Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4365/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı X9 və X14 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X9 və X12 qarşı ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4365/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 və X10 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdehlər X9 və X14 əsl cavabdeh Bakı şəhəri Xətai rayonu Polis İdarəsi ilə əvəz edilmiş, X9 və X14 üçüncü şəxs qismində inzibati iş üzrə icraata cəlb edilmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N. Tusi küçəsi, 31 saylı evin 148 nömrəli mənzili mülkiyyət hüququ ilə iddiaçıların adınadır və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X9 və X14 iddiaçıların yaxın qohumları olmasına baxmayaraq 2008-ci il tarixdən mənzildə yaşamırlar, yaşadıqları ünvan da iddiaçılara məlum deyil. Bu da iddiaçıların xüsusi mülkiyyətində olan əmlakından sərbəst və maneəsiz istifadə etmə, idarəetmə, sərəncam vermə və sair hüquqlarını həyata keçirməsinə maneədir. Bununla əlaqədar ərizə ilə cavabdehə müraciət edərək həmin şəxslərin mənzildən pasport qeydiyyatından çıxarılması xahiş etmişlər, lakin cavabdeh ərizəyə cavab olaraq məhkəmə qətnaməsi olmasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz (mülahizəsi) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçı, cavabdehə və üçüncü şəxslərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və iddiaçı, 3-cü şəxslər səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Həmçinin cavabdeh məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı2, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi (vəkilinin) izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: -İddiaçı, İddiaçı1 məxsus seriya AZE, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, ünvan 1 ünvanında qeydiyyatdadır. -İddiaçı, İddiaçı2 məxsus seriya AZE, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 31, mənzil 148 İddiaçı1 3/4 hissə və İddiaçı2 1/12 hissədə paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır (İddiaçı2 Abbas oğlunun payı 2/12 hissə açıq qalır). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 101-33960N-3221 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. - X7, X19 və X3 notarial ərizəsinə əsasən həmin qonşular bildirmişlər ki, həqiqətən X1 və X14 ünvan 1 ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2008-ci ilin iyun ayından həmin ünvanda yaşamırlar. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı MKİS-in 70 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən Bakı şəhəri 40 saylı Notariusun təsdiq etdiyi Akta əsasən X9 və X14 2008-ci ilin iyun ayından göstərilən ünvanda yaşamırlar. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən göndərilmiş X6 məxsus “X27”-ndən görünür ki, o, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanı üzərində X9 və X10 istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş: - 21 yanvar 2020-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2008 tarixdə ölmüş İddiaçı2 Abbas oğlu vərəsəsi arvadı X5 – Bakı şəhəri, N. Tusi küçəsi, ev 31, mənzil 148 (AZE 04132138, xx/xx/2005 – Xətai RPİ) 1/4 hisssdə, oğlu İddiaçı1 - Bakı şəhəri, N. Tusi küçəsi, ev 31, mənzil 148 (AZE ********, xx/xx/2015 - ASAN2, FİN:) 1/4 hissədə, qızı Tekdal Zöhrə - Türkiyə Respublikası ((Türkiyə vətəndaşı) P TUR U 03795520, xx/xx/2011 – Türkiyə Respublikası) 1/4 hissədə miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx/xx/1999 tarixdə İddiaçı2 Abbas oğluna verilmiş 30/152091 qeydəalma nömrəsi ilə 1012 nömrəli kitabın 152091-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 65.97 kv/m olan 5 otaqlı mənzildən ibarətdir. 3/12 hissə digər vərəsələrin payı açıq saxlanıldı. - 21 yanvar 2020-ci il tarixli X17 barədə Müqavilənin təsdiq edilmiş surətinə əsasən X5 və Tekdal Zöhrə Bakı şəhəri, 40 saylı notariat ofisindən rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, 2V-19 nömrəli reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.2008-ci il tarixdə vəfat etmiş əri-atası İddiaçı2 Abbas oğlundan miras qalmış əmlakdan hər birinə ayrı-ayrılıqda düşən 1/4 hissə, ümumilikdə 2/4 hissə miras paylarını oğlu - qardaşı İddiaçı1 bağışladılar. - 24 yanvar 2020-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2008 tarixdə ölmüş İddiaçı2 Abbas oğlu - Bakı şəhəri, N. Tusi küçəsi, ev 31, mənzil 18 vərəsəsi oğlu İddiaçı2 - Bakı şəhəri, N. Tusi küçəsi, ev 31, mənzil 148 (AZE ********, xx.xx.2014-ASAN2) və o miras əmlakdan 1/12 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx/xx/1999 tarixdə İddiaçı2 Abbas oğluna verilmiş 30/152091 qeydəalma nömrəsi ilə 1012 nömrəli kitabın 152091-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 65.97 kv/m olan 5 otaqlı mənzildən ibarətdir. 3/4 hissəyə dair digər vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. 2/12 hissə digər vərəsələrin payı açıq saxlanıldı. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-); 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı mübahisədə iddiaçıların hüquqi marağı mülkiyyət hüququ əsasında onlara məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, iddiaçılar mənzili vərəsəlik üzrə almışlar. İddiaçılar hazırda cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə yaşayış yeri üzrə qeydiyyata alınması üçün şəxslər tərəfindən aidiyyəti dövlət orqanına yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, yəni mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim olunmalıdır. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün hüquqi əsas qismində həmin sənədlərdən hər hansı birinin aidiyyəti dövlət orqanına təqdim olunması mütləqdir. Hüquqi əsas olmadan aidiyyəti orqan tərəfindən yaşayış yeri üzrə qeydiyyatın aparılması yolverilməzdir. Bundan başqa, məhkəmə tərəfindən üçüncü şəxslərin iddiaçının ailə üzvləri olmadığı, onların iddiaçıya məxsus yaşayış sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228- ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Belə yanaşmanı nəzərdə tutmaqda qanunvericinin məqsədi, bir tərəfdən, şəxsin ona məxsus olan əmlaka faktiki sahib olmaq, təyinatından asılı olaraq həmin əmlakdan öz tələbatlarına uyğun istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək imkanlarını təmin etməkdən, digər tərəfdən, üçüncü şəxslərin həmin əmlaka müdaxilə imkanlarını istisna etməkdən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququ əsasında şəxsə məxsus yaşayış sahəsinə qanunvericiliklə nəzərdə tutulmuş əsaslar, o cümlədən həmin şəxsin müvafiq razılıq ərizəsi olmadan üçüncü şəxslərin qeydiyyata alınması onun mülkiyyət hüququna, yaşayış sahəsindən sərbəst istifadə etmək və orada sərbəst yaşamaq haqqına müdaxilə kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququ ilə bağlı konstitusiyon normalara əsaslanan Mülki Məcəllə ilə mülkiyyət hüququnun müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu mənada yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan üçüncü şəxslərin mülkiyyətçinin tələbi əsasında aidiyyəti dövlət orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks təqdirdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla və aidiyyəti orqanın üzərinə üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyula bilər. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçının bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X9 və X10 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X9 və X10 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 HAKİM Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4365/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4365/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver