Məhkəmə qərarları › İş №2-1(112)-4371/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4371/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4371/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Qüdrət oğlunun iştirakı ilə, İddiaçı Qüdrət oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Qüdrət oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 66 saylı mənzilin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Katasdrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1972-ci il tarixində doğulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B mənzil 66-da ailəsi ilə birlikdə yaşayır. Yaşadığı 81 mənzilli doqquz mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir. İddiaçı Qarabağ Müharibə əlili olduğu üçün xx.xx.2002-ci il tarixdən Səbail Rayon İcra Hakimiyyətində mənzil uçotuna götürülmüşdür (Arayış ərizəmə əlavə olunur). Yaşayış yeri olmadığı üçün qeyd olunan, Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2012-ci tarixli sərəncama əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 9 mərtəbəli, 15B saylı binada iddiaçıya (4 nəfər ailə tərkibi ilə) 2 otaqlı, sahəsi 87.85 kv.m olan 66 saylı mənzil verilmişdir. Hal-hazırda bina dövlət mənzil fonduna aid olmaqla, Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında və 125 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Mənzilə dair Mənzil-Kommunal İstismar Sahəsi ilə iddiaçı arasında kirayə haqqında birtipli kirayə müqaviləsi də bağlanmışdır və iddiaçı mənzilin kirayəçisi hesab olunur. İddiaçı yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarə xx.xx.2024-ci il tarixli, **********52 saylı məktub ilə imtina etmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının yaşadığı mənzilin adına özəlləşdiriləsinə dair müraciətdən qanunsuz və əsassız olaraq imtina olunmuşdur. İddiaçının xx.xx.2002-ci ildən mənzil növbəsinə durmağı nəzərə alınmamışdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 66 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 217 saylı sərəncamı xx.xx.2011 -ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin 66 saylı mənzilin mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********52 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 66 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 217 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzlin ümumi faktiki sahəsinin 86.0 kv.m təşkil etdiyi məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. Səbail Rayon İcra Hakimiyyəti Başçısının “Mənzil növbəsinin bölünməsi haqqında” xx.xx.2002-ci il tarixli, 57 nömrəli Sərəncamına əsasən İİ dərəcəli Qarabağ müharibəsi əlili E,Xudiyev xx.xx.2001-ci il tarixdə qardaşı Y.Xudiyevin ailə tərkibində mənzil növbəsinə dayanmışdır. Hal-hazırda o ailəsinin mənzil növbəsinin ayrılmasını xahiş edir. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının 85-ci bəndinə əsaslanaraq: İ. Səbail rayon İHB-nın mənzil məsələlərinə dair komissiyasının 30 yanvar 2002-ci il tarixli rəyi təsdiq edilsin və vət. X4 mənzil növbəsi 2 yerə bölünərək o, mənzil növbəsində 4 nəfər ailə üzvü ilə - özü, h/yoldaşı, 2 uşağı saxlanılmışdır.

2. Vət. X9 yaşayış yeri üzrə mənzil növbəsində 3 nəfər ailə üzvü ilə - özü, h/yoldaşı, uşağı hesab edilmişdir.

6. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Çıxarışa əsasən İddiaçı Qüdrət oğluna sağ ayağın aşağı 1/3 hissəsinin dəlib keçən güllə yaralanması. Sağ ayağın əzələ atrofiyası. Yerişin pozulması diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2003-cü il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

7. Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının “Əlil və şəhid ailələrinə yaşayış sahəsinin verilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 217 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa edilmişdir. Bakı şəhərinin rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş əlillər və şəhid ailələrinin sırasında daha vacib ehtiyacı olanların mənzillə təmin olunmasını obyektiv həyata keçirilməsi məqsədilə nazirliyin 08 noyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmri ilə yaradılmış komissiyanın 14 yanvar və 14 fevral 2011-ci il tarixli iclasının qərarına əsasən Səbail rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və daha çox ehtiyacı elan 3 (üç) şəhid ailəsinə, 1 (bir) “20 Yanvar” əlilinə və 1 (bir) “Çemobıl faciəsi” əlilinə 2 otaqlı mənzillər ayrılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy komissiyasının xx.xx.2011-ci il tarixli qərarını nəzərə alaraq:

1. ünvan 1 ünvanda inşa olunmuş 81 mənzilli yaşayış binasında yaşayış yeri üzrə ünvan 2vbəsində olan və aşağıda adları qeyd olunan imtiyazlı ailələrə mənzil verilsin: 1.4. Binanın 4-cü mərtəbəsindəki, ümumi sahəsi 87,85 kv.m. yaşayış sahəsi, 44,52 kv. olan 2 otaqlı, 66 N-li mənzili 4 (dörd) nəfər ailə tərkibi ilə birlikdə 2-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı adma sosial kirayə müqaviləsi bağlanılsın və mənzil növbəsindən çıxarılsınlar. İddiaçı – 1972 (özü) X5 – 1980 (həyat yoldaşı) X10 – 2001 (oğlu) X11 – 2005 (qızı)

8. Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 550 nömrəli Arayışa əsasən İddiaçı Bakı şəhəri, Lökbatan qəsəbəsi, İ.Orucov küçəsi, 15b №-li 9 mərtəbəli evin 4-cü mərtəbəsində, sahəsi 44,52 kv.m olan 66 №-li 2 otaqlı mənzilində yaşayır. Evin sahibi Qaradağ rayon İcra Hakimiyyətidir. Mənzili icarəyə götürən İddiaçıdur. İddiaçı Qüdrət – özü – xx.xx.1972 – xx.xx.2012 X5 – həyat yoldaşı – xx.xx.1980 – xx.xx.2012 X10 – oğlu – xx.xx.2001 X11 – qızı – xx.xx.2005 X6 – oğlu – xx.xx.2015 – xx.xx.2015

9. 28.08.2024-cü il tarixli, **********326 nömrəli Ərizəyə əsasən X5 ünvan 3 ünvanda yerləşən mənzilin İddiaçı Qüdrət oğlunun adına özəlləşdirilməsinə etiraz etmir.

10. 28.08.2024-cü il tarixli, **********322 nömrəli Ərizəyə əsasən X11 ünvan 3 ünvanda yerləşən mənzilin İddiaçı Qüdrət oğlunun adına özəlləşdirilməsinə etiraz etmir.

11. 28.08.2024-cü il tarixli, **********323 nömrəli Ərizəyə əsasən X10 ünvan 3 ünvanda yerləşən mənzilin İddiaçı Qüdrət oğlunun adına özəlləşdirilməsinə etiraz etmir.

12. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) Aktına əsasən mənzil 9 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşir, giriş – 3, soldan 3-cü qapı.

13. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B ünvanında yerləşən bir neçə mənzilə dair mülkiyyət hüququnun qeydə alınması barədə məlumatlar təqdim edilmişdir. Belə ki, ünvan 4 ünvanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 550 nömrəli, xx.xx.2011ci il tarixli sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 25 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamına, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 551 nömrəli xx.xx.2011-ci il tarixli sərəncamına, 276 nömrəli xx.xx.2019-cu il tarixli Forma 2 arayışına, Razılıq ərizələrinə və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1197/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən qeydiyyata alınmışdır. ünvan 6 ünvanı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 164 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamına və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8461/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən qeydiyyata alınmışdır. ünvan 8 ünvanı Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 98 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamından çıxarışa, xx.xx.2017-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə”yə, Razılıq ərizələrinə və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12574/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən qeydiyyata alınmışdır.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B, mənzil 61 (Yeni qaydalarla: ünvan 10 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X2 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B, mənzil 49 (Yeni qaydalarla: ünvan 11 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X7 adına xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2318/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin 2 saylı mənzilinə dair X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

17. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti inzbati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

25. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

26. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

27. X22 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

29. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

31. Cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.11-ci maddəsinə (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi) istinad edərək iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir.

32. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı Qüdrət oğlu 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, övladı) xx.xx.2002-ci ildə mənzil uçotuna götürülmüşdür (Səbail Rayon İcra Hakimiyyəti Başçısının “Mənzil növbəsinin bölünməsi haqqında” xx.xx.2002-ci il tarixli, 57 nömrəli Sərəncamına əsasən). Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının “Əlil və şəhid ailələrinə yaşayış sahəsinin verilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 217 nömrəli Sərəncamına əsasən ünvan 1 ünvanda inşa olunmuş 81 mənzilli yaşayış binasının 4-cü mərtəbəsindəki, ümumi sahəsi 87,85 kv.m. yaşayış sahəsi, 44,52 kv. olan 2 otaqlı, 66 N-li mənzilə dair 4 (dörd) nəfər ailə tərkibi ilə birlikdə 2-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı adına sosial kirayə müqaviləsi bağlanılmış və mənzil növbəsindən çıxarılmışdır. Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 550 nömrəli Arayışa əsasən İddiaçı 5 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Lökbatan qəsəbəsi, İ.Orucov küçəsi, 15b №-li 9 mərtəbəli evin 4-cü mərtəbəsində, sahəsi 44,52 kv.m olan 66 №-li 2 otaqlı mənzilində qeydiyyatda olmaqla yaşayır.

33. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

34. Məhkəmə iddiaçının ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, iş materiallarına əlavə olunmuş ərizələrə əsasən mübahisələndirilən mənzilin İddiaçı Qüdrət oğlunun adına özəlləşdirilməsinə etiraz edilmir.

35. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 217 nömrəli Ssərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, mübahisəli daşınmaz əmlak iddiaçıya ailə üzvləri ilə birlikdə Səbail rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli sərəncamı əsasında ayrılsa da, iddiaçının mübahisəli mənzilə hüquqları xx.xx.2011-ci il tarixdən deyil, mənzilin ona verilməsi vaxtından əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək – xx.xx.2009-cu ilədək yaranmışdır. Çünki İddiaçı Qüdrət oğlu xx.xx.2002-ci ildən Qarabağ müharibəsinin əlili kimi mənzil növbəsində olmuşdur.

36. Məhkəmə eyni zamanda hesab edir ki, mənzil üzərində hüquqların yaranması əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.1ci maddəsi çıxış edir. Belə ki, Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının “Əlil və şəhid ailələrinə yaşayış sahəsinin verilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 217 nömrəli Sərəncamına əsasən müəyyən edilir ki, qeyd edilən yaçayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir. Odur ki, binanın inşa edilməsinin məqsədi məhz qeyd edilən kateqoriyadan olan şəxslərin mənzil ehtiyacının təmin edilməsi ilə bağlı olmuş və dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Çıxarışa əsasən İddiaçı Qüdrət oğluna sağ ayağın aşağı 1/3 hissəsinin dəlib keçən güllə yaralanması. Sağ ayağın əzələ atrofiyası. Yerişin pozulması diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2003-cü il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

37. Məhkəmə nəzərə alır ki, həmin mənzillərin müvəqqəti olaraq və ya kirayəyə verilməsinə dair sərəncamda hər hansı qeyd yoxdur. Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının “Əlil və şəhid ailələrinə yaşayış sahəsinin verilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 217 nömrəli Sərəncamı ləğv edilməmiş və ya geri çağırılmamışdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələrək vətəndaşın həmin aktla tanınmış və faktiki olaraq icra edilmiş hüquqlarının qeydiyyatını tələb etmək hüququ vardır.

38. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzillə eyni binada yerləşən digər mənzillər üzərində başqa şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qedyiyyata alınmışdır. Belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftar (hüquqlarının qeydiyyatından imtina) bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər.

39. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

40. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

41. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

42. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

43. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbi, Seymur Orucov küçəsi, 15B saylı evin 66 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar