Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4374/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, hərbiçi, işsiz), cavabdehin nümayəndəsi X3 ( Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhər Cavabdeh başçısının 194 nömrəli 19.08.2020-ci il tarixli sərəncamın ləğv edilməsi və Bakı şəhər Cavabdeh başçısının 41 nömrəli 11.02.2020-ci il tarixli sərəncamın bərpa olunması, mənzil növbəsinə alınması və mənzilin müvəqqəti kirayəsi üçün kompensasiyanın ödənilməsi” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhər Cavabdeh başçısının 194 nömrəli 19.08.2020-ci il tarixli sərəncamın ləğv edilməsi və Bakı şəhər Cavabdeh başçısının 41 nömrəli 11.02.2020-ci il tarixli sərəncamın bərpa olunması, mənzil növbəsinə alınması və mənzilin müvəqqəti kirayəsi üçün kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16.09.1994-cü ildən 01.12.2018ci ilə qədər həqiqi hərbi xidmət keçmişdir.01.12.2018-ci il tarixdə ailə vəziyyətində yaranan problemlər səbəbindən öz arzusu ilə ordu sıralarında ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmət müddətində mayor rütbəsinə kimi yüksəlmişdir. Ehtiyata buraxıldığı üçün Bakı şəhəri Cavabdehndə mənzil növbəsinə durmaq üçün müraciət etmişdir. Bakı şəhəri Cavabdeh başçısının 11.02.2020-ci il tarixli sərəncamına əsasən onun güzəştli əsaslarla mənzil növbəsinə götürülməyi barədə göstəriş verilmişdir. Lakin iddiaçının öz arzusu ilə ehtiyata buraxılmağı əsas gətirilərək onu mənzil növbəsinə almaqdan imtina etmişlər. Halbuki Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hərbi qulluqçuların mənzillə təmin olunması üçün nəzərdə tutulan şərtlərdə öz arzusu ilə və ya müddətin bitməsi ilə ehtiyata buraxılma qeyd olunmamışdır. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən azı 15 təqvim ili xidmət etmiş hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınana qədər müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyaların ödənilməsi qaydası nəzərdə tutulur. İddiaçı 24 il 3 ay müddətində qüsursuz hərbi xidmət keçsə də, Bakı şəhəri Cavabdeh onu mənzil növbəsinə almaqdan imtina edir. Hal-hazırda həyatb yoldaşından boşandığı üçün iki övladıda onun himayəsindədir. Onlarda birlikdə kirayə yaşayır. Aylıq 250 manat kirayə haqqı ödəyir. Bu səbəbdən mənzillə təmin olunmağı üçün mənzil növbəsinə alınmağını tələb edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın bildirilməsi haqqında məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. İddiaçı A. İsmayılov məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi S.Rzayev məhkəmə iclasında iddiaçının öz arzusu ilə ehtiyyata buraxıldığı üçün hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edildiyini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdehin nümayəndəsi S.Rzayev məhkəmə iclasında iddiaçının öz arzusu ilə ehtiyyata buraxıldığı üçün hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmədiyini bildirmişdir. Məhkəmə iddiаçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi qismən əsaslı, qismən əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının iddiaçıya ünvanladığı 03.02.2021-ci il tarixli, məktubunun surətinə əsasən bildirilmişdir ki, o, Cavabdeh Başçısının 41 nömrəli, 11.02.2020-ci il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə etiyata buraxılmağı səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən mənzil növbəsinə götürülməyi nəzərdə tutulmadığından Cavabdeh Başçısının 194 nömrəli, 19.08.2020-ci il tarixli Sərəncamı ilə Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. Cavabdeh Başçısının 41 nömrəli, 11.02.2020-ci il tarixli sərəncamına əsasən, İddiaçı 3 nəfər ailə tərkibi (özü, oğlu İsmayılzadə Sanar, qızı İsmayılzadə Aliya) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan olan zabitlərin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 19.08.2020-ci il tarixli, 194 nömrəli sərəncamına əsasən, İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 41 nömrəli, 11.02.2020-ci il tarixli sərəncamı ləğv olunmuşdur. Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi barədə 08 yanvar 2021-ci il tarixli müqavilədən (kirayə müqaviləsi) görünür ki, kirayə verən X4 mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili kirayəçi İddiaçı kirayəyə vermişdir. EZ ******* nömrəli, İddiaçı aid olan hərbi biletin surətindən görünür ki, o 16.04.1994cü ildən 01.12.2018-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 11.02.2021-ci il tarixli, **********221 nömrəli elektron arayışa əsasən, xx.xx.1977-ci il təvəllüdlü ünvan 3 ünvanında yaşayan İddiaçı rütbəsi mayor, 16.09.1994cü ildən 01.12.2018-ci ilədək həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdıqdan sonra ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalın verilməsinə dair vəsiqənin surətinə əsasən iddiaçı 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. Qüsursuz xidmətə görə 2-ci dərəcəli medalın verilməsinə dair vəsiqənin surətinə əsasən iddiaçı 2-ci dərəcəli medal ilə təltif olunmuşdur. Qüsursuz xidmətə görə 1-ci dərəcəli medalın verilməsinə dair vəsiqənin surətinə əsasən iddiaçı 1-ci dərəcəli medal ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin 30.11.2018ci il tarixli, 342 nömrəli arayışına əsasən, mayor İddiaçı xidmət etdiyi müddətdə yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 14.06.2019cu il tarixli, 2590 nömrəli arayışına əsasən, ehtiyatda olan mayor İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 13.06.2019-cu il tarixli arayışa görə, İddiaçı adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5766/2019 saylı işi üzrəq əbul etidyi 02.12.2019-cu il tarixli qətnaməsinə əsasən, X1 ilə İddiaçı arasında Lerik rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 235 sayla qeydə alınmış 14.09.2001-ci il tarixli nikahın pozulması, 11.03.2006-cı il təvəllüdlü X5 və 02 noyabr 2006-cı il təvəllüdlü X6 atası X7 himayəsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 20 ildən artıq müddət (16.09.1994-cü ildən 01.12.2018-ci ilədək) ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Bu müddət ərzində fərdi ev tikintisi üçün torpaq sahəsi ilə və ya mənzillə təmin olunmamışdır. Cavabdeh qanunvericilik ilə hərbi qulluqçular üçün nəzərdə tutulmuş imtiyazları nəzərə alaraq iddiaçının hərbi qulluqçular üçün güzəştli mənzil növbəsinə götürülməsi barədə qəbul etdiyi 41 nömrəli 11.02.2020-ci il tarixli, sərəncamını sonradan özünün 194 nömrəli, 19.08.2020-ci il tarixli sərəncamı ilə ləğv edilməsi, İddiaçı və onun ailə üzvlərinin hərbi qülluçuların güzəştli mənzil növbəsindən çıxarılması qərara almışdır. İddiaçı cavabdehin 194 nömrəli, 19.08.2020-ci il tarixli sərəncamını əsassız və qanunsuz olduğundan ləğv edilməsini, mənzil növbəsində bərpa edilməsini, mənzil kirayə haqqının ödənilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.–ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddiaçı məhkəmədən əvvəl cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iddiaçının iddia ərizəsi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə hesab edir ki, iddiaçı üçün əlverişli inzibati akt olan 11.02.2020-ci il tarixli, 41 nömrəli sərəncamının ləğvi üçün yuxarıda göstərilmiş halların heç biri mövcud olmamışdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun” 10- cu maddəsinə əsasən, Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Göründüyü kimi qanunviriciliyin tələblərinə əsasən, hərbi qulluqçusunun güzəştli mənzil növbəsinə alınması üçün aşagıdakı şərtlər mövcud olmalıdır: 15 il və daha çox hərbi xidmət etməsi, yaşayış sahəsinə ehtiyacı olması. İş üzrə mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, iddiaçı 20 ildən artıq müddət ərzində hərbi xidmət etmişdir, mayordur, hal-hazırda yaşadığı mənzilin mülkiyyətçisi deyil, nə onun nə də ailə üzvlərinin torpaq sahəsi və yaşayış sahəsi yoxdur, o, yaşadığı mənzilin kirayəçisidir, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı üçün əlverişli qanuni inzibati akt olan güzəştli mənzil növbəsinə götürülməsi barədə 11.02.2020-ci il tarixli, 41 nömrəli sərəncamın ləğvi barədə Cavabdeh 194 nömrəli 19.08.2020-ci il tarixli sərəncamın qəbul edilməsi qanuna uyğun olmamışdır. Bu səbəbdən də, 194 nömrəli 19.08.2020-ci il tarixli sərəncamın ləğv edilməsi tələbində iddiaçı haqlıdır. İddiaçı eyni zamanda yaşayış sahəsi ilə təmin edilməməsi əsası ilə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi barədə kompensasiya cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən tələb edir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1-ci bəndində göstərilmişdir: “1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat,1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat;1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat,1.3. digər yaşayış məntəqələrində –55 manat.” Göründüyü kimi, qanunvericilikdə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ ehtiyata və ya istefaya buraxılmış bütün kateqoriya hərbi qulluqçulara deyil, yalnız bəzi kateqoriyaya şamil edilmiş, öz arzusu ilə ehtiyata buraxılmış zabitlər üçün bu ödənişlərin edilməsi nəzərdə tutulmamışdır. İşin faktiki hallarına əsasən, iddiaçı 01.12.2018-ci il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.9-ci maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, cаvаbdеh Bakı şəhəri Cavabdeh 194 nömrəli, 19.08.2020-ci il tarixli sərəncamı ləğv edilməli, iddiaçının mənzil növbəsində bərpa edilməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə - müvəqqəti mənzil kirayəsi xərclərin ödənilməsi -təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 34-cü, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhər Cavabdeh başçısının 194 nömrəli 19.08.2020-ci il tarixli sərəncamı ləğv edilsin. İddiaçı güzəştli mənzil növbəsində bərpa edilməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə- müvəqqəti mənzil kirayəsi xərclərin ödənilməsi -hissədə rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4374/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4374/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver