Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4350/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, iddiaçılar İddiaçı1 və Gorkun Oxananın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və Gorkun Oxana cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4806a saylı torpaq sahəsi üzərindəki iki mərtəbəli tikilinin vərəsələr arasında qanuna müvafiq olaraq: X12 2/1, İddiaçı1 4/1, X6 4/1 pay şəklində bölünməsi məqsədi ilə Sabunçu rayonu, ləhiş bağ massivində yerləşən 4806a saylı bağ evinə çıxarış verilməsi (qeydə alınması) öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 12, mənzil 03-də qeydiyyatda olan və yaşayan oğlu X7 11 noyabr 2015-ci ildə vəfat etmişdir. Bundan əvvəl oğlu 27 yanvar 2015-ci il tarixli 2V-09 sayla qeydə alınmış vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını bacısı İddiaçı2 Yevqenevaya vəsiyyət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-1295/2016 saylı, 29 noyabr 2016-cı il tarixli qətnaməsi ilə miras əmlak üzrə pay bölgüsü aparılmış, ona məxsus olan əmlakın 50 faizinin İddiaçı2 Yevqenevaya, 25 fazinin ona və 25 faizinin X3 verilməsi qət edilmişdir. Eyni zamanda X4 məxsus Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4806a saylı, üzərində iki mərtəbəli tikili olan bağ sahəsi də məxsus olmuşdur. Lakin bağ sahəsinə aid qeydiyyat hələlik DƏDRX Bakı Ərazi İdarəsi tərəfində aparılmadığı üçün o, miras əmlakın bölgüsünə daxil edilməmişdir. Mövcud qanunlara əsasən bağ sahəsi və onun üzərində olan tikili X4 məxsusdur və onun mülkiyyətindədir. Bu əmlak üzərində hüquqlar qeydə alındıqdan sonra vərəsəlik haqında qanuna uyğun olaraq bölünməli idi. Lakin 25 faiz paya sahib olan X8 həmin evə aid çıxarış verilməsinə razılıq vermir. Onlar da ona şifahi və yazılı razılaşma təklifi göndərmişdir, lakin cavab verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Sabunçu rayonu, ləhiş bağ massivində yerləşən 4806a saylı, şəxsi (paylı) mülkiyyətdə olan torpaq sahəsi üzərindəki iki mərtəbəli tikiliyə hər üç vərəsənin razılığı olmadan çıxarış verməkdən imtina eymişdir. Belə olan halda həmin bağ evini satmaq, bölmək, hər hansı tikili inşa etmək mümkün deyil. Miras əmlakın bölgüsü üçün evin də çıxarışının olması (qediyyata alınması) vacibdir. Belə çıxır ki, X8 çıxarışın alınmasına razılıq verməsə 75 faizi onlara məxsus olan miras əmlaka sahib ola bilməzlər 25 faiz payı olan tərəfin razılığını tələb etmək qanunauz və əsassızdır. Bağ evinin üç nəfər vərəsənin arasında qanuna müvafiq bölünməsi üçün paylı şəkildə əmlakın 50 faizinin İddiaçı2 Yevqenevaya, 25 fazinin İddiaçı1 və 25 faizinin X3 aid olmasına dair çıxarış verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin 22.02.2022-ci il tarixli 2-1(112)-4350/2022 saylı qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş 16.02.2022-ci il tarixli **********63 saylı iddia tələbinə dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, bağ evi 2013-cü idən sonra inşa edildiyindən məlumatlandırılma icraatının tətbiq edilməsi qanunamüvafiqdir. Bundan əlavə bağ evi 40 kv. metr əlavə torpaq sahəsində inşa edilmişdir və həmin sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı İdarə tərəfindən iddiaçıya **********53 qeydiyyat nömrəii 10.03.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 8.0.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması üçün əsas qismində çıxış edir.Habelə əlavə torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş edilmişdir. İddiaçılara və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçıların və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1939-cu ildə Ukrayna, Mixaylovsk Vilayətində doğulmuş İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən müəyyən olunur ki, 14.03.1970-ci ildə Azərbaycan Respublikasında doğulmuş Gorkun Oxananın yaşayş yeri ünvan 1 ünvanıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 16.09.2019-cu il tarixdə ********** qeydiyat nömrəsi ilə ¼ hissəsi İddiaçı1, 09.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə ½ hissə Gorkun Oxananın adına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 750 nömrəli reyestr kitabının 71080 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Gorkun Oxananın nümayəndəsinə ünvanlanmış 15.03.2022-ci il tarixli **********11 saylı məktubda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi **********18 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsi üzərində bağ evi və bir hissəsi əlavə sahədə yerləşən həyət tikilisi mövcuddur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı1 və Gorkun Oxanaya ünvanlanmış 07.04.2022-ci il tarixli 572 nömrəli məktuba qeyd olunmuşdur ki, məlum olduğu kimi, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən daşmmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Gorkun Oxananın 1/2 hissədə, İddiaçı1 1/4 hissədə və X2 1/4 hissədə paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.1163 ha olan torpaq sahəsindəki (Reyestr nömrəsi: **********18) bağ evinə dair hüquqların yuxarıda qeyd edilən paylarda bölgünün aparılaraq qeydə alınması ilə bağlı daşmmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etməlidirlər. İddiaçılar hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də,müraciətlərinə cavab verilməmişdir ( 23.06.2021-ci il tarixli qəbz-xəbərnamə) “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və Gorkun Oxananın Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4806a saylı torpaq sahəsi üzərindəki iki mərtəbəli tikilinin vərəsələr arasında qanuna müvafiq olaraq: X12 2/1, İddiaçı1 4/1, X6 4/1 pay şəklində bölünməsi məqsədi ilə Sabunçu rayonu, ləhiş bağ massivində yerləşən 4806a saylı bağ evinə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıa dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli iki mərtəbəli tikili 11 noyabr 2015-ci ildə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4806a saylı torpaq sahəsi üzərində inşa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində, daşınmaz əmlak üzərində fiziki və hüquqi şəxslərin paylarını müəyyən edən deyil, həmin daşınmaz əmlak üzərində qeyd olunan şəxslərin paylarına uyğun hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparan orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçılar hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və Gorkun Oxananın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4350/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4350/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver