Məhkəmə qərarları › İş №2-1(112)-4357/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4357/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4357/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona İİ dərəcə əlilliyinin təsdiq edilməsi, İİ dərəcə əlil olmasına dair qərar qəbul edilməklə, 2020-ci ildən dayandırılmış təqaüdün bərpası, İİ dərəcə əlillik dərəcəsinin qiymətləndirilməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, səhhətində yaranmış (iddia ərizəsində əziyyət çəkdiyi bir çox xəstəliklərlə bağlı müvafiq sənədlər əlavə ediləcəkdir) ağırlaşdırıcı xəstəliklərə görə 2012-ci il tarixdə 2-ci dərəcəli əlillik təyin olunmuşdur.Tibbi örosedur qaydalarına müvafiq olaraq mütəmadi olaraq müayinə və müalicələri davam etdirsə də 2020-ci il tarixdə əlilliyə görə təqaüdü dayandırılmışdır.xx.xx.2020-ci il tarixdən əlillik müddətinin bitməsi, buna görə təkrarən müayinələrdən keçməsi bildirilmişdir. Növbəti dəfə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün qanunvericiliyin tələbinin AR NK-nın qərarına uyğun olaraq saxlandığı X10n AR Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Müəsisəsinə ezam olunmuşdur.Əlillik dərəcəsinin təyin olunmasında tələb olunan qayda və təlimata uyğun olaraq Müalicə müəsisəsində bütün tibbi müayinələrdən keçərək, tibbi komissiyanın yekun rəyi (tibbi məlumatlar) baxılıb araşdırılması üçün AR ƏƏSM-nin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron baza “alt” sisteminə göndərilmişdir.Daxil olmuş tibbi məlumatları araşdıran agentlik, xəstəliyinin ağırlaşmasını müəyyən etmək üçün əlavə instrumental müayinənin aparılması haqqında öz tövsiyyəsini bildirməklə öz nümayəndəsini 3 dəfə saxlanıldığı cəzaçəkmə müəssisəsinə, 1 dəfə isə X6 göndərmişdir. Əlavə olaraq 4 dəfə onunla görüşüb səhhəti ilə bağlı suallar verib zahiri yoxlama aparan nümayəndə bütün görüşlərində diqqətə çatdırmışdır ki, heç bir narahatçılığa əsas yoxdur. Həqiqətəndə əziyyət çəkdiyi xəstəliklərə görə çox ciddi və müalicəsi mümkünsüz olan kateqoriyaya aid edidiyindən qısa müddətdə əlillik dərəcəsi təyin olunacaqdır. Hətta ona bildirilib ki, təqaüdü dayandırıldığı tarixdən bərpa olunacaqdır. Keçdiyi müayinələrin yekunu barədə tibbi məlumatlar Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapan göstəricilər siyahısına daxil olduğuna görə ona ikinci dərəcəli əlillik təkrarən təyin edilməlidir. 4 dəfə üzərində tibbi müayinə aparıb ona söz verən AR-sı Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi sözlərə ümid edib gözlədikdən sonra tərəfindən 3 dəfə aidiyyat üzrə AR Əmək və Əhalinin Sosial Medafiəsi Nazirliyinə yazmış olduğu müraciət və şikayətlərinə etinasız yanaşılaraq, nəinki üzləşdiyi problem müsbət həll edilmiş, adicə rəsmi cavab belə verilməmişdir. Əsassız süründürməçiliyə və qərəzliyə yol verməklə 4 ildir ki, ona əziyyət çəkdiyi ağır xəstəliyə görə təyin edilmiş təqaüddən məhrum edilmiş və əziyyət çəkdiyi xəstəliklərə görə tələb olunan dərman ləvazimatlarını maddi imkansızlığa görə ala bilmədiyinə görə xəstəliyində günü-gündən ağırlaşmalar baş vermişdir. Yetərincə müayinə və müalicələr barədə tibbi məlumatlara diqqət yetirmədiyi eləcə də qərəzli şəkildə təyin edilməyən qərəzli şəkildə təyin edilməyən əlillik dərəcəsinin təkrarən bərpasına görə qanuna müvafiq olaraq məhkəməyə müraciət etməyə məbudur. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Qaraciyərin fibrozu və sirrozu, qaraciyərin qarışıq mənşəli virus hepatit toksiki sirrozu kompensasiya mərhələsi. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiaçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 9-cu bəndində qeyd olunur ki, Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Baxılan halda xx.xx.2023-cü il tarixində iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmişdir. Qiymətləndirmə nəticələrinə dair məlumat ona xx.xx.2023-cü il tarixində SMS bildiriş vasitəsilə göndərilmişdir. Lakin həmin Qərar xx.xx.2024-cü il tarixinədək yəni, məhkəməyə müraciət edilənək mübahisələndirilməmişdir. Hesab edilir ki, qərarın mübahisələndirilməsi hazırki mərhələdə iddia müddəti ötürüldüyü üçün mümkünsüz hesab edilməlidir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçı barədə xx.xx.2024-cü il tarixli tibbi arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 9 saylı cəzaçəkmə müəsisəsində cəza çəkir. Həbs olunduqdan sonra Təcridxanaya daxil olarkən müəyyən edilən- ilkin diaqnoz: Şəkərli diabet, arterial hipertoniya, xroniki C virus hepatiti (VHC). Cəza çəkdiyi dövrdə keçirdiyi xəstəliklər barədə məlumatlar: Ürəyin işemik xəstəliyi, atrerosklerotik kardioskleroz, arterial hipertoniya İİ dərəcə, şəkərli diabet İİ tip insulin tələbli, diabetik polineyropatiya, VHC, qaraciyərin qarışıq mənşəli sirrozu, splenomeqaliya, trombositopeniya, hiperblirubinemiya, sol böyrəyin kistası. Əlillik barədə məlumat: Yoxdur. Hazırda təqdim etdiyi şikayətlər: Ambulator müalicələr davam etdirilir. Səhhətinin hazırkı vəziyyəti: Kafi. Son klinik diaqnoz: Ürəyin işemik xəstəliyi, atrerosklerotik kardioskleroz, arterial hipertoniya İİ dərəcə, şəkərli diabet İİ tip insulin tələbli, diabetik polineyropatiya, VHC, qaraciyər qarışıq mənşəli sirrozu, splenomeqaliya, trombositopeniya, hiperblirubinemiya, sol böyrəyin kistası Azərbaycan Respublikasının Daxili İşlər Naziriyinin 031501 nömrəli xx.xx.2015-ci il tarixli vəsiqəsindən görünür ki, İddiaçı müharibə veteranı olduğu üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin aparatının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli 2-5/7478/2023 saylı məktubundan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı X10 cəza çəkən İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək, səhhətində yaranmış problemlərlə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ətraflı müayinə olunduğunu, lakin müayinənin nəticəsinə dair məlumatların elektron sistemə düzgün daxil edilmədiyini bildirmiş, məsələnin araşdırılmasında və hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.2.5-ci maddəsinə əsasən, şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edirlər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin aparatının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 2-5/2-13902/2023 saylı məktubdan görünür ki, səhhətində yaranmış problemlərlə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ətraflı müayinə olunmağı, lakin müayinənin nəticəsinə dair məlumatların elektron sistemə düzgün daxil edilməməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı ərizə ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət edilmişdir. Verilmiş cavabda bildirilmişdir ki, səhhəti penitensiar müəssisələrdə saxlanıldığı müddətdə nəzarətə götürülmüş, dövri olaraq Müalicə müəssisəsi köçürülərək əlavə müayinə və müalicələrə cəlb olunmuşdur. Əlillik dərəcəsi etibarlılıq müddəti bitdiyi üçün ötən ilin oktyabr ayında müalicə müəssisəsinə köçürülərək müayinələrdən keçirilmişdir. Sağlamlıq durumu qiymətləndlrilərək tibbi məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Sisteminin elektron məlumat bazasına daxil edilmişdir. Məsələyə Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən baxılmış, xəstəliyinizin ağırlaşmasını müəyyən etmək üçün əlavə İnstrumental müayinələrin aparılması tövsiyə edilmişdir. Cavabda, eyni zamanda qeyd edilmişdir ki, müayinənin həyata keçirilməsi üçün tibb xidmətində avadanlıq olmadığı üçün qanunvericiliyə əsasən müayinənin öz vəsaiti hesabına mülki sektorda aparılmasının mümkünlüyü bildirilmiş, buna razılıq verilmişdir. Müayinə aparıldıqdan sonra nəticələr yenidən elektron məlumat bazasına daxil ediləcəkdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin aparatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3 Heyətinin sədrinə ünvanladığı xx.xx.2022-ci il tarixli 2/2477722 nömrəli məktubdan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı X10 cəza çəkən İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək, 2012-ci ildə səhhətində yaranmış problemlərlə əlaqədar ikinci dərəcə əlillik təyin olunduğunu, əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün rəsmiləşdirilmiş göndərişə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərəzli olaraq imtina verildiyini, eyni zamanda əlilliyə səbəb olmuş xəstəliyinin ağırlaşdığını, mütəmadi müalicəyə ehtiyacı olduğunu bildirmiş, hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş etmişdir.Qeyd edilənləri nəzərə alaraq, ‘‘Azərbaycan Respublikasının İnsan Hüquqlan üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.2.5-ci maddəsinə əsasən, şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə bizə məlumat verilməsini xahiş edilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin aparatının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 2/27879-22 saylı məktubdan görünür ki, əlilliyinizin növbəti dəfə qiymətləndirilməsi üçün rəsmiləşdirilmiş göndərişə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən imtina verilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığınız şikayətdə əks etdirilmiş halların yoxlanılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilmişdir. Verilmiş cavabda bildirilmişdir ki, əlillik vəziyyəti Yevlax Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2014-cü il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təkrar müayinə olunmuş və ümumi səbəbdən 1 (bir) il müddətinə ikinci dərəcə əlillik müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdən ikinci dərəcə əlilliyi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən avtomatlaşdırılmış qaydada 5 (beş) il müddətinə (xx.xx.2020-ci il tarixədək) uzadılmışdır. Əlillik müddəti bitdiyi tarixdən sonrakı dövrdə (xx.xx.2020-ci il tarixdən sonra) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dair yeni göndəriş daxil olmamışdır. Cavabda, eyni zamanda qeyd edilmişdir ki, dövlət tibb müəssisəsi (Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi) tərəfindən ətraflı müayinə və müalicə olunub, göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətinin qiymətləndirilməsi mövcud qanunvericiliyə uyğun olaraq aparılacaqdır. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə müayinə edilərək tez-tez kəskinləşən virus hepatiti “C” Həzmin funksiya pozulması Xr hepatit Hepotoxolesistit İİ il Anmeiya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2 Azər Fərman oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli 2/27879-22 saylı məktubdan görünür ki, əlillik vəziyyəti barədə müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ikinci dərəcə əlilliyi sonuncu dəfə xx.xx.2015-ci ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti müayinə tarixi -xx.xx.2020-ci il. Sonrakı dövrdə ərazi tibb müəssisəsi tərəfindən Əlillik Altsisteminə göndəriş (forma-88) daxil olmamışdır. Bununla əlaqədar, ƏN enitensiar xidmətinin müalicə müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3-17-4/2-32977/2024 saylı məktubla bildirmişdir ki, Yevlax rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli, 2- 1(112)-15647/2024 nömrəli sorğularınıza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunmuşdur. Bakı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş C00118230HBYsaylı xx.xx.2023-cü il tarixli göndərişdən (Forma 88) görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən Bakı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2012-ci ildir (orta, ağır). Əsas diaqnoz: K74 Qaraciyərin fibrozu və sirrozu, qaraciyərin qarışıq mənşəli virus hepatit toksiki sirrozu kompensasiya mərhələsi Ağırlaşma: D73.2 Xroniki durğunluq splenomeqaliyası, laborator və instrumental müayinə zamanı splenomeqaliya müəyyən edilmişdir. Ağırlaşma: D69.4 Digər birincili tombositopeniyalar,trombositopeniya Yanaşı xəstəlik E10 İ nsulindən asılı şəkərli diabet, insulin tələbli şəkərli diabet İİ tip İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə müayinə edilərək tez–tez kəskinləşən virus hepatiti “C” Həzmin funksiya pozulması Xr hepatit Hepotoxolesistit diaqnozu qoyulmuşdur.Meyar:2.2 İkinci dərəcə əlillik=>2.2.7 Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə müayinə edilərək tez–tez kəskinləşən virus hepatiti “C” Həzmin funksiya pozulması Xr hepatit Hepotoxolesistit İİ il Anmeiya diaqnozu qoyulmuşdur. Meyar:2.2 İkinci dərəcə əlillik=>2.2.7 Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2016-ci il tarixdə müayinə edilərək tez–tez kəskinləşən virus hepatiti “C” Həzmin funksiya pozulması Xr hepatit Hepotoxolesistit İİ il Anmeiya diaqnozu qoyulmuşdur. Meyar:2.2 İkinci dərəcə əlillik=>2.2.7 Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə edilərək 4 Qaraciyərin fibrozu və sirrozu, qaraciyərin qarışıq mənşəli virus hepatit toksiki sirrozu kompensasiya mərhələsi diaqnozu qoyulmuşdur. Mərkəzə gödərilmənin/İmtina edilmənin səbəbi:Göndərişin natamam doldurulması- Səbəb:Diaqnozun ağırlaşmasını təsdiq edən instrumental müayinələr tam aparılmayıb (fibroscan), USM-in nəticəsi ətraflı qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 17975/2023 saylı qərarından görünür ki, İddiaçı diaqnozu əlillik əlaməti təyin etmir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə edilərək Qaraciyərin fibrozu və sirrozu, qaraciyərin qarışıq mənşəli virus hepatit toksiki sirrozu kompensasiya mərhələsi diaqnozu qoyulmuşdur. Mərkəzə gödərilmənin/İmtina edilmənin səbəbi: diaqnozu əlillik əlaməti təyin etməməsi-Səbəb: diaqnozu əlillik əlaməti təyin etmir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə edilərək K74 Qaraciyərin fibrozu və sirrozu, qaraciyərin qarışıq mənşəli virus hepatit toksiki sirrozu kompensasiya mərhələsi diaqnozu qoyulmuşdur. Mərkəzə gödərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicələrə ehtiyacın olması-Səbəb: İxtisaslı klinikada əlavə bərpa müalicəsi qərarı verildi. Cavabdeh tərəfindən təqdim edilmiş alt sistemdən çıxarışdan görünür ki, iddiaçıya əlilliin təyin edilməsindən imtina barədə bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək cavabdehə müvafiq tələblə müraciətini təsdiq edən sənədin (tibbi göndəriş) və ya imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir.İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddia tələbindən görünür ki, iddiaçının tələbi əlilliyin təyin edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, çəhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Hazırki iddia məcburetməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X7rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X8rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə əlillik təyinatından imtina edilmişdir. İddiaçı bu barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmamışdır. Məhkəmə nəzərə alır ki, iddiaçının sonuncu müraciətindən (tibbi göndəriş) və cavabdeh qurumun imtinasından (hərəkət və ya hərəkətsizliyi) 1 ildən artıq müddət keçmişdir. Odur ki, məhkəmə iclasın təxirə salınmasını buraxılmış müddətin səbəbləri barədə məlumatın verilməsini zəruri hesab etmir. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar