Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4360/2022 16.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14 mart 2018-ci il tarixli 2215-001-18-N-li Əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Baş X6 İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü Tağımının yol patrul xidməti inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində işləyərkən əsassız və qanunsuz olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun 14 mart 2018-ci il tarixli 2215-001-18 №li Əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub. Məlum edir ki, xidmətdən xaric olunmağı üçün əsas göstərilmiş hadisədə, yəni 28 fevral 2018-ci il tarixdə saat-15-47-dən saat 15-57-dək müddətdə iştirak etməyib. Çünki həmin gün, yəni 28 fevral 2018-ci il tarixdə xidmətdə olsa da, 28 fevral 2018-ci il tarixdə saat-15-30-dan 17-00-dəк İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında-“Kəskin respirator xəstəliyi” diaqnozu ilə X1 Yardım Stansiyada müayinədə olaraq ilkin tibbi yardım alaraq ambulator müayinəyə göndərilib. Bu faktı Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Üzrə X3 planlama deportamentinin rəhbəri Hikmət İbrahimlinin 28 oktyabr 2021-ci il tarixli PHŞ/1-2-2021- 27522№li məktubu və məktuba əlavədən və Azərbaycan Respublikasının İcbari X5 X3 Ərazi Bölmələrini İdarəetmə Birliyi İsmayıllı Rayon X2 Hüquqi Şəxsinin 21 oktyabr 2021-ci il tarixli, 03-02-1946/2021 №-li Arayışından da aydın görünür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun 14 mart 2018-ci il tarixli, 2215-001-18 №-li Əmri 06 oktyabr 2021-ci il tarixli, 016-116977-1121 N-li məktub vasitəsilə 19 oktyabr 2021-ci il tarxdə 27 sentyabr 2021-ci il tarixli Ərizələri və vəkil sorğusu əsasında ona təqdim edilmişdir. Bildirir ki, onun əsassız və qanunsuz olaraq xidmətdən xaric olunmağı barədə dərhal rəhbərliyə məlumat verib və qəbullarda olub, xidmətə bərpa ilə bağlı ona vədlər verilib, xidmətə qaytarılmağı barədə müraciətləri pandemiya ilə əlaqədar qəbulların dayandırılması və gözləməli olduğu bildirilmişdir. Son nəticə olaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh 14 mart 2018-ci il tarixli, 2215-001-18 №-li Əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair məhkəmə tərəfindən Qərar qəbul edilməlidir. Əlavə olaraq məlum edir ki, nümayəndəsinin müraciətinə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin 13 noyabr 2021-ci il tarixli, 023-71512H-3221 №-li imtina məktubu ilə mənfi cavab vermiş və mediasiya sessiyasında iştirakdan imtina edilmişdir
3. “DİN BDYPl-yə bilavasitə tabe olan YPX Alayının 4-cü taqımının YPX əməkdaşı İddiaçı DlO-da xidmətdən xaric edilməsi barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 14 mart 2018-ci il tarixli Ə215-001-18 nömrəli əmrinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 84, 85-ci maddələrinin, DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 6-cı, 17-ci, 22-ci maddələrinin, 16.06.2009-cu il tarixli 330 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi”nin 3.2-ci bəndinin, 12.05.2017-ci il tarixli Q25-001- 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın tələblərini pozaraq xarici ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsini saxlayaraq elektron protokollar barədə bildirişləri özünə məlum olan səbəblərdən təqdim etmədiyinə, xidməti təhqiqat prosesində qeyri-səmimiliyə yol verdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in Baş X6 idarəsinə bilavasitə tabe olan Yol-patrul Xidməti Alayının 4-cü taqımının YPX inspektoru polis baş serjantı İddiaçı Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur.
4. Sabiq polis əməkdaşı İddiaçı daxili işlər orqanlarında xidmətə bərpa edilməsi və işləmədiyi müddət ərzində əmək haqqının ödənilməsi ilə bağlı mediasiya prosesinin tətbiqi barədə 02.11.2021-ci il tarixdə Nazirliyə daxil olmuş müraciətə cavab olaraq bildirilmişdir ki, N.X4 Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol- Patrul İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 4-cü taqımının yol patrul xidməti inspektoru vəzifəsində işləyərkən ciddi nöqsanlara yol verdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Qəbahətləri, eləcə də xidmət müddəti ərzində 8 dəfə intizam məsuliyyətinə cəlb edilməsi, o cümlədən ciddi nöqsanlarına görə 2 dəfə DİO-da xidmətdən xaric olunması nəzərə alınaraq İddiaçılə bağlı qaldırdığı vəsatət Nazirliyin rəhbərliyi tərəfindən təmin edilməmişdir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdilər. Eləcə bildirdilər ki, qeyd edilən müddətdə xidmətə bərpa olunması ilə bağlı danışıqlar aparılmış, ona xidmətə bərpa olunacağına dair vədlər verilmişdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək bildirdi ki, etiraza əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr 14 sentyabr 2018-ci il tarixdə iddiaçıya elan olunmuş, İddiaçı məxsus hərbi bilet və əmək kitabçası ona təqdim olunmuşdur. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 06.12.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı xidmətdən xaric edilməyi barədə əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni hüququnun pozulduğu barədə ona məlum olan gündən sonra 30 gün müddətində məhkəmə qaydasında mübahısələndirməmış, iddia müddətini ötünnüşdür. “Azərbaycan Respublikasının daxılı işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 150-ci bəndinə görə xidmət keçmə yerim dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxılı işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxılı işlər orqanlarından xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir
II. İddianın növü və mümkünlüyü
7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
8. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə 14.03.2018-ci il tarixli Ə215-001-18 (iddia ərizəsində yanlışlıqla 2215-001-18 göstərilmişdir) əmrinin ləğv edilməsini və xidmətə bərpa olunmasını tələb edir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəasinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından
9. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3).
10. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
12. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 150-ci bəndinə əsasən, xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxili işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxili işlər orqanlarından xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir.
13. Cavabdeh qurum tərəfindən məhkəməyə təqdim edilmiş və iddiaçı tərəfindən imzalanmış qəbzə əsasən, iddiaçı 14.09.2018-ci ildə xəbərdar edilmişdir ki, o, müvafiq 16.03.2018-ci il tarixli əmrlə xidmətdən xaric edilmiş və Ağsu RHK-ya 14.09.2018-ci il tarixdə bildiriş göndərilmişdir, hərbi bileti ona təqdim edilmiş və 5 gün müddətində rayon hərbi komissarlığına getməsinin zəruriliyi ona izah olunmuşdur. Eyni zamanda iddiaçı əmək kitabçasını və hərbi biletini təhvil almasına dair qəbzi də imzalamışdır. Məhkəmə iclasında iddiaçı qeyd edilən imzaların ona məxsus olduğunu bildirmişdir.
14. İddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir, qəbzlərdəki imzaların ona məxsus olmadığını mübahisələndirmir.
15. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi təklif edilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcud olmadığını bildirmişdir. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva