Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4359/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi XN iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müvafiq xidmət illəri üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi» barədə iddia tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müvafiq xidmət illəri üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi» tələbini irəli sürməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı x xxxxxx N992-ci il tarixdən x xxxx N998-ci il tarixədək müvafiq hərbi hissədə xidmət etmiş və AR Müdafiə nazirinin x xxx N998-ci il tarixli 049 s/ə nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Hərbi xidmət dövrü növbəti məzuniyyətdən istifadə etməmişdir. xx xxxxxxxx 20N9-cu il tarixdə həmin hərbi hissə komandirinə ərizə ilə müraciət edərək AR Silahlı Qüvvələrində gizir qismində xidmət etdiyim müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının AR Nazirlər Kabinetinin 399 №-li xx xxxxxx 20N4-cü il tarixli qərarına uyğun olaraq hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Lakin onun müraciətinə N5/5N6 nömrəli xx xxxx 2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, xx xxxx N998-ci il tarixdə xidmət etdiyi hərbi hissənin qərargahında baş vermiş yanğın nəticəsində N994 – N998-ci illəri əhatə edən hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabının məhv olması səbəbindən onun həmin dövr üçün növbəti məzuniyyət günlərindən istifadə edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli 377 - İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə əlavə edilməsi barədə Azərbaycan Respublikasının xx xxx 20N0-cu il tarixli N005- İİİ QD nömrəli Qanunu ilə qeyd olunan aktlara aşağıdakı məzmunda yeni müddəa əlavə edilmişdir: Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Bu Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20N0-cu il N0 iyun tarixli 28N nömrəli Fərmanının N,3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə AR Nazirlər Kabineti «Təqvim illərində, habelə həqiqi hərbi xidmətə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 20N4-cü il 26 dekabr tarixli 399 nömrəli Qərar qəbul etmişdir. Həmin Qərarın N-ci hissəsinə görə hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik (30.4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N20-ci maddəsinin V bəndinə əsasən gizirlərə və miçmanlara hər təqvim ili üçün 35 gün müddətinə növbəti məzuniyyət verilir. Həmin Əsasnamənin N23-cü maddəsinə əsasən gizirlərə və miçmanlara xidmət etdiyi hər tam ay üçün 3 gün növbəti məzuniyyət verilir. Göstərilənlərə əsaslaraq, x xxxxxx N994-cü il tarixdən x xxxx N998-ci il tarixədək müvafiq hərbi hissədə xidmət etdiyi müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının AR Nazirlər Kabinetinin 399 №-li xx xxxxxx 20N4-cü il tarixli qərarına uyğun olaraq hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR Müdafiə Nazirliyinin məhkəməyə iddia ilə bağlı ünvanlanmış yazılı münasibətində aşağıdakılar qeyd edilmişdir: - xx xxxx N998-ci il tarixdə müvafiq hərbi hissənin qərargahında baş vermiş yanğın hadisəsi nəticəsində x xxxxxx N994-cü il tarixdən xx xxxx N998-ci il tarixədək nizami hissə üzrə əmrlər kitablarının və pul paylama cədvəllərinin məhv olması səbəbindən İddiaçı istifadə etdiyi məzuniyyət günləri, pul təminatı və hərbi hissənin siyahısından çıxarılması barəsində məlumatları əldə etmək mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, həmin hərbi hissə digər müvafiq hərbi hissənin tabeliyində olduğundan əsas cavabdeh kimi sonuncunun tanınması məqsədəuyğundur. İPM-in N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə yazılı ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçıya x xxxxxx N994-cü il tarixdən xx xxxx N998-ci il tarixədək N saylı hərbi hissədə xidmət etdiyi dövrdə N994-cü il üzrə 32 gün, N995-ci il üzrə 35 gün, N996-cı il üzrə 35 gün, N997-ci il üzrə 35 gün, N998-ci il üzrə N2 gün olmaqla, cəmi istifadə etmədiyi N49 məzuniyyət günü üçün pul kompensasiyasının AR Nazirlər Kabinetinin 399 nömrəli xx.xx.20N4-cü il tarixli qərarına uyğun olaraq hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsi qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 4.N-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun N2-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun N3-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun N5-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun NNci maddəsinin N-ci bəndinin birinci abzasında göstərilmişdir ki, hərbi qulluqçuların istirahət hüququ həftədə 4N saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün kündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Həmin Qanunun NN-ci maddəsinin N-ci bəndinin iyirminci abzasında qeyd olunmuşdur ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N2N-ci maddəsinin ikinci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Prezidentinin “«Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 20N0-cu il NN may tarixli N005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqqında” 20N0-cu il N0 iyun tarixli 28N nömrəli Fərmanının N.3-cü bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun NN-ci maddəsinin N-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin N2N-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “«Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun NN-ci maddəsinin N-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N2N-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 20N4-cü il 28 mart tarixdə Qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanmasına görə deyil, hərbi qulluqçuların bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun NN-ci maddəsinin N-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N2N-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 20N0-cu ilin N2 iyun tarixinədək ehtiyata və istehfaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuşdur. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 20N0-cu ilin N2 iyun tarxinədək ehtiyata və istehfaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti «Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə edilməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə hərbi xidmətdə olduğunu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 20N2-ci il 28 sentyabr tarixdə 2N7 nömrəli Qərar qəbul etmişdir. Qərarın N-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20N4-cü il 28 mart tarixli Qərarında qeyd olunmuşdur ki, . . . qanunverici dövlət hakimiyyətini səmərəli həyata keçirmək üçün Konstitusiyanın 94-cü maddəsində öz əksini tapmış məsələləri tənzimləyərkən, onların ən mühüm və əsaslı xarakter daşıyan tərəflərini müəyyən etməklə artıq qanunvericilik qaydasında nizamlanmış normaları konkretləşdirmək və həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına qaydalar müəyyən etmək səlahiyyəti verə bilər. Konstitusiya ilə nəzərdə tutulan əsas hüquqların həyata keçirilməsi qaydasının tənzimlənməsi və ya bu hüquqların həyata keçirilməsində məhdudiyyətlərin müəyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini nəzərdə tutan qanun norması aydın və dəqiq olmalıdır. Qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə aydın və ya birmənalı olmadığlna istinad etməklə şəxsin əsas hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Konstitusiyanın N49-cu maddəsinin V hissəsinin məzmununa, habelə Konstitusiya Məhkəməsi Plenumunun “«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” 2008-ci il 30 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə Nazirlər Kabinetinin qərarları konstitusiya norma və prinsiplərinə, hamılıqla qəbul edilən ümumi prinsiplərə, qanunlara və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Buna müvafiq olaraq qanunların icrası ilə əlaqədar qəbul edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin qanunun məqsədlərinə uyğun olmalı, məzmununu dəyişməməli, qanunda müəyyən edilən məsələləri tənzimləməlidir. Yuxarıda qeyd olunanları, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20N4-cü il 28 mart tarixli Qərarı üzrə mövqeyini nəzərə aılaraq, müvafiq normativ hüquqi aktların müddəalarını hazırkı mübahisənin faktiki hallarına tətbiq edərək məhkəmə aşağıdakı nəticəyə gəlir: - hərbi qulluqçuya xidmətdə olduğu dövrün təqvim illərində növbəti məzuniyyətdən istifadə etmədikdə kompensasiya ödənilməsi bu sahəni tənzimləyən normativ hüquqi aktlar qismində nə «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, nə də Azərbaycan Respublikası Prezidentinin 20N0-cu il N0 iyun tarixli Fərmanının müddəalarında hər hansı tarixlə (vaxtla) məhdudlaşdırılmamışdır; - həmin normativ hüquqi aktlarda digər təqvim illəri üçün də istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi açıq və aydın şəkildə tənzimlənmişdir; - həmin normativ aktlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinə bu kompensasiyanın yalnız məbləği və ödənilməsi qaydasının müəyyənləşdirilməsi tapşırılmışdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı və 2.7-ci maddələrinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edlir. Azərbaycan Respublikası Nazirlər Kabineti «Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün təqvim illərində istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 20N2-ci il 28 sentyabr tarixli 2N7 nömrəli Qərar qəbul etmişdir. Qərarın N-ci bəndində qeyd edilmişdir ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün təqvim illərində istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 20N4-cü il 26 dekabr tarixdə «N994-cü il fevralın N-dən 20N0-cu il iyunun N2-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 399 nömrəli qərar qəbul etmişdir. Qərarın N-ci bəndinə görə həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün N994-cü il fevralın N-dən 20N0-cu il iyunun N2-dək dövr əsas götürülsün. Qərarın 2-ci bəndinə görə N994-cü il fevralın N-dən 20N0-cu il iyunun N2-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 20N0-cu il N2 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir. Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tövsiyə edilsin: - (3.N yarımbənd) 20N0-cu il N2 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 20N0-cu il N2 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etsinlər; - (3.2 yarımbənd) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə alsınlar. Məhkəmənin qənaəti belədir ki, cavabdeh AR Müdafiə Nazirliyinin iddiaçının qaldırdığı “istifadə olunmayan məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi” məsələsinin həllindən imtina üçün gətirdiyi dəlil, yəni aidiyyəti sənədlərin müvafiq yanğın hadisəsi zamanı məhv olunması formal xarakterli qiymətləndirilməli və əsaslı sayılmamalıdır, çünkiş bu hal iddiaçının iradəsində asılı olan hal deyil, inzibati orqanı da iddiaçının qalrşısındakı hər hansı öhdəlikdən azad etmir. Odur ki, mövcud qanunvericilik N994 – 20N0-cu illərdə xidmət etmiş hərbi qulluqçulara onların istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsini ayrıca qaydalarla (NKnın 20N4-cü il 26 dekabr tarixli 399 nömrıli qərarı) müəyyən etdiyindən, iddiaçının N994 – N998-ci illərdə məzuniyyətlərdən istifadə etmədiyi və həmin illər üzrə məzuniyyətlərə görə kompensasiyanın ödənilmədiyi cavabdeh tərəfindən təkzib olunmadığından, həmin illər üzrə pul kompensasiyası sözügedən qaydalara uyğun olaraq ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh AR Müdafiə Nazirliyinin “iddiaçıya istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının AR Nazirlər Kabinetinin 399 nömrəli 26 dekabr tarixli qərarının tələblərinə müvafiq ödənilməsi”ndən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun N3-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in N4.3, 33.N, 33.2, 73.N-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı x xxxxxx N994-cü il tarixdən x xxxx N998-ci il tarixədək olan dövr üzrə istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının AR Nazirlər Kabinetinin 20N4-cü il 26 dekabr tarixli 399 nömrəli qərarının tələblərinə müvafiq olaraq hesablanıb ödənilməsi öhdəliyi cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.N, 23.N, 52, 58.7, 62, 69, 75, 78 – 79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı x xxxxxx N994-cü il tarixdən x xxxx N998-ci il tarixədək olan dövr üzrə istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20N4-cü il 26 dekabr tarixli 399 nömrəli qərarının tələblərinə müvafiq olaraq hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4359/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4359/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver