Məhkəmə qərarları › İş №2-1(112)-4346/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4346/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4346/2024 29.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “əmlakın iddiaçının adına sənədləşdirilməsi üçün sərəncam verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Q.Qarayev prospekti, 116 saylı binanın qarşısındakı ticarət cərgəsində (8-ci km qəsəbəsində, Laçın Ticarət Mərkəzi ilə üzbəüz mağazalar sırası) yerləşən obyektin onun adına sənədləşdirilməsi üçün sərəncam verilməsi öhdəliyini cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri, Q.Qarayev prospekti 116 nömrəli binanın qarşısındakı ticarət cərgəsində yerləşən obyekt iddiaçının həyat yoldaşı X3 məxsus olmuşdur. Daha sonra həyat yoldaşı Cavad Osmanov dünyasını dəyişmiş və obyekt iddiaçının X11un adına keçmiş və onun adına yeni sərəncam verilmişdir. X11 2020ci ildə dünyasını dəyişmişdir. Hazırda mərhum həyat yoldaşı Cavad Osmanovun və mərhum X11un birinci dərəcə vərəsəsi olaraq sözügedən obyektin onun adına sənədləşdirilməsinə zərurət meydana gəlmişdir. Bu səbəbdən də qeyd edilən Bakı şəhəri, Q.Qarayev prospekti, 116 saylı binanın qarşısındakı ticarət cərgəsində yerləşən obyektin onun adına sənədləşdirilməsi üçün sərəncam verilməsinə ehtiyac vardır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciətinə cavab verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-823/2024 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 304 nömrəli, “Q.Qarayev prospekti 116 nömrəli binanın qarşısındakı ticarət cərgəsində vət. B.Q.Abasova məxsus obyektin vət. C.O.Osmanovun adına qanuniləşdirilməsi haqqında” Sərəncamı ilə Q.Qarayev prospekti 116 nömrəli binanın qarşısındakı ticarət cərgəsində yerləşən, vətəndaş B.Q.Abasova məxsus obyektin vətəndaş C.O.Osmanovun adına qanuniləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 118 nömrəli, “Q.Qarayev prospekti 116 №-li binanın qarşısındakı ticarət cərgəsində C.O.Osmanova məxsus obyektin A.C.Osmanovun adına rəsmiləşdirilməsi haqqında” Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 304 №-li sərəncamına əsasən Q.Qarayev prospekti 116 №-li binanın qarşısındakı ticarət cərgəsində X2 adına qanuniləşdirilmiş obyektin Anar Cavad oglu Osmanovun adına keçirilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadə Məhkəməsinin 12 mart 2013-cü il tarixli, 2in(82)- 698/2013 nömrəli qərarı ilə İddiaçı X4 cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 304 nömrəli sərəncamına dəyişiklik edilməsi, yəni Bakı şəhəri Qara Qarayev prospekti 116 nömrəli binanın qarşısındakı ticarət cərgəsində yerləşən obyektin iddiaçının mərhum atası X1 adından çıxarılaraq iddiaçının adına keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilmiş, cavabdeh Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətinin imtinas qanunsuz hesab edilmiş və Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətinin 304 nömrəli, 03 iyu: 2003-cü il tarixli sərəncamına dəyişiklik edilərək Bakı şəhəri Qara Qarayev prospekti 116 nömrəli binanın qarşısındakı ticarət cərgəsində yerləşəş obyektin iddiaçının mərhum atası X1 adından çıxarılaraq iddiaçı X4 adına keçirilməsi vəzifəsi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının araşdırılması zamanı, müəyyən edilir ki, iddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdan ibarətdir. Belə olan halda o, ilkin olaraq Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu İcra hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 118 nömrəli Sərəncamı ilə oğlu X5 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Q.Qarayev prospekti, 116 saylı binanın qarşısındakı ticarət cərgəsində (8-ci km qəsəbəsində, Laçın Ticarət Mərkəzi ilə üzbəüz mağazalar sırası) yerləşən obyektin mərhum oğlu X6 məxsus olması barədə arayış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etməli, müvafiq arayışı aldıqdan sonra mübahisəli qeyri-yaşayış sahəsinin vərəsəlik qaydasında öz adına rəsmiləşdirilməsini tələb etməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. Normaların tələbindən də göründüyü kimi, qanunverici yerli icra hakimiyyəti orqanlarına iddia tələbində göstərilən şəkildə daşınmaz əmlakın addan-ada keçirilməsi və ya rəsmiləşdirilməsi hüququnu tanımamaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə İPM-in 13-cü maddəsinin göstərişləri baxımından qanunvericiliyin tələbləri izah edilmiş, iddianın mümkünlüyü ilə bağlı hüquqi məsələlər diqqətinə çatdırılmışdır. İddiaçının nümayəndəsi iddianın mümkün sayılaraq təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün daha düzgün hüquqi müdafiə imkanlarından istifadə edərək mübahisəli qeyriyaşayış sashəsinin X6 məxsus olması barədə arayış əldə etməli, daha sonra vərəsəlik qaydasında həmin əmlakın öz adına rəsmiləşdirilməsi ilə bağlı müraciət emtəlidir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “əmlakın iddiaçının adına sənədləşdirilməsi üçün sərəncam verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar