Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4349/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X7 iştirakı ilə iddiaçı – İddiaçı (yerləşdiyi yer: Bakı şəhəri, S.Vurğun küçəsi, 68) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, H.Əliyev prospekti, 115) qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı KM cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli **********198502 nömrəli qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, cavabdeh Bakı şəhəri X3 xx xxxxxx 2018-ci il tarixli **********172588 nömrəli qərarına əsasən İddiaçı KM-in x xxxxxxx 2015-ci tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək fəaliyyəti üzrə növbədənkənar vergi yoxlaması təyin edilmişdir. Vergi yoxlaması ilə iddiaçı tərəfindən icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın x xxxxxxx 2015-ci tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək olan dövr üzrə AR Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması cavabdehin əməkdaşları tərəfindən Vergi Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla təqribən 1 il 2 aydan artıq bir müddətdə aparılmışdır. Vergi yoxlamasının keçirildiyi ilk günlərdən cavabdehin x xxxxxx 2019-cu il tarixli qərarına əsasən yoxlanılan dövrdə iddiaçı tərəfindən icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın həmin dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyən edilməsinə dair ekspertiza təyin edilmişdir. Ekspertizanın keçirilməsi barədə qərarla müəssisənin rəhbərliyi Vergi Məcəlləsinin 44.6-cı maddəsinə əsasən tanış edilməmiş və ona həmin Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməmiş və bu hüquqların həyata keçirilməsi təmin edilməmişdir. Qeyd edilən ekspertizanın keçirilməsi haqqında qərarda onun icrası “Azərekspertiza” Birliyinin bir ekspertinə (mərhum) tapşırılmış, qeyd edilən qərar həmin Birliyin digər ekspertinə elan edilmiş, sonuncu tərəfindən xx xxxxx 2019-cu il tarixli vergi qanunvericiliyinin tələbləri pozulmaqla əsassız rəy verilmiş və vergi orqanının müfəttişləri tərəfindən AR Vergi Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla xx xxxx 2019-cu il tarixli səyyar vergi yoxlamasına dair **********180034 saylı akt tərtib edilmiş, iddiaçının guya 15.400,72 manat verginin azaldılmasına yol verməsinə və guya vergidən yayınma məbləğinin 50% məbləğində 9.800 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair birinci əsassız akt yazılmışdır. Sonradan vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətləri və Vergi Məcəlləsinin tələblərinin pozulması ilə keçirilmiş və qanunvericiliyin tələblərinə zidd olaraq ekspert qarşısında yoxlama dövrünü əhatə edən ötən üç il üçün icarə haqqının real bazar qiymətinin müəyyən edilməsinə dair sual qoyulması ilə əlaqədar təkrar ekspertizanın keçirilməsi barədə iddiaçının vəsatətinə əsasən cavabdeh tərəfindən yenidən ekspertiza keçirilməsi barədə qərara əsasən “Azərekspertiza” Birliyindən başqa ekspert dəvət edilmiş, ekspert qarşısında yenidən eyni sual qoyulmaqla xx xxxxxxxx 2019cu il tarixli qərarla təkrar ekspertiza təyin edilmişdir. Təkrar ekspertiza qarşısında iddiaçının icarəyə verdiyi müvafiq ünvanında yerləşən daşınmaz əmlakın x xxxxxxx 2015-ci tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyən edilməsinə dair sual qoyulan zaman iddiaçının etiraz və vəsatətlərinə və AR Vergi Məcəlləsinin 14.4-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxxx 2012-ci il tarixli qərarının tələbləri pozulmaqla rəy verilməsi tələb edilmişdir. Bundan sonra müəssisə tərəfindən ekspertizanın AR Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə zidd təyin edilməsi və ekspert qarşısına qoyulmuş sualın qanunvericiliyə və Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2012-ci il tarixli məlum qərarına zidd olması barədə şikayətlər verilməsinə baxmayaraq cavabdeh ekspertin xx xxxxxxx 2019-ci il tarixli rəyi əsasında xx xxxxxxx 2019-cu il tarixdə ikinci dəfə **********180034 saylı səyyar vergi yoxlamasının nəticələrinə dair akt tərtib etmişdir. Həmin aktın əsassızlığını hər hansı bir müqayisəli sənədlər olmadan və ekspertin yalnız şəxsi mülahizələrinə əsaslanaraq yazılmasına dair iddiaçının növbəti şikayətindən sonra heç bir yeni araşdırma və ekspertiza rəyi alınmadan x xxxxxx 2020-ci il tarixli üçüncü səyyar vergi yoxlaması aktı tərtib edilərək xx xxxxxxx 2019-cu il tarixli aktda göstərilənlər köçürülməklə ekspertin xx xxxxxxx 2019-cu il tarixli əsassız və qanuna zidd rəyindəki icarə haqqının orta bazar qiymətinin müəyyən edilməsinə dair qiymətlərə uyğun əsassız vergi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin aktla bir daha qeyd edilən xx xxxxxxx 2019-cu il tarixli aktda müəyyən edilmiş məbləğdə, yəni 30.430 manat verginin guya azaldılması müəyyən edilmiş və həmin məbləğin 50 faizi məbləğində 15.215 manat maliyyə sanksiyasının tətbiq edilməsinə təklif verilmişdir. Cavabdehin sifarişi ilə dəvət edilmiş özəl kommersiya təşkilatı olan birliyin eksperti tərəfindən iddiaçının daşınmaz əmlakının yoxlama dövründə icarə haqqının orta (real) bazar qiymətinin müəyyən edilməsi olaraq rəyində müəyyən etdiyi hər 1 kv.m üçün qiymətlərin, yəni 2015-ci ilin yoxlama dövrünə dair bir kv.m. üçün 10 manat, 2016-cı il üçün 12 manat, 2017 – 2018-ci illərin yoxlama dövrünü əhatə edən aylar üçün 15 manat müəyyən edilməsi hər hansı bir müqayisəli qiymətlərlə (sübutlarla), o cümlədən rəsmi sənədlərə, vergi orqanının və vergi ödəyicilərinin məlumatlarına və digər mötəbər sübutlara əsaslanmamışdır. Ekspert öz rəyində 2015-ci ildə və sonrakı illərdə qiymətlərin artmasına dair gəldiyi nəticəni əsaslandırmamış, göstdiyi qiymətlərin icarə bazarında necə formalaşdığını müəyyən etməmiş, bu qiymətlərin icarə bazarında dinamikasına dair hər hansı bir əsaslandırmanı rəydə əks etdirməmiş, yoxlama dövründə icarə qiymətlərinə dair iddiaçının cavabdehə təqdim etdiyi icarə qiymətlərinin cavabdeh tərəfindən qəbul edilməsinə və bu əsasdan hesabatlar təqdim etməsinə və s. rəy verilməsi üçün zəruri olan hallara dair mütəxəssis kimi fikir bildirməmiş, nəticədə ekspert cavabdehin sifarişi əsasında yalnız özünün şəxsi təxəyyülünün nəticəsi olaraq qeyd edilən qiymətlər barədə rəy vermişdir. Digər tərəfdən, qeyd edildiyi kimi cavabdehin AR Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə zidd ekspert qarşısında yoxlama dövrünü əhatə edən müddət üçün icarə haqqının orta (real) bazar qiymətini müəyyən etmək barədə rəy verilməsinə dair kommersiya müqaviləsi bağlaması qanunvericiliyə ziddir. Ekspertiza orqanı kommersiya təşkilatı olaraq öz nümayəndəsi vasitəsi ilə bir tərəfli şəkildə müəyyən etdiyi və heç bir mötəbər mənbəyə əsaslanmayan rəy yazmaqla həmin rəy əsasında vergi orqanı tərəfindən vergi orqanı üzərinə öhdəlik qoyulması Konsitusiyaya və AR Vergi Məcəlləsinin tələblərinə ziddir. Qanunvericilikdə səyyar vergi yoxlaması zamanı 3 il yoxlama dövrü üçün real bazar qiyməti müəyyən etmək adı altında verginin azaldılmasının müəyyən edilməsi qaydasını müəyyən etməmişdir və hazırki halda cavabdehin qanunvericiliyin aqeyd edilən tələbləri pozmaqla qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh qanunvericiliyin tələblərinə zidd tərtib edilmiş x xxxxxx 2020-ci il tarixli akt əsasında xx xxxx 2020-ci il tarixli **********198502 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmiş, həmin qərarla yoxlama dövrüq üzrə guya iddiaçının 30.430 manat vergini azaltması və 4.035 manat maliyyə sanksiyası tətbiq edilməsi qanunsuzdur və ləğv edilməlidir. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 3.1, 14, 24-cü maddələrinə, İPM-in 2.2.1-ci maddəsinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli **********198502 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğyun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi bə ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış iddia ilə bağlı x xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiasına etiraz olunur. Belə ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli **********172588 nömrəli qərarına əsasən vergi ödəyicisi üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (Vergi Məcəlləsinin həmin vaxtı qüvvədə olan redaksiyası üzrə) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2015 – sentyabr 2018 vergi dövrlərini əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlamasına xx xxxxxx 2018-ci il tarixdə başlanmış, yoxlama x xxxxxx 2020-ci il tarixdə başa çatdırılaraq, x xxxxxx 2020-cu il tarixli **********180034 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmişləşdirilmişdir. Səyyar vergi yoxlaması zamanı xüsusi bilik tələb edən hallar mövcud olduğundan ekspert cəlb edilmiş və vergi ödəyicisinin müəyyən aylar üzrə gəlirlərinin müəyyən edilməsində ekspert rəyindən istifadə edilmişdir. Mənfəət vergisi 2015-ci il üzrə: səyyar vergi yoxlamasının gedişində təyin olunmuş ekspertiza əsasında verilən rəyə əsasən müəssisənin 2015-ci ilin 4-cü rübü üzrə gəliri 20.000 manat təşkil etmiş, əvvəlki 9 ay ərzində gəliri isə 1.500 manat olmaqla il üzrə cəmi gəliri (20.000 + 1.500) 21.500 manat, həmin dövr üzrə xərcləri 1.975,37 manat təşkil etmiş və nəticədə (21.500 – 1.975,37) 9.524,63 manat mənfəəti yaranmışdır. Mənfəət vergisi (19.524,6 x 20%) 3.904,93 manat, müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisinin 804,93 manat olduğu nəzərə alınmaqla, yoxlama ilə (3.904,93 – 804,93) əlavə 3.100 manat mənfəət vergisi hesablanmışdır. Mənfəət vergisi 2016-ci il üzrə: Müəssisənin 2016-cı il üzrə gəliri 100.800 manat, həmçinin quraşdırılmış qüllə üçün “xxxx” MMC-dən 900 manat və “xxxx” MMC-dən 600 manat icarə haqqı alınması nəzərə alınmaqla, ümumilikdə gəliri (100.800 + 900 + 600) 102.300 manat, həmin dövr üzrə xərcləri 2.389,56 manat təşkil etmiş, nəticədə (102.300 – 2.389,56) 99.910,44 manat mənfəəti yaranmışdır. Yoxlama ilə müəssisəsinin mənfəət vergisi (99.910,44 x 20%) 19.982,09 manat müəyyən edilmiş, müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisinin 722,09 manat olduğu nəzərə alınmaqla, yoxlama ilə (19.982,09 – 722,09) əlavə 19.260 manat mənfəət vergisi hesablanmışdır. Mənfəət vergisi 2017-ci il üzrə: Yoxlama ilə müəssisənin 2017-ci il üzrə gəliri 44.850,00 manat, həmçinin quraşdırılmış qüllə üçün “xxxx” MMC-dən alınmış icarə haqqından gəliri 4.800 manat olmaqla, cəmi gəliri (4.850 + 4.800) 49.650 manat, həmin dövr üzrə isə xərcləri 5.476,53 manat təşkil etmiş, nəticədə (49.650,00 – 5.476,53) 44.173,47 manat mənfəəti yaranmışdır. Beləliklə, yoxlama nəticəsində mənfəət vergisi (44.173,47 x 20%) 8.834,69 manat müəyyən edilmiş müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisinin 764,69 manat olduğu nəzərə alınmaqla, yoxlama (8.834,70 - 764,69) əlavə 8.070,00 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin əsas fəaliyyəti daşınmaz əmlakın icarəyə verilməsi olsa da, vergi ödəyicisi ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq məqsədilə x xxxx 2017-ci il tarixdə vergi orqanına müraciət etmiş və nəticədə onun sadələşdirilmiş vergi üzrə mükəlləfiyyəti aktivləşdirilmişdir. Vergi ödəyicisi 2017-ci ilin İİ və İİİ rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrini zamana görə qüvvədə olmuş Vergi Məcəlləsinin 220.1-1.2-ci maddəsinin tələblərinə əsasən 8% dərəcə ilə təqdim etmişdir. Lakin Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu fəaliyyət üzrə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan isitfadə etmədiyi üçün müvafiq dövrlər üzrə təqdim etmədiyi üçün sadələşdirilmiş vergi 4% dərəcə ilə müəyyən edilmiş, yoxlama nəticəsində 2017-ci il üzrə sadələşdirilmiş verginin 4.199,28 manat artıq hesablanması müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx xxxx 2019-cu il tarixli **********198502 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla vergi ödəyicisinin 2015-ci ilin mənfəət vergisinin 3.100 manat, 2016-cı ilin mənfəət vergisinin 19.260 manat, 2017-ci ilin mənfəət vergisinin 3.070 manat azaldılması müəyyən edilmiş, 2017-ci ilin mənfəət vergisi üzrə 8.070 manat yayındırılmasına görə 4.035 maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının gedişində müəssisəyə məxsus Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 68 ünvanda yerləşən daşınmaz əmlakın x xxxxxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2018ci il tarixədək əhatə olunan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə "Ekspertizanın təyin edilməsi haqqında" x xxxxxx 2019-cu il tarixli qərara əsasən ekspert cəlb edilmişdir. Ekspertin x xxxxx 2019-cu il tarixli rəyinə əsasən müəssisənin x xxxxxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək obyektin icarə haqqının aylıq məbləği 5.000 manat müəyyən edilmiş, lakin müəssisənin rəhbərliyi ekspert rəyi ilə razılaşmamış və xx xxx 2019-cu il tarixdə təkrar ekspertiza keçirilməsi üçün vergi orqanına müraciət etmişdir. Bu səbəbdən "Ekspertizanın təyin edilməsi haqqında" x xxxxxxxx 2019-cu il tarixli qərara təkrarən eskpert cəlb olunmuş və ekspert qarşısında Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 68 ünvanda yerləşən daşınmaz əmlakın x xxxxxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək əhatə olunan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi sualı qoyulmuş, lakin vergi ödəyicisi təkrar ekspertiza keçirilməsini tələb etdiyindən həmin qərar üzrə rəy alınmamışdır. Daha sonra başqa ekspert cəlb edilərək, xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyi alınmışdır. İddiaçı iddia ərizəsində ekspert qarşısında qoyulmuş sualın Vergi Məcəlləsinin 14.4-cü maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarının tələblərinə zidd olduğunu vurğulamışdır. İddiaçının qeyd edilən mövqeyinə münasibətdə bildirilir ki, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində qeyd edildiyi kimi 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə vergi orqanının bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirmək hüququ vardır. Yəni, vergi orqanının vergi ödəyicisi tərəfindən müqavilədə təsbit etdiyi icarə haqqını vergitutma məqsədilə istisnasiz qəbul etmək kimi öhdəliyi yoxdur. Məhz bu səbəbdən vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin icarə müqavilələrindəki icarə haqqının bazar qiymətini əks etdirmədiyini müəyyən etdiyindən ekspert təyin edərək, bazar qiymətini müəyyən etmiş və verginin hesablanması zamanı eskpert rəyini nəzərə almışdır. Vergi Məcəlləsinin 23-cü maddəsinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Göstərilənlərə və Vergi Məcəlləsinin 38.1, 39.1, 49.2-ci maddələrinə, İPM-in 58.7-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiış etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, Bakı şəhəri X3 x xxxxxx 2019-cu il **********173483 nömrəli qərarı və həmin tarixli müqavilə əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş x xxxxx 2019-cu il tarixli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - (Vİ. Təqdim edilən sənədlər) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə İddiaçı KM-in direktoru X4 ilə X8 arasında bağlanmış x xxxxxxxx 2017-ci il tarixli və X6 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli müqavilələr, icarəyə verilmiş və icarəyə götürülmüş obyektlər barədə məlumat; - (Vİİİ. Ekspertizanın keçirilməsi proseduru) Bakı şəhəri X3 x xxxxxx 2019-cu il tarixli **********173483 nömrəli qərarının tələblərinə uyğun olaraq ekspert qarşısında İddiaçı KM tərəfindən icarəyə verilmiş Bakı şəhəri, S.Vurğun küçəsi, 68 ünvanında yerləşən daşınan və daşınmaz əmlakın x xxxxxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Bu sualın həlli üçün ekspertə bu rəyin 6-cı bəndində sadalanan sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra Departamentin müvafiq şöbəsinin əməkdaşının iştirakı ilə obyektə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 68 ünvanında kafe-restoran fəaliyyət göstərir. Obyekt yaxşı təmirlidir. Əsas yolda Bakı Dövlət Sirkinin yanında yerləşir. Təqdim edilmiş icarə müqaviləsinə əsasən icarəyə götürülən sahənin ölçüsü 330 kv.m-dir; - (Xİ. Ekspert yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı nəticəyə gəlmişdir) Suala cavab: İddiaçı KM (VÖEN **********) tərəfindən icarəyə verilmiş ünvan 5 ünvanında yerləşən daşınan və daşınmaz əmlakın x xxxxxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2018-ci tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiyməti müəyyən edildi: 1 ay üçün icarə haqqı 330 kv.m üçün 5.000 manat. İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin x xxxxxxxx 2019-cu il tarixli **********144500 nömrəli məktubu, xx xxxxxxxx 2019-cu il tarixli **********190851 nömrəli qərarı və xx xxxxxxxx 2019-cu il tarixli müqavilə əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - (Vİ. Təqdim edilən sənədlər) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə İddiaçı KM-in direktoru X4 ilə X8 arasında bağlanmış x xxxxxxxx 2017-ci il tarixli və X6 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli müqavilələr; - (Vİİİ. Ekspertizanın keçirilməsi proseduru) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin x xxxxxxxx 2019-cu il tarixli məktubu və xx xxxxxxxx 2019-cu il tarixli qərarının tələblərinə uyğun olaraq ekspert qarşısında təkrar ekspertiza keçirilməsi məqsədi ilə İddiaçı KM tərəfindən icarəyə verilmiş Bakı şəhəri, S.Vurğun küçəsi, 68 ünvanında yerləşən daşınan və daşınmaz əmlakın x xxxxxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Bu sualın həlli üçün ekspertə bu rəyin 6-cı bəndində sadalanan sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə ilə obyektdə 2 dəfə olmuşdur. Ekspertə obyektə baxış keçirmək üçün şərait yaradılmamışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri, S.Vurğun küçəsi, 68 ünvanında kaferestoran fəaliyyət göstərir. Mümkün müşahidə aparıldığı qədər məlum oldu ki, obyekt yaxşı təmirlidir. Əsas yolda Bakı Dövlət Sirkinin yanında yerləşir. Ekspert obyektin yerləşdiyi ərazidə olan icarə obyektləri üzrə, o cümlədən digər kafe-restoranların, ticarət obyektlərinin icarəsinin təklif qiymətləri üzrə məlumatları araşdıraraq icarənin orta bazar qiymətini müəyyən etmişdir. Eyni zamanda ekspert qiymətləndirilən obyektin kriteriyalarına cavab verən obyektlər üzrə zəruri hesab etdiyi hər cür məlumatı şifahi formada üçüncü şəxslərdən əldə etmişdir («Qiymətləndirmə fəaliyyəti haqqında» AR Qanununun 9-cu maddəsi). İcarə bazarında tələb və təkliflər nəzərə alınmışdır; - (Xİ. Ekspert yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı nəticəyə gəlmişdir) Suala cavab: İddiaçı KM tərəfindən icarəyə verilmiş ünvan 5 ünvanında yerləşən daşınan və daşınmaz əmlakın x xxxxxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2018-ci tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiyməti müəyyən edildi: aylıq icarə haqqı 1 kv.m üçün 2015ci ilin İV rübü üzrə 10 manat, 2016-cı il üzrə 12 manat, 2017-ci il üzrə 15 manat, 2018-ci ilin İ – İİİ rübləri üzrə 15 manat. İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2018-ci il tarixli **********172588 nömrəli qərarına əsasən İddiaçı KM-in 2017 – 2018-ci illər üzrə fəaliyyəti üzrə keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələri həmin İdarənin yoxlamanı həyata keçirən əməkdaşlarının tərtib etdiyi x xxxxxx 2020-ci il tarixli **********180034 nömrəli aktla rəsmiləşdirilmişdir. Aktda aşaağıdakılar qeyd olunmuşdur: - Yoxlama xx xxxxxx 2018-ci il tarixdə başlanmış x xxxxxx 2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama üzrə x xxxxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxxx 2019-cu il, xx xxx 2019-cu il, xx xxxx 2019-cu il tarixlərdə yoxlamanın müvəqqəti dayandırılması, x xxxxxxxx 2019-cu il tarixdə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi, x xxxxxxx 2019cu il tarixdə yoxlamanın müvəqqəti dayandırılması, xx xxxxxx 2019-cu il tarixdə isə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə müvafiq qərarlar qəbul olunmuşdur. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi və yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin Bakı şəhəri, S.Vurğun küçəsi, 68 ünvanında yerləşən ictimai iaşə obyekti var. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Vergi yoxlaması müəssisə tərəfindən təqdim ediulmiş icarı müqavilələri və xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyi əsasında aparıldı. Yoxlama ilə əhatə olunan dövr ərzində bank idarələri ilə kredit müqaviləsi imzalanmamış və kredit götürülməmişdir. Müəssisənin uçot məlumatları (rekvizitləri) aparılan yoxlama ilə araşdırıldı və kənarlaşma müəyyən olunmadı. Yoxlanılan dövrdə vaxtı keçmiş debitor və kreditor borcları olmamışdır. Yoxlama ilə əhatə olunan dövrdə kiçik müəssisə tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın aylıq icarə haqqı üzrə real bazar qiymətini müəyyənləşdirmək məqsədi ilə ekspertiza təyin edilmişdir. AR Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən İddiaçı KM-də yoxlanılan 2015 – 2018-ci illər üzrə 30.430 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli **********198502 nömrəli qərarı ilə İddiaçı KM-ə 30.430 manat mənfəət vergisi üzrə borc (2015-ci il üçün 3.100 manat, 2016-cı il üçün 19.260 manat, 2017-ci il üçün 8.070 manat) hesablanmış, 4.035 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarda səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib olunmuş x xxxxxx 2020ci il tarixli akta istinad olunmuş müvafiq vergi məbləğlərinin hesablanması AR Vergi Məcəlləsinin 14.2, 14.6.3, 38.3.5, 58.1-ci maddələrinin tələbləri ilə əsaslandırılmışdır. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi “xxxx” MMC-yə və “xxxx” MMC-yə həvalə olunmuşdur: - İddiaçı KM-ə məxsus ünvan 1 ünvanında yerləşən obyektin 2015-ci ilin oktyabr ayından 2018-ci ilin oktyabr ayınadək olan dövrdə aylıq icarə haqqı məbləğlərinin müvafiq ərazidə yerləşən eyni əlamətlərə malik obyektlərə münasibətdə bir neçə mənbədən alınmış məlumatlar da əsas götürülərək müəyyən edilməsi. “xxxx” MMC-nin x xxxxxxx 2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş həmin tarixli 253 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - İddiaçı KM-ə məxsus ünvan 5 ünvanında yerləşən obyektin hazırkı 1 kv.m sahəsi üçün 1 aylıq icarə haqqı ayrı-ayrı illər üçün təxminən müəyyən edildi: 2015-ci ilin oktyabr – noyabr ayları üçün 5,32 manat (11,55m-54%), dekabr ayı üçün 10,53 manat (11,55m- 8,83%), 2016-cı il üçün 10,67 manat (11,55m-7,59%), 2017-ci il üçün 11,55 manat, 2018-ci il üçün 30 sentyabr tarixədək 11,55 manat. “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş QR 323M nömrəli rəyində (qiymətləndirmə hesabatında) aşağıdakılar bildirilmişdir: - İddiaçı KM-ə məxsus ünvan 5 ünvanında yerləşən obyektin 1 kv.m üçün 1 aylıq orta icarə haqqı ayrı-ayrı illər üzrə təxminən müəyyən edildi: 2015-ci ilin oktyabr – noyabr ayları üzrə icarə haqqı üçün 5,04 manat, dekabr ayı üzrə 9,99 manat, 2016-cı il üzrə icarə haqqı 1 kv.m üçün 10,12 manat, 2017-ci il üzrə icarə haqqı 1 kv.m üçün 10,95 manat, 2018-ci ilin 30 sentyabr tarixədək icarə haqqı 1 kv.m üçün 10,95 manat. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli məktubunda iş üzrə xx xxxx 2020-ci il tarixli məhkəmə qərardadı əsasında təqdim olunmuş x xxxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə bağlı aşağıdakı məzmunda mülahizə bildirilmişdir: - Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ekspert rəyi ilə razılaşmır və rəyin mötəbər sübut kimi qiymətləndirilməməsini məhkəmədən xahiş edir. Belə ki, səyyar vergi yoxlamasının gedişində təyin edilmiş ekspertiza üzrə təqdim edilmiş ekspert rəyinə əsasən İddiaçı KM-ə məxsus ünvan 5 ünvanında yerləşən kafe-restoran kimi icarəyə verilmiş qeyri-yaşayış obyektinin 1 m2-nın aylıq icarə haqqı 2015-ci ildə 10 manat, 2016-cı ildə 12 manat və 2017 – 2018-ci illərdə isə 15 manat müəyyən edilmişdir. Ekspertiza üzrə gəlinən yekun nəticə belə olmuşdur ki, obyektin hər kv.m üçün aylıq icarə haqqı 2015-ci ilin oktyabr – noyabr ayları üzrə 5,04 manat, 2015-ci ilin dekabr ayı üzrə 9,99 manat, 2016-cı il üzrə 10.12 manat, 2017-ci il üzrə 10,95 manat, 2018-ci ilin 30 sentyabrınadək 10,95 manat. Ekspert rəyinin təsvir hissəsində sözügedən qeyri-yaşayış obyektinə baxış keçirildiyi, o cümlədən qiymətləndirilən obyektlə müqayisə oluna bilinən və daha yaxın zamanlarda satılan və ya icarəyə verilən obyekt barədə müfəssəl məlumat toplanılmaqla müəyyən edilən icarə qiymətlərindən qiymətləndirilən obyektin təmirliliyi səviyyəsi aşağı olduğundan 20% çıxılmaqla nəticəyə gəlindiyi qeyd edilmişdir. Qarşısında 2015-ci ilin oktyabr ayından 2018-ci ilin oktyabr ayındək olan dövr üzrə aylıq icarə haqqının müəyyən edilməsi üzrə sual qoyulmuş ekspert obyektin 2020-ci ildəki təmir bərpa vəziyyətini nəzərə almaqla nəticəyə gələrkən obyektin hazırkı təmir vəziyyətinin həmin dövrdəki icarə haqqının müəyyən edilməsinə təsiri olmadığını nəzərdən qaçırmışdır. Belə ki, obyektinin hazırkı təmir vəziyyəti 2015 – 2018-ci illərdəki təmir vəziyyəti haqqında dəqiq nəticəyə gəlməyə imkan verən hal deyildir. Yoxlanılan dövrdə obyektin təmiri yaxşı vəziyyətdə ola bildiyi halda illər ərzində lazımi baxım olmadığından aşağı səviyyəyə düşməsi mümkündür. Odur ki, qeyd edilən hal müəyyən edilməli olan qiymətlərə təsir etmədiyindən, əhəmiyyətsizdir. Digər tərəfdən ekspert rəyində daşınmaz əmlakın icarə qiymətini müəyyən edərkən nəzərə alınmalı olan amillər sadalansa da, yekun nəticəyə gəlinməsi zamanı ABŞ dollarının Azərbaycan manatına nəzərən məzənnəsində baş vermiş dəyişikliklər və respublikamın əmlak bazarında qiymətlərdə baş vermiş dəyişikliklər barədə məlumatlar əsas götürülməklə icarə haqqı müəyyən edilmişdir. Lakin ekspert rəyində də qeyd edildiyi kimi obyektin yerləşdiyi ərazi, tələb və təklif, nəqliyyat magistrallarına münasibliyi, ekqloji vəziyyəti, kmommersiya baxımından cazibədarlığı, aşınması və digər icarə qiymətinin formalaşmasına təsir edən əsas faktorlar olmasına baxmayaraq, rəyin tərtibində ümumiyyətlə nəzərə alınmamışdır. Belə olan halda ekspert rəyinin dəqiqliyi və mötəbərliyi sual altına alınır. Odur ki, yuxarıda qeyd edilən hallar ekspert rəyinin mötəbər sübut kimi qymətləndirilməməsi üçün kifayət qədər əsas verir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «İnzibati icraat haqqında» AR Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 48.5-ci maddəısinə görə müddətlər təqvim günləri ilə hesablanır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.2-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə. Həmin Məcəllənin 14.6-cı maddəsinə görə bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: (14.6.3.3) Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: (38.3.1) verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; (38.3.2) vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; (38.3.3) ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; (38.3.4) artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; (38.3.6) cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; (38.3.7) bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; (38.3.8) vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; (38.3.8-1) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; (38.3.9) Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Həmin Məcəllənin 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: (49.1.1) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; (49.1.2) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; (49.1.3) əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; (49.1.4) əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; (49.1.5) əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; (49.1.6) yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənm müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəllənin 149.1.1-ci maddəsinə görə rezident müəssisələr bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – xx xxxx 2020-ci il tarixli **********198502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: - Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda yuxarı orqanın əsaslandırılmış qərarı ilə bu müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin işdə olan materiallardan görünür ki, xx xxxxxx 2018-ci il tarixdə bağlanmış yoxlamanın son müddəti xx xxxxxx 2019-cu il tarixinə təsadüf etdiyi halda, vergi orqanı yoxlamanın müvəqqəti dayandırılması barədə ilkin qərarı x xxxxxx 2019-cu il tarixdə, yəni qanunla müəyyənləşdirilmiş müddət başa çatdıqdan 12 gün sonra qəbul etmişdir. Hətta bundan sonra yoxlama müddətinin artırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətinin bitməsinə qədər verilməmişdir. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarlar daxil edilməlidir. Cavabdeh tərəf yoxlama müddətinin dayandırılması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi (bu qərar özündə yoxlama müddətinin artırılmasını ehtiva edir) barədə qərarların yuxarıda qeyd olunan reyestrə daxil olunmasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Eləcə də keçirilən səyyar vergi yoxlamasının hansı əsaslarla “növbədənkənar” keçirilməsi ilə bağlı tutarlı hər hansı dəlil də təqdim etməmişdir. Bununla da müəyyən edilir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur; - Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015 – 2016-cı ilər üzrə mənfəət vergisinin məbləğləri AR Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlaması zamanı yoxlamanın dayandırılması, habelə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların qəbulu səlahiyyətləri vergi orqanına verilsə də, bu barədə əsaslandırılmış qərarların qəbulu məhz yuxarıda qeyd olunan 3 illik müddətin axımı şərtsiz olaraq davam edir, yəni dayandırılmır. Nəzərə alınmalıdır ki, vergi orqanının qeyd olunan (əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi və bir neçə dəfə yoxlamanın dayandırılması barədə) qərarlarının əsaslandırılması sübutetmə yükü daşıyan cavabdeh tərəfindən məhkəmə icraatına təqdim olunmamışdır. Bununla da, yoxlama üzrə yekun xx xxxx 2020-ci il tarixli qərar qəbul olunarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin də tələbləri pozulmuşdur; - İnzibati icraatda vergi orqanı tərəfindən vergi ödəyicisi kimi hazırkı iddiaçıya mənfəət vergisi iddiaçının icarəyə verdiyi qeyri-yaşayış sahələrinin icarə haqqı icraata cəlb olunmuş ekspertin müəyyən etdiyi qiymətlərlər əsas götürülməklə Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə istinadən hesablanmışdır. Məhkəmə vurğulayır ki, inzibati orqanın həmin normanı tətbiq etməklə vergi məbləğləri hesablaması əsassıdır. Çünki, Məcəllənin 14.6.3.3-cü maddəsinin müddəaları 14-cü maddədə nəzərdə tutulmuş digər üsullardan istifadənin mümkünsüz olduğu halda tətbiq oluna bilərdir. Hətta Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, həmin maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Halbuki, yoxlama zamanı inzibati orqan tərəfindən həmin maddədə sadalanan nəinki bütün üsulların, hətta onların bir qisminin mümkünlüyü yoxlanılmamış və bu barədə əsaslandırma aparılmamışdır. Qeyd olunanlarə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx xxxx 2020ci il tarixli **********198502 nömrəli qərar qanuna ziddir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan xx xxxx 2020-ci il tarixli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda müvafiq vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar qanuni əsaslarla yenidən inzibati icraatın aparılmasına maneə deyil. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (xx xxxx 2020-ci il tarixli **********198502 nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında (indiki Dövlət Vergi Xidmətinin) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********198502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında (indiki Dövlət Vergi Xidmətinin) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********198502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4349/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4349/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver