Məhkəmə qərarları › İş №2-1(112)-4379/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4379/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4379/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxs qismində şamil olunan əmək pensiyasının qanunda nəzərdə tutulduğu müddətdə və miqdarda hesablanıb ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 07.08.2013-cü il tarixdən ona yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, “Azneft” X2 Xidmətinin Mərkəzi Bazasında (İXMB) 06.12.1978-ci il tarixdən 02.08.1995-ci il tarixinədək çilingər vəzifəsində işləmişdir. Bu fakt onun əmək stajı barədə olan əmək kitabçası və eyni zamanda “X5 və Avtomatika” MMC tərəfindən verilmiş 23 yanvar 2019-cu il tarixli 03/19 saylı arayışla da təsdiq edilir. Onun əmək kitabçasına əsasən “Azneft” İB İstehsal Xidməti Mərkəzi Bazasında cəmi 23 il 06 ay çilingər vəzifəsində işləmişdir, bu sahədə 23 il 06 ay iş stajı vardır. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxs qismində pensiya çıxmaq üçün cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmiş, ona bildirilmişdir ki, guya onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıdakı vəzifələrə uyğun deyil, bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Halbuki, onun işlədiyi vəzifə qeyd olunan siyahıda nəzərdə tutulmuşdur. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında" qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 1 yanvar 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında" qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (Xİİ) qazma (1) və neft, qaz və qaz kondensatının hasilatı (2) bəndlərində: nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər (2130100a—18494); mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1.5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər (2130200a—18494) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının 20 sentyabr 1977-ci il tarixli İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı 06.12.1978 - 02.08.1995-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi Bazasında X5 və avtomatika çilingəri vəzifəsində işləmişdir. Göründüyü kimi, İddiaçının işləmiş olduğu peşə ilə yuxarıda göstərilən peşələr uyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallrında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi 03.10.1974-cü ildə verilmiş 56 saylı attestatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.12.1973-cü ildə Azərbaycan SSR Sumqayıt şəhəri 91 saylı Texniki məktəbinə daxil olmuş və 30.09.1974-cü il tarixində X5 çilingər sənəti üzrə tam kursu bitirmişdir. Ona 3-cü dərəcə ilə NÖC və A çilingər ixtisası verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 12.11.1974-cü ildən 04.12.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18.02.2020-ci il tarixli **********5 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma (10.1) və neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) -nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar; -mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1.5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz 20 sentyabr 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda 06.12.1978-02.08.1995-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi Bazasında X5 və avtomatika vasitələrinin əsaslı təmiri sexində X5 və avtomatikanın xidməti və təmiri ilə məşğul olan çilingər vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 18.01.2021-ci il tarixli **********1 saylı məktubda qeyd edilir: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 18 fevral 2020-ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu müraciətinizə baxaraq bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma (10.1) və neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) - nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar (Həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər); - mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1.5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 20 sentyabr 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda 06.12.1978-02.08.1995-cı il tarixləri arasındakı dövr ərzində “Azneft” İB-nin İstehsalat Xidmətinin Mərkəzi Bazasında X5 və avtomatika çilingəri vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz X5 və avtomatika çilingəri vəzifəsi yuxarıda qeyd olunan nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə cihazçılar və mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1.5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifələrinə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan “X5 və Avtomatika” MMC-nin 23.01.2019-cu il tarixli 03/19 nömrəli arayışından görünür ki, X4 həqiqətən də «Azneft» İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) 06.12.1978-ci il tarixindən (05.12.78-ci il, Əmr 227/K) 02.08.1995-ci il tarixinədək (02.08.95-ci il, Əmr 17/K.) NÖC və A çilingəri vəzifəsində işləmişdir. Cəmi iş staji 16 il 7 ay 26 gün. Yuxarıda göstərilən vəzifə və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən X5nın və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan X5 və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları güzəştli pensiya hüququna malikdirlər (KOD: 2130100a - 18494). 10.03.1993-cü il tarixdən İstehsalat Xidmətinin Mərkəzi Bazasının (İXMB) adı dəyişdirilərək «Azərineftavtomatika» müəssisəsi olmuşdur (əmr 77 №-li, 10.03.1993-cü il). 01.01.2002-ci il tarixdən «Azərineftavtomatika» müəssisəsi «X5 və Avtomatika» ASC-yə çevrilmişdir (Əmr 11 №-li, 13.03.02). 02.05.2011-ci il tarixdən “X5 və Avtomatika” ASC “X5 və Avtomatika” MMC-yə çevrilmişdir (Əmr 31 №-li, 02.05.2011-ci il). İş materiallarında olan “X5 və Avtomatika” MMC-nin 23.06.2021-ci il tarixli Cİ-100 nömrəli arayışından görünür ki, X4 həqiqətən də «Azneft» İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) 06.12.1978-ci il tarixindən (05.12.78-ci il Əmr 227/K) 02.08.1995-ci il tarixinədək (02.08.95-ci il Əmr 17/K) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş staji 16 il 7 ay 26 gün. Göstərilən vəzifə və iş stajı AR Nazirlər Kabinetinin 320 saylı 2 №-li əlavə 21.06.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən X5nın və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan X5 və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları güzəştli pensiya hüququna malikdirlər (KOD: 2130100a - 18494). 01.01.2002-ci il tarixdən «Azərineftavtomätika» müəssisəsi «X5 və Avtomatika» ASC-yə çevrilmişdir (Əmr 11 №-li - 13.03.02). 02.05.2011-ci il tarixdən «X5 və Avtomatika» ASC «X5 və Avtomatika» MMC-yə çevrilmişdir (Əmr 31 №-li - 02.05. 2011-ci il). İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 19.05.1977-ci ildə Azərbaycan Dəmir Yollarının Biləcəri vaqon deposunda Dəvəçi texniki baxış məntəqəsinə 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 29.11.1978-ci ildə köçdüyü üçün tutduğu vəzifədən azad edilmiş, 01.12.1973-cü il tarixdən 30.09.1974-cü il tarixinə qədər 91 saylı TM-də təhsil almış, 17.11.1974-cü il tarixindən 04.12.1976-cı il tarixinədək Sovet ordusunda xidmət etmiş, 06.12.1978-ci ildə “Azneft” İstehsalat Birliyinin istehsalat xidməti mərkəzi bazasında 3 saylı xidmətə 3-cü dərəcə ilə NÖC və A üzrə çilingər vəzifəsinə NÖC və A sexinə işə qəbul edilmiş (Dəvəçi sahəsi), 20.03.1985-ci ildə NÖC və A çilingəri üzrə 4-cü dərəcə verilmiş, 01.09.1988-ci ildə əmək haqqının ödənilməsinin yeni tarif şərtlərinin tətbiq edilməsi ilə əlaqədar olaraq (1986-cı il tarixli ETKS2) NÖC və A üzrə 3-cü dərəcə verilmiş, 10.03.1993-cü ildə İXMB-nin adı dəyişdirələrək “Azərineftavtomatika” müəssisəsi olmuşdur, 02.08.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 04.08.1995-ci ildə “Azərineftavtomatika” müəssisəsi 17 saylı İxtisaslaşmış Təmir Tikinti Quraşdırma İdarəsində 3-cü dərəcəli çilingər ixtisasına qəbul edilmiş, 15.03.1996-cı ildə verdiyi ərizəyə əsasən işdən azad edilmiş, 26.03.1996-cı ildə “Azərineftavtomatika” müəssisəsi NÖC və A üzrə çilingər vəzifəsinə NÖC və A sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, 02.01.2001-ci ildə ona 4-cü dərəcə verilmiş, 01.01.2002-ci ildə “Azərineftavtomätika” müəssisəsi “X5 və Avtomatika” ASC-yə çevrilmişdir, 06.01.2003-cü ildə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsi pozulmuş hesab olunmuşdur, 04.02.2004-cü ildə Muğansutikinti Törəmə Müəssisəsinin Əli-Bayramlı Tikinti filialında 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, 01.05.2007-ci ildə əmək müqaviləsinin müddəti qurtardığı üçün işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur, 01.12.1973-cü ildən 30.09.1974-cü ilədək Sumqayıt şəhəri 91 saylı Texniki məktəbində təhsil almış, 30 sentyabr 1974-cü il tarixində X5 çilingər sənəti üzrə tam kursu bitirmiş, ona 3-cü dərəcə ilə NÖC və A çilingər ixtisası verilmişdir, 12.11.1974-cü ildən 04.12.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 19.05.1977-ci ildə Azərbaycan Dəmir Yollarının Biləcəri vaqon deposunda Dəvəçi texniki baxış məntəqəsinə 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 29.11.1978-ci ildə köçdüyü üçün tutduğu vəzifədən azad edilmiş, 06.12.1978-ci ildə “Azneft” İstehsalat Birliyinin istehsalat xidməti mərkəzi bazasında 3 saylı xidmətə 3-cü dərəcə ilə NÖC və A üzrə çilingər vəzifəsinə NÖC və A sexinə işə qəbul edilmiş (Dəvəçi sahəsi), 20.03.1985-ci ildə NÖC və A çilingəri üzrə 4-cü dərəcə verilmiş, 01.09.1988-ci ildə əmək haqqının ödənilməsinin yeni tarif şərtlərinin tətbiq edilməsi ilə əlaqədar olaraq (1986-cı il tarixli ETKS2) NÖC və A üzrə 3-cü dərəcə verilmiş, 02.08.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 04.08.1995-ci ildə “Azərineftavtomatika” müəssisəsi 17 saylı İxtisaslaşmış Təmir Tikinti Quraşdırma İdarəsində 3-cü dərəcəli çilingər ixtisasına qəbul edilmiş, 15.03.1996-cı ildə verdiyi ərizəyə əsasən işdən azad edilmiş, 26.03.1996-cı ildə “Azərineftavtomatika” müəssisəsi NÖC və A üzrə çilingər vəzifəsinə NÖC və A sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, 02.01.2001-ci ildə ona 4-cü dərəcə verilmiş, 06.01.2003-cü ildə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsi pozulmuş hesab olunmuşdur, 04.02.2004-cü ildə Muğansutikinti Törəmə Müəssisəsinin Əli-Bayramlı Tikinti filialında 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, 01.05.2007-ci ildə əmək müqaviləsinin müddəti qurtardığı üçün işdən azad edilmişdir. 10.03.1993-cü ildə İstehsalat Xidmətinin Mərkəzi Bazasının adı dəyişdirilərək «Azərineftavtomatika» müəssisəsi olmuş, 01.01.2002-ci ildə «Azərineftavtomatika» müəssisəsi «X5 və Avtomatika» ASC-yə çevrilmiş, 02.05.2011-ci ildə “X5 və Avtomatika” ASC “X5 və Avtomatika” MMC-yə çevrilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Vİİ. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Təhsil aldığı və həqiqi hərbi xidmət keçdiyi müddət də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 30 il 04 ay 22 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 06.12.1978-ci ildən 02.08.1995-ci ilədək “Azneft” İstehsalat Birliyinin istehsalat xidməti mərkəzi bazasında X5 və avtomatika (NÖC və A) üzrə çilingər vəzifəsində işləmişdir (16 il 07 ay 26 gün). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur - Xİİ Bölmə, Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 1ci bənd Qazma, «a» yarımbəndi fəhlələr, kod 2130100a—18494 - nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 16 il 07 ay 26 gün). İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 57 yaşının tamam olduğu 07.08.2013-cü il tarixdən əmək pensiyasının hesablanıb ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməklə əmək pensiyasının iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 07.08.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar