Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4361/2020 21.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə iddiaçı – “xxxxxxx” X17 (yaşayış yeri: Bakı şəhəri, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 2) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, H.Əliyev prospekti, 115) qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli **********198631 nömrəli qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, AR Vergilər Nazirliyi yanında Bakı şəhəri X26 Departamentinin x xxxxxx 2018-ci il tarixli qərarı ilə “xxxxxxx” ASC-də növbədənkənar səyyar vergi yoxlaması (2015-ci ilin noyabr ayı – 2018-ci ilin oktyabr ayı üzrə) təyin edilmişdir. Yoxlamanın müddəti x xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək müəyyən olunmuşdur. xx xxxxxx 2018-ci il tarixdə vergi orqanı tərəfindən “Ekspertiza təyin olunması haqqında” qərar qəbul edilmişdir. Vergi orqanı AR Vergilər Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş «Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları»nın 10 və 11.20-ci bəndlərinin tələblərinə riayət etmədən, daha sonrakı tarixdə – xx xxxx 2019cu il tarixdə sifarişli kuryer xidməti vasitəsilə bu qərarı yoxlanılan subyektə göndərmiş, göndərənin qeyd hissəsində isə guya bu sənədlərin xx xxxxxx 2018-ci il tarixdə göndərildiyi göstərilmişdir. Halbuki, 130176 nömrəli poçt bildirişində kuryer şirkətinin qeydinə əsasən bu sənədləri xx xxxx 2019-cu il tarixdə təhvil vermiş, yoxlanılan subyekt isə həmin tarixdə qəbul etmişdir. xx xxxxxx 2018-ci il tarixdə göndərilən sənədin xx xxxx 2019-cu il tarixdə təhvil verilməsi mümkün deyildir. Eyni zamanda, göndərişdə göndərilən sənədlərə həm xx xxxxxx 2018-ci il tarixli ekspertizanın keçirilməsi haqqında qərar, həm də xx xxxxxx 2018-ci il tarixli protokol daxil edilmişdir. Buradan da görünür ki, vergi orqanı özünün iddia etdiyi kimi, xx xxxxxx 2018-ci il tarixdə bu sənədləri göndərmiş olsaydı, xx xxxxxx 2018-ci il tarixli sənədi ora daxil edə bilməzdi. Digər tərəfdən, bu poçt bildirişinin nömrəsi 130175 və 130174 olaraq göstərilmişdir. Buradan da sual ortaya çıxır ki, necə ola bilər əvvəlki tarixli poçt göndərişinin nömrəsi özündən sonrakı poçt göndərişinin nömrəsindən sonra olsun. Bundan başqa, vergi orqanı “Azərpoçt” vasitısilə də həm ekspertiza qərarını, həm də protokolu göndərmişdir. “Azərpoçt”un təqdim etdiyi poçt bildirişinin üzləmə koduna əsasən müəyyən olunur ki, bu sənədlər xx xxxx 2019-cu il tarixdə poçta təqdim edilmiş, xx xxxx 2019-cu il tarixdə isə yoxlanılan subyektə çatdırılmışdır. Bütün bunlardan görünür ki, vergi orqanı bu sənədləri yoxlanılan subyektə müəyyən olunmuş müddətdə təqdim etməmiş, geri tarixlə sənədləri təqdim etməklə müvafiq tarixdə təqdim olunmuş kimi görüntü yaratmağa çalışmışdır. Vergi orqanı xx xxxxxx 2019-cu il tarixdə yoxlamanın dayandırılması haqqında qərar qəbul etmiş, yoxlama müddətinin ekspertiza keçirilməsinə görə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək müvəqqəti dayandırılmasına qərar vermişdir. Vergi orqanı yoxlamanın bərpa edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərar qəbul etmişdir. Vergi orqanı eyni tarixli (xx xxxxxx 2019-cu il) qərarla yenidən yoxlamanın xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək dayandırılmasını qərara almışdır. Bu qərarları da eyni qaydada vergi orqanı nə elektron qaydada, nə də yazılı sifarişli məktubla Qaydalarda qeyd olunan müddətdə yoxlanılan subyetə təqdim etmiş, buna görə də həmin sənədlərin hər hansı hüquqi qüvvəsi yoxdur. Tərəflər arasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 2- 2(82)-560/2019 nömrəli sənədlərin götürülməsinə dair iş üzrə məhkəmə prosesi zamanı vergi orqanının nümayəndəsi sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə yoxlanılan subyektə təqdim olunmadığını etiraf etmiş, ekspertiza təyin olunması haqqında qərar olmadan yoxlama müddətinin dyandırılmasını formal olaraq, sırf yoxlamanın müddətini dayandırmaq üçün etdiyini bildirmişdir. Bu iddia tələbinin əsasını təşkil edən sənədlərin əsli həmin işdə olduğu üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən işin tələb olunması əlavə vəsatət verilərək xahiş olunacaqdır. Vergi orqanı müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarla yoxlamanın xx xxxxxx 2019-cu il tarixdən başlayaraq dayandırmışdır. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır. Buna əsasən yoxlamanın dayandırılma müddəti xx xxxxxxx 2019-cu il tarixdə başa çatmışdır. Vergi orqanı xx xxxx 2019-cu il tarixdə yoxlamanın müddətinin 30 iş günü (50 gün) müddətinə artırılması haqqında qərar qəbul etmişdir. Daha sonra, x xxxxxx 2019-cu il tarixdə yoxlama müddətinin 30 iş günü artırılması barədə qərar qəbul etmişdir. Lakin Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 80 günə qədər artırıla bilər. Göründüyü kimi, vergi orqanı artıq bir dəfə xx xxxx 2019-cu il tarixdə 50 gün müddıtinə yoxlamanın müddətini artırdığı üçün x xxxxxx 2019-cu il tarixdə 10 gün müddətinə yoxlamanın müddətini artıra bilməzdi. Buna əsasən, xx xxxxxx 2019-cu il tarixdə yoxlama müddəti başa çatmışdır. Lakin vergi orqanı qanunsuz və əsassız olaraq x xxxxxx 2019-cu il tarixdə yoxlamanın müddətini 30 iş günü artırmışdır. Həmçinin, vergi qanunvericiliyi vergi yoxlamasının artırılması müddətini iş günü ilə deyil, təqvim günü ilə hesablamaqdadır. Vergi Məcəlləsində təqvim günü və iş günü ifadəsi qeyd olunur, təqvim günü ilə hesablanan müddətlərdə isə sadəcə gün olaraq qeyd edilir. Buna görə də vergi orqanı Vergi Məcəlləsində təqvim günü olaraq müəyyən edilən müddəti öz qərarında iş günü olaraq göstərməsi qanunsuz və əsassızdır. Bununla yoxlama müddətini qanunda müəyyən edilən həddən çox artırmış, vergi ödəyicisinin hüquqlarını pozmuşdur. Hətta vergi orqanının qəbul etdiyi qərarda qeyd etdiyi kimi müddət iş günləri ilə hesablansa belə, yoxlamanın müddəti xx xxxxxx 2019-cu il tarixdə başa çatmışdır. Buna görə də, qanunsuz tələb əsasında sənədlərin təqdim olunmasından imtina edilməsi qanunvericiliyə zidd deyildir və belə bir tələbə riayət etmək yoxlanılan subyektin öhdəliyi deyildir. İddiaçı tərəfindən aşkar edilmişdir ki, x xxxxxx 2019-cu il tarixli qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil edilməmişdir. Belə ki, KY181320738 yoxlama kodlu, xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərdə çap olunan çıxarışlardan göründüyü kimi, x xxxxxx 2019-cu il tarixli **********192995 nömrəli qərar əks olunmamışdır. Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən təqdim olunan xx xxxxxx 2020-ci il tarixli məktubla da müəyyən edilir ki, x xxxxxx 2019-cu il tarixli qərarla bağlı məlumatlar reyestrdə əks olunmamışdır. Müəyyən olunur ki, vergi orqanı tərəfindən yoxlama başa çatdırılmalı olsa da, qanunsuz olaraq yoxlamanın müddəti artırılmaqla davam etdirilmişdir. Hal-hazırda səyyar vergi yoxlaması başa çatdığı üçün, vergi oranının bu yoxlama çərçivəsində sənədləri tələb etməsi hüququ mövcud deyildir. Qeyd edilənlərlə müəyyən olunur ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilməmişdir. Halbuki, Vergi Məcəlləsi belə bir qərarın qəbul edilməsini bir vəzifə kimi vergi orqanının üzərinə qoymuşdur. Yoxlamanın dayandırılması barədə qərar qəbul olunmadığı üçün səyyar vergi yoxlaması müddətinin axımı kəsilməmiş və növbədənkənar səyyar vergi yoxlaması xx xxxxxx 2019-cu il tarixdə başa çatmışdır. Buna baxmayaraq, vergi orqanı tərəfindən xx xxxx 2019-cu il tarixdə səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərar qəbul edilmiş, iddiaçı barəsində keçirilən səyyar vergi yoxlamasının müddəti 30 iş günü müddətinə artırılmışdır. x xxx 2019-cu il tarixədə isə **********182501 nömrəli qərarla vergi yoxlamasının x xxx 2019-cu il tarixdən x xxxx 2019-cu il tarixədək dayandırılması müəyyən olunmuşdur. Hal-hazırda səyyar vergi yoxlaması başa çatdığı üçün vergi orqanının bu yoxlama çərçivəsində müvafiq qərarlar qəbul edərək iddiaçıdan bu qərarlara uyğun müvafiq hərəkətlər etməsini tələb etmək hüququ mövcud deyildir. Buna görə yoxlama müddəti başa çatdıqdan sonra qəbul edilən qərarlar etibarsızdır. Vergi orqanının qəbul etdiyi qərar əsasında “Azərekspertiza” Birliyi tərəfindən x xxxxxx 2020-ci il tarixli ekspert rəyi tərtib olunmuşdur. Bu rəylə Bakı şəhəri, Nizmai rayonu, Keşlə ŞTQ, Davud Aslan küçəsi, 2 ünvanında yerləşən icarəyə verilmiş obyektlər üçün 1 kv.m tikililərə 3 manat, boş sahəyə 0,50 manat hesablanmışdır. Bu rəy tamamilə əsassız və qərəzli olaraq, vergi orqanının nəzarəti və tələblərinə uyğun şəkildə aparılmışdır. İddiaçı tərəfindən müstəqil ekspert “xxxxxxxxxxxxxx” MMC-yə müraciəı edilmiş, qeyd olunan sahələrin bazar dəyərinin müəyyən olunması üçün ekspertiza aparılmış və xx xxxxx 2020-ci il tarixli MB nömrəli 13/398 saylı rəy tərtib olunmuşdur. Bu rəyə əsasən isə, yuxarıda qeyd edilən ünvanda yerləşən icarəyə verilən obyekt üçün 1 kv.m sahənin icarə bazar dəyəri 1,20 manat göstərilmişdir. Göründüyü kimi, icarə haqlarının məbləğində hər hansı uyğunsuzluq, bazar dəyərinin aşağı olma kimi hallar mövcud deyildir. Qeyd olunanlara və İPM-in 36.1, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən cavabdehin cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli **********198631 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh inzibati orqanın məhkəməyə ünvanlanmış iddia ilə bağlı x xxxx 2010-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - “xxxxxxx” MMC-nin iddiasına etiraz olunur. Belə ki, VN yanında Bakı şəhəri Kiçik üraciət əsasən “xxxxxxx” ASC-də x xxxxxx 2015-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl olunması vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə aparılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi xx xxxxxx 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə 29.989,05 manat məbləğində mənfəət vergisinin, 87.233,19 manat məbləğində ƏDV-nin az hesablandığı müəyyən edilmiş, ümumilikdə 117.222,24 manat məbləğində verginin azaldılmasına görə AR Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 32.917,47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Yoxlanılan dövrdə “xxxxxxx” ASC faktiki olaraq şəxsi daşınmaz əmlakın istismara və icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin lazımi qaydada təsdiq olunmuş surətlərinin təqdim olunması barədə vergi ödəyicisinə müraciət edilsə də, həmin sənədlər yoxlamaya təqdim edilməmişdir. Bundan sonra sənədlərin vergi ödəyicisindən götürülməsi ilə bağlı məhkəməyə müraciət olunmuş, lakin yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Vergi yoxlaması baza məlumatları, bank sənədləri, “xxxxxxxx” ASC və “xxxxxx” ASC-dən alınmış məlumatlar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş icarədarların cədvəli, eləcə də vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Həmçinin yoxlayıcı orqan tərəfindən xx xxxxxx 2018-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılmış, yoxlamaya AR Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Keçirilmiş ekspertizanın nəticələrinə görə yoxlamaya x xxxxxx 2020-ci il tarixli ekspert rəyi təqdim edilmişdir. Rəyə əsasən yoxlanılan dövrdə icarəyə verilmiş açıq sahələrin 1 kv.m-nin icarə haqqı 0,50 manat (ƏDV ilə), tikili obyektlərin 1 kv.m-nin icarə haqqı 3 manat (ƏDV ilə) müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin gəlirlərinin 2015-ci ildə 247.044,22 manat, 2016-cı ildə 398.457,02 manat və 2017-ci ildə 460.967,81 manat olduğu müəyyən edilmişdir. Yoxlamaya gəlirdən çıxılan xərclərlə bağlı sənədlər təqdim edilmədiyindən, təqdim olunan sənədlərdə dövriyyəni əks etdirən məlumatlar olmadığından, vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadığından, müəssisənin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Vergi məbləği Vergi Məcəlləsinin 67, 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 55 nömrəli Qərarına uyğun olaraq, şərti rentabellik norması 20% götürülməklə hesablanmışdır. 2015-ci il üzrə vergi ödəyicisinin xərclər çıxıldıqdan sonra 6.707,78 manat gəlir məbləğinə 20% dərəcə ilə 1.341,56 manat, 2016-cı il üzrə 66.409,50 manat gəlir məbləğinə 20% dərəcə ilə 13.281,90 manat, 2017-ci il üzrə 76.827,97 manat gəlir məbləğinə 20% dərəcə ilə 15.365,59 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, faktiki yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən mənfəət vergisi bəyannamələrində büdcəyə heç bir hesablama olmadığı nəzərə alınsa, ümumilikdə 29.989,05 manat mənfəət vergisinin azaldılması aşkar edilmişdir. Yoxlanılan dövrdə təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi həmçinin ƏDV ödəyicisi olmuşdur. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 87.233,19 manat azaldılması aşkar edilmişdir. Belə ki, qeyd olunduğu kimi, yoxlama icarə haqqının müəyyənləşdirilməsi məqsədilə ekspert tərəfindən təqdim edilmiş ekspert rəyinə, “xxxxxxx” ASC tərəfindən təqdim edilmiş icarədarların siyahısı cədvəlinə əsasən, eləcə də “xxxxxxxx” ASC və “xxxxxx” ASC tərəfindən aylıq elektrik enerjisi və su sərfiyyatına dair təqdim edilmiş sənədlərə əsasən aparılmışdır. ASC tərəfindən icarəyə verilmiş obyektlər üzrə təqdim edilmiş icarə cədvəlinə uyğun olaraq yoxlanılan dövrün 2015-ci ilin noyabr – dekabr ayları üzrə 16.450 kv.m açıq sahənin və 14.092 kv.m qapalı sahənin (tikili obyektlər), 2016-cı ilin yanvar – dekabr ayları üzrə 98.700 kv.m açıq sahənin və 89.432 kv.m qapalı sahənin, 2017-ci ilin yanvar – dekabr ayları üzrə 106.755 kv.m açıq sahənin və 82.935 kv.m qapalı sahənin, 2018-ci ilin yanvar – oktyabr ayları 89.600 kv.m açıq sahənin və 72.810 kv.m qapalı sahənin, cəmi yoxlama dövründə 311.505 kv.m açıq sahənin və 259.269 kv.m qapalı sahənin icarəyə verildiyi müəyyən edilmişdir. Ekspert tərəfindən təqdim edilmiş x xxxxxx 2020-ci il tarixli rəyə əsasən açıq sahəsinin 1 kv.m-nin aylıq icarə haqqı 0,50 manat (ƏDV ilə), qapalı sahənin 1 kv.m-nin aylıq icarə haqqı 3 manat (ƏDV ilə) təşkil etdiyini nəzərə alaraq, yoxlanılan dövrdə ASC-nin icarə fəaliyyətindən gəliri 933.559,50 manat (311.505 x 0,50 + 259.269 x 3) müəyyən olunmuşdur. Bundan başqa, təqdim edilmiş E-VHF-lərə əsasən “xxxxxxxxxxx” MMC-dən antenna qurğusunun icarəsi ilə bağlı 11.328 manat (ƏDV ilə) və avtomobillərin yuyulması xidmətindən 8.021,64 manat (ƏDV ilə), cəmi 19.349,64 manat (ƏDV ilə) gəlir əldə olunduğu müəyyən edilmişdir. Eyni zamanda ASC tərəfindən “xxxxxxxx” ASC-dən 605.657 manat (ƏDV ilə) dəyərində elektrik enerjisi və “xxxxxx” ASC-dən 35.429 manat (ƏDV ilə) dəyərində kommunal xidmət (su) alındığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən alınmış kommunal xidmətlərin bir hissəsinin “xxxxxxx” ASC tərəfindən işlədildiyi, qalan hissəsinin isə icarəyə verilmiş obyektlərə ötürüldüyü müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən istehlak olunmuş, eləcə də digər şəxslərə ötürülmüş elektrik enerjisi və suyun miqdarı barədə “xxxxxxx” ASC tərəfindən heç bir məlumat təqdim edilməmişdir. Bu səbəbdən sərfiyyat orta elektrik göstəriciyə əsasən hesablanmışdır. Belə ki, “xxxxxxx” ASC tərəfindən istehlak edilmiş orta aylıq elektrik enerjisi sərfiyyatının 800 manat, su sərfiyyatının 100 manat olduğu nəzərə alınaraq, yoxlanılan dövrdə “xxxxxxx” ASC tərəfindən cəmi 28.800 manat (ƏDV ilə) dəyərində elektrik enerjisinin, 3.600 manat (ƏDV ilə) dəyərində su sərfiyyatı aşkar edilmiş, bununla da 576.857 (695.657 – 28.800) manat (ƏDV ilə) dəyərində elektrik enerjisinin və 31.829 (35.429 – 3.600) manat (ƏDV ilə) dəyərində su sərfiyyatının “xxxxxxx” ASC-nin ərazisində fəaliyyət göstərən icarəçilərə ötürüldüyü müəyyən edilmişdir. “xxxxxxxx” ASC və “xxxxxx” ASC-dən əldə edilmiş E-VHF üzrə əvəzləşmələr aparıldığı üçün, eyni zamanda elektrik enerjisi və su digər şəxslərə ötürüldüyü üçün qeyd olunann dövriyyə vergi ödəyicisinin vergi tutulan dövriyyəsinə əlavə edilmişdir. Beləliklə, “xxxxxxx” ASC tərəfindən yoxlanılan dövr üzrə icarə fəaliyyətindən 933.559,50 manat “xxxxxxxxxxx” MMC-dən antenna qurğusunun icarəsi və avtomaşınların yuyulması xidmətindən 19.349,64 manat, digər şəxslərə ötürülmüş elektrik enerjisindən 576,857 manat və suyun ötürülməsindən 31.829 manat, cəmi 1.561.595,20 manat (ƏDV ilə) və ya 1.323.385,8 manat (ƏDV-siz) gəlir əldə edildiyi müəyyən edilmişdir. “xxxxxxx” ASC tərəfindən yoxlanılan dövrdə təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən 838.757,76 manat (ƏDV-siz) dövriyyənin əks etdirildiyi nəzərə alınaraq, “xxxxxxx” ASC tərəfindən 484.628,76 manat (ƏDV-siz) dövriyyənin azaldılması müəyyən edilmişdir. Bununla da, vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə 87.233,19 manat (484.628,76 x 18%) ƏDV məbləğinin azaldılması aşkar edilmişdir. İddiaçı isə, iddiasını onunla əsaslandırmışdır ki, yoxlamaya dair sənədlər iddiaçıya lazımi qaydada təqdim edilməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya ekspertizanın təyin olunması barədə qərar olmadan yoxlama müddəti dayandırılmışdır. Bununla əlaqədar qeyd olunur ki, yoxlamaya dair sənədlərin bir qismi vergi ödəyicisinin rəhbəri tərəfindən imza ilə qəbul olunmuş, bir qisminin qəbulundan imtina edildiyi üçün poçt vasitəsilə göndərilmişdir. “Ekspertizanın təyin olunması barədə” xx xxxxxx 2018-ci il tarixli qərar həmin tarixdə iddiaçıya təqdim edilmiş, iddiaçı həmin qərarı qəbul etməkdən imtina etdiyi üçün sifarişli poçt vasitəsilə qərar iddiaçıya göndərilmiş, qurumun direktoru tərəfindən həmin qərar “təhvil aldım” yazısı qeyd edilərək qəbul edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 38.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, səyyar vergi yoxlaması 30 gün ərzində keçirilir və qeyd etmişdir ki, əlavə olaraq 60 gün müddətində yoxlama müddəti artırıla bilərdi. Bununla da, iddiaçı belə hesab edir ki, yoxlama müddətinin 50 gün müddətinə uzadılması üçün bundan sonra yalnız 10 gün müddətində uzadıla bilərdi. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Qanunun maddəsinin məzmunundan aydın olur ki, səyyar vergi yoxlaması bir qayda olaraq 30 günlə məhdudlaşır. Eyni zamanda qanunvericilik həmin müddətin artırılmasını da müəyyən edir. Həmin maddədə nəzərdə tutulan 90 günlük müddət səyyar vergi yoxlamasının başa çatma deyil, artırılması müddətini müəyyən edir. Göründüyü kimi, qanunun müddəası səyyar vergi yoxlamasının keçirilmə müddəti olan 30 günlük müddətin ən çox 60 gün deyil, ən çox 90 gün artırılmasını nəzərdə tutur ki, belə olan halda iddiaçının irəli sürdüyü dəlil əhəmiyyətsizdir. Həmçinin iddiaçı qeyd edir ki, SVY-nın keçirilməsi müddətinin iş günü ilə deyil, təqvim günü ilə müəyyən edilməsinə baxmayaraq, vergi orqanı həmin müddəti iş günü ilə nəzərə almışdır. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmçinin, iş üzrə sahibkarlıq sahəsində aparılan yoxlamların vahid məlumat reyestrindən çıxarışda da yoxla müddəti təqvim günü ilə deyil, iş günü ilə müəyyən edilmişdir. İddiaçı qanunla (Vergi Məıcəlləsinin 16-cı maddəsi ilə) üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədləri yoxlamya təqdim etməkdən məqsədli olaraq imtina etmiş, onun dövlət büdcəsi qarşısında olan vergi öhdəliyinin müəyyən edilməsi üçün yoxlamanın gedişinə mane olmuşdur. Yoxlamaya dair sənədlərin iddiaçı tərəfindən təqdim olunmaması iddiaçının iddia ərizəsindən də aydın görünür. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə iddiaçı “xxxxxxx” ASC-nin rəhbəri tərəfindən şəxsən imza edilərək qəbul olunsa da, vergi orqanının qanuni tələbi iddiaçı tərəfindən yerinə yetirilməmişdir. Buradan bir daha görünür ki, iddiaçı ilk gündən nəticəsindən asılı olmayarsaq yoxlamanın keçirilməsindən narahat olaraq onun keçirilməsinə mane olmuşdur. İddiaçı eyni zamanda iddia ərizəsində onun icarəyə verdiyi daşınmaz əmlakların icarə haqlarının ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə razı olmadığını qeyd etmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil seçmək, qiymətləndirmə keçirdiyi hallarda sifarişçidən zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq, dövlət və kommersiya sirləri istisna olmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq qiymətləndiricinin hüquqlarına aid edilmişdir. Göstərilənlərə və İPM-in 47, 48, 58.7-ci maddələrinə, AR Vergi Məcəlləsinin 13.2.11, 14, 23.1.1, 24.0.1, 70.3-cü maddələrinə, «İcarə haqqında» AR Qanununun 1-ci maddəsinə, AR Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair» xx xxxxxx 2011-ci il tarixli və «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» xx xxxx 2012-ci il tarixli qərarlarına əsaslanaraq, “xxxxxxx" ASC-nin iddiasının təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiış etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X26 üzrə Baş İdarəsinin xx xxxxxx 2018-ci il tarixli **********053700 nömrəli sifariş məktubu və **********171196 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş x xxxxxx 2020-ci il tarixli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - (Vİ. Təqdim edilən sənədlər) “xxxxxxx” ASC-nin İdarə Heyətinin sədri X18 ilə müxtəlif fiziki şəxslər arasında bağlanmış “Qeyri-yaşayış binalarının icarəyə verilməsi barədə” 04 və 09 saylı x xxxxxx 2013-cü il tarixli, 52, 56 və 61 saylı x xxxxxx 2017-ci il tarixli, 63 saylı x xxxxxx 2017-ci il tarixli müqavilələr; - (Vİİİ. Ekspertizanın keçirilməsi proseduru) VN yanında Bakı şəhəri X26 üzrə Departamentinin müvafiq məktub və qərarının tələblərinə uyğun olaraq ekspert qarşısında “xxxxxxx” ASC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan küəsi, 2 ünvanında yerləşən icarə obyektində x xxxxxx 2015-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan dövr üçün icarəyə verilmiş obyektlərin real bazar qiymətinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Bu sualın həlli üçün ekspertə bu rəyin Vİ bəndində sadalanan sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra Departamentin əməkdaşları və ASC-nin nümayəndəsinin iştirakı ilə obyektə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında, keçmiş ət kombinatının ərazisində (15 ha ərazidə) ümumi sahəsi 424,36 kv.m olan tikililər müxtəlif fiziki şəxslərə icarəyə verilmişdir. Hal-hazırda ərazidə ofislər, kafe, tokar, mebel taxta qurutma və kardon sexləri fəaliyyət göstərir; - (İX. İcarə haqqının dəyərinin müəyyən edilməsi) Bazarın analizi, təlabat və təkliflərin nisbəti, rəqabət məzmunu, onun dinamikası və perspektiv inkişafı. Maliyyə alternativi sərmayənin analoji təhlükəsi ilə birlikdə. Bazarın tipik iştirakçıları, onların motivasiyası, müqavilələrin standart şərtləri. Qiymətləndirməyə standart yanaşma çərçivəsində icarə üsulunun seçimi. Azərbaycan Respublikasında icarə haqqında fəaliyyətin subyektləri tərəfindən həyata keçirilməsi üçün zəruri olan qiymətləndirmə standartlarına əsasən icarəyə verən şəxs qiymətləndirməyə xərc, müqayisəli və gəlir yanaşmasından mütləq istifadə etməlidir. - (X. Müqayisəli yanaşma üzrə icarə haqqının hesablanması) Bakı şəhərinin qiymətləndirmə tarixinə olan daşınmaz əmlak üçün ticarət bazarının şərtləri belədir ki, müqayisəli yanaşma metodunun həyata keçirilməsi çox zaman analoji satış, yaxud heç olmazsa satış təklifləri haqda məlumatın kifayət qədər toplanma imkanının olmaması kimi obyektiv çətinliklərlə əlaqədar olur. Bu şərait daxilində hər bir halda müqayisəli yanaşmanı tətbiq etmək imkanı qiymətləndirilən obyektin xüsusiyyətləri ilə müəyyən edilir. Obyekt nə qədər çox unikal olursa, zəruri məlumatın kifayət miqdarda olmaması mümkünlüyü bir o qədər çox olur və bunun nəticəsi kimi müqayisəli yanaşma metodikasından istifadə daha da mürəkkəbləşir; - (X. Ekspert yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı nəticəyə gəlmişdir) Suala cavab: “xxxxxxx” ASC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan küçəsi, 2 ünvanında yerləşən icarə obyektində x xxxxxx 2015-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan dövr üçün icarəyə verilmiş obyektlərin icarə haqqının real bazar qiyməti müəyyən edildi. 1 kv.m üçün icarə haqqı tikililər üzrə 3 manat, boş sahə üzrə 0,50 manat. İş materiallarından görünür ki, Sifarişçi “xxxxxxx” ASC ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış müqavilə əsasında “xxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli MB 13/398 nömrəli qiymətləndirmə hesabatında aşağıdakılar bildirilmişdir: - Tərəflər arasında bğlanmış müqaviləyə, habelə əmlakın qiymətləndirilməsi salahiyyətinə və “xxxxxxxxxxxxxx” MMC-nin Nizamnaməsinə uyğun olaraq qurumun ekspertləri tərəfindən qiymətləndirməyə təqdim edilmiş DƏDRX tərəfindən “xxxxxxx” ASCnin adına verilmiş 000144 nömrəli xx xxxxxx 2008-ci il tarixli texniki pasport əsasında Bakı şəhəri, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 2 ünvanında yerləşən, orta kommunal təchizatına malik, təmirsiz vəziyyətdə olan 43.620 kv.m sahəyə malik anbar və xidmət sahələrinin orta aylıq icarə bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı aparılan hesablamalarda MMC-nin mütəxəssisləri tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz və daşınar əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınaraq, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 2 ünvanında yerləşən, orta kommunal təchizata malik, təmirsiz vəziyyətdə olan 43.620 kv.m sahəyə malik anbar və xidmət sahələrinin orta aylıq icarə bazar xx xxxxx 2020-ci il tarixinə hesablanmış orta alıq icarə haqqı dəyəri 52.741,2 manat, və ya 1 kv.m sahənin icarə bazar dəyəri 1,20 manat təşkil edir. İş materiallarından görünür ki, VN yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli **********198631 nömrəli qərarı ilə “xxxxxxx” MMC-yə AR Vergi Məcəlləsinin 23 və 49-cu maddələrinin tələblərini rəhbər tutaraq, 117.222,24 manat vergi borcu (2015 – 2017-ci illər üzrə mənfəət vergisi, 2015 – 2018-ci illər üzrə ƏDV) hesablanmış, 32.915,47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarına surəti əlavə olunmuş AR Ədliyyə Nazirliyinin (Qeydiyyat və notariat baş idarəsinin) fərdi fəaliyyət göstərən Vəkil ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 05/7065-14 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: - “xxxxxxx” ASC ilə əlaqədar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış KY181320738 kodu il səyyar vergi yoxlamasının müddətinin artırılması ilə bağlı sorğuya baxılmışdır. Məktubda qeyd edilən vergi yoxlamasının müddətinin artırılması barədə x xxxxxx 2019-cu il tarixli qərar ilə bağlı məlumatlar reyestrdə əksini tapmamışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”ın (çap tarixi xx xxxxxx 2019-cu il) surətindən görünür ki, AR Vergilər Nazirliyi tərəfindən “xxxxxxx” ASC-nin x xxxxxx 2015-ci il tarixdən x xxxxxx 2018-ci il tarixədək olan dövr üzrə fəaliyyətində vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə təyin olunmuş KY181320738 kodlu səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Yoxlamanın müddəti – x xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019cu il tarixədək. Yoxlamanın dayandırılması – xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019cu il tarixədək (31 gün müddətinə) dayandırılmışdır, əsas: vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək (30 gün müddətinə) dayandırılmışdır, əsas: vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; x xxx 2019-cu il tarixdən x xxxx 2019-cu il tarixədək (29 gün müddətinə) dayandırılmışdır, əsas: vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək (29 gün müddətinə) dayandırılmışdır, əsas: vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək (33 gün müddətinə) dayandırılmışdır, əsas: vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək (33 gün müddətinə) dayandırılmışdır, əsas: vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək (28 gün müddətinə) dayandırılmışdır, əsas: vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək (26 gün müddətinə) dayandırılmışdır, əsas: vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək (34 gün müddətinə) dayandırılmışdır, əsas: vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi. Yoxlama müddətinin artırılması xx xxxx 2019-cu il tarixdən x xxx 2019-cu il tarixədək (50 gün müddətinə) artırılmışdır, əsas: yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslim ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi “X31” MMC-yə həvalə olunmuşdur: - “xxxxxxx” ASC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 2 ünvanında yerləşən obyektin aylıq icarə haqqı məbləğinin müvafiq ərazidə yerləşən eyni əlamətlərə malik obyektlərə münasibətdə bir neçə mənbədən alınmış məlumatlar da əsas götürülərək müəyyən edilməsi. “X31” MMC-nin xx xxxx 2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş həmin tarixli ƏEM/İ-319/20 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Ekspert qarşısında qoyulmuş suala uyğun olaraq “xxxxxxx” ASC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 2 ünvanında yerləşən obyektin aylıq icarə haqqı məbləğinin müəyyən olunması məqsədilə qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, ərazi üzrə monitorinq aparılmışdır. Obyekt paytaxtın zonalaşma prinsipinə uyğun olaraq 7-ci zonasında yerləşir. Ətrafda ictimai əhəmiyyətli obyektlərin (“Ulduz” şokolad fabriki, “Qafqaz” Biznes Mərkəzi, Keşlə Dəmiryol stansiyası və s.) mövcudluğu ərazini cəlbedici edir. Sosial infrastruktur obyektlərinə yaxınlığı və gediş-gəliş yollarının əlverişli olması əmlakın dəyərinə müsbət təsir edən amil kimi qeydə alınıb. Əmlakın ümumi sahəsi 43.619,8 kv.m təşkil edir, zəif təmirlidir, cari təmir işlərinə ehtiyac var. Hal-hazırda fəaliyyəti üzrə istifadə olunmur. Ərazidə yerləşən analoji qeyri-yaşayış sahələrinin gəlirlilik əmsalı, həmçinin icarə formasında gəlir-gətirmək və dövriyyə imkanları yaxşıdır. Bu baxımdan ərazi üzrə qeyri-yaşayış obyektlərinin alqı-satqısı və realizasiyası qeyri-məhduddur. Ekspozisiya müddəti yuxarıdır və likviddir. Əmlakın qiymətləndirilməsi zamanı hüquqi sənədlərə istinad edilmişdir. Monitorinq bazasında toplanan, əməkdaşlıq edilən rieltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad edilmişdir. Beləliklə, “xxxxxxx” ASC-yə məxsus Bakı şəhəri, Nizmi rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 2 ünvanında yerləşən obyektin xx xxxx 2020-ci il tarixinə ümumi sahə üzrə aylıq icarə haqqı – 56.700 manat, 1 kv.m üzrə aylıq icarə haqqı – 1,30 manat təşkil edir. Qiymətləndirmə işi X2 üzrə Beynəlxalq Komitənin və «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Ekspert rəyi X1 (BQS), eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə biliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. İş materiallarından görünür ki, “xxxxxxx” ASC ilə X21, “xxxxx” MMC, “xxxxxx” MMC, “xxxxxxxxx” MMC, X14, X3, X24, X25, X15, X4, X9, X16, X10, X10, X8, X7, X19, X11, “xxxxxxxxxxxxxxxxxxxx” MMC, X22, X22, “xxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxxxxxxxxxxx” ASC, “xxxxxxxxxxx” MMC arasında Bakı şəhəri, D.Aslan küçəsi, 2 ünvanında yerləşən müxtəlif ölçüdə qeyri-yaşayış sahələrinin (açıq sahə, naves və qapalı sahə – kafe, anbar, mağaza, tokar sexi, qaynaq sexi və s) icarəyə verilməsi (icarə haqqı 0,50 manat və 1,07 manat olmaqla) barədə ayrı-ayrı müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən icarədar icarəçilərə müvafiq qeyri-yaşayış sahəsini icarəyə verir, icarəçi icarə haqqından əlavə faktiki sərf olunmuş enerji, qaz, telefon və sair xərclərini cari ildə müəyyənləşdirilmiş qiymətlərlə ödəməlidir. «İnzibati icraat haqqında» AR Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.2-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənm müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – xx xxxx 2020-ci il tarixli **********198631 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: - Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda yuxarı orqanın əsaslandırılmış qərarı ilə bu müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin işin hallarından görünür ki, inzibati orqan 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, eləcə də müddətin artırılması barədə qərarlarla yoxlama müddətini ilkin 30 günlük müddətdən sonra 90 gün artırmışdır. Halbuki, Vergi Məcəlləsi (maddə 38) səyyar vergi yoxlaması üzrə müddətin hesablanmasını iş günü ilə müəyyən etməmiş, həmçinin yoxlamanın artırılması müddətini 90 gün deyil, ilkin yoxlama müddətinin artırılmış müddətlə birlikdə 90 günədək davam edə bilməzsini nəzərdə tutmuşdur. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarlar daxil edilməlidir. İşdə olan sənədlərlə məlum olur ki, vergi orqanı yoxlama müddətinin artırılması barədə x xxxxxx 2019-cu il tarixli qərarının həmin reyestrə daxil olunmasını təmin etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Bununla da müəyyən edilir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. - Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015 və 2016-cı illər üzrə müvafiq vergilər AR Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. - İnzibati icraatda vergi orqanı tərəfindən vergi ödəyicisi kimi hazırkı iddiaçıya mənfəət vergisi və ƏDV (bir hissədə) iddiaçının icarəyə verdiyi qeyri-yaşayış sahələrinin icarə haqqı icraata cəlb olunmuş ekspertin müəyyən etdiyi qiymətlərlər əsas götürülməklə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinadən hesablanmışdır. Məhkəmə vurğulayır ki, inzibati orqan yalnız bir ekspert rəyi ilə kifayətlənməklə vergi ödəyicisinin icarə haqqı üzrə tətbiq eydiyi qiymətinin səviyyəsinin 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Bir tərəfdən qeyd olunmalıdır ki, inzibati icraat zamanı alınmış ekspert rəyi səthi tərtib olunmuş, müqayisə predmetləri tam şəkildə uyğun seçilmədən (obyektin təmir səviyyəsi, təyinatı, digər infrastrukturlara yaxınlığı və s. nəzərə alınmadan) verilmişdir. Digər tərəfdən inzibati icraatda bir rəyin alınması mütləq deyil, müxtəlif qurumlardan rəylərin alınmasını da qanunvericilik qadağan etmir. Hansı ki, bir ekspert (mütəxəssis) rəyi məhkəmə icraatında məhkəmə tərəfindən alınmış, bir rəy isə iddıaçının özü vasitəsilə aidiyyəti qurumdan alınmışdır. Tədqiq olunmuş həmin rəylər tutarlı arqument və müqayisələrlə əsaslandırılmaqla müəyyən edilmişdir ki, vergi ödəyicisinin müvafiq obyektin icarə haqqı üzrə tətbiq eydiyi qiymətin səviyyəsi 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməmişdir. Bu isə belə nəticə yaradır ki, iddiaçının müvafiq dövrdə icarəyə verdiyi obyektin icarə haqqı üzrə qiymətlərə münasibətdə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə uyğun həm mənfəət vergisi, həm də ƏDV hesablanması əsassızdır. İddiaçıya hesablanmış ƏDV-nin digər hissəsinə gəldikdə isə, nəzərə alınmalıdır ki, iddiaçı ilə “xxxxxxxxxxx” MMC və digər icarəçilər arasında bağlanmış icarə müqaviləsinin şərtləri, bu şərtlərə zidd olmayan şəkildə icarə haqqı, elektrik enerjisi və su təchizatı üzrə xərclərə görə iddiaçıya ƏDV məbləğlərinin hesablanması əsaslı sayıla bilməz. Nəzərə alınmalıdır ki, icarəyə verilən obyektlərdə müvafiq sayğacların hər icarəçiyə münasibətdə ayrıca qoyulmasına dair işdə heç bir sübut mövcud deyil. Qeyd olunanlarə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx xxxx 2020ci il tarixli **********19863 nömrəli qərar qanuna ziddir. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (xx xxxx 2020-ci il tarixli **********19863 nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) xx xxxx 2020-ci il tarixli **********19863 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, habelə analoji vergi ödəyicisinin seçilməsi və bunu zəruri edən şərtlər, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin aktla bağlı dəlilləri isə, yuxarıda qeud olunan səbəbdən təqdim oluna bilməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən xx xxxx 2020-ci il tarixli **********19863 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında (indiki Dövlət Vergi Xidmətinin) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********19863 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında (indiki Dövlət Vergi Xidmətinin) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********19863 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4361/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4361/2020
21.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver