Məhkəmə qərarları › İş №2-1(112)-4361/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4361/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4361/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı “arxiv sənədlərinin təsdiq olunmuş surətinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Milli Arxiv İdarəsində saxlanılan “Vüqar” Kooperativi ilə əlaqəli və “Əzizbəyovneft" in razılıq məktubuna əsasən verilmiş xx.xx.1991-ci il tarixli, 11/552 saylı “Sərəncam”ın və digər arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin təqdim edilməsinə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər “Vüqar” Kooperativinin sədri olmuşdur. Həmin kooperativə dair sənədləri naməlum şəraitdə və vaxtda itirmişdir. Bununla bağlı, yəni “Vüqar” Kooperativi ilə əlaqəli və “Əzizbəyovneft” in razılıq məktubuna əsasən verilmiş xx.xx.1991-ci il tarixli 11/552 saylı “Sərəncanf'ın və digər arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin təqdim edilməsi üçün müvafiq ərizə ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmişdir. Lakin Milli Arxiv İdarəsi əsassız bir səbəblə həmin sənədlərin verilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı yenidən əsaslandırılmış ərizə ilə AR Milli Arxiv İdarəsinə təkrar müraciət etmişdir. AR Milli Arxiv İdarəsinin iddiaçıya ünvanladığı 16 sentyabr 2022-ci il tarixli BA-05919-2022 nömrəli cavab məktubunda əldə etmək istədiyimiz sənədlərin iddiaçıya nə dərəcədə aid olması barədə hər hansı rəsmi sənəd təqdim edilmədiyindən həmin qərarın təqdim olunmasının imkan xaricində olduğu və gələcəkdə sorğularda sorğuya hər hansı bir rəsmi sənəd əlavə edilmədikdə baxılmayacağı bildirildi. İddiaçı hesab edir ki, müraciətinin bu cür cavablandırılması qanuna zidddir.

3. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında tərəflər iştirak etmir.

4. CMS-Azemis elektron informasiya-axtarış sistemində olan məlumatlara əsasən, İddiaçı xx.xx.2023-cü il tarixində ölmüşdür.

5. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

6. Mülki Prosessual Məcəllədən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;

7. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qayda İnzibati Prosessual Məcəllədə müəyyən edilmədiyindən və bu həmin məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı üçün icraata qeyd edilən əsasla xitam verilməsi məsələsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

8. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hüquq varisi müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir. Odur ki, iş üzrə icraata xitam verildiyindən iddianın mümkünlüyünə qiymət verilməsi zərurəti yoxdur.

9. Konstitusiya Məhkəməsinin Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında ifadə edilən hüquqi mövqeyi nəzərə alaraq, qanunla ayrı qayda nəzərdə tutulmadığından məhkəmə hazırki qərardaddan şikayət verilməsinin mümkünlüyünü onun nəticə hissəsində nəzərdə tutur.

10. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar