Məhkəmə qərarları › İş №2-1(112)-4353/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4353/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4353/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşı tamam olduğuna görə xx.xx.2021-ci il tarixindən hesablanaraq əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü İddiaçı müvafiq arxiv arayışları və ИТ-İ ******* №-li əmək kitabçasına əsasən 2006-cı il tarixinədək 26 il 10 ay əmək stajı və xx.xx.1976-cı il tarixindən xx.xx.1978-cı il tarixinədək hərbi xidmət dövrü daxil olmaqla cəmi 28 il 11 ay 4 gün ümumi iş stajı vardır. Bu faktı həmin arxiv arayışları, ИТ-İ ******* №-li əmək kitabçası və H3 ******* №-li hərbi bileti təsdiq edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən yaşa görə əmək pensiyası hüququ yarandığı üçün qeyd olunan sənədlərlə birlikdə 4 saylı Bakı “DOST” mərkəzinə ərizə ilə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 17 noyabr 2021-ci il tarixli, **********5 nömrəli imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə istinad edilərək bildirilmişdir ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 1974-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək fəaliyyətini və əmək fəaliyyətiylə bağlı müvafiq məlumatların qeyd olunduğu əmək kitabçasını itirdiyinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq əmək fəaliyyəti ilə bağlı həmin məlumatları özündə əks etdirən müvafiq arxiv arayışlarını, həmçinin 1999-cu il 1 iyuldan sonrakı əmək fəaliyyətiylə bağlı ИТ-İ ******* №-li əmək kitabçasını cavabdeh inzibati orqana təqdim etmişdir. Cavabdeh inzibati orqana təqdim olunan həmin arxiv arayışları işlədiyi müəssisələrin özləri və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuşdur. Həmin arxiv arayışlarında işlədiyi müəssisə, əmək fəaliyyəti dövrü, həmçinin əmək haqqları və iş stajıyla bağlı məlumatlar öz əksini tapır. Cavabdeh inzibati orqana təqdim olunan həmin arxiv arayışlarında, hərbi biletində və əmək kitabçasında həqiqətən də 28 il 11 ay 4 gün ümumi iş stajı olmağı təsdiq olunur. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsdiq edilmiş 28 sentyabr 2016cı il tarixli, 071/19-19 №-li arxiv arayışı ilə müəyyən olur ki, o, doğurdan da noyabr, 1974cü ildən iyul, 1975-ci il tarixinədək (9 ay) müəssisənin əsaslı kitabxanasında operator vəzifəsində çalışmışdır. Qeyd olunan fakt, həmçinin daha əvvəlki itirmiş olduğu əmək kitabçasının həmin məlumatın qeyd olunduğu səhifənin surəti ilə təsdiq olunur. AR Milli Arxiv İdarəsi tərəfindən təqdim olunan 22 sentyabr 2016-cı il tarixli, H-26 №-li arxiv arayışı ilə “Azərbaycan Respublikası Sənaye Tikinti Nazirliyi” arxiv fondunda mühafizə edilən əmr kitablarında iddiaçının 15 sentyabr 1978-ci ildən 30 noyabr 1979-cu il tarixinədək (1 il 2 ay 15 gün) əmək fəaliyyətində olduğu təsdiq olunur. AR Milli Arxiv İdarəsi tərəfindən təqdim olunan xx.xx.2016-cı il tarixli, 3130 №-li arxiv arayışı ilə onun 5 saylı Çörək Zavodunda xx.xx.1979-cu il tarixdən xx.xx.1989-cu il tarixinədək ( 9 il 1 ay 2 gün) əmək stajı olması təsdiq olunur. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 07 oktyabr 2016-cı il tarixli, **********42 nömrəli arxiv arayışından görünür ki, o, həqiqətən də 13 yanvar 1989-cu il tarixdən xx.xx.1990-cı il tarixə kimi Bakı şəhər “Azçörəksənaye”nin 3 №-li Çörək zavodunda işləmişdir və həmin dövrlər üzrə ümumi əmək stajı 1 il 3 ay 29 gün təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12 oktyabr 2016-cı il tarixli, 04 №-li arxiv arayışı ilə təsdiq olunur ki, o, 03 iyun 1991-ci il tarixdən 01 iyul 1999-cu il tarixədək (8 il 28 gün) həmin müəssisədə işləmişdir. Həmçinin ИТ-İ ******* №-li əmək kitabçasından görünür ki, onun xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək 3 il 4 ay əmək stajı, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək 3 il 28 gün əmək stajı vardır. НЗ ******* №-li hərbi biletindən görünür ki, o, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək (2 il 22 gün) hərbi xidmətdə olmuşdur. Ümumilikdə yuxanda qeyd olunan iş stajı dövrlərini və hərbi xidmət dövrünü topladıqda aydın olur ki, onun ümumi iş stajı 28 il 11 ay 4 gün təşkil edir. Beləliklə, yaşa görə əmək pensiyası hüququna təminat verən bütün tələblər ödənilir. Müvafiq orqana əmək kitabçası təqdim edilsə belə, sığortaolunana əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı arxiv arayışları ilə təsdiq edildiyi halda təyin edilir. Yəni 2006-cı il 1 yanvar tarixinədək hesablanan iş stajı əsasında sığortaolunana pensiya təyin olunması üçün əsas təsdiqedici sənəd başlıca olaraq arxiv arayışlarıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən “Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir”. Hazırkı mübahisədə də onun işlədiyi müəssisələr tərəfindən təsdiq olunaraq təqdim edilmiş müvafiq arxiv arayışları ilə doğurdan da təsdiq olunur ki, 2006-cı il 1 yanvar tarixinədək onun 28 il 11 ay 4 gün ümumi iş stajı vardır. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən “İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və va hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur”. Hazırkı işlə əlaqədar cavabdeh inzibati orqana təqdim olunan müvafiq arxiv arayışları ilə onun doğurdan da ümumilikdə 28 il 11 ay 4 gün iş stajının olması təsdiq olunur. Baxmayaraq ki, əmək kitabçası hazırda mövcud deyildir, lakin cavabdeh inzibati orqan tərəfindən onun təqdim etdiyi arxiv arayışları “mötəbərlik prezumpsiyası” əsasında sənəd və qeyd olunan faktla bağlı mötəbər sübut qismində qəbul edilməli idi. Cavabdeh inzibati orqan tərəfindən həmin arxiv arayışlarının həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda, qanunsuz və əsassız olaraq həmin arxiv arayışlarını sübut qismində qəbul etməmiş və ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, əmək kitabçasının əslini itirdiyini, arxiv arayışları ilə təsdiq edilən ümumi əmək stajının 25 ildən çox olmasının nəzərə alınmasını və ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi staj arayışları əmək kitabçasında yazılmadığı və əmək kitabçasının əslini təqdim edə bilmədiyinə görə, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, icraatınızda olan iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçıya məxsus staj arayışlarının əmək kitabçasında qeyd edilmədiyindən və iş stajını təsdiq edən sənədin əmək kitabçası olması səbəbindən həmin dövrlərin iş stajına daxil edilməsi mümkünsüz hesab edilmişdir. Beləliklə, iddiaçının yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri, AR MPM-in 154-cü və AR İPM-in 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1976-cı il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya aid ИТ-İ № ******* nömrəli, xx.xx.1999-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə “Müstəqil Bakı Kooperativi”ndə işə tədarükçü vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. xx.xx.2002-ci ildə "xxxx" MMC-də işə ekspeditor vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2016cı il tarixli, 071/18-19 nömrəli arayışına əsasən İddiaçı 1974-cü ilin noyabr-dekabr ayları, 1975-ci ilin yanvar-iyul ayları üçün əmək haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Milli Elmlər X3 Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin xx.xx.2016-cı il tarixli, 071/19-19 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzləşdirilmiş mühasibatlığının əmək haqqı cədvəlinə əsasən, İddiaçı 1974-cü ildən (10/Xİ-74-cü il 557 №-li əmr) 1975-ci ilə (24/Vİl-75-ci il 557 №-li əmr) qədər Əsaslı kitabxanada operator vəzifəsində çalışıb və aylıq əmək haqqı 105 manat təşkil edib. Əsası: F.31, sah. vah. 259, 154. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, **********42 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx.xx.1956-cı il təvəllüdlü, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yaşayan İddiaçı ona görə ki, o, həqiqətən 13 yanvar 1989-cu il tarixdən (Əmr № 3-K, xx.xx.1989-cu il) xx.xx.1990-cı il tarixə kimi (Əmr № 23-K, xx.xx.1990-cı il) Bakı şəhər “Azçörəksənaye”nin 3 №-li Çörək zavodunda Standartlar üzrə SSRİ Dövlət Komitəsinin Dövlət Qəbulu Orqanının nümayəndəsi vəzifəsində işləmişdir. “İttifaq tabeli müəssisələrin və təşkilatların Azərbaycan Respublikasının dövlət idarə orqanlarının ixtiyarına verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 323 nömrəli xx.xx.1991-ci il tarixli Fərmanına müvafiq olaraq, “Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 307 nömrəli 02 iyul 1992-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (sonradan Azərdövlətstandart adlanacaq) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2001-ci il tarixli 623 №-li Fərmanı ilə Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) və Dövlət Elm və Texnika Komitəsi ləğv edilərək onların bazasında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli 53 №-li Sərəncamı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır. Yuxarıda göstərilən dövr üzrə ümumi əmək stajı - 1 (bir) il 3 (üç) ay 29 (iyirmi doqquz) gündür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-00263-2022 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan 5 saylı Çörək Zavodunun arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı xx.xx.1979-cu il tarixli, 96-İ saylı əmrlə xx.xx.1979-cu il tarixdən texnik-texnoloq vəzifəsinə işə qəbul olunması, xx.xx.1985-ci il tarixli, 72-k saylı əmrlə xx.xx.1985-ci il tarixdən iş yerinin 1 saylı Çörək Zavoduna dəyişdirilərək işdən azad olunması, 1 saylı Çörək Zavodunun natamam arxiv sənədlərinin əmr kitablarında xx.xx.1985-ci il tarixli, 144 saylı əmrlə xx.xx.1985-ci il tarixdən texnik-texnoloq vəzifəsinə işə qəbul olunması, xx.xx.1989-cu il tarixli 4 saylı əmrlə xx.xx.1989-cu il tarixdən iş yerinin 3 saylı Çörək zavoduna dəyişdirilərək işdən azad olunması və 1984, 1985, 1986, 1987, 1988, 1989-cu ilin yanvar ayına dair hesabat cədvəllərində ona əmək haqqı hesablanması barədə bəzi məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib edilmiş arxiv arayışı əmək haqqı cədvəlindən görünür ki, İddiaçı 1984-cü ilin yanvar-sentyabr, noyabr-dekabr ayları, 1985, 1986, 1987, 1988, 1989-cu ilin yanvar ayı üçün əmək haqqı ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, DA-00110-2022 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, “Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi” arxiv fondunda mühafizə edilən X4 Stansiyası üzrə əmr kitablarında İddiaçı (əmr № 22-c, 15 sentyabr 1978-ci il) X4 Stansiyasına (в ЦНИС в группу моментных проверок на должность техника) texnik vəzifəsinə işə qəbul edildiyi; (əmr № 27-c, 30 noyabr 1979-cu il) işdən azad olunduğu qeyd olunur. Əsas: f.3166, siy.2, sax.vah.108, vər.9; sax.vah.110, vər.6. Həmin məktubla təqdim edilmiş arxiv arayışında qeyd olunmuşdur ki, “Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi” arxiv fondunda mühafizə edilən X4 Stansiyası üzrə əmək haqqı cədvəllərində İddiaçı sentyabr 1978-noyabr 1979-cu illərə dair aşağıda göstərilən aylıq maaşı qeyd olunur: 1978-ci ilin sentyabr-dekabr ayları, 1979-cu ilin yanvar-noyabr ayları. Əsas: f.3166, siy.3, sax.vah.154, vər.45,47,49,51; sax.vah.176, vər.1-11. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 05 nömrəli arayışda qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən 03 iyun 1991-ci il (əmr №-74-k) tarixdən 01 iyul 1999-cu il (əmr №-43-A) tarixə kimi (keçmiş 3 saylı çörək zavodu) indiki "xxxx" Açıq Səhmdar Cəmiyyətində hazır məhsul anbarında hazır məhsul təhvil verən vəzifəsində işləmişdir. Azərbaycan Respublikası ƏQM-in 38-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 482 saylı sərəncamına əsasən 3 saylı çörək zavodunun bazası əsasında "xxxx" X7 Cəmiyyəti yaradılmışdır. Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli **********981800 saylı Dövlət Reyestrindən Çıxarışına əsasən "xxxx" X7 Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - 3 nömrəli Çörəkzavodunun xx.xx.1991-ci il tarixli 74-k nömrəli əmrinə əsasən xx.xx.1991-ci ildə ekspedisiya qəbuledici təyin olunmuşdur. - İddiaçı 03 iyun 1991-ci il tarixindən-01 iyul 1999-cu il tarixə kimi olan əmək haqqı üzrə cədvəlinə əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində 1991-ci ilin iyundekabr ayları, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999-cu ilin yanvar-iyun ayları üçün əmək haqqı ödənilmişdir. - "xxxx" X7 Cəmiyyətinin xx.xx.1999-cu il tarixli 43-A nömrəli əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********671500 nömrəli məktubunda bildirilmişdir ki, reyestrdə “Müstəqil Bakı Kooperativi” adlı kommersiya qurumu aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, reyestrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı bir neçə fərqli kommersiya hüquqi şəxs aşkar edilmişdir. Belə ki, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikası üzrə dövət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsləri barədə məlumatı özündə əks etdirir. Odur ki, müraciətin cavablandırılması məqsədilə müvafiq vergi orqanına göndərilməsi üçün sözügedən hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin X1 sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsində vətəndaş İddiaçı (FİN: xxxxxxx) xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X5 xx.xx.2022-ci il tarixli, İH-72 nömrəli məktubunda bildirilmişdir ki, Müstəqil Bakı Kooperativi Azərittifaqa aid olmadığı üçün məktub geri qaytarılır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********920200 nömrəli məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Müstəqil Bakı Kooperativi” adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********122700 nömrəli məktubunda bildirilmişdir ki, reyestrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı bir neçə fərqli kommersiya hüquqi şəxs aşkar edilmişdir. Belə ki, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikası üzrə dövət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsləri barədə məlumatı özündə əks etdirir. Odur ki, müraciətin cavablandırılması məqsədilə müvafiq vergi orqanına göndərilməsi üçün sözügedən hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumalara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Məlumat üçün bildirilir ki, əmək kitabçanızı və ya əmək fəaliyyətiniz barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 4 saylı Bakı “DOST” Mərkəzinə təqdim etdikdən sonra sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). İddiaçıya məxsus hərbi bilet, arxiv sənədlərinə əsasən xx.xx.1976-cı il xx.xx.1978ci il tarixədək hərbi xidmət dövrü 02 il 16 gün, xx.xx.1974-xx.xx.1975-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Əsaslı kitabxanada operator 08 ay 15 gün, xx.xx.1978-xx.xx.1979-cu ilədək X4 Stansiyasında 01 il 02 ay 16 gün, xx.xx.1979xx.xx.1985-ci il tarixədək texnik-texnoloq 05 il 06 ay 19 gün, xx.xx.1985-xx.xx.1989-cu il tarixədək 1 saylı Çörək zavodunda əmək fəaliyyəti 03 il 06 ay 12 gün, xx.xx.1989xx.xx.1990-cı il tarixə kimi Bakı şəhər “Azçörəksənaye”nin 3 №-li Çörək zavodunda Standartlar üzrə SSRİ Dövlət Komitəsinin Dövlət Qəbulu Orqanının nümayəndəsi vəzifəsində 01 il 03 ay 29 gün, xx.xx.1991-xx.xx.1999-cu il 3 saylı çörək zavodunda (indiki "xxxx" Açıq Səhmdar Cəmiyyətində) hazır məhsul anbarında hazır məhsul təhvil verən vəzifəsində 08 il 29 gün olmaqla ümumilikdə iş stajı 22 il 05 ay 16 gün təşkil edir. Məhkəmə iddiaçının təqdim etdiyi ИТ-İ № ******* nömrəli, xx.xx.1999-cu il tarixli əmək kitabçasındakı xx.xx.1999-xx.xx.2002-ci ilədək “Müstəqil Bakı Kooperativi”ndə tədarükçü, xx.xx.2002-xx.xx.2005-ci ilədək "xxxx" MMC-də işə ekspeditor işləməsinə dair əmək fəaliyyəti qeydlərinə gəlincə aşağıdakıları qeyd edir. Məhkəmə icaatına təqdim edilmiş adıçəkilən ИТ-İ № ******* nömrəli, xx.xx.1999-cu il tarixli əmək kitabçasının əslinə baxış keçirilərkən əmək kitabçasının üz vərəqi, içərisindəki səhifələrinin, üzərindəki yazıların rənginin kitabçanın doldurulduğu 1999-cu il tarixindən bu günədək saxlanma müddəti (keçən 22 il) nəzərə alındıqda aydın əks olunması (solmaması) adi gözlə müşahidə olunur. Bu baxımdan məhkəmə həmin kitabçada qeyd edilən “Müstəqil Bakı Kooperativi” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barədə müvafiq olaraq sorğular vermiş, iddiaçının nəinki həmin müəssisələrdə işləməsinə dair arxiv sənədləri (əmrlə, əmrlər kitabından çıxarış, əmək haqqı cədvəlləri və s.) əldə edilməsi mümkün olmamış, ümumiyyətlə həmin adları çəkilən müəssisələr barədə qeydiyyat məlumatları aşkar olunmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasında qeyd edilən xx.xx.1999-xx.xx.2002-ci ilədək “Müstəqil Bakı Kooperativi”ndə tədarükçü, xx.xx.2002-xx.xx.2005-ci ilədək "xxxx" MMCdə əmək fəaliyyətinə dair dövrün müvafiq əmrlər, əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərlə öz təsdiqini tapmadığından həmin dövr iddiaçının ümumi iş stajına daxil edilə bilməz. Beləliklə, iddiaçı qanunla tələb olunan 25 il sığorta stajına malik olmadığından cavabdehin yaşa görə əmək pensiyasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar