edir. İddiaçı mənəvi ziyanla bağlı tələbinin faktiki əsası kimi iddiaçının cavabdeh tərəfindən müvafiq işlə təmin edilmə, sosial yöndə müraciətlərinin düzgün cavablandırılmaması, süründürməçiliyə məruz qalması, cavabdehin təşəbbüsü ilə əsassız yerə polis orqanlara çağırıldığına, bununla da ona mənəvi cəhətdən zərər dəyidiyinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. İnzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. Hazırkı işin hallarını şərh olunanlara uyğun qiymələndirildikdə isə cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və belə hərəkətlər nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4344/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4344/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver