Məhkəmə qərarları › İş №2-1(112)-4366/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4366/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4366/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5 a saylı evin, 130 saylı mənzili üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5 a saylı evin, 130 saylı mənzili 3 saylı orderə əsasən 1997ci ildə iddiaçıya verilmişdir. İddiaçı 1997-ci ildən hal-hazırkı vaxtadək qeyd olunan evdə ailə üzvləri ilə birlikdə yaşamış və həmin mənzildə o və ailə üzvləri qeydiyyatdadır. 1997-ci ildən hal-hazırkı vaxtadək iddiaçı daimi olaraq qeyd olunan mənzildə qeydiyyatda olmaqla, orada yaşayır. Həmin mənzilə dair istifadə və sahiblik hüququ vardır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 89/1 saylı sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5 a saylı evin, 130 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanılmışdır. Lakin, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti xx.xx.2021-ci il tarixli **********55 saylı imtina məktubu ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4366/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu. Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5 saylı evin, 130 saylı mənzilinə dair təqdim edilən 3 saylı, xx.xx.1997-ci il tarixli orderdə mənzilin nömrəsində (135 nömrəsində) düzəliş edildiyi, mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığı, həmçinin mənzilin xidməti olduğu müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********55 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” ” Azərbaycan Respublikası Qanununun 2- ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” ” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1- ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil Ərazi dairəsi, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, 5A, mənzil 130 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 3 nömrəli xx.xx.1997-ci il tarixli orderə əsasən Sahil qəsəbəsi, Şərq küçəsi ev 5, mənzil 130 (135) Şelflayihətikinti İB-nin Mənzil Məişət Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən İddiaçı (ailə üzvləri 5 nəfər) istifadəsinə verilmişdir. Order Şelflayihətikinti İB-nin möhürü ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli, 89/1 nömrəli ünvan 13 evin 130 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında sərəncama əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 1 ünvanda yeriəşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 1997-ci ildən qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,5 kv.metr olan 2 otaqlı 130 saylı mənzilində 7 nəfər ailə üzvü ilə (özü, 2 oğlu, gəlini və 3 nəvəsi) yaşayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,5 kv.metr olan 2 otaqlı 130 saylı mənzilinə 7 nəfər ailə üzvü ilə (özü, 2 oğlu, gəlini və 3 nəvəsi) İddiaçı adına kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin kirayəçisi hesab olunması, qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılmasının Qaradağ rayon MKTB-nin 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılması qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli 1093 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2019-cu il tarixli, 89/1 nömrəli sərəncamının verilməsinə əsas olmuş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli, 677 nömrəli arayışda göstərilir ki, İddiaçı Bakı şəhəri, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,5 kv.metr olan 2 otaqlı 130 saylı mənzildə yaşayır. Həmin ünvanda daimi qeydiyyatda olanlar: İddiaçı-özü qeydiyyat tarixi xx.xx.1997-ci il, X12-oğlu qeydiyyat tarixi xx.xx.2004-cü il, X7oğlu qeydiyyat tarixi xx.xx.2004-cü il, X13-nəvəsi qeydiyyat tarixi 2012-ci il, X8-gəlini qeydiyyat tarixi xx.xx.2011-ci il, X9-nəvəsi qeydiyyat tarixi 2012-ci il, X10-nəvəsi qeydiyyat tarixi 2010-cu il. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli, 677 nömrəli arayışda göstərilir ki, verilir İddiaçı ondan ötəri ki, o həqiqətən Bakı şəhəri, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,5 kv.metr olan 2 otaqlı 130 saylı mənzildə yaşayır (keçmiş ünvan Şərq küç ev 5a). - İddiaçı aid xx.xx.1972-ci il tarixi əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1996-cı il tarixdə Şelflayihətikinti İB-nin mexaniki təmir zavoduna süpürgəçi peşəsində işə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. xx.xx.2002-ci ildə Bakı Dərin Özüllər Zavoduna 6 nömrəli sexə xadimə qəbul edilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2022-ci il tarixli, **********30490075X00004 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş X2 adına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Şelflayihətikinti” İstehsalat Birliyinin möhürü ilə təsdiqlənmiş xx.xx.1997-ci il tarixli, 3 nömrəli orderin verilməsinə əsas olan sənədlərin (xx.xx.1997-ci il tarixli 1 nömrəli protokol, qərar və s.) və orderin mötəbərliyi barədə məlumatların məhkəməyə təqdim edilməsi zərurəti ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus yaşayış binalarının balansa götürülməsi haqqında" 235 saylı xx.xx.2001-ci il tarixli Sərəncamına əsasən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun balansında olan bütün yaşayış fondu və başqa sosial obyektlər əvəzsiz olaraq tamamilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Bununla da zavodda sözügedən məsələ ilə bağlı bütün müvafiq hüquqlar, vəzifələr və səlahiyyətlər onlara ötürülmüşdür. Qeyd olunanları nəzərə alaraq məhkəmədən müvafiq iş üzrə təqdim olunması təklif olunan bütün sübutların aidiyyəti üzrə Bakı Şəhər İcra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə yönəldilməsini məqsədəmüvafiq hesab edirik. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" 844 saylı 24 yanvar 2003-cü il tarixli Fərmanından irəli gələn tələblərə uyğun olaraq "Şelflayihətikinti” İstehsalat Birliyinin bazasında "Bakı dərin özüllər zavodu" yaradılmış, 38 saylı 10 mart 2004-cü il tarixli Fərmanla Bakı dərin özüllər zavoduna Ulu öndər Heydər Əliyevin adı verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq 119 saylı MKİS-in məhkəməyə ünvanladığı məktubda bildirilmişdir ki, ünvan 3 130 nömrəli (2 otaqlı yaşayış sahəsi 20.5 kv/m olan) mənzil Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfat Departamentinin 89/1 nömrəli xx.xx.2019-cu il tarixi ilə İddiaçı sərəncamla verilmişdir və hal-hazırda həmin mənzildə İddiaçı (özü) qeydiyyatdadır. Arxiv sənədlər və order əsasında 13 yanvar 1997-ci il tarixində 3 nömrəli order əsasında “Şelflayihətikinti” (hal-hazırda H.Əliyev adına BDÖZ mənzil- məişət komissiyasının qərarına əsasən Ş.Əsgərov 5a (Köhnə ünvan:Şərq küçəsi ev 5a mənzil 130 135) 130 135 göstərilib. Sərəncam əsasında Ş.Əsgərov 5a mənzil 130 nömrəli mənzil İddiaçıZ qızının adına 119 saylı MKİS-də şəxsi hesab vərəqəsi açılıb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 069-8102-1222 nömrəli məktubu ilə göndərilmiş fərdi uçot kartoçkasından görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlü ünvan 2 ünvanınında yaşayır. X4, anası X6r. Şəxsiyyət vəsiqəsi AZE 03817304, verilmə tarixi xx.xx.2005-ci il. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 069-6822-1222 nömrəli məktubu ilə İddiaçı ünvan 4 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlər sırasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli, 89/1 nömrəli sərəncamı, mənzil kirayə müqaviləsi və Qaradağ 119 saylı MKİS-nin Forma 2 arayışı məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 248 nömrəli məktubda göstərilmişdir ki, ünvan 13 ev əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olmuşdur. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (müvafiq tabeli qurumunun) balansına verilmişdir. İddiaçının yaşadığı Bakı şəhəri. Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, 5a saylı ev dövlət mənzil fonduna aid olmaqla Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 05.1 1.2015-ci il tarixli, 83 saylı sərəncamına əsasən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. 119 saylı MKİS-nin yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə tərəfimizdən mövcud vəziyyətdə təhvil alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin göndərdiyi xx.xx.2022-ci il tarixli, 10053 nömrəli məktubda göstərilir ki, vət.İddiaçı Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 5a, mənzil 135 ünvanına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ünvan 6 ünvanında qeydiyyatda olan X3 (ŞV:AZE 13108463, Qaradağ RPİ-xx.xx.2013, FİN:4YHVKAR, d/t:xx.xx.1987) xx.xx.2022-ci il tarixli, **********269 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsində bildirmişdir ki, ünvan 8 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə etiraz etmir, razıdır. Buna dair gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İş materiallarına əlavə edilmiş ünvan 6 ünvanında qeydiyyatda olan X5 (ŞV.AZE 15117340, Asan 3-xx.xx.2015, FİN:23STFY3, d/t:xx.xx.1980) xx.xx.2022-ci il tarixli, **********270 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsində bildirmişdir ki, ünvan 8 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə etiraz etmir, razıdır. Buna dair gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İş materiallarına əlavə edilmiş ünvan 6 ünvanında qeydiyyatda olan X8 (ŞV:AZE 15639462, Səyyar-Asan4- xx.xx.2015, FİN:2NP59WX, d/t:xx.xx.1989) xx.xx.2022-ci il tarixli, **********271 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsində bildirmişdir ünvan 8 ünvanında yerləşən mənzilin İddiaçı adma özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə etiraz etmir, razıdır. Buna dair gələcəkdə heç bir iddia və tələbi olmayacaq. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5a saylı evin, 130 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5 saylı evin, 130 saylı mənzilinə dair təqdim etdiyiniz 3 saylı, xx.xx.1997-ci il tarixli orderdə mənzilin nömrəsində (135 nömrəsində) düzəliş edildiyi, mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığınız, həmçinin mənzilin xidməti olduğu müəyyən edilmişdir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” ” Azərbaycan Respublikası Qanununun 2- ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” ” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.“Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5 a saylı evin, 130 saylı mənzilin istifadəsində olduğunu, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli, 89/1 saylı sərəncamı ilə həmin mənzilin kirayəçisi hesab edildiyini əsas götürərək mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciət təmin olunmadığından hazırkı iddia ilə məhkəməyə müraciət edərək sözügedən mənzilin onun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 709 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 113 saylı Qərarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilmiş sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, habelə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 06 saylı sərəncamın 3-cü bəndinə əsasən Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamı əsasında, adına yaşayış sahəsinin icarə müqaviləsi olan, keçmiş yataqxanalarda, özəlləşdirilən dövlət müəssisələri (birlikləri) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlər tərəfindən verilmiş xidməti mənzillərdə yaşayan vətəndaşların müraciətləri əsasında onların mənzillərinin özəlləşdirilməsini təmin etməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 029 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s saylı Sərəncamına əlavə edilmiş siyahı üzrə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, bu sərəncamın Əlavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 saylı sərəncamına əsasən Bakı şəhəri. Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, 5a saylı ev dövlət mənzil fonduna aid olmaqla Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidməti dairəsinə verilmişdir. İddiaçı hazırkı iddia üzrə mübahisəli mənzilin kirayəçisi hesab edilməsi haqqında Bakı şəhər MKTD-nin sərəncamı 2019-cu ildə verilsə də, həmin mənzildə 1997-ci ildən yaşadığını, mənzil münasibətlərinin Mənzil Məcəlləsi qüvvəyə minməzdən xx.xx.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyini nəzərə alaraq mənzili özəlləşdirmək hüququnun olduğunu iddia edir və həmin mənzilə mülkiyyət hüquqlarının qeydiyyatını mübahisələndirir. Məhkəmə hesab edir ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının iddia predmeti olan mənzilə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyinin, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun ilə mənzil hüquq münasibətlərinin iştirakçısı kimi mənzili özəlləşdirmək hüququnun olub-olmadığının müəyyən edilməsindən ibarətdir. İşin hallarından müəyyən olur ki, iddiaçı xx.xx.1996-xx.xx.2002-ci illərdə Şelflayihətikinti İB-nin mexaniki təmir zavodunda işləmişdir. İddiaçıya ilkin olaraq Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsi tərəfindən İdarənin balansında olan Bakı şəhəri, Qaradağ rayonu, Ş.Əsgərov küçəsi, ev 5a, 130 nömrəli otaq (orderdə 135 nömrəsi də qeyd edilmişdir) xx.xx.1997-ci il tarixli orderlə 5 nəfər ailə tərkibi olaraq istifadəsinə verilmişdir. İddiaçı xx.xx.2005-ci ildə qeyd edilən ünvan 10 ünvanı üzrə qeydiyyata alınmışdır. Bakı şəhər İH MKTD-nin xx.xx.2019-cu il tarixli sərəncamı ilə iddiaçı Qaradağ rayonu, Ş.Əsgərov küçəsi, ev 5a, sahəsi 20,5 kv.m olmaqla 2 otaqlı 130 saylı mənzilin kirayəçisi hesab edilmişdir. İddiaçı hazırda ünvan 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 435s saylı Sərəncamına və həmin sərəncamın icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 029 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar, o cümlədən iddiaçının iddia etdiyi mənzilin yerləşdiyi ünvan 13 ünvanda yerləşən keçmiş yataqxana binası Bakı şəhər Mənzil Kommunal Departamentinin balansına verilmişdir. Bundan sonra balanssaxlayıcı Bakı şəhər Mənzil Kommunal Departamentinin xx.xx.2019-cu il tarixli 89/1 saylı sərəncamı əsasında iki otaqdan ibarət 20,5 kv.metr 130 saylı mənzilə İddiaçı adına kirayə müqaviləsi bağlanması qərara alınmış və sonuncu mənzilin kirayəçisi hesab edilmişdir. Mənzilin iki otaqdan ibarət sxemi MKİS tərəfindən tərəfindən tərtib edilmiş, iki otaq birlikdə ümumi sahəsi 20.5 kv.m (10.25 kv.m+10.25.kv.m) olmaqla 130 nömrəli mənzil olaraq balanssaxlayıcı tərəfindən qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzili özəlləşdirmək hüququ 2019cu ildən əvvəl yaranmışdır. İddiaçıya 1997-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, 130 saylı otaqların verilməsi və Bakı şəhər MKTD tərəfindən 2019-cu ildə iddiaçının həmin otaqların kirayəçisi hesab edilməsi iddiaçının sözügedən 130 saylı mənzilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş özəlləşmə hüququnun həyata keçirilməsinə mane olmur. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi vaxtdan keçmiş Mənzil Məcəlləsinin qüvvəyə olduğu müddətdə (xx.xx.2009-cu il tarixədək) yazılı kirayə müqaviləsinin olmaması iddiaçının iştirakçısı olduğu mənzil kirayə münasibətlərinin etibarlılığına təsir etməmişdir. Cavabdehin imtina üçün əsaslandığıxx.xx.1997-ci il tarixli 3 saylı orderdə mənzilin 135 nömrəsində düzəliş edilməsi, iddiaçının mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığı, mənzilin xidməti mənzil olması ilə bağlı dəlilləri ilə məhkəmə razılaşmır. Belə ki, işin yuxarıda sadalanan halları ilə də təsdiq olunur ki, iddiaçıya işlədiyi müəssisə tərəfindən 1997-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Ş.Əsgərov küçəsi, ev 5, 130 (135) nömrəli mənzil verilmiş, iddiaçı 135 nömrəli mənzilə 2005-ci ildən qeydiyyata alınmış, sonradan iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, 130 saylı mənzilin kirayəçisi hesab edilmiş və iddiaçı həmin mənzilə qeydiyyata alınmışdır. Mənzilin nömrəsində düzəliş edilib-edilməməsi məsələsi hazırkı iddianın təmin edilməsinə mane olmur. Belə ki, mənzilin balansaxlayıcısı olmuş Bakı şəhər MKTD iddiaçını məhz 130 nömrəli mənzilin kirayəçisi kimi tanımış, onunla həmin nömrəli mənzilə dair kirayə müqaviləsini bağlamışdır. İddiaçı da qeyd edilən 130 nömrəli mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Başqa sözlə, orderdə mənzilin nömrəsində dəyişiklik olub-olmaması məsələsi hazırkı mübahisə predmeti olan mənzilə münasibətdə öz aktuallığını itirmişdir. Mənzilin xidməti mənzil olmasına gəlincə qeyd edilməlidir ki, iddiaçıya məhz işlədiyi dövrdə işəgötürən Şelflayihətikinti İB-nin mənzil məişət komissiyası tərəfindən mənzil verilmişdir. Sonradan mənzilin yerləşdiyi bina Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Hazırkı halda mənzilin balansaxlayıcısı olan qurum mənzilin dövlət mənzil fonduna aid olduğunu bildirir, mənzilin xidməti mənzil olmasını mübahisələndirmir. Hətta güman edilsə ki sözügedən mənzil xidməti mənzil fonduna aid olmuşdur, bu hal belə iddiaçının ziyanına təfsir oluna bilməz. Belə ki, hazırda mənzilin balansaxlayıcısı iddiaçını həmin mənzilin kirayəçisi hesab etməklə, onunla kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verdiyindən artıq mənzil xidməti mənzil siyahısından çıxarılmış hesab edilməklə iddiaçının daimi istifadəsinə verilmiş hesab olunur. Beləliklə, mənzilin xidməti mənzil olması öz təsdiqini tapmadığından cavabdehin qeyd edilən dəlili formal mülahizə kimi qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, icarədar kimi iddiaçının 1997-ci ildən istifadəsinə verilmiş mənzilə keçmiş Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq kirayə müqaviləsindən irəli gələn istifadə hüquqları mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddia olunan mənzilə dair kirayə müqaviləsinin bağlanması sərəncamının 2019-cu ildə, yəni yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra verilməsi həmin Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmış və davam edən münasibətlərin mahiyyətinə təsir etmir. Əksinə, bu sərəncam mövcud münasibətləri yalnız yazılı formada təsbit etmiş, tərəflərin mənzil münasibətlərindən irəli gələn hüquq və öhdəliklərinə təsir etməmişdir. Başqa sözlə, iddiaçı hüquq münasibətlərinin yarandığı dövr üzrə qüvvədə olan mənzil qanunvericliyinə uyğun olaraq mənzilin özəlləşdirilməsi hüququnu qazanmışdır. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X23 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X18-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının xx.xx.2020-ci il tarixli sərəncamını, eləcə də mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,5 kv.metr olan 2 otaqlı 130 saylı mənzilinə İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,5 kv.metr olan 2 otaqlı 130 saylı mənzilinə İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar