Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4346/2020 29.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Əliyev Həsən Rövşən oğlunun iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 7, mənzil 6) cavabdeh – Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov küçəsi, 43) qarşı «əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 (bundan sonra – DSMF) Xüsusi X3rşı «əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, o, xx xxxxxxxx 1976-cı il tarixdə doğulmuşdur. 1993-cü ildə orta məktəbi bitirmişdir. 1995-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Silahlı Qüvvələrdə əsgər kimi xidmətə başlamışdır. Nümunəvi xidmətinə görə hərbi hissə onun sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə göndərmişdir. xx xxxx 1995-ci il tarixdə həmin ali məktəbin mühəndis qoşunları ixtisası üzrə müvafiq fakultəsinə qəbul olmuşdur. 2000-ci ildə ali məktəbi bitirdikdən sonra ixtisası üzrə Silahlı Qüvvələrdə xidmətə başlamışdır. 2006-cı ilədək baş leytenant hərbi rütbəsinə qədər, tağım, bölük və hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifələrinə yüksəlmişdir. 2006-cı ildə keçirdiyi xəstəliyə görə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 157-ci maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ailəlidir, azərbaycanlıdır, məhkum olunmamışdır, 3 övladı var. O, Silahlı Qüvvələrdən ehtiyata xəstəlik səbəbindən tərxis olunmuşdur. Ona 2006-cı ildə X9 Komissiyası tərəfindən əlillik verilərkən xidmət etdiyi dövrlərdə, hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı travmaya əsasən travma haqqında arayışın xəstəlik sənədlərinin içərisində olmaması səbəbindən, müvafiq qərarda ona təyin olunmuş əlilliyin səbəbi “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” deyil, “Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” kimi göstərilmişdir. Həmin travma haqqında arayışın verilmə tarixi sübut edir ki, həqiqətən xidməti vəzifələrin icrası zamanı aldığı travma (xəstəlik) 2006-cı ildə təyinat aparılan tarixdə, yəni əlillik təyin edilərkən onda (iddiaçıda) olmuşdur. O, həmin travma haqqında arayışı əldə etdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək, aldığı travmanın səbəb əlaqəsinin “hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi göstərilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası x xxx 2019-cu il tarixdə 3 saylı Qərarla düzgün olaraq, onun xidmət etdiyi dövrdə aldığı travmanın səbəb əlaqəsini “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi qiymətləndirmişdir. Həmin Qərarı əldə etdikdən sonra o, təyin edilmiş hərbi əlillik dərəcəsinin səbəbinin dəyişdirilərək “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin olunması məqsədilə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında X2 müraciət etmişdir. Komissiya öz növbəsində düzgün qərar verərək, x xxxxxx 2019-cu il tarixdə ona 2006-cı ildə təyin olunmuş hərbi əlillik dərəcəsinin dəyişdirilməsinə qərar vermişdir. Məhz bu qərardan sonra onun hərbi pensiyasında fərq məbləği yaranmışdır. Həmin fərq məbləğinin ona birdəfəlik ödənilməsi məqsədilə xx xxxxxx 2020-ci il tarixdə o, hazırkı cavabdeh DSMF X7 İdarəsinə müraciət etmişdir. Cavabdeh qaldırılan həmin məsələnin həllindən imtina etmişdir. Hesab olunur ki, iddia mümkün və əsaslı iddiadır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 11.2, 12.2, 20.16, 20.16.1, 37.7-ci maddələrinə əsaslanaraq, x xxxxxx 2007-ci il tarixdən x xxxxxx 2019-cu il tarixədək pensiya məbləğində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF X7 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF X7 İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş xx xxx 2020-ci il tarixli yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiası təmin edilməməlidir. Məlum olduğu kimi, vətəndaşların pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsindən “məlumat vərəqəsi” daxil olmuş və qanunvericiliyə uyğun olaraq əmək pensiyası hesablanaraq ödənilmişdir. İddiaçı x xxxxxx 2007-ci il tarixdən x xxxxxx 2019-cu il tarixədək fərq məbləğinin ödənilməsini tələb edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən əmək pensiyası ödənişinin maliyyə mənbələri və əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər) qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Əmək pensiyasının yığım hissəsinin ödənilməsi müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq təkrar müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlmədikdə, əmək pensiyasının ödənilməsi dayandırılır. Onun əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.3-cü bəndinə görə X9 Komissiyası tərəfindən əlillik müəyyən edilməsi barədə tibbi ekspertiza sənədləri bilavasitə TSEK-dən rəsmi qaydada qəbul edilir və kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən qeydiyyatdan keçirilir. Əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin ərazi üzrə X9 Komissiyasıdır. Vətəndaşa əlillik hansı qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyin səbəbi “X9 Komissiyasının müayinə aktından çıxarış”da qeyd edilir və həmin çıxarışda “ilkin (təkrar) müayinədən keçən əlillər üçün” pensiya təyinatı aparan orqana göndərilir. Belə ki, iddiaçıya qanunamüvafiq olaraq, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı yenidən X2 müraaciət edərək əlilliyin səbəbini dəyişmiş, DSMF orqanı tərəfindən də “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə və TSEK-in təyinat tarixinə əsasən müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiyası yenidən hesablanmışdır. İddiaçıya həmin Qanunun 20.16.1-ci maddəsinə əsasən “xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara” müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiya hesablanaraq hüququ yarandığı gündən pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Əliyev Həsən Rövşən oğlu iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallaarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZE 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, xx xxxxxxxx 1976-cı il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 7, mənzil 6-dır. İş materiallarında olan ZE seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxxxxxxx 1976-cı il tarixdə doğulmuş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2005-ci il tarixli 0692 saylı əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə müvafiq olaraq (xəstəliyə görə) Silahlı Qüvvələrdən tərxis olunmuşdur (ehtiyata buraxılmışdır). İş materiallarına surəti əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon idarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il trixli 457 nömrəli arayışda aşağıdakılar bildirilmişdir: - 1976-cı il təvəllüdlü ehtiyatda oloan baş leytenant İddiaçı həqiqətən xx xxxxxx 1995-ci il tarixdən x xxxxxx 2006-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 157-ci maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2005-ci il tarixli 0692 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx xxxxxxx 2005-ci il tarixli 265 nömrəli şəhadətnamədə aşağıdakılar qeyd olunmuşdur: - xx xxxxxxxx 1976-cı il tarixdə doğulmuş, Hərbi Komissarlıq tərəfindən xx xxxxxx 1995-ci il tarixdə hərbi xidmətə çağırılmış, bölük komandirinin texniki hissə üzrə müavini, baş leytenant İddiaçı Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diqanoz və yaralanma – “Epilepsiya, tez-tez epileptik tutmalarla”. “Xəstəlik hərbi xidmət dövründə alınmışdır”. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxx 2019-cu il tarixli 337 nömrəli Qərarında aşağıdakılar göstərilmişdir: - Hərbi Komissarlıq tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən x xxxx N-cü il tarixdə aldığı və N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Baş nahiyəsinin yuxarı hissəsinin küt travması, yumşaq toxumaların əzilməsi, sağ qaşın çapılması” (AR SHXÇD Xidməti Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx xxxxxx 2018-ci il tarixli 15 nömrəli göndərişi, xx xxxxxx 2018-ci il tarixli 497 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx xxxx N-cü il tarixli çıxarış epikrizi, tibbi kitabçadan çıxarışlar, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sənədi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. İş materiallarına surəti əlavə olunmuş Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tərəfindən verilmiş “X1 sonuncu müayinəyə dair məlumat”da aşağıdakılar bildirilmişdir: - xx xxxxxxxx 1976-cı il tarixdə doğulmuş İddiaçı qiymətləndirmə tarixi və təyinat tarixi xx xxxxxx 2019-cu il olmaqla ikinci dərəcəli əlillik müəyyən edildi. Əlillik səbəbi – Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: (11.2.1) müharibə ilə əlaqədar əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə, (11.2.2) hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Həmin Qanunun 12.2-ci maddəsinə görə hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (bu Qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)) əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (20.16.1) müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə - 80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi, (20.16.2) İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin – 60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə – 5 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən əlillik dərəcəsi dəyişdikdə, əmək pensiyasının məbləği əlillik dərəcəsinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 36 nömrəli Qərarının 1-ci hissəsi ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə» təsdiq edilmişdir. Əsasnamənin 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə «Əlilliyin qiymətləndirilməsi Qaydası» təsdiq edilmiş və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 36 nömrəli Qərarının 1 – 4-cü hissələri ləğv edilmişdir. Hazırkı işin məhkəmə araşdırılması ilə məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı 2005-ci ildə şəhadətləndirilərkən xəstəliyin səbəb əlaqəsi – “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” olmaqla qərar qəbul edilmiş, sonradan 2019-cu ildə onun səhhətindəki dəyişiklik xəstəlik kimi deyil, xəsarət qismində qiymətləndirilərək, müvafiq səbəb əlaqəsi “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” müəyyənləşdirilmişdir. Bu isə, onu deməyə əsas verir ki, onun hərbi xidmətdə aldığı xəsarətlə bağlı diaqnoz və rəy (qərar) iradəsindən asılı olmayaraq əvvəlcə səhv qiymətləndirilmiş, lakin sonradan dəyişdirilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, pensiya qanunvericiliyi İİ dərəcə əlilliyi olan hərbi qulluqçulara aldığı xəsarətin və ya xəstəliyin xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olub-olmasından asılı olaraq fərqli təminatlar (əmək pensiyasına əlavələr) müəyyən etmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı onun xəsarəti ilə bağlı barəsində əvvəlcədən düzgün qərar qəbul edildiyi halda almalı olduğu pul təminatını (pensiyaya əlavəni) tələb etməkdə haqlıdır, lakin qanunvericiliyin müəyyənləşdirdiyi müddətin əhatə etdiyi həddə. Nəzərə alınmalıdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı işin halları iddiaçının yenidən müayinə nəticəsində əlillik qrupunun dəyişməsi ilə bağlı deyil. Odur ki, məhkəmə cavabdeh DSMF X7 İdarəsinin imtinasında «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin tələblərinə istinad olunması mövqeyi ilə razılaşmır. Beləliklə məıhkəmə hesab edir ki, cavabdeh DSMF X7 İdarəsinin “iddiaçıya pensiya ödənilməsindəki fərq məbləğinin əvvəki dövr üzrə ödənilməsi”ndən imtinası qismən qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı pensiya məbləğinin ödənilməsində yaranmış fərq məbləğinin xx xxxxxx 2019-cu il tarixdən (əlilliyin növbəti dəfə təyinatı tarixindən) əvvəlki 3 illik dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh DSMF X7 İdarəsinin üzərinə qoyulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı pensiya məbləğinin ödənilməsində yaranmış fərq məbləğinin xx xxxxxx 2019-cu il tarixdən əvvəlki 3 illik dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4346/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4346/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver