Məhkəmə qərarları › İş №2-1(112)-436/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-436/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-436/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 10.09.1983-cü il tarixindən 05.03.2003-cü il tarixinə kimi keçmiş "Bakı Alüminyum-Yayma"xxxx"Şüvəlan ASC"-də Sürüdülmə sexində 2-ci dərəcəli sürüməçi, tökməçi və müxtəlif vəzifəsində işlədiyi nəzərə alınaraq ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 52 yaşının tamam olduğu 14.05.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, 27.01.2021-ci il tarixdə cavabdehə əmək pensiyası hüququnun təminatı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Lakin 15.10.2020-ci il tarixdə məktubla onun ərizəsinə imtina cavabı gəlmişdir. Onun əmək stajı, fəaliyyəti və yaşı güzəştli şərtlərlə pensiya təminatına imkan verir. O, 10.09.1983-cü il tarixindən 05.03.2003-cü il tarixinə kimi keçmiş "Bakı Alüminyum- Yayma"xxxx"Şüvəlan ASC"-də Sürüdülmə sexində 2-ci dərəcəli sürüməçi, tökməçi və müxtəlif vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifə güzəştli şərtlərlə pensiyaya çıxmağa imkan verir. Keçmiş "Bakı Alüminyum-Yayma"xxxx"Şüvəlan ASC"-də 19.02.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T12 kartoçkaları da yanmışdır. Bu şəbədən də zavod ona əlavə sənədlər təqdim edə bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19544,90 manat təşkil edir. Nəticə etibarilə 01.07.2017ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 15.10.2020-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN-3" mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19544,90 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minumum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan "xxxx" ASC-nin 15.04.2020-ci il tarixli 09 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 10.09.1983-cü ildən, 25.01.1990-cı il tarixə kimi keçmiş Bakı Alüminum Yayma zavodunda, yəni indiki "xxxx"ASC-də soba yandırıcı işində çalışmışdır. 17.09.1990-cı il tarixindən 13.04.1992-ci il tarixinə kimi satış şöbəsində nəzarətçi işində çalışmışdır. İddiaçı 13.04.1992-ci il tarixindəın 05.03.2003-cü il tarixinə kimi yenidən soba yandırıcı işində çalışmışdır. 19.02.2013-cü ildə zavodun arxiv sənədləri saxlanan otağında yanğın baş verdiyindən işçilərin əmək haqqları və T-2 kartaları da yanmışdır. Bu baradə müvafiq sənədlər tərtib olunmuşdur. İddiaçı sənədləri yanmışdır. Zavod İddiaçı heç bir sənəd verə bilmir. İş materiallarında olan "xxxx" ASC-nin 15.04.2020-ci il tarixli 10 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 10.09.1983-cü ildən, 25.01.1990-cı il tarixə kimi 1 nömrəli Məftilçəkən sexində əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəfizəsinin adı əlvan metal yandırıcısı, Siyahı İ, bölmə Vİİ, kod 1072104a-16360. 17.09.1990-cı il tarixindən 13.04.1992-ci il tarixinə kimi satış şöbəsində tərəzidə nəzarətçi vəzifəsində işləmişdir. Vəzifəsinin adı nəzarətçi, Siyahı İİ, Bölmə Vİİİ, kod 2092300a-13041. 13.04.1992-ci il tarixindəın 05.03.2003-cü il tarixinə kimi əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəfizəsinin adı əlvan metal yandırıcısı, Siyahı İ, bölmə Vİİ, kod 1072104a-16360. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 saylı qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış İT-İ, ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 15.04.2020-ci il tarixli 11 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 10.09.1983-cü il tarixdən, 25.01.1990-cı il tarixədək, 17.09.1990-cı il tarixdən 13.04.1992-ci il tarixədək, 13.04.1992-ci il tarixdən 05.03.2003-cü il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin 04.05.2000-ci il tarixli Sərəncamı ilə "Metallurgiya'’ Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, "Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı'’na uyğun olaraq 01.07.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin 29.09.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Arayış İT-İ, ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Kağız və X1 04.03.2020-ci il tarixli 26/A saylı arayışından görünür ki, İddiaçı həqiqətən 13K nömrəli, 01.08.2009-cu il tarixli əmrə əsasən 01.08.2009-cu il tarixdən X5 MMC-nin İstehsalat sahəsinə qablaşdırma operatoru vəzifəsinə qəbul edilmiş, 15K nömrəli, 01.10.2009-cu il tarixli əmrə əsasən 01.10.2009-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan 19.02.2013-cü il tarixdə tərtib edilmiş yanğın haqqında ilkin aktın surətindən görünür ki, "xxxx" ASC-də 19.02.2013-cü il tarixdə saat 18:37-də arxiv materialları saxlanılan otaqda yanığın baş vermişdir. Yanğın nəticəsində arxiv materialları yanıb məhv olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 22.02.2022-ci il tarixli 03 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 1) 10.09.1983-cü il tarixdən 25.01.1990-cı il tarixə kimi 1 nömrəli sexdə əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəzifəsinin adı əlvan metal yandırıcısı siyahı İ bölmə Vİİ kod 1072102a-16360. 2) 17.09.1990-cı il tarixdən 13.04.1992-ci il tarixə kimi isti işlərdə və zərərli əmək şəraitində əlvan metal nəzarətçisi vəzifəsində işləmişdir. Vəzifəsinin adı nəzarətçi siyahı İİ bölmə Vİİİ kod 2092304a-13041. 3) 13.04.1992-ci il tarixdən 05.03.2003-cü il tarixə kimi 3 nömrəli metal əridici sexində əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəzifəsinin adı əlvan metal yandırıcısı siyahı İ bölmə Vİİ kod 1072102a-16360. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış İT-İ, ******* əmək kitabçasındakı əmrlər əsasında verilib. İş materiallarında olan "xxxx" ASC-nin 22.02.2022-ci il tarixli 04 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 10.09.1983-cü il tarixdən 05.03.2003-cü il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin 04.05.2000-ci il tarixli Sərəncamı ilə "Metallurgiya'’ Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, "Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı'’na uyğun olaraq 01.07.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin 29.09.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Arayış İT-İ, ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 22.02.2022-ci il tarixli 06 saylı arayışından görünür ki, fevral 2022-ci il tarixdə İddiaçı adına verilmiş 5 nömrəli arayışa əlavə 01.07.2000-ci il tarixdən Azərbaycan Respubliası Prezidentinin 04.05.2000-ci il tarixli sərəncamı ilə “Metalurgiya” DK Bakı alüminium yayma zavodu da daxıl olmaqla ləğv olunaraq Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 222 saylı, 29.09.2000-ci il tarixli sərəncamı ilə Bakı Alüminium Yayma zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. 19.08.2003-cü il tarixdə Səhimdar Cəmiyyətini idarə heyətinin sədri təyin olunmuş və səhmdar cəmiyət müstəqil müəssisə kimi fəaliyyətə başlamışdır. İş materiallarında olan "xxxx" ASC-nin 22.02.2022-ci il tarixli 05 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən 10.09.1983-cü il tarixdən 05.03.2003-cü il tarixə kimi keçmiş Bakı Alüminum yayma zavodunda, yəni indiki "xxxx"ASC-də işləmişdir. İddiaçı 10.09.1983cü il tarixində 25.01.1990-cı il tarixinə kimi əlvan metal yandırıcısı işində işləmişdir. 17.04.1990-cı il tarixindən 13.04.1992-ci il tarixinə kimi zavodun isti işlərdə və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metalogiya məhsulunun nəzarətçisi işində çalışıb.13.04.1992-ci il tarixində 05.03.2003-cü il tarixinə kimi yenidən əlvan metal yandırıcısı işində işləmişdir. 19.02.2013-cü il tarixində zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T2 kartoçkaları yanmışdır. İddiaçıda sənədləri yandığı üçün zavod ona heç bir sənəd verə bilmir. Arayış İT-İ №- ******* əmək kitabındakı əmrlər əsasında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 27.12.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı Alüminium Yayma Zavodunun qeydiyyatı barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində hüquqi ünvanı AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 19.10.2000-ci il tarixdə D-3127 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 19.10.2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən Cəmiyyət "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma Zavodunun hüquqi varisidir. Həmçinin, sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən Cəmiyyətin fəaliyyətinin 14.10.2021-ci ildən dayandırılması barədə uçot məlumat bazasında qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 28.03.2022-ci il tarixli məktubda qeyd olunur: Məhkəmə işinin araşdırılması ilə əlaqədar İddiaçı adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) əmək kollektivinin siyahısında olub-olmaması ilə bağlı məlumat verilməsi barədə sorğunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş əmək kollektivinin siyahısında İddiaçı adı aşkar edilmədi. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 10.09.1983-cü ildə Bakı Alüminium Yayma Zavodu rəngli metallardan naqillərin sürülməsi sexinə 2-ci (ikinci) dərəcə ilə yandıran işinə qəbul edilmiş, 21.11.1984-cü ildə ixtisas komissiyasının qərarına əsasən 3-cü tarif dərəcəsi ilə rəngli metalların yandırıcısı peşəsi verilmiş, 05.08.1986-cı ildə Azəbaycan SSR Nazirlər Sovetinin 19.06.1986-cı il tarixli 205p saylı Qətnaməsinə əsasən Bakı yüngül metalları emalı zavodu və BAYZ-u birləşdirilmiş və onların bazasında “Azrəngmet” İdarəsinin Bakı rəngli metal ərintilərinin emalı zavodu yaradılmışdır, 25.01.1990-cı ildə öz xahişi ilə işdən azad edilmiş, 05.02.1990-cı ildə TEMP Kooperativinə hazır məhsul anbarına fəhlə işinə qəbul edilmiş, 12.09.1990-cı ildə öz xahişi ilə işdən azad edilmiş, 17.09.1990-cı ildə Bakı Alüminium Yayma Zavoduna təchizat şöbəsinə tərəzi nəzarətçisi qəbul edilmiş, 13.04.1992-ci ildə zərərli əmək şəraiti ilə 3 saylı tökmə-yayma sexinə 4-cü dərəcə üzrə rəngli metalların yandırıcısı keçirilmiş, 29.09.2000ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirlyinin 29.09.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır, 05.03.2003-cü ildə öz xahişi ilə işdən azad edilmiş, 10.03.2003-cü ildə AMEA Mərdəkan Dendrarisinə bağban vəzifəsinə işə qəbul edilmiş, 02.04.2004-cü ildə tutduğu vəzifədən azad edilərək usta vəzifəsinə keçirilmiş, 10.03.2005-ci ildə tutduğu vəzifədən azad edilərək texnik vəzifəsinə keçirilmiş, 01.04.2005-ci ildə Landşaft memarlığı laboratoriyasının ştat cədvəlinə əsasən baş laborant vəzifəsinə keçirilmiş, 01.09.2006-cı ildə tutduğu vəzifədən azad edilərək usta vəzifəsinə keçirilmiş, 02.07.2007-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 17.10.2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Şəhərciyinə xadimə işinə qəbul edilmiş, 27.01.2012-ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1966-cı ildə doğulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 10.09.1983-cü ildə Bakı Alüminium Yayma Zavodu rəngli metallardan naqillərin sürülməsi sexinə 2-ci (ikinci) dərəcə ilə yandıran işinə qəbul edilmiş, 21.11.1984-cü ildə ixtisas komissiyasının qərarına əsasən 3-cü tarif dərəcəsi ilə rəngli metalların yandırıcısı peşəsi verilmiş, 05.08.1986-cı ildə Azəbaycan SSR Nazirlər Sovetinin 19.06.1986-cı il tarixli 205p saylı Qətnaməsinə əsasən Bakı yüngül metalları emalı zavodu və BAYZ-u birləşdirilmiş və onların bazasında “Azrəngmet” İdarəsinin Bakı rəngli metal ərintilərinin emalı zavodu yaradılmışdır, 25.01.1990-cı ildə öz xahişi ilə işdən azad edilmiş, 05.02.1990-cı ildə TEMP Kooperativinə hazır məhsul anbarına fəhlə işinə qəbul edilmiş, 12.09.1990-cı ildə öz xahişi ilə işdən azad edilmiş, 17.09.1990-cı ildə Bakı Alüminium Yayma Zavoduna təchizat şöbəsinə tərəzi nəzarətçisi qəbul edilmiş, 13.04.1992-ci ildə zərərli əmək şəraiti ilə 3 saylı tökmə-yayma sexinə 4-cü dərəcə üzrə rəngli metalların yandırıcısı keçirilmiş, 29.09.2000-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirlyinin 29.09.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır, 05.03.2003-cü ildə öz xahişi ilə işdən azad edilmiş, 10.03.2003-cü ildə AMEA Mərdəkan Dendrarisinə bağban vəzifəsinə işə qəbul edilmiş, 02.04.2004-cü ildə tutduğu vəzifədən azad edilərək usta vəzifəsinə keçirilmiş, 10.03.2005-ci ildə tutduğu vəzifədən azad edilərək texnik vəzifəsinə keçirilmiş, 01.04.2005-ci ildə Landşaft memarlığı laboratoriyasının ştat cədvəlinə əsasən baş laborant vəzifəsinə keçirilmiş, 01.09.2006-cı ildə tutduğu vəzifədən azad edilərək usta vəzifəsinə keçirilmiş, 02.07.2007-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 17.10.2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Şəhərciyinə xadimə işinə qəbul edilmiş, 27.01.2012-ci ildə işdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş əmək kitabçasında iddiaçının 10.09.1983-cü ildən 21.01.1990-cı ilədək və 17.09.1990-cı ildən 13.04.1992-ci ilədək Bakı Alüminium Yayma Zavodunda (indiki "xxxx" ASC-də) işlədiyi qeyd olunmuşdur. Lakin "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışlardan görünür ki, 19.02.2013-cü ildə zavodun arxiv sənədləri saxlanan otağında yanğın baş verdiyindən İddiaçı sənədləri yanmışdır, ona görə də İddiaçı heç bir sənəd verə bilmir. İşəgötürən tərəfindən təqdim edilmiş arayışlar isə hər hansı arxiv sənədlərinə (əmrlər və s.) əsaslanmamış, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 27.12.2021-ci il tarixli məktuba əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma Zavodunun hüquqi varisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 28.03.2022-ci il tarixli məktubdan isə görünür ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş əmək kollektivinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Göründüyü kimi, həmin dövrlərdə iddiaçının qeyd olunan müəssisədə işləməsi məhkəmə tərəfindən araşdırılan sübutlarla öz təsdiqi tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunan dövrlər iddiaçının sığorta stajına daxil edilə bilməz. Göründüyü kimi, iddiaçı 25 ildən az ümumi sığorta stajına malikdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı 52 yaşının tamam olduğu tarixdən – 14.05.2018-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasının əsaslarından biri fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir. Lakin məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə 48000,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 19544,90 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. İddiaçı 14.05.2018-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir, qeyd olunan norma isə “Əmək pensiyaları haqqında” Qanuna 10 mart 2017-ci il tarixdə əlavə edilmişdir və 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» 10.03.2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu). Ona görə də məhkəmə hesab edir ki, həmin şərt iddiaçıya münasibətdə tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar