Məhkəmə qərarları › İş №2-1(112)-4365/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4365/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4365/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi sonradan qazanılmış pensiya kapitalı nəzərə alınmaqla aylıq pensiya məbləğinin növbəti dəfə xx.xx.2022-ci il tarixdən etibarən yenidən hesablanmaqla artırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsidir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək pensiyası 01,10.2017-ci il tarixdən 6 il və daha çox işlədiyinə görə “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada (26645,49:123 ay (63 il 6 ay-59 il 3 ay=51 ay+(144 ay-72 ay)=216,63 manat) yenidən hesablanaraq 243,01 manatdan 459,64 (243,01+216,63) (xx.xx.2022-ci il tarixinədək indeksləşdirilməklə 672,09 manat) manata artırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 1783,55 manat fərq məbləği hesablanıb. Həmin fərq məbləği 2022-ci ilin noyabr ayında 178,36 manat, dekabr ayında 1605,2 manat olmaqla birdəfəlik pensiyanın (672,09 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 620,01 manatdan 672,09 manata artırılmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin cavabdeh tərəfindən təmin edildiyi iş materialları ilə müəyyən edillir və bu səbəbdən hazırki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-nin 67 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair 2-1(112)-4365/2023 saylı işi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar