Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4371/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bildirir ki, 23 mart N992-ci ildə Laçın Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Komissarlıq tərəfindən N saylı hərbi hissəyə xidmət keçməsi üçün göndərilmiş və həmin hərbi hissədə xidmətə sıravi əsgər olaraq başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərində yaxından iştirak etmiş, 25 iyul N993-cü il tarixli Laçın rayonu ərazisində Suarası kəndində keçirilən əməliyyat zamanı sol əlindən güllə yarası almışdır. Sağaldıqdan sonra yenidən cəbhəyə qayıtmışdır. N4 mart N993-cü ildə isə Laçın rayonu Vağazin kəndində top atəşi nəticəsində avtomobil qəzasına düşmüşdür. Abşeron Rayon Məhkəməsinin 2(0N2)-5409/20N7 saylı, 22 sentyabr 20N7-ci il tarixli qətnaməsi ilə də ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyi və həmin döyüşlərdə güllə yarası almağı öz təsdiqini tapmışdır və bu işin mübahisələndirilməyən halıdır. Daha sonra tərəfindən müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra “Nazirlik”) ərizə ilə müraciət ünvanlanmışdır. 02 oktyabr 2020-ci il tarixli, N/Ə-N3N43 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqənin verilməsi üzrə komissiyasının 30 sentyabr 2020-ci il tarixli iclasında baxılmış, müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Cavabdeh tərəfindən müharibə veteranı statusu və müharibə veteranı adının verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsasların olmasına baxmayaraq qanunsuz olaraq bundan imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul ediləsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsası odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №- li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Normanı ümumiləşdirərək qeyd edirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddiaçı iddia ərizəsində, 23.03.N992-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyini, 25.07.N993cü il Laçın rayonu istiqamətində gedən döyüşlərdə yaralandığını və müalicə olunduqdan sonra yenidən xidmətini davam etdirdiyini qeyd etmişdir. İddia tələbinin təmin edilməsni istisna edən faktiki əsaslar aşağıdakılardan ibarətdir. Mərkəzi Arxivin N6.03.202N-ci il tarixli 9/2-2326 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda sıravi əsgər Sevdimalı Əhmədəliyevin mart N992-ci il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda sıravi əsgər Sovdimalı Əhmədəliyevin aprel N992-ci il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 02.08.N992- N5.04.N993-cü və N9.08-N5.N0.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin may - dekabr N992-ci və aprel-oktyabr N993-cü il tarixli şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəllərində XN xidməti, yaralanması və pul təminatı ilə təmin olunması barədə əlavə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin 2N.03.202N-ci il tarixli N/Ə-7234 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə 0N.0N.N992-30.04.N992-ci ilədək və N4.04.N993-cü ilədək döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçı XN müraciətinə baxılmış və Ə-N3N43 nömrəli 02.N0.2020-ci il tarixli məktubla cavab verilmişdir. Məktubda döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına və Abşeron Rayon Məhkəməsinin 22.09.20N7- ci il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyi tərəf kimi cəlb olunmadığına və öhdəlik qoyulmadığına görə ərizəçiyə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş, Abşeron Rayon Məhkəməsinin 22.09.20N7-ci il tarixli qətnaməsi ilə ərizəçi XN 23.03.N992-ci il tarixdən N4.03.N993-cü il tarixədək N saylı hərbi hissədə hərbi xidmətdə olması, N4.03.N993-cü il tarixdə döyüş tapşırığını yerinə yetirərkən yaralanması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Sözügedən qətnamədən görünür ki, maraqlı şəxs olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi cəlb edilmişdir. Halbuki, bu kimi hallarda Müdafiə Nazirliyi işə cəlb edilməli və qanunun tələbinə uyğun məhkəmə baxışı keçirilməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.NN-ci maddəsində təsbit edilmiş, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilməsi göstərilmişdir. Ərizəçinin müraciətində bu halların müəyyən edilməsi ilə bağlı iddiasının məhkəmə tərəfindən təmin edilməsi mümkün deyildir. Belə ki, nəzərdə tutulan hərbi xidmət keçmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən N2 aprel 20N9-cu il tarixli 03 saylı Qərarında göstərilmişdir. Belə ki, Plenum qərarının N.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, Plenum qərarının N4-cü maddəsində “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir” qeyd edilmişdir. Sadalananları nəzərə alaraq, mülki-prosessual qanunvericiliyin 259.0.N0 və 308-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edilməli idi. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçı XN qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində hər hansı məlumatlar aşkarlanmamışdır. Bununla da Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya haqlı olaraq “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində əhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə hazırlıq icraatı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdr. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə araşdırması dövründə iddiaçının hərbi xidmət illəri barədə məlumatın, buna dair əmrlərin surəti, həmçinin hərbi xidmətdən tərxis olunması barədə sənədlər sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 2N may 202N-ci il tarixli məktubdan görünür ki, N Nq-İİ hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda sıravi əsgər Sevdimalı Əhmədəliyevin mart N992-ci il tarixdə (əsas: f. N9, siy.2., sax. vah. 2, səh. 79, sıra 344, məlumatda soyadı Əhmədəliyev, adı Sevdimalı yazılıb, atasının adı yazılmayıb) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N Nq-İİ hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda sıravi əsgər Sovdimalı Əhmədəliyevin aprel N992-ci il tarixdə (əsas: f. N9, siy.2., sax. vah. 3, səh. 5, sıra N79, məlumatda soyadı Əhmədəliyev, adı Sovdimalı yazılıb, atasının adı yazılmayıb) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N Nq-İİ hərbi hissə komandirinin N avqust N992-N5.04.N993-cü və N9.08-N5.N0.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin may-dekabr N992-ci və aprel-oktyabr N993-cü il tarixli şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı xidməti, yaralanması və pul təminatı ilə təmin olunması barədə əlavə məlumat aşkar olunmamışdır. Məktubda həmçinin qeyd olunmuşdur ki, 8NN №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, N6.04.N993-N8.08.N993-cü il və N6 oktyabr N993-may N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmə araşdırması dövründə iddiaçının xidmət etdiyi N saylı hərbi hissənin döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olub-olmaması barədə məlumatın, xidmət etdiyi hərbi hissə üzrə barəsində verilmiş əmrlərin təsdiq edilmiş surətləri sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsi tərəfindən verilmiş 09 mart 202N-ci il tarixli, 3NN saylı məktubdan görünür ki, N973-cü il təvəllüdlü İddiaçı N973-cü il təvəllüdlü çağırışçılaın əlifba qeydiyyat kitabına əsasən keçmiş Laçın rayon Hərbi Komissarlığı tərəfindən 05.09.N990-cı il tarixdə ilkin qeydiyyata alınmış, 06.06.N99N-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilib. Məlum hadisələrlə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin arxivuçot sənədləri işğal zonasında qaldığına görə vətəndaşın sonraki xidmət dövrü barəsində məlumat olmamışdır. 09.NN.2009-cu il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, yenidən qeydiyyata bərpa edilməsini və l-ci Qarabağ müharibəsi dövrü Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində döyüş əməlliyatlarında iştirakini bildirmişdir. Xidmət dövrünü dəqiqləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 30.NN.20N6-cı il tarixli 9/2-N4509 saylı arxiv arayışına əsasən, vətəndaş İddiaçıƏ 8NN №-li hərbi hissə komandirinin 23.03.N992-ci il tarixli 47 saylı əmrində (əmrdə adı Sevdimalı yazılmış və atasının adı yazılmamışdır) “sıravi” hərbi rütbəsində əsgər vəzifəsində hərbi xidmətə qəbul edilmiş və komandirin 0N.08.N992-ci il tarixli 0N5 saylı əmrində atıcı vəzifəsində adı qeyd edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, 8NN №-li hərbi hissə komandirinin iyul N992-ci il və mart N993-cü il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 02.N0.2020-ci il tarixli, N/Ə-N3N43 saylı məktubdan görünür ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 30.09.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına və Abşeron rayon məhkəməsinin 22.09.20N7-ci il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyi tərəf kimi cəlb olunmadığına və üzərinə icrası məcburi olmayan öhdəliklər qoyulmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məktubda əlavə olaraq “Vətəndaşların müraciətləri haqqında" Qanunun N4.08ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı məhkumluğunun olub-olmaması barədə məlumat sorğu əsasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindın verilmiş 07.04.202N-ci il tarixli, 082-N3323-N2NN saylı məktubla məhkumluğa dair DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasından alınmış məlumat əsasında verilən məlumatdan görünür ki, xx xxx N973-cü il təvəllüdlü İddiaçı Mingəçevir şəhər Məhkəməsinin N6.N0.N998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78-ci maddənin 2-ci hissəsi və 23-N maddələri ilə əməyə mütləq cəlb olunmaqla 3 il müddətinə şərti məhrum olunmuşdur. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İddiaçının qənaətinə görə Abşeron Rayon Məhkəməsinin 2(0N2)-5409/20N7 saylı, 22 sentyabr 20N7-ci il tarixli qətnaməsi ilə 23 mart N992-ci il tarixdən N4 mart N993-cü il tarixədək N saylı hərbi hissədə hərbi xidmətdə olması, N4 mart N993-cü il tarixdə döyüş tapşırığını yerinə yetirərkn yaralanması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edildiyindən ona “müharibə veteranı” adı və vəsiqəsi verilməlidir. Hazırkı iddia tələbi üzrə isə iddiaçı yeganə sübut olaraq Abşeron Rayon Məhkəməsinin 2(0N2)-5409/20N7 saylı, 22 sentyabr 20N7-ci il tarixli qətnaməsinə istinad edərək 23 mart N992-ci il tarixdən N4 mart N993-cü il tarixədək N saylı hərbi hissədə hərbi xidmətdə olmasını, N4 mart N993-cü il tarixdə döyüş tapşırığını yerinə yetirərkən yaralanması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edildiyini əsas gətirməklə ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsini tələb edir. Halbuki sözügedən qətnamədə iddiaçının tərxis olunması ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının Abşeron Rayon Məhkəməsinin 2(0N2)-5409/20N7 saylı, 22 sentyabr 20N7-ci il tarixli qətnaməsinə istinad etməklə onun 23 mart N992-ci il tarixdən N4 mart N993-cü il tarixədək N saylı hərbi hissədə hərbi xidmətdə olması, N4 mart N993-cü il tarixdə döyüş tapşırığını yerinə yetirərkən yaralanması faktı sübut kimi qiymətləndirilsə belə, onun sonrakı xidmət dövrü üzrə fəaliyyətinin nəticəsi, o cümlədən hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməsi müəyyən edilmədiyindən hazırki iddia tələbinin təmin olunması üçün yetərli sübutların olmaması qənaətindədir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsində iddiaçının sonrakı hərbi xidmət dövrü barədə məlumatın aşkarlanmadığı, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində onun həmin hərbi hissədə xidmət keçməsi və qanuni əsaslarla tərxis olunması barədə hər hansı məlumatın olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünüX dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - X , daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin 06.0N.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə "qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Beləliklə məhkəmənin mövqeyinə görə iddiaçının N nömrəli hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4371/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4371/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver