Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4361/2021 23.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikasının Prezident Administrasiyası) qarşı “zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı maddi ziyana görə bir milyon, mənəvi zərərə görə beş yüz min manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xahiş etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, cavabdeh tərəfindən qüvvədə olan sərəncam və məhkəmə qərarlarının icrası qanunsuz olaraq həyata keçirilmir. Cavabdehin icranı gecikdirməsi ona maddi və mənəvi zərərin vurulması ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiaların inzibati məhkəmə icraatı çərçivəsinə baxılmasına yol verilmədiyinin nəzərə alınaraq iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı xx xxxxxx 2009-cu il tarixli sərəncamı ilə Bakı ş, Nizami r, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasında ona ayrılması nəzərdə tutulan torpaq sahəsinin hal-hazıradək ona verilmədiyini, cavabdehin hərəkətlərini qanunsuz hesab edən məhkəmə qərarlarının icra edilmədiyini və ona bu səbəbdən maddi və mənəvi zərər vurulduğunu iddia tələbində qeyd edərək maddi və mənəvi zərərə görə ona kompensasiyanın ödənilməsini xahiş edir. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.7-ci maddəsində göstərilən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin istər iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatından, istərsə də cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Eyni zamanda, məhkəməyə daxil olmuş xx xxxxx 2021ci il tarixli məktubdan da görünür ki, kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edilməmişdir. Göründüyü kimi kompensasiyanın ödənilməsi məzmunlu iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-4361/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4361/2021
23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver