Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4350/2021 02.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək X1, X8, X9 və X14 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdam çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, X3 ilə oğlu X17 ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurublar. Birgə nikahlarından X15, X14 və X16 adlı övladları dünyaya gəlmişdir. ünvan 2 ünvanındakı ev özbaşına tikilidir, qeyd olunan evdə sadəcə pasport qeydiyyatları var. 2006-cı il tarixdən ailə üzvləri ilə birgə X3 və övladları həmin ünvana pasport qeydiyyatına düşüblər. Bundan sonra X3 ilə oğlu X17 ilə aralarında yaranmış ailə mübahisələrindən nikahları pozulmuşdur. Nikahları pozulduqları zamandan Z.Əhmədova və 3 (üç) övladları ilə birgə Zülfıyyə Əhmədovanın valideynlərinin evinə köçərək orada yaşamağa davam etmişlər.
3. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1007/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, X2 iddia tələbi təmin edilmiş, X3 və övladları xx.xx.2001-ci il təvəllüdlü Tunar Əhmədzadə, xx.xx.2007-ci il təvəllüdlü Nihat Əhmədzadə və eyni təvəllüdlü Nicat Əhmədzadə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çexov küçəsi 13 “A” saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qeyd edilən qətnamə mübahisələndirilmiş, yekun məhkəmə aktı ilə qərar hazırda qüvvədədir və icraya yönəlmişdir.
4. Z.Əhmədova ilə əldə etdiyi razılıq əsasında ona 20.000 manat kompensasiya ödəmiş və sonuncu övladları ilə birlikdə həmin evdən qeydiyyatdan çıxmağa notariat qaydasında təsdiq edilmiş ərizə ilə razılığını ifadə etmişdir.
5. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə X4, X15, X16 və X14 üçüncü şəxs qismində cəlb edilmiş və iclasın vaxtı və yeri barədə bildiriş göndərilmişdir. Həmin şəxslər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçının nümayəndəsi tələb hissəsində yol verilmiş texniki yanlışlığı aradan qaldıraraq “mülkiyyətimdə olan” ifadəsinin tələbdən çıxarıldığını bildirmişdir.
7. Azərbaycan Respublikası DİN Binəqədi rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu ilə işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. İddiaçının hüquqi marağına münasibətdə məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və həmin evin mülkiyyətçisi deyil. Bu səbəbdən həmin evdə üçüncü şəxslərlə bərabərlik hüququ baxımından eyni hüquqla yaşayıblar.
10. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
11. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı; 6.1 və 6.2).
12. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətçi deyil (bina özbaşına tikilidir), həmin evdə qeydiyyatda olmaqla yaşayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Odur ki, qanunun məqsədləri baxımından həmin ev onun yaşayış yeridir. Bu səbəbdən həmin ünvanda yaşayış yeri olan şəxs kimi hazırki iddianı qaldırmağa hüquqi marağı var və çatmaq istədiyi məqsədə hazırki iddianın uğurlu olması ilə nail ola bilər.
13. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2021-ci il tarixli cavabında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinadən həmin ünvan üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkünlüyü qeyd edilmişdir.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
14. Binəqədi rayon Məhkəməsinin 2(001)-1007/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X2 iddia tələbi təmin edilmiş, X3 və övladları xx.xx.2001-ci il təvəllüdlü Tunar Əhmədzadə, xx.xx.2007-ci il təvəllüdlü Nihat Əhmədzadə və eyni təvəllüdlü Nicat Əhmədzadə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çexov küçəsi 13 “A” saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə mübahisələndirilmiş və Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2451/2015 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qərarına əsasən hazırda qüvvədədir.
15. Üçüncü şəxs X3 tərəfindən imzalanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-303 nömrə ilə qeyd edilmiş ərizəyə əsasən müəyyən edilir ki, X10 boşandıqdan sonra Binəqədi rayon Məhkəməsinin qərarı ilə qeydiyyatda olduğu və İddiaçı məxsus olan ünvan 4 ünvanda yerləşən evin 1 (bir) otağı ona və azyaşlı övladlarına verilmişdir. O bildirir ki, X17 və evin mülkiyyətçisi İddiaçı tərəfindən ona verilmiş 20 000 (iyirmi min) manat pul qarşılığında ona ayrılmış həmin evdən imtina edir və bununla bağlı X13 və ya İddiaçı qarşı gələcəkdə heç bir iddiası, tələbi olmayacaqdır. O cümlədən, öhdəlik götürür ki, həmin evdən bu ərizə təsdiq olduqdan sonra 2 (iki) ay ərzində pasport qeydiyyatından çıxacaq. Ərizəni oxudu, təsdiq edir.
16. Üçüncü şəxs X3 tərəfindən imzalanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş və reyestrdə 8İ-64655 nömrə ilə qeyd edilmiş ərizəyə əsasən, o ünvan 5 ünvanından övladları ilə birlikdə məhkəmə yolu ilə qeydiyyatdan çıxarılmalarına razıdır, etiraz etmir.
17. Daxili İşlər Nazirliyi tərəfindən verililmiş xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan, eləcə iddiaçının və üçüncü şəxslərin şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, həmin şəxslər digərləri ilə birlikdə ünvan 6 ünvanda qeydiyyatdadırlar.
IV. Məhkəmənin mövqeyi
18. Məhkəmə müəyyən edir ki, üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, həm özünə, həm də həmin tarixə yetkinlik yaşına çatmayan övladlarının qəyyumu kimi onlara münasibətdə X3 xx.xx.2018-ci il tarixdə bəyanat verməklə həmin evdə yaşamaqdan imtina etmişdir. Odur ki, artıq üçüncü şəxslərin qeydiyyatı formal xarakter daşıyır (bax 12-ci bənd). Bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
19. Məhkəmə qeyd edir ki, iddiaçı və üçüncü şəxslər arasındakı münasibətlərə istifadə hüququna xitam verilməsi kimi deyil (ev özbaşına tikili olduğu üçün belə hüquq yaranmamış və bu məsələ inzibati hüquq münasibətlərinin predmeti deyil), qeydiyyatdan çıxarılma kimi qiymət verilməlidir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
22. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
23. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.
24. Həmin qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
25. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
26. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
27. Məhkəmə hesab edir ki, özbaşına tikiliyə münasibətdə qeydiyyat məsələsi müzakirə edilərkən həmin evdə yaşayan və qeydiyyatda olan şəxslər oxşar vəziyyətdə olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
28. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə araşdırılmalı olan yeganə hal üçüncü şəxslərin həmin evdə faktiki olaraq yaşayıb-yaşamamasının müəyyən edilməsidir, odur ki, üçüncü şəxslərin imzaladığı ərizə faktiki olaraq onların həmin evdə yaşamamalarının bəyanıdır. Özbaşına tikiliyə münasibətdə istifadə hüququ olmadığından üçüncü şəxslərə kompensasiya verilmiş olması hazırki iş üzrə əhəmiyyət kəsb etmir.
29. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1, X8, X9 və X11 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
30. Göstərilənlərə əsasən və X12 göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X1, X8, X9 və X11 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva