Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4352/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı rayonu, 28 May küçəsi, ev 20, mənzil 38) cavabdeh – Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «iddiaçıya əmək pensiyasının yenidən hesablanması və alınmamış fərqin birdədəlik ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 (bundan sonra – DSMF) Xüsusi X1rşı «iddiaçıya əmək pensiyasının yenidən hesablanması və alınmamış fərqin birdədəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2009-cu il tarixli qərarı ilə onun (iddiaçının) əmək pensiyasının hazırda işləyən rayon (şəhər) məhkəməsi hakiminin əmək haqqına müvafiq 80 faiz miqdarında müəyyən edilməklə hesablanması DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sabiq hakim kimi hal-hazırda işləyən rayon (şəhər) məhkəməsi hakiminin əmək haqqında müvafiq (80% miqdarında) müəyyən edilməklə hesablanaraq ona əmək pensiyası ödənilmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının xx xxxx 2019-cu il tarixli 1647-VQD nömrəli Qanunu ilə Qanunun 106-cı maddəsinin birinci hissəsində edilmiş dəyişikliyə əsasən hakimlərin aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Bu Qanunun 2019cu ilin sentyabr ayının 1-dən qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli Fərmanının icrasının tətbiqi zamanı «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsində hakimlərə verilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin DSMF X4 İdarəsi tərəfindən məhdudiyyət qoyularaq, onun müraciəti ilə bağlı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə istinad olunmaqla cavab məktubunda bildirilmişdir ki, əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndalara aylıq pul ödənişi olduğundan «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci abzasında qeyd edilən vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin qanunvericiliyin tələbləri baxımından ona münasibətdə tətbiq edilməsi mümkün hesab edilmir. DSMF X4 İdarəsi tərəfindən məhdudiyyət qoyularaq sabiq hakim kimi bir aylıq vəzifə maaşına ödənilən əlavənin qanunvericiliyin tələbləri baxımından ona münasibətdə əmək haqqı kimi əmək pensiyasına hesablanmaması «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106 – 109-cu maddələrin və yuxarıda qeyd edilən fərmanın tələblərinə ziddir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin 5-ci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsində edilmiş dəyişikliyə əsasən hakimlərin aylıq vəzifə maaşları müəyyən edilmiş və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına ödənilən əlavə hazırda fəaliyyət göstərən bütün hakimlərə şamil edilərək x xxxxxxxx 2019cu il tarixdən ödənildiyi halda, rayon məhkəməsinin sabiq hakimi kimi bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına ödənilən əlavənin onun (iddiaçının) əmək pensiyasına hesablanmaması yuxarıda göstərilən qanunvericilik aktlarının, eləcə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4, 20.7, 20.7.1, 29.3-cü maddələrinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1, 12.2, 14.1-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3462/09 nömrəli x xxxxxx 2009-cu il tarixli qərarının icrasından imtina etməsi birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinə zidd olmuşdur. Ali Məhkəmənin həmin qərarı qanuni qüvvəsini almış və hal-hazırda da qüvvədədir. Bundan əlavə «Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2019-cu il tarixli 468 nömrəli qərarının tələblərinə görə «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunununda dəyişiklikllər edilməsi barədə Azərbaycan Respublikasının xx xxxx 2019-cu il tarixli 1647-VQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 795 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının 3.1-ci bəndinə əsasən məzuniyyət vaxtı orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınır: faktiki işlənmiş vaxt üzrə vəzifə maaşı, vəzifə maaşına ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə və s. Beləliklə göstərilənlərə əsasən hesab olunur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1 – 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Onun (iddiaçının) əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun və «Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2019-cu il tarixli 468 saylı qərarının tələblərinə uyğun olaraq, yenidən hesablanmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sabiq hakimi kimi, hal-hazırda fəaliyyət göstərən hakimin aldığı aylıq əmək haqqına müvafiq olaraq 80 faizi miqdarında ona əmək pensiyası təyin edilərək ödənildiyini nəzərə alaraq, onun əmək pensiyası halhazırda işləyən həmin məhkəmənin hakiminin aldığı əmək haqqının 80 faizi miqdarında əmək pensiyasına əlavələr tam hesablanmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2001-ci il, xx xxxx 2001-ci il, xx xxxxx 2003-cü il, xx xxxx 2008-ci il tarixli qərarlarına, «Hakimlərin statusuna dair» Avropa Xartiyasının 6.1 və 6.4-cü maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə, İPM-in 33, 35, 68.1, 68.2, 70-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) sabiq hakim kimi əmək pensiyasının hakimlərə x xxxxxxxx 2019-cu il tarixdən vəzifə maaşı həcmində vəzifə maaşına ödənilən əlavə nəzərə alınmaqla yenidən hesablanması və alınmamış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF X4 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, eləcə də məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh DSMF X4 İdarəsinə təqdim edilmiş və cavabdehdən iddiya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh DSMF X4 İdarəsinin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, iddia ərizəsinə əlavə edilmiş DSMF X4 İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bununla əlaqədar «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci abzasında qeyd edilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin qanunvericiliyin tələbləri baxımından Sizə (ərizəçiyə) münasibətdə tətbiq edilməsi mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun imtinasının qanuni olduğunu bildirdi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarı da nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - (20.1.4) əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər. Azərbaycan Respublikasının xx xxxx 2019-cu il taroxli 1647-VQD nömrəli Qanunu ilə «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə dəyişikliklər edilmiş və həmin Qanun x xxxxxxxx 2019-cu il tarixdən qüvvəyə minmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin x xxxxxxxx 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən hakimlərin aşağıdakı məbləğdə vəzifə maaşları müəyyən edilir: - bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin x xxxxxxxx 2019-cu il tarixdən qüvvədə olan tələblərinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: - bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Həmin Qanunun 109-cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 5 il hakim vəzifəsində işləmiş sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 106-cı maddəsinə dəyişiklik edilərək, hakimlərin bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir və bu dəyişiklik 2019-cu ilin 1 sentyabr tarixindən qüvvəyə minmişdir. İddiaçı həmin dəyişikliyə əsasən hakimlərin əmək haqqındakı sözügedən artım ona təyin olunmuş pensiyada nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması ilə bağlı aidiyyəti səlahiyyətli orqan DSMF X4 İdarəsinə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırır ki, qanunvericilikdə edilən həmin dəyişiklik ona münasibətdə tətbiq edilə bilməz. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 63.3-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar Azərbaycan Respublikası adından çıxarılır. Həmin Qanunun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxx 2020-ci il tarixdə xüsusi konstitusiya icraatı üzrə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” müvafiq sorğu əsasında konstitusiya işinə baxaraq qərara almışdır: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdən artımları nəzərdə tutur; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə qeyd olunanları hazırkı işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı hakim kimi işlədiyi dövr «Məhkəmələr və hakimlər hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə edilmiş müvafiq dəyişikliyin tətbiq olunduğu vaxtdan əvvələ təsüdüf etdiyindən, yəni iddiaçı qanunvericiliklə x xxxxxxxx 2019-cu il tarixdən hakimin əmək haqqına müəyyən edilən müvafiq əlavə məbləği almadığından və həmin məbləğ məcburi dövlət sosial sığortasına cəlb olunmadığından, cavabdeh DSMF X4 İdarəsi iddiaçının pensiya məbləğinin yenidən hesablanması ilə bağlı müracətini təmin etməməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi X1rşı «iddiaçıya əmək pensiyasının yenidən hesablanması və alınmamış fərqin birdədəlik ödənilməsi» tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı «iddiaçıya əmək pensiyasının yenidən hesablanması və alınmamış fərqin birdədəlik ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4352/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4352/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver