Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4355/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 64 yaşı tamam olduğuna görə 06.03.2019-cu il tarixindən hesablanaraq əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişini hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyininin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Filiala 17.12.2020-ci il tarixində müraciət edərək 64 yaşı tamam olduğuna görə 06.03.2019-cu il tarixindən hesablanaraq əmək pensiyasını təyin edilməsi və yığılan pensiya ödənişini hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. Cavahdeh onun ərizəsinə 35 gün müddətində cavablandırmalı idi, lakin bu günə kimi cavab verilməmişdir. xx.xx.1955-ci il təvəllüdlü o, əmək stajından əvvəl, lakin əmək stajı kimi qeyd olunan 07.01.1973-cü il tarixindən 18.03.1974-cü il tarixədək (1 il 2 ay 11 gün) hərbi xidmətdə olmuşdur. Bunu təsdiq edən qeydlər təqdim edilən əmək kitabçasında mövcüdur. Hərbi xidmətdən sonra 25.07.1074-cü il tarixdən 26.01.1976-ci il tarixədək (1 il 6 ay 1 gün) elektrik vəzifəsində çalışıbdır. Bu fakt əmək kitabçasında öz əksini tapır. O, 01.03.1976-ci il tarixindən 23.10.1976-ci il tarixədək (7 ay 22 gün) texnikumda elektrik vəzifəsi üzrə təhsil almışdır və bu fakt əmək kitabçasında öz əksini tapır və əmək stajı kimi hesablanmalıdır. Belə ki, 01.10.1956-cı il tarixində qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş ‘‘Dövlət Təminatı haqqında" SSRİ Qanununun 1-ci maddəsinin V" bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində sənət məktəblərində başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir”. Həmin Qanunun 109-cu maddəsinin “İ” yarımbəndində qeyd olunur ki, “ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin “g” bəndinə əsasən “ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yeniden ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti" iş stajına daxil edilir. Peşə məktəhindən sonra o, 17.11.1976-ci il tarixindən 24.07.2002-ci il tarixədək (25 il 8 ay 7 gün) “Mərkəzi Avtotexniki Xidmət Stansiyasında" avtoçilingər vəzifəsində işləmişdir. Bunu təsdiq edən qeydlər əmək kitabçasında mövcüdür. Bundan əlavə işəgötürən tərəfindən 30.11.2020-ci il tarixli, 67/20 saylı arayışla həmin fakt təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən 24.07.2002-ci il tarixədək onun 29 il 11 gün ümumi stajı vardır. Həmin əmək stajı 01.01.2006-ci il tarixədək hesablanılması nəzərə alınmalıdır. Qeyd olunan əmək stajını ərizəyə əlavə edilmiş sənədlərlə sübut olunur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı oldugda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının 11.12.2017ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş staiı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 64 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki sərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta staiı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı yaşa qörə əmək pensiyasına hüququ “Əmək pensiyaları hapgında" Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64-cü ildə, yəni 06.03.2019-cu il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 23040 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilməyən halları aşaqıdakılardan ibarətdir: İddiaçı 07.05.1973-18.03.1974-cü illər ərzində hərbi xidmətdə olduğu dövr, İddiaçı 18.12.1972-03.04.1973 və 01.03.1976- 23.10.1976-cı illər ərzində təhsil aldığı dövrlər; İddiaçı 25.07.1974-26.01.1976, 17.11.1976-01.01.1995-ci illər ərzində işlədiyi dövrlər. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və va diqər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sözügedən Qanunun 21.2.11-ci maddəsinə əsasən sığortaolunan siğorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət dövrüdür (1992-ci il yanvarın 1-dək keçmis SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İşin mübahisələndirilməyən birinci halı İddiaçı hərbi xidmətdə olduğu dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus ******* №-li hərbi biletinə müvafiq olaraq onun 07.05.1973-18.03.1974-cü illər ərzində hərbi xidmətdə olduğu geyd edilmişdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajı 10 ay 11 gün təşkil edir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, basqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Sözügedən Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, orta ixtisas, texniki pesə məktəblərini bitirmis səxslərin təhsil müddəti is stajına daxil edilir. Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki pesə məktəblərini bitirmis səxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskecmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İşin mübahisələndirilməyən ikinci hal İddiaçı təhsil aldığı dövrlərdir. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus şəhadətnaməyə və əmək kitabçasındakı qeydə müvafiq olarag onun 18.12.1972-03.04.1973 və 01.03.1976- 23.10.1976-cı illər ərzində təhsil aldığı qeyd edilmişdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajını 03 ay 15 gün və 07 ay 22 gün, ümumilikdə 11 ay 07 gün təşkil edir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və va digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək sərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanılarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının təminat xərcliyinin dövlət məvacibinin və va onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İşin mübahisələndirilməyən üçüncü halı İddiaçı sözügedən müəssisələrdə işlədiyi dövrlərdir. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus əmək kitabçasına müvafiq olaraq onun 25.07.1974-26.01.1976, 17.11.1976-01.01.1995-ci illər ərzində işlədiyi qeyd edilmişdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajını 01 il 06 ay 01 gün və 18 il 01 ay 14 gün, ümumilikdə 19 il 07 ay 15 gün təşkil edir. İşin mübahisələndirilməyən halları nəzərə alındıq da İddiaçı sosial sığorta stajı ümumilikdə 21 il 05 ay 03 gün təşkil edir. İşin mübahisələndirilən halı aşağıdakından ibarətdir: İddiaçı 01.01.1995-24.07.2002-ci illər ərzində "xxxx" ASC-də işlədiyi dövr. Belə ki, tərəflərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 05 may 2021-ci il tarixli, **********9 nömrəli sorğu ilə müraciət edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 may 2021-ci il tarixli, **********29 nömrəli cavab məktubunda Bakı səhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1963-cü məhəllədə yerləşən "xxxx" ASC-nin keçmiş Dövlət Əmlak Komitəsinin 22 dekabr 1997-ci il tarixli 1240 nömrəli sərəncamı ilə ‘‘Bakıavtomotoservis və Ticarət’’ İcarə Müəssisəsinin bazasında yaradıldığı və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2020-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmlərinin tam özəlləşdirilərək xüsusi mülkiyyətə keçdiyi qeyd edilmişdir. Həmçinin tərəflərindən "xxxx" ASC-yə sorğu ilə müraciət edilərək, "xxxx" ASCnin arxiv sənədlərinin şəxsi vərəqlərində olan 17.11.1976-cı il tarixdən 24.07.2002-ci il tarixədək olan dövrdə İddiaçı işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəllərində əməkhaqqı hesablanıb-hesablanmaması barədə məlumatların təqdim edilməsi xahiş edilmişdir. Lakin hal-hazırda müəssisənin fəaliyyət göstərməsinə baxmayaraq, ünvanlanmış sorğuya hələ də cavab verilməmişdir. İddiaçı məxsus əmək kitabcasında onun “Mərkəzi Avtotexniki Xidmət Stansiyası”nda işlədiyi qeyd edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 30.11.2020ci il tarixli, 67/20 nömrəli arayışa müvafiq olaraq İddiaçı “Mərkəzi Avtotexniki Xidmət Stansiyası”nda 17.11.1976-24.07.2002-ci illər ərzində işlədiyi, sözügedən müəssisənin hal-hazırda "xxxx" ASC adı ilə fəaliyyət göstərdiyi müəyyən edilmisdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "xxxx" ASC-nin keçmiş Dövlət Əmlak Komitəsinin 22 dekabr 1997-ci il tarixli 1240 nömrəli sərəncamı ilə "xxxx" İcarə Müəssisəsinin bazasında yaradıldığı müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı sözügedən müəssisədə işləməsi faktı öz təsdiqini tapmır. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə əsasən, yaşa qörə əmək pensiyasının sığorta hissəsinin məbləqi sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa qörə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) qözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Sözügedən Qaydaların 4.2.2-ci bəndinə əsasən yaşa qörə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qaydalara müvafig olaraq İddiaçı sosial sığorta stajına münasibətdə pensiya kapitalı aşağıdakı kimi indeksləşdirilməlidir: (21 il x 306 manat) + ( 306 manat: 12 ay x 05 ay ) = 6426 + 128 = 6554 manat 2007-ci il üzrə: 6554 + 8,3% = 7098 manat 2008-ci il üzrə: 7098 + 16,7% = 8284 manat, 2009-cu il üzrə: 8284 + 20,8% = 10007 manat 2010-cu il üzrə: 10007 + 1,5% = 10158 manat 2011-ci il üzrə: 10158 + 5,7% = 10737 manat 2012-ci il üzrə: 10737 + 7,9% = 11586 manat 2013cü il üzrə: 11586 + 1,1% = 11714 manat 2014-cü il üzrə: 11714 + 2,4% = 11996 manat, 2015-ci il üzrə: 11996 + 1,4% = 12164 manat 2016-cı il üzrə: 12164 + 4% = 12651 manat 2017-ci il üzrə: 12651 + 12,4% = 14220 manat 2018-ci il üzrə: 14220 + 5,7% = 15031 manat 2019-cu 2020-ci il üzrə: 15031 + 3% = 15482 manat. Göründüyü kimi İddiaçı 21 il 05 ay sosial sığorta stajına münasibətdə 23040,79 manat pensiya kapitalı vardır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa qörə əmək pensiyası hüququ yarandığı 64-cü ildə, yəni 06.03.2019-cu il tarixdə qanunla ona yaşa qörə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 23040 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab etmişlər ki, İddiaçı sözügedən müəssisədə - "xxxx" ASC-də işlədiyi 01.01.1995-24.07.2002-ci illər ərzində əmək haqqı cədvəlləri aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan SSR Sənayə Tikinti Nazirliyinin Mərkəzi Tədris-Kurs Kombinatı tərəfindən verilmiş 13.04.1973-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı 18.12.1972-ci ildən 03.04.1973-cü ilədək (3 ay 16 gün) dülgər kurslarında oxumuş və ona 2-ci dərəcəli dülgər ixtisası verilmişdir. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 07.05.1973-cü ildən 12.03.1974-cü ilə qədər (10 ay 6 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 07.05.1973-cü ildən 12.03.1974-cü ilə qədər Sovet Ordu sıralarında xidmət etmişdir (10 ay 6 gün), 25.07.1974-cü ildən 26.01.1976-cı ilə qədər Avtonəqliyyat Baş Material Texniki Təchizat İdarəsində 2-ci və 3-cü dərəcəli elektrik (1 il 06 ay 2 gün), 01.03.1976-cı ildən 03.10.1976-cı ilə qədər 65 saylı DTPM-də təhsil almışdır 03.11.76-cı il tarixli, 944 №-li attestat (7 ay 3 gün), 17.11.1976-cı ildən 02.01.1992-cı ilə qədər Bakı şəhəri Minik avtomobillərin xidməti mərkəzi stansiyasında 2-ci dərəcəli, 3-cü dərəcəli avtoçilingər (15 il 01 ay 16 gün), 02.01.1992-ci ildən 02.10.1995-ci ilə qədər "xxxx" Kiçik Müəssisəsində 3-cü dərəcəli çilingər (3 il 9 ay 1 gün), 02.10.1995-ci ildən 01.01.1998-ci ilə qədər "xxxx" Bakı kirayə müəssisələr birliyində 4-cü dərəcəli çilingər (2 il 3 ay 0 gün), 01.01.1998-ci ildən 24.07.2002-ci il tarixədək "xxxx" ATS-də çilingər və 5-ci dərəcəli çilingər (04 il 06 ay 24 gün) vəzifələrində vəzifələrində işləmişdir. - Əmək kitabçasından həmçinin görünür ki, Azərbaycan Respublikasının xüsusi idarəsinin 19.11.80-cı il tarixli, 228 №-li əmrinə əsasən minik avtomobillərinin texniki mərkəzi stansiyası 1 №-li Bakı avtomobillərin texniki xidmət stansiyasına dəyişdirilmişdir. 14.01.92-ci il tarixli 8 №-li əmr ilə "xxxx" Kiçik Müəssisəsinin sərəncamına verilmişdir. 02.10.1995-ci il tarixli, 61 №-li "xxxx" Müəssisəsinin əmrinə uyğun olaraq "xxxx" KM-nin adı dəyişdirilərək "xxxx" Bakı kirayə müəssisələri birliyinə çevrilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 67/20 №-li, 30.11.2020-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Eyyubov Ramiz Əzizağa oğlu 17.11.1976-cı ildən 24.07.2002-ci il tarixinədək Mərkəzi Avtotexniki Xidmət Stansiyasında avtoçilingər işləmişdir. Həmin müəssisə bu müddət ərzində müəyyən struktur dəyişikliyi ilə əlaqədar müvafiq adlarla fəaliyyət göstərmişdir. Bununla bağlı işçinin əmək kitabçasında müvafıq qeydlər edilmişdir. Həmin müəssisə hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti adı ilə fəaliyyət göstərir və onun möhürü bu ada müvafiqdir. Bununla yanaşı bildirilmişdir ki, işçinin bu illər boyu əmək haqqından ayırmalar vaxtlı-vaxtında köçürülmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********04560 №-li, 27.04.2021-ci il tarixli məktubundan görünür ki, 26.12.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin tələb olunan sənəd surətləri qoşmada təqdim olunur. Əlavə olaraq bildirilmişdir ki, hüquqi şəxsin fəaliyyət göstərməsi barədə məlumat “Hüquqı şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. - Həmin məktuba əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 11.10.2005-ci il tarixli nizamnaməsinin lazımi aydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 26.12.1997-ci il tarixdə, D-2364 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" X10 Cəmiyyətinin hüquqi varisidir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, “Avtomotoservis" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 27.04.2021-ci il tarixə olan məlumatlarına əsasən qeydiyyata alındığı tarixdən bu günədək fəəaliyyəti dayandırılmamışdır və hal-hazırda fəaliyyəti aktivdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə ünvanmış 20.05.2021-ci il tarixli **********29 №li məktubun surətindən görünür ki, dövlət əmlakının Registrində qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1963-cü məhəllədə yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) keçmiş Dövlət Əmlak Komitəsinin 22 dekabr 1997-ci il tarixli, 1240 nömrəli sərəncamı ilə "xxxx" İcarə müəssisəsinin bazasında yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmləri tam özəlləşdirilərək xüsusi mülkiyyətə keçmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış **********0 №-li, 15.01.2021-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci bəndinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fondunä məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildiririlir ki, əmək kitabçasında qeyd olunmuş 02.01.1992-ci ildən 24.07.2002-ci ilədək işləmiş olduğu "xxxx" ASC”də Filialın Monitorinq və araşdırma şöbəsi tərəfındən tərtib edilmiş 28.12.2020-ci il tarixli akta əsasən 01.01.1995-ci il tarixdən sonrakı əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrləri araşdırmaq mümkün olmamışdır. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq 02.10.1995-ci il tarixindən 24.07.2002-ci il tarixinədək olan müddət sığorta stajı daxil edilməmişdir. Həmçinin onun təqdim etdiyi sənədlərə və yuxarıda göstərilənlərə əsasən sığorta stajı 21 il 2 ay 27 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda bildirilmişdir ki, 01.01.2006-cı il tarixədək olan sığorta stajı uyğun sığorta kapitalı 20795,22 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir, 01.01.2006-cı il tarixdən etibarən isə fərdi hesabı sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün Fondun Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyinə müraciət etməyi tövsiyə olunur. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 64 il yaşa çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının əmək kitabçasında qeyd olunmuş 02.01.1992-ci ildən 24.07.2002-ci ilədək işləmiş olduğu "xxxx" ASC”də Filialın Monitorinq və araşdırma şöbəsi tərəfındən tərtib edilmiş 28.12.2020-ci il tarixli akta əsasən 01.01.1995-ci il tarixdən sonrakı əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrləri araşdırmaq mümkün olmaması, bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq 02.10.1995-ci il tarixindən 24.07.2002ci il tarixinədək olan müddətin sığorta stajına daxil edilməməsi, sığorta stajının 21 il 2 ay 27 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az olması, eyni zamanda 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun sığorta kapitalının 20795,22 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan verməməsi, 01.01.2006-cı il tarixdən etibarən isə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətini, təhsil müddətini, əmək kitabçasında qeyd edilmiş 25.07.1974-26.01.1976, 17.11.1976-01.01.1995-ci il tarixlərdə işlədiyi dövrü qəbul edərək iddiaçının sosial sığorta stajının 21 il 95 at 03 gün təşkil etdiyini qəbul edir. Cavabdeh inzibati orqanın qəbul etmədiyi dövr iddiaçının 02.10.1995-ci il tarixdən 24.07.2002-ci il tarixədək işlədiyi dövrdür. Məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Bundan əlavə iddiaçının vaxtı ilə işlədiyi müəssisələr müəyyən struktur dəyişikliyi ilə əlaqədar müvafiq adlarla fəaliyyət göstərmiş, hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti adı ilə fəaliyyət göstərir və həmin müəssisə 67/20 №-li, 30.11.2020-ci il tarixli arayışında Eyyubov Ramiz Əzizağa oğlu 17.11.1976-cı ildən 24.07.2002-ci il tarixinədək Mərkəzi Avtotexniki Xidmət Stansiyasında avtoçilingər vəzifəsində işləməsini təsdiq etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının əmək kitabçasında qeyd edilən 02.10.1995-ci il tarixdən 24.07.2002-ci il tarixədək işləmiş olduğu dövrün əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrləri araşdırmaq mümkün olmaması səbəbindən həmin illərin iş stajının düzgünlüyünü araşdırmaq mümkün olmaması barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, işəgötürən tərəfindən əmək haqqı cədvəllərinin saxlanılmaması iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Bundan əlavə hazırda qüvvədə olan əmək qanunvericiliyində vətəndaşa pensiya təyin edilməsi üçün onun əmək haqqı cədvəllərinin əsas götürülməsi nəzərdə tutulmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hərbi xidmət, təhsil müddətləri, işlədiyi müddətlər, eləcə də 02.10.1995-ci il tarixindən 24.07.2002-ci il tarixinədək işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək artıq 28 il 11 ay 8 gün ümumi iş stajı mövcuddur. Bundan başqa «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, İddiaçı 25 ildən artıq sığorta stajına malik olduğu halda ona 64 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 64 yaşının olduğu vaxtdan, yəni 06 mart 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı 06 mart 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4355/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4355/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver