Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4367/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İşin halları
1. İddiaçı ərizə ilə cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 147/149 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Nərimanov rayonunda yerləşən mənzilə pasport qeydiyyatına alınma üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə- kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməlidir. Əks təqdirdə qeydiyyata alınma mümkün deyildir. Məktubda məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur.
3. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 147/149 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin əsaslandırması:
5. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 44 ünvanında qeydiyyatdadır. Həmin ev Fərəməz İsmayılovun mülkiyyətində olmuşdur. Uşaqlıqdan valideynləri ilə birlikdə həmin ünvanda yaşamışdır. 2005-ci ildən anası rəhmətə getdikdən sonra atası ilə münasibətləri soyumuşdur və o, kirayə yaşamağa başlamışdır. xx.xx.2020-ci ildə Bina MTK ilə Fərəməz İsmayılov arasında bağlanmış müqavilə əsasında ev sökülmüşdür. Həmin müqavilə əsasında Fərəməz İsmayılova hazırkı Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 44 ünvanında yerləşən yaşayış binasında 6 nömrəli mənzil verilmişdir. Fərəməz İsmayılov ona yaşamağa və qeydiyyata düşməyə şərait yaratmadığı üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4768/2021 nömrəli qətnaməsinə əsasən, onun ünvan 2 ünvanına köçürülməyi qət edilmişdir. Həmin ünvanın adı dəyişdirilmiş və ünvan 3dırılmışdır. Hazırda isə həmin ünvanında yaşayır. Həmçinin qeyd etmək zəruridir ki, xx.xx.2022-ci il tarixdə qızı İsmayılova Sofiya doğulmuşdur. Azyaşlı uşaq valideyni ilə birlikdə yaşamalı və qeydiyyatda olmalıdır. Məhkəmə qərarı olmasına baxmayaraq, həmin ünvana qeydiyyata düşə bilmir.
6. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi
9. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. 10.Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 11.İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 12.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 13.Hazırkı iddia iddiaçının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
14. İddia mahiyyəti üzrə əsaslıdır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
15. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər.
16. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir.
17. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.
18. İş materialları ilə müəyyən olunur ki, iddiaçının hazırda qeydiyyata alınmaq istədiyi mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
19. Belə ki, iddiaçı hazırda onun Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 147/149 ünvanına qeydiyyata alınmasını xahiş edir, hansı ki, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X.Şuşinski küçəsi, ev 44 ünvanı əvvəllər yeni qaydalarla M.Sənani küçəsi, ev 147 ünvanında inşa olunmuş yeni yaşayış binasının yerində olmuşdur.
20. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin ünvanların, yəni Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 147/149 və ünvan 2 ünvanlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
21. Lakin işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4768/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X3 və "xxxx" MTK-ya qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, N.Nərimanov rayonu, Xan Şuşinski küçəsi ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilinə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
22. Məhkəmə qətnamədə göstərmişdir ki, “...iddiaçı uzun müddət (doğulduğu vaxtdan) bakı şəhəri Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 44 ünvanında yaşamış, sonradan həmin mənzil sökülərək iş üzrə cavabdeh X4 ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən “Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 39.56 kv/m yaşayış, 56.43 kv/m ümumi sahəsi olan 2 (iki) otaqlı 44 saylı fərdi yaşayış evin əvəzinə həmin ərazidə inşa etdiyi yeni hündürmərtəbəii yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 6 nömrəli, 3 otaqlı 113.54 kv. metrdən ibarət təmirsiz mənzil verilmişdir. Cavabdeh X4 hazırda həmin mənzildə yaşayır. cavabdeh Fərəməz İsmayılov İddiaçı mənzildə yaşamağa maneə yaradır. ...Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, Bakı şəhəri, N.Nərimanov rayonu, Xan Şuşinski küçəsi ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh kimi göstərdiyi şəxsin ev üzərində mülkiyyət hüququ əldə etməyə “qanuni gözlənti” hüququ mövcuddur. ... Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ünvanında yerləşən 44 saylı evin 6 nömrəli X1. Mübahisəli ev tərəflərdən heç birinin adına dövlət qeydiyyatından keçməmişdir. X5 vəfat etdikdən sonra həmin evdə İddiaçı bir müddət yaşamış, lakin X4 (iddiaçının atası) hazırda da həmin mənzildə yaşamaqdadır. İddiaçının daimi yaşayış yeri yoxdur. İşin bu halı tərəfləri izahatı və şahid ifadəsi ilə təsdiq olunur. İddiaçı qeyd edilən evdə pasport qeydiyyatında olduğunu, habelə həmin evin onların ata evinin olduğunu bildirərək, mübahisəli evə köçürülməsini tələb edirlər. Cavabdeh iddianı qəbul etmir, iddiaının həmin evdə yaşamasının mümkün olmadığını bildirir. Lakin məhkəmə hesab edir ki, həmin yaşayış sahəsi cavabdeh və ailəsi tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.”
23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4768/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə İddiaçı cavabdehlər X3 və "xxxx" MTK-ya qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia qismən təmin edilmişdir. Həmin qətnamə 27 fevral 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.
24. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı halda mübahisəli yaşayış sahəsinə dair Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənəd təqdim etməsə də, onun mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4768/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsinə köçmək üçün əsas verən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi qiymətləndirilməlidir.
25. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisəli yaşayış sahəsi iddiaçının yaşayış yeri kimi tanınmış, onun həmin ünvana köçürülməsi barədə iddia təmin edilmişdir.
26. O da xüsusilə qeyd edilməlidir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olubolmamasından asılı etməmişdir.
27. Beləliklə, göstərilənlərə əsasən məhkəmə iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 147/149 (əvvəlki ünvan 8 ünvanında yaşadığını, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin ünvanın iddiaçının yaşayış yeri kimi tanındığını nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı:
İddia təmin olunsun. İddiaçı xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 147/149 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova