Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4372/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında yerləşən ölçüsü 0.01 ha olan torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında yerləşən ölçüsü 0.00033 ha olan torpaq sahəsini İddiaçı satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında yerləşən ölçüsü 0.010330 ha, yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan torpaq sahəsində ölçüsü 160.2 kv.m, hündürlüyü 7.55 m olan iki mərtəbəli fərdi yaşayış evi inşa etməsi barədə məlumat vermişdir. Həmin ərizələr xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Sabunçu Rayon İcra Hakimiyyətinə çatmışdır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında inşa edilən fərdi yaşayış evi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli bildiriş göndərmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında inşa edilən fərdi yaşayış evinin tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciətinin olub-olmaması barədə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq 5-18/2-957/2024 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən vətəndaş İddiaçı tərəfindən Sabunçu RİH-yə müraciətin daxil olmadığı bildirilmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin bir hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan torpaq sahəsindən kənarda - digər şəxsin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Daha sonra iddiaçı yenidən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə eyni məzmunlu ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixli məktubla cavabdeh “qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********64 nömrəli xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir” məzmunlu imtina cavabı vermişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının vəzifə olaraq cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, JN-25612D KOD 00500026 saylı xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsi haqqında şəhadərnaməyə əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə ayrılmış 0.045 ha torpaq sahəsi X1 məxsus olmuşdur. X2 mülkiyyətində olan torpaq sahəsində 2006-cı ilin əvvələrində iki mərtəbədən ibarət ümumi sahəsi 160 kv.m olan fərdi yaşayış evi tikmişdir. 2019-cu ilin aprel ayının sonlarında X1 məxsus olmuş 0.045 ha torpaq sahəsindən 0.01 ha hissəsini alğı-satqı əsasında əldə etmişdir. Bu barədə hüquqların qeydiyyatına dair xx.xx.2019-cü il tarixli ********** saylı qeydiyyat nömrəsi olan çıxarışı var. Almış olduğu torpaq sahəsi üzərində satıcı tərəfindən 2006-cı ilin əvvələrində tikilmiş iki mərtəbədən ibarət ümumi sahəsi 160 kv.m olan fərdi yaşayış evi mövcud olmuşdur. 2024-cü ilin fevral ayının 21-də Sabunçu Rayon İcra Hakimiyiyyətinə məlumatlandırma icraatı şəklində məktub göndərməklə, eyni zamanda fərdi yaşayış evinin üzərində dövlət reyestrində hüququnun qeydiyyatı ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarxli cavab məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən tikilmiş fərdi yaşayış evinin bir hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən kənarda - digər şəxsin mülkiyyətində olan torpaq sahəsində inşa olunduğundan, eyni zamanda sözügedən fərdi yaşayış evinin tikintiyə başlanılmasından əvvəl Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatı qaydasında məlumat verilmədiyi üçün mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdehin məktubunda qeyd edilən halların aradan qaldırılması məqsədilə istifadəsində olan fərdi yaşayış evinin qonşu torpaq ərazisinə düşən hissəsinə dair X2 ilə aralarında xx.xx.2024-cü il tarixdə 0.003.3 ha hissəyə dair torpaq sahəsinin alğı-satqısı həyata keçirilməklə torpağa dair bölgü sxemi tərtib edilmiş və bu barədə hüquqların qeydiyyatına dair xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarış əldə edilmişdir. Bundan əlavə, tərəfindən təkrar olaraq 2024-cü ilin avqust ayının 13-də Sabunçu Rayon İcra Hakimiyiyyətinə məlumatlandırma icraatı şəklində məktub göndərilmişdir. Tərəfindən cavabdehin birinci imtina məktubunda qeyd edilənlər aradan qaldırıldıqdan sonra 2024-cü ilin avqust ayında təkrar olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilsə də, xx.xx.2024-cü il tarixdə cavab məktubu ilə qeyd edilən müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab verildiyini göstərməklə tələbindən imtina edilmişdir. İddiaçı cavabdehin fərdi yaşayış evinin qeydiyyata alınmasına dair imtinasını əsassız hesab edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin (vəkili) “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən torpaq sahəsində tikilmiş ümumi sahəsi 160.9 kv metr olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq bununla bağlı çıxarışın və texniki pasportun verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsasladırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında inşa edilən fərdi yaşayış evinin tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciətinin olub-olmaması barədə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq 5-18/2-957/2024 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən vətəndaş İddiaçı tərəfindən Sabunçu RİH-yə müraciətin daxil olmadığı bildirilmişdir. “Şəhərsalma və Tikinti” Məcəlləsinin 80.4-cü maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1, 80.1-1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 4. Torpaq sahəsi ...
4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlili ondan ibarətdir ki, İddiaçı tərəfindən fərdi yaşayış evinin tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə Sabunçu RİH-yə müraciətin daxil olmaması, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin bir hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan torpaq sahəsindən kənarda, digər şəxsin mülkiyyətində olan torpaq sahəsində inşa edilməsi təşkil edir. Cavabdehin “İddiaçı tərəfindən fərdi yaşayış evinin tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə Sabunçu RİH-yə müraciətin daxil olmaması” dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materialları ilə müəyyən edilir ki, fərdi yaşayış evi xüsusi mülkiyyətdə olan kateqoriyasına görə yaşayış məntəqlərinə aid torpaqda yerləşir, hündürlüyü 7.55 m-dir. İddiaçı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan torpaq sahəsində ölçüsü 160.2 kv.m, hündürlüyü 7.55 m olan iki mərtəbəli fərdi yaşayış evi inşa etməsi barədə məlumat vermişdir. Həmin ərizələr xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Sabunçu Rayon İcra Hakimiyyətinə çatmışdır. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Sabunçu Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.6-cı maddəsinə əsasən Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında tikinti işlərinin başa çatdırılması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətini məlumatlandırmışdır. Qeyd edilən müraciət 5-18/1-M- 428-151/2024 saylı xx.xx.2024-cü il tarixli nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin “elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin bir hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan torpaq sahəsindən kənarda - digər şəxsin mülkiyyətində olan torpaq sahəsində inşa edilməsi” dəlilinə münasibətdə isə bildirilir ki, iddiaçı tərəfindən cavabdehin qeyd etdiyi digər şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair həmin şəxslə alğı-satqı müqaviləsi bağlanılmış və mübahisəli torpaq sahəsini alaraq xüsusi mülkiyyətinə keçirmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, fərdi yaşayış evinin hüquqmüəyyənedici sənəd üzrə 160.9, faktiki -160.9, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə - 103.0, faktiki - 103.0 təşkil edir. 3 tərəf qonşu bir tərəf yol, ********** saylı işin icrası zamanı evin 3.0 kv.m hissəsi artıq torpağa düşür, sonradan 3.0 kv.m torpaq sahəsi qonşu ilə alğı-satqı olunub, hal-hazırda ev tam torpaq sahəsinin üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsində xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 160.9 kv.m fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı çıxarışın və texniki pasportun verilməsi ödəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X3