Məhkəmə qərarları › İş №2-1(112)-436/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-436/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-436/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdaflə Nazirliyinin Hərbi Həkim Komissiyasının 28 noyabr 20N-ci il tarixli, № 847 reyestr nömrəli qərarı əsasında İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. 1992-ci ilin mart ayından tarixdən, 1994-cü ilin may ayına qədər 702/839 saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N-cı il tarixli, 847 saylı qərarına əsasən Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ilə kimi N saylı hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “hər iki əlin və üzün l-İİ dərəcəli termiki yanığı” kimi qeyd edilmişdir. xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi 3 nömrəli şəhər kliniki xəstəxanasında müyinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Metal qəlpənin olması ilə sağ sağrı nahiyyəsinin odlu silahla yaralanması” Füzuli RHK-nın xx.xx.20N-ci il tarixli 4/1091 nömrəli göndərişi, xx.xx.20N-cı il tarixli 4/718 nömrəli arayışı, SQ-nin Baş Klinik Hospitalından verilmiş xx.xx.20N-ci il tarixli 6828 nömrəli arayışı, MN MHP-dən verilmiş xx.xx.1993-cü il tarixli 1871 saylı və xx.xx.1993-cü il tarixli 1269 saylı arayışlar, N say N hərbi hissənin tibb bölüyündən verilmiş xx.xx.1992-ci il tarixli 355 saylı arayış, 3 nömrəli şəhər kliniki xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizinin (MN MHHK-nın həkim-mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyi ilə təsdiq edilir) “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi qeyd edilmişdir. Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.20N-cu il tarixli 847 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin a bəndində öz əksini tapmışdır. Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı haqqında “Hər iki əlin və üzün İ-İİ dərəcəli termiki yanığı” və “Metal qəlpənin olması ilə sağ sağrı nahiyyəsinin odlu silahla yaralanması” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin olunmalı idi. Lakin iddiaçının cavabdehə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının hazırkı obyektiv vəziyyətininin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkar olunmadığı, nəticədə iddiaçıya “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik səbəbindən təyinat aparmaq mümkün olmaması, müayinə zamanı aşkar olunan digər xəstəliklərin əlamətləri müəyyən edildiyi səbəbindən ikinci dərəcə əlillik təyinatına uyğun müvafiq qərar qəbul edərək imtina etmişdir. Cavabdehin etirazı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, sonuncu dəfə xx.xx.2016-cı ildə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmişdir. Daha sonra tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0082003AAEUL nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə məhkəmə qərardadı ilə həmin göndəriş əsasında iddiaçının əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.20N-ci il tarixli 847 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki əlin və üzün İ-İİ dərəcəli termiki yanığı. Metal qəlpənin olması ilə sağ sağrı nahiyəsinin odlu silahla yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yanıq xəsarəti aldığını bildirmiş, başağrıları, əsəbilik, ətraflarında olan hərəki məhdudluqdan şikayətlənmiş, təxminən 13-14 ildir yaranmış şəkərli diabet, astma və bir sıra digər xəstəliklərdən əziyyət çəkdiyini bildirmişdir. Anamnezində gecələr yata bilmədiyini, qışqırdığını, öz-özünə danışdığını qeyd etmişdir. Diabet müalicəsində qəbul etdiyi bir neçə dəfə dəyişdirilmiş dərmanlarının adlarını yadında saxlamadığını söyləmişdir. Müayinə zamanı çəkisi 66 kq, boyu 169 sm olmuşdur. 2016-cı ildə kardioloji diaqnozla əsassız olaraq minik avtomobili təyinatı aparılmış, digər diaqnozları tamamilə fərqli olmuşdur. Hazırda heç bir kardioloji şikayəti olmamış, müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Baxış zamanı sağ baldırda cüzi hipotrofiya izlənilmiş, yerişi pozulmamış, diz refleksləri, yuxarı ətraf refleksləri canlı alınmış, atrofiya, hipotrofiya, parez müşahidə edilməmişdir. Sağ sağrıda çapıq izlənilmiş, hərəkətləri sərbəst, periferik arteriyalarda pulsasiya normal olmuşdur. Əllərində, üzündə çapıq izlənilməmişdir. Nevroloji və travmatoloji cəhətdən əlillik təyinatına əsas verəcək ağırlaşma əlamətləri qeyd edilməmişdir. Loğman Klinikasının xx.xx.2022-ci il tarixli Kranioserebral MRİ müayinəsinin nəticəsi “Serebral korteksin və beyinciyin atrofik dəyişiklikləri. Tək-tək rast gəlinən qliotik ocaqlar” kimi qeyd olunmuş, klinik olaraq əhəmiyyət kəsb etməmişdir. Müharibə Veteranları Respublika Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 12309139 nömrəli Çıxarışında diaqnoz “Xroniki posttravmatik baş ağrısı. Postkontuzion sindrom. Miqrenoz status. Xoşxassəli kəllədaxili hipertenziya” kimi qeyd olunmuş, əyani müayinə zamanı əlillik təyinatına əsas verən dəyişikliklər müşahidə edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1232 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur. FVC 95%, FEV1 95%” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı barəsində verilən xx.xx.2021-ci il tarixli, 0082003AAEUL nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Metal qəlpənin olması ilə sağ sarğı nahiyyəsinin odlu silahla yaralanması; R26- Hərəkətin və yerişin pozulmaları, sağ ətrafın hərəkət funksiyasının pozğunluğu; T93- Aşağı ətraf travmalarının nəticələri, Sağ aşağı ətrafın odlu silahla yaralanmasından sonrakı vəziyyət” qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-4N8/2024 nömrli qərarında qeyd edilmişdir ki, məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.20Nci il tarixli 847 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki əlin və üzün l-ll dərəcəli termiki yanığı. Metal qəlpənin olması ilə saq sağrı nahiyəsinin odlu silahla yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yanıq xəsarəti aldığını bildirmiş, başağrıları, əsəbilik, ətraflarında olan hərəki məhdudluqdan şikayətlənmiş, təxminən 13-14 ildir yaranmış şəkərli diabet, astma və bir sıra digər xəstəliklərdən əziyyət çəkdiyini bildirmişdir. Anamnezində gecələr yata bilmədiyini, qışqırdığını, öz-özünə danışdığını qeyd etmişdir. Diabet müalicəsində qəbul etdiyi bir neçə dəfə dəyişdirilmiş dərmanlarının adlarını yadında saxlamadığını söyləmişdir. Müayinə zamanı çəkisi 66 kq, boyu 169 sm olmuşdur. 2016-cı ildə kardioloji diaqnozia əsassız olaraq minik avtomobili təyinatı aparılmış, digər diaqnozları tamamilə fərqli olmuşdur. Hazırda heç bir kardioloji şikayəti olmamış, müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Baxış zamanı sağ baldırda cüzi hipotrofiya izlənilmiş, yerişi pozulmamış, diz refleksləri, yuxarı ətraf refleksləri canlı alınmış, atrofiya, hipotrofiya, parez müşahidə edilməmişdir. Sağ sağrıda çapıq izlənilmiş, hərəkətləri sərbəst, periferik arteriyalarda pulsasiya normal olmuşdur. Əllərində, üzündə çapıq izlənilməmişdir. Nevroloji və travmatoloji cəhətdən əlillik təyinatına əsas verəcək ağırlaşma əlamətləri qeyd edilməmişdir. Loğman Klinikasının xx.xx.2022-ci il tarixli Kranioserebral MRİ müayinəsinin nəticəsi “Serebral korteksin və beyinciyirı atrofik dəyişiklikləri. Tək=lək rast gəlinən gliotik ocaqlar” kimi qeyd olunmuş, klinik olaraq əhəmiyyət kəsb etməmişdir. Müharibə Veteranları Respublika Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12309139 nömrəli Çıxarışında diaqnoz “Xroniki posttravmatik bas ağrısı. Postkontuzion sindrom. Miqrenoz status. Xoşxassəli kəllədaxili hipertenziya” kimi qeyd olunmuş, əyani müayinə zamanı əlillik təyinatına əsas verən dəyişikliklər müşahidə edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1232 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilvasiva pozğunluğu qeyd olunmur. FVC 95%, FEV1 95%” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş T 820/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0082003AAEUL saylı Forma 088 göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Metal qəlpənin olması ilə sağ sağrı nahiyəsinin odlu silahla yaralanması. Aşağı ətraf travmalarmm nəticələri. Sağ aşağı ətrafın odlu silahla yaralanmasından sonrakı vəziyyət; Hərəkətin və yerişin pozulmaları. Sağ aşağı ətrafın funksiyasının pozulması” əsas diaqnozu və ağırlaşmaları ona stasionarda müəyyən edilsə də, xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı yanıq xəsarəti aldığını bildirmiş, başağrılarından əsəbilikdən, ətraflarında olan hərəkət məhdudluğundan şikayətlənmiş və baxış zamanı sağ baldırda cüzi hipotrofıya izlənmiş, yerişi pozulmamış, diz refleksləri canlı olmuş, atrofıya, hipotrofıya, parez, müşahidə edilməmiş, hərəkəti sərbəst olmuş, periferik arteriyalarda pulsasiya normal olmuş, nevroloji və travmotoloji cəhətdən əlillik təyinatına əsas verəcək ağırlaşma əlamətləri qeyd edilməmişdir. Müharibə Veteranları Respublika Xəstəxanasının 12309139 nömrəli çıxarışında olan diaqnoz və DTSERA-da 1232 nömrəli spirometriya müayinəsində “Xarici ventilyasiya pozğunluğu qeyd olunmamışdır. Qərardadın 2-ci bəndində qeyd edilən suallar əlilliyin qiymətləndirilməsinə aid olduqlarından onların həlli tibbi sosial ekspertlərin səlahiyyətlərinə aiddir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, N nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İN.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, NN.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9); 2.2.N. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İN.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20- F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 6.1.10. sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr. R25-R29 Qiymətləndirmə 6.1.10.1.başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları (35-60 faiz, 1 il); 6.1.10.2.başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları (65-80 faiz, 2 il); 6.1.10.3.başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi (85-100 faiz, müddətsiz); 13.4. Hər iki aşağı ətrafın istənilən səviyyədə travmatik amputasiyası. T05.3-T05.5 - Aşağı ətrafın əzilməsinin və travmatik amputasiyanın nəticələri T93.6 ... Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz və ağırlaşması “Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Metal qəlpənin olması ilə sağ sarğı nahiyyəsinin odlu silahla yaralanması; R26- Hərəkətin və yerişin pozulmaları, sağ ətrafın hərəkət funksiyasının pozğunluğu; T93- Aşağı ətraf travmalarının nəticələri, Sağ aşağı ətrafın odlu silahla yaralanmasından sonrakı vəziyyət” qeyd olunmuşdur. Məhkəmə icraatı zamanı xx.xx.2024-cü il tarixli qərardadla iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-4N8/2024 nömrli qərarında qeyd edilmişdir ki, məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.20Nci il tarixli 847 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki əlin və üzün l-ll dərəcəli termiki yanığı. Metal qəlpənin olması ilə saq sağrı nahiyəsinin odlu silahla yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yanıq xəsarəti aldığını bildirmiş, başağrıları, əsəbilik, ətraflarında olan hərəki məhdudluqdan şikayətlənmiş, təxminən 13-14 ildir yaranmış şəkərli diabet, astma və bir sıra digər xəstəliklərdən əziyyət çəkdiyini bildirmişdir. Anamnezində gecələr yata bilmədiyini, qışqırdığını, öz-özünə danışdığını qeyd etmişdir. Diabet müalicəsində qəbul etdiyi bir neçə dəfə dəyişdirilmiş dərmanlarının adlarını yadında saxlamadığını söyləmişdir. Müayinə zamanı çəkisi 66 kq, boyu 169 sm olmuşdur. 2016-cı ildə kardioloji diaqnozia əsassız olaraq minik avtomobili təyinatı aparılmış, digər diaqnozları tamamilə fərqli olmuşdur. Hazırda heç bir kardioloji şikayəti olmamış, müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Baxış zamanı sağ baldırda cüzi hipotrofiya izlənilmiş, yerişi pozulmamış, diz refleksləri, yuxarı ətraf refleksləri canlı alınmış, atrofiya, hipotrofiya, parez müşahidə edilməmişdir. Sağ sağrıda çapıq izlənilmiş, hərəkətləri sərbəst, periferik arteriyalarda pulsasiya normal olmuşdur. Əllərində, üzündə çapıq izlənilməmişdir. Nevroloji və travmatoloji cəhətdən əlillik təyinatına əsas verəcək ağırlaşma əlamətləri qeyd edilməmişdir. Loğman Klinikasının xx.xx.2022-ci il tarixli Kranioserebral MRİ müayinəsinin nəticəsi “Serebral korteksin və beyinciyirı atrofik dəyişiklikləri. Tək=lək rast gəlinən gliotik ocaqlar” kimi qeyd olunmuş, klinik olaraq əhəmiyyət kəsb etməmişdir. Müharibə Veteranları Respublika Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12309139 nömrəli Çıxarışında diaqnoz “Xroniki posttravmatik bas ağrısı. Postkontuzion sindrom. Miqrenoz status. Xoşxassəli kəllədaxili hipertenziya” kimi qeyd olunmuş, əyani müayinə zamanı əlillik təyinatına əsas verən dəyişikliklər müşahidə edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1232 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilvasiva pozğunluğu qeyd olunmur. FVC 95%, FEV1 95%” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş T 820/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0082003AAEUL saylı Forma 088 göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Metal qəlpənin olması ilə sağ sağrı nahiyəsinin odlu silahla yaralanması. Aşağı ətraf travmalarmm nəticələri. Sağ aşağı ətrafın odlu silahla yaralanmasından sonrakı vəziyyət; Hərəkətin və yerişin pozulmaları. Sağ aşağı ətrafın funksiyasının pozulması” əsas diaqnozu və ağırlaşmaları ona stasionarda müəyyən edilsə də, xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı yanıq xəsarəti aldığını bildirmiş, başağrılarından əsəbilikdən, ətraflarında olan hərəkət məhdudluğundan şikayətlənmiş və baxış zamanı sağ baldırda cüzi hipotrofıya izlənmiş, yerişi pozulmamış, diz refleksləri canlı olmuş, atrofıya, hipotrofıya, parez, müşahidə edilməmiş, hərəkəti sərbəst olmuş, periferik arteriyalarda pulsasiya normal olmuş, nevroloji və travmotoloji cəhətdən əlillik təyinatına əsas verəcək ağırlaşma əlamətləri qeyd edilməmişdir. Müharibə Veteranları Respublika Xəstəxanasının 12309139 nömrəli çıxarışında olan diaqnoz və DTSERA-da 1232 nömrəli spirometriya müayinəsində “Xarici ventilyasiya pozğunluğu qeyd olunmamışdır. Qərardadın 2-ci bəndində qeyd edilən suallar əlilliyin qiymətləndirilməsinə aid olduqlarından onların həlli tibbi sosial ekspertlərin səlahiyyətlərinə aiddir. Hazırda qüvvədə olan əlilliyin müəyyən olunması meyarlarına münasibətdə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklər həmin əsasnamədə təsbit olunsa da, onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri iddiaçıda müəyyən edilməmişdir. Belə ki, sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr (R25-R29), artrozlar (M19), aşağı ətrafın əzilməsinin və travmatik amputasiyanın nəticələri (T93.6) yuxarıda istinad edilən Əsasnamənin 6.1.10.1.-6.1.10.3 və 13.4.1-13.4.45-ci bəndlərində göstərilən ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri müəyyən olunduğu halda şəxs barəsində əlillik təyinatı aparıla bilər. Məhkəmə eyni zamanda göndərişin verildiyi zaman qüvvədə olan əlilliyin müəyyən olunması meyarlarına münasibətdə qeyd edir ki, diaqnozda göstərilən xəstəliklər Əsasnamədə öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklər əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə həmin xəstəliklər nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar