Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4374/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7i Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş vəsaitin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7i Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialı tərəfindən əsassız olaraq hesablanmış 1646.66 manat borcun silinməsi və tutulmuş 385.67 manat məbləğində maliyyə vəsaitinin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialının 14 iyun 2021-ci il tarixli 23398 saylı qərarı ilə ona 12 noyabr 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixinədək artıq ödənilmiş 2032.33 manat məbləğdən (vətəndaş İddiaçı təyin edilmiş xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yaşa görə sosial müavinətdən cəmi 385.67 manat tutulduqdan sonra) 1646.66 manat qalır ki, həmin məbləğdə xx.xx.2021-ci il tarixindən ayda 26 manat sosial müavinətindən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. Sosial müavinətdən pul tutulması üçün ilk öncə məhkəmənin hər hansı bir qərarı və ya qətnaməsi olmalıdır. Əsassız yerə cavabdeh orqan iddiaçının pulunu tutmuşdur. Bu isə iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddiaçının adına VÖEN olsa da, o sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Bununla bağlı iddiaçının sosial arayışı da vardır. xx.xx.2019-cu il tarixdən 30 iyun 2021-ci il tarixədək olan hesabat dövrləri üçün iddiaçının tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə müəyyən olunmamışdır. Həmçinin iddiaçının vergi uçotu 02 aprel 2021-ci il tarixdən ləğv edilmişdir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 filialına müarciət etmiş və ona imtina verilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7i Filialının iddiaya etirazında bildirilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmişdir. Fondun Mərkəzi filialı tərəfindən xidməti yoxlama zamanı məlum olmuşdur ki, ərizəçi 12.11,2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda (VÖEN **********) sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Nəticədə İddiaçı aktiv vergi ödəyicisi kimi fəaliyyəti olduğundan həmin dövr üzrə aldığı 2032,33 manat artıq ödəmə məbləği kimi ödənilmişdir. Belə olan halda Fondun Sosial ödənişlərin təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş müavinətin tutulması haqqında xx.xx.2021-ci il tarixli 23398 nömrəli qərar qəbul edilmişdir. Ərizəçi İddiaçı təkrar müraciəti zamanı vergi ödəyicisi kimi əmək fəaliyyətinə xitam verildiyi üçün ona xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Fondun Sosial ödənişlərin təyinat üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 2032,33 manat artıq ödənilmiş məbləğdən (təyin edilmiş xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təyin edilmiş yaşa görə sosial müavinətdən cəmi 385.67 manat tutulduqdan sonra) 1646.66 manat qalıq borcu qalır ki, bu məbləğ xx.xx.2021-ci il tarixdən hər ay 26 manat sosial müavinətdən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Ərizəçinin xx.xx.2021 -ci il tarixinə qalıq borcu 1542.66 manat təşkil edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər .Həmin Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Nizamnaməsinin 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı İdarə Fleyətidir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Fieyətinin vəzifələrinə aid edilmişdir. X5 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial ödənişlərin X7i filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun Sosial ödənişlərin X7i filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2021-ci il tarixli 23398 nömrəli qərarının ləğv olunması və ondan tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7i Filialının xx.xx.2022-ci il tarixli **********9 nörməli məktubu ilə göndərilmiş iddiaçıya aid müavinat işinin surətindən görünür ki: -Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 68 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə X3 xx.xx.2017-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7i Filialının xx.xx.2021ci il tarixli, 23398 nömrəli qərarına əsasən xx.xx.1960-cı il il tarixində ünvan 2 ünvanında yaşayan vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 2032.33 manat artıq ödənilmiş məbləğdən (vətəndaş İddiaçı təyin edilmiş xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yaşa görə sosial müavinətdən cəmi 385.67 manat tutulduqdan sonra) 1646.66 manat qalır ki, həmin məbləğdə xx.xx.2021-ci il tarixindən ayda 26 manat sosial müavinətindən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. -İddiaçıya aid müavinət alt sistemindən görünür ki, X3 ödənilən sosial müavinət xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. -İddiaçı xx.xx.2021-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş 130 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. - X2 cavabdeh Sosial Ödənişlərin X7i Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində ona təyin edilmiş müavinətdən hər ay tutulan 26 manat pul vəsaitinin bərpa olunmasını və tutulan məbləğlərin geri qaytarılmasını xahiş etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7i Filialının iddiaçıya ünvanladığı artıq ödənilmiş sosial müavinatın tutulması haqqında xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubunda göstərilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda qadınların müavinət yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Bildiririk ki, sizə xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Mərkəzi Filialın xidməti yoxlaması zamanı məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz (VÖEN **********) halda sosial müavinətinizin ödənişi xx.xx.2021ci il tarixinədək davam etdirilmişdir. Nəticədə aktiv vergi ödəyicisi kimi fəaliyyətiniz olduğundan həmin dövr aldığınız 2032.33 manat artıq ödəmə məbləği sizə ödənilmişdir. Fondun Sosial Ödənişlərin X7i Filial tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək sizə artıq ödənilmiş müavinətin tutulması haqqında xx.xx.2021-ci il tarixli 23398 qərar qəbul edilimişdir. Təkrar müraciətiniz zamanı vergi ödəyiciniz kimi əmək fəaliyyətinizə xitam verildiyi üçün xx.xx.2021-ci il tarixindən sizə 130 manat yaşa görə sosial müavinət təyin edilmişdir. Sözügedən Qanunun 12.1-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Məlumat üçün bildiririk ki, artıq ödənilmiş 2032.33 manat artıq alınmış məbləğdən (sizə təyin edilmiş xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yaşa görə sosial müavinətinizdən cəmi 385.67 manat tutulduqdan sonra ) 1646.66 manat qalıq borcunuz qalır ki, bu məbləği xx.xx.2021 -ci il tarixindən hər ay 26 manat sizin aylıq sosial müavinətinizdən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Bildiririk ki, xx.xx.2021 -ci tarixinə qalıq borcunuz 1542.66 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli arayışında vergi ödəyicisi kimi fəaliyyətinizin dondurulması, ləvğ edilməsi haqqında məlumat qeyd olunmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, artıq ödənilmiş sosial müavinətin tutulması haqqında Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli 23398 qərarı qüvvədə qalır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 və 73.1-ci maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin göndərdiyi xx.xx.2022-ci il tarixli, **********719500 nömrəli məktubuna əsasən bildirilir ki, xx.xx.2022ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2006-cı il tarixində uçota alınmışdır. Fəaliyyəti xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək dayandırılmış, xx.xx.2007-ci il tarixdən bəyannamə ilə aktivləşmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2019 -cu il tarixədək dayandırılmış, 12 11.2019-cu il tarixdən vaxtı çatdığı üçün bərpa edilmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. İddiaçı vergi uçotu xx.xx.2021-ci il tarixindən ləğv edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin göndərdiyi xx.xx.2022-ci il tarixli, **********112800 nömrəli məktubunda bildirilmişdir ki, vergi ödəyicisinin vergi uçotu xx.xx.2021-ci il tarixdə ləğv olunduğu üçün müraciətinizdə qeyd olunan məlumatların təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin göndərdiyi xx.xx.2022-ci il tarixli, **********017600 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergi bəyannamələrinin (hesabatının) verilib-verilməməsi, vergi dövriyyəsinin olub-olmaması və vergi məsuliyyəti ilə bağlı məlumatın təqdim edilməsi barədə müraciətinizə (AVİS qeydiyyatı xx.xx.2022-ci il tarixli **********885300 nömrəli) Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsində baxılmışdır. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat dövrləri üçün tərəfinizdən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin vergi uçotu xx.xx.2021-ci il tarixdə ləğv olunduğu üçün müraciətinizdə qeyd olunan vergi məsuliyyəti ilə bağlı məlumatın təqdim edilməsi mümkün olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh SÖTMF-nin artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Tutulmuş məbləğin geri qaytarılması barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda onun aylıq müavinətindən tutulmaların aparıldığını bildirmiş, həmin məktubda sözügedən artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması ilə bağlı xx.xx.2021-ci il tarixli qərarın qəbul edildiyini bildirmiş, lakin qoşma olaraq adıçəkilən qərarı iddiaçıya göndərməmişdir. Qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçıya qərar ən tezi xx.xx.2021-ci il tarixli məktubla elan edilmiş, iddiaçı isə xx.xx.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, İddiaçı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.2-ci maddəsinə əsasən cavabdehin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN **********) olduğu əsas götürülməklə iddiaçıya müavinət ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Daha sonra iddiaçıya xx.xx.2021-ci il tarixindən sosial müavinət təyin edilmiş, lakin bu zaman aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək ödənilmiş 2032.33 manat sosial müavinətin 385.67 manat hissəsi xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yaşa görə sosial müavinətdən tutulmuş, yerdə qalan 1646.66 manat qalıq borcun xx.xx.2021-ci il tarixindən ödənilən sosial müavinətin məbləğindən ayda 26 manat tutulmaqla Fondun büdcəsinə ödənilməsi barədə xx.xx.2021-ci il tarixli 23398 nömrəli qərar qəbul edilmişdir. Hazırkı iş üzrə iddiaçı artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini mübahisələndirdiyindən məhkəmə həmin qərarın “İnzibati icraat haqqında”, “Qanunun prosessual normalarının tələbləri baxımından qanuniliyini yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun: -1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq müavinətin artıq ödənilib-ödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı müavinət işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əliverişsiz inzibati akt qəbul edilmiş və həmin aktın bilavasitə icra edilməsinə başlanılmışdır. Mübahisələndirilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, qərarın qəbulu ilə bağlı inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, artıq hesablama üçün əsas yaranmışdırsa, bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə məlumat qeyd edilməmişdir. Halbuki, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı işdən görünür ki, inzibati orqanın artıq ödənilmiş hesab etdiyi sosial müavinət iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək ödənilmiş müavinət məbləğidir ki, cavabdeh bu məbləği iddiaçının həmin dövrdə aktiv vergi ödəyicisi olması ilə əsaslandırır. Halbuki, iddiaçının icraat zamanı inzibati orqana təqdim etdiyi arayışlarda, eləcə də məhkəmənin sorğusu ilə əldə edilmiş cavab məktublarında iddiaçının həmin dövrdə aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu sübut olunmur. Belə ki, iddiaçı vergi ödəyicisi kimi xx.xx.2006-cı il tarixində uçota alınmış (VÖEN **********), fəaliyyəti xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılmış, vaxtı çatdığı üçün fəaliyyəti xx.xx.2019-cu il tarixdən bərpa edilmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat dövrləri üzrə dövriyyə məbləği müəyyən edilməmiş, daha sonra iddiaçının vergi uçotu xx.xx.2021-ci il tarixindən ləğv edilmişdir. Göründüyü kimi iddiaçının adına olan vergi uçotu sosial müavinət aldığı dövrdə iddiaçının verdiyi bəyannamə ilə aktivləşməmiş, yalnız vaxtı çatdığı üçün aktiv vəziyyətə gəlmişdir. Eyni zamanda qeyd edilən aktiv vəziyyətdə olan dövr üzrə iddiaçının ümumiyyətlə vergi dövriyyəsi olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının barəsində əliverişsiz inzibati aktı qəbul etməzdən öncə müvafiq sorğular verməklə araşdırma aparmamış və yaxud iddiaçının iştirakını bilavasitə təmin etməklə qeyd edilən hallara aydınlıq gətiməyə təşəbbüs göstərməmiş, bilavasitə artıq ödəmə hesab etdiyi pul vəsaitinin iddiaçının vergi uçotu ləğv edildikdən sonra təyin edilmiş müavinətindən tutulması barədə qanunazidd qərar qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən “artıq ödənilmiş sosial müavinətin tutulması” haqqında xx.xx.2021-ci il tarixli 23398 nömrəli qərar iddiaçıya münasibətdə əliverişsiz inzibati akt olmaqla yanaşı inzibati icraat haqqında hüquq normalarının tələblərinin pozulması ilə qəbul olunduğundan həm də qanunsuz inzibati akt hesab olunur. Qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalı və belə bir akt ləğv olunmaqla bərabər onun yaratmış olduğu hüquqi nəticələr də aradan qaldırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7i Filialının artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli, 23398 nömrəli qərarı ləğv edilməli və iddiaçıya xx.xx.2021-ci il tarixindən təyin edilən yaşa görə sosial müavinətdən tutulmuş vəsaitin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7i Filialının üzərinə üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7i Filialının artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli 23398 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2021-ci il tarixindən təyin edilən yaşa görə sosial müavinətdən tutulmuş vəsaitin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7i Filialının üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4374/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4374/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver