Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4382/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2 saylı Kliniki Psixiatriya xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2 saylı Kliniki Psixiatriya xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əlilliyin təyin edilməsi” tələbinə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı əsasında, hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının nəzərə alınaraq, “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması”na görə orqanizmin funksiyalarının pozulmasının müvafiq dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Agentliyin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci il tarixdə doğulmuşdur. Bakı şəhəri Sabunçu RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış və döyüş zonasında vətəni müdafiə edərkən xx.xx.1992-ci ildə yaralanmış və travma almışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli qərarında onun yaralanmağında bağlı “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” qeyd edilmişdir. Ona 2-ci qrup əlillik təyin edilmiş və o, 10 ildən çox bir vaxtda müvafiq ödəniş almışdır. Lakin sonradan mənim əlilliyi ləğv edilmişdir və ödəniş dayandırıldı. Halbuki onun başında olan narahatçılıqlar bütün həkimlər tərəfindən təsdiqlənir, bütün müvafiq sənədləri mövcuddur. Bundan sonra onun əlillik vəziyyəti qiymətləndirilməsi üçün cavabdeh Agentliyə göndəriş verilmişdir. Lakin cavabdeh qurum imtina ilə cavab vermişdir. Belə ki, imtina məktubunda qeyd olunmuşdur ki, ona qoyulan diaqnoz əlillik səbəbi təyin etmir. Lakin qeyd olunmalıdır ki, cavabdehin bu imtinası tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə 2 saylı Kliniki Psixiatriya xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Üçüncü şəxs – 2 saylı Kliniki Psixiatriya xəstəxanasının iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Cavabdeh Agentliyin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, icraatda olan İddiaçı cavabdeh Agentliyə qarşı “qərarın ləğv edilməsi” tələbi əsassızdır. Agentliyin Tibbi-sosial ekspert komissiyasının 11 oktyabr 2024cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 3875003AAB9M nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli Z00137126SUZ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-1839/2024). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1510 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Təpə, boyun və kürəyin sol yarısının xırda qəlpə yaraları, qəlpələrin çıxarılmasından sonrakı vəziyyət' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başından xəsarət aldığı bildirmiş, saq qulağında eşitmə zəifliyi, başaqrıları, özünü idarə edə bilməməsindən şikayətlənmişdir. Komissiyaya dəvət olunmuş yoldaşı 5-6 ildir səhhətində problem yarandığını, eşitmə zəifliyindən, qıcolma tutmalarından əziyyət çəkdiyini, tutma zamanı çoxlu qışqırıb yerə yıxıldığını, qəlpə olduğuna görə MRT müayinəsindən keçə bilmədiyini bildirmişdir. Baxış zamanı alında, təpədə, saq kürəkdə, saq baldırın orta 1/3-də çapıqlar izlənmiş, hərəkətləri sərbəst olmuş, hər iki topuq və ayaqarxasında nəbz əllənmişdir. Psixi müayinə zamanı kooqnitiv funksiyaları qorunmuş, özünü, fikrini izah etmiş, qavramışdır. Spesifik suallardan yayınmış, cavablandırmamış, digər suallarda aktiv olmuş, koqnitiv olaraq çaşqın, konsentrasiyası davamsız olmuşdur. Ekspertiza üçün əhəmiyyətli olan kranial müayinə nəticələri təqdim edilmədiyindən KT müayinəsi olunması üçün göndəriş verilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, özünü idarə edə bilməməsindən, ~10 ildir insulindən asılı şəkərli diabet xəstəliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında odun doğradığı zaman sağ aşağı ətrafına balta ilə xəsarət yetirdiyini, gündə üç dəfə 25 vahid insulin vurduğunu bildirmişdir. Müayinə zamanı başın alın-təpə nahiyələrini əhatə edən ~7-8 sm ölçüdə çapıq izlənilmiş, hər iki aşağı ətrafda ön və arxa qamış arteriyaları üzərində nəbz hiss edilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Təqdim olunmuş, tibbi sənədlərdə “Demensiya” diaqnozu qeyd olunsa da, vətəndaş müayinə zamanı “Niyə mənə sual verirsiz? 3 ildir fırladırsız məni” kimi ifadələr işlətmiş, bu da vətəndaşın 3-cü dəfədir əlillik təyinatına müraciət etməsini xatırlamasını müyənləşdirilmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda vətər refleksləri canlı alınmış D=S, patoloji reflekslər “Marinesko-Radoviç”, “Babinski” mülayim müsbət, əzələ gücü və tonus tam, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, burun barmaq sınağını düzgün icra etmişdir. Psixi statusunda vətandaş çox acıqlı, əsəbi, gərgin izlənilmiş, bələdliyi bütün növlərdə qorunmuşdur. Təqdim edilən sonuncu tibbi müalicə sənədində (epikriz) qeyd olunan demensiya diaqnozu baş-beynin instrumental müayinə (MRT) nəticəsində və hal-hazırkı klinika ilə təsdiqlənməmişdir. Tibbi müayinə sənədlərində eyni illərdə fərqli stasionarlar bir-birinə uyuşan diaqnozlar qeyd olunub, lakin Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli epikrizində qeyd olunan “Başbeyin travmasının qalıq əlamətləri, astenik sindromla” diaqnozu vətəndaşın klinik əlamətlərinə xas olmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022ci il tarixli 11367/22 nömrəli Çıxarışında diaqnoz “Baş-beyin travmasının qalıq əlamətləri, astenik sindromla” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. 2 Saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 6061/23 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabaq müharibəsi zamanı alınmış travma) nəticəsində aqil zəifliyi, kobud davranış pozuntuları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 2232/24 nömrəli Çıxarışında diaqnoz “Dəqiqləşdirilməmiş demensiya, kobud davranış pozuntuları ilə. Daim kənar şəxsin qulluq və himayəsinə ehtiyacı var” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Endokrinoloji Mərkəzin xx.xx.2024-cü il tarixli 2690004ABRAS nömrəli tibbi rəyində diaqnoz “Şəkərli diabet tip 2. İnsulin tələbi forma. Aqil zəifliyi. Kobud davranış pozuntuları ilə. Diabetin staji 5 ildir. 2020-ci ildən poliklinikada qeydiyyatdadır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində, periventrikulyar, subkortikal sahələrdə (daha çox saq beyin yarımkürəsində), kiçik ölçülü xroniki işemik ocaqlar qeyd edilmişdir. Eyni zamanda pon sun saq hissəsində 4. Om m ölçüsündə DWİ- rejimində bir qədər restriksiya göstərən patoloji ocaq (yarımkəskin işemik ocaq kimi dəyərləndirilir) izlənilir. Başın müxtəlif hissələrində dərialtı metal cisimlər mövcuddur (metal artefaktı qeyd edilir). Alın-gicgah nahiyələrində subaraxnoidal sahələrin genişlənməsi izlənilir. Baş beynin mülayim kortikal atrofik dəyişikliyi izlənilir. Saq maksilyar sinusda retension kista, etmoidal sinusda iltihabı dəyişiklik qeyd edilmişdir” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 150 №li xx.xx.2009-cu il tarixli Qərarından görünür ki, Komissiya iddiaçıda aşkar olunan diaqnozu-“Təpə boyun və kürəyin sol yarısının xırda qəlpə yaraları, qəlpələrin çıxarılmasından sonrakı vəziyyət” nəzərə almaqla onda olan xəsarətlərlə bağlı aşağıdakı nəticəyə gəlmişdir: “Hərbi Tarvmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, iddiaçı barəsində əlillik dərəcəsinin təyin olunması ilə bağlı göndərilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Baş-Beynin silkələnməsi. Kəllədaxili travma. Dəqiqləşdirilməmiş lokalizasiyalı birinci dərəcəli kimyəvi yanıq. Dəqiqləşdirilməmiş demensiya, kobud davranış, pozuntuları ilə (MMSE-14)” diaqnozu ilə P00202820ZDF forma 88 göndərişi əsasında əlilliyi qiymətləndirilərək xx.xx.2024-cü il tarixdə əlllik dərəcəsinin təyinindən imtina edilmiş və imtinanın səbəbi kimi, “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3- 7275/2024 №-li Qərarından görünür ki, Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2024-cü il tarixində vətəndaşın müraciətinə əsasən əyani müayinəsini həyata keçirmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, № 1276 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, İddiaçı hal hazırda hər hansı bir psixi xəstəlik aşkar edilmir. Hazırki psixiatrik müayinə zamanı yoxlanılan şəxsin sağlamlığı ilə bağlı təqdim etdiyi şikayətləri onda hər hansi bir psixi xəstəliyin və yaxud psixi pozuntunun mövcudluğuna dəlalət etmir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ...
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); ...
2. Göndərişin verilməsi qaydası 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): ... 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. ... 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: ... 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. ... 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. ... 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. ... 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. ... 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. ... 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. .... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2.İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
MƏHKƏMƏNİN MÖVQEYİ Hazırda qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Lakin, qeyd olunmalıdır ki, hazırkı iş üzrə əlilliyin təyininə dair müraciət və imtina tarixləri nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri də nəzərə alınmalıdır. Nəzərə alınma ilə bağlı tələblər isə konkretdir. Cavabdeh tərəfindən göndərişdə adları sadalanan və yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsbit edilmiş xəstəliklərin iddiaçıda mövcud olubolmaması yoxlanılmaqla əlillik dərəcəsinin təyininə dair və ya imtinaya dair qərar qəbul edilməlidir ki, cavabdeh hər iki normativ hüquqi aktın tələblərinə uyğun olaraq yoxlama aparmış və adıçəkilən təyinatı üçün əsasın olmaması qənaətinə gəlinmişdir. İş materiallarından da göründüyü kimi hazırkı mübahisə həmin xəstəliklərin mövcud olduğu, lakin mövcud olmasına baxmayaraq əlilliyin təyininə əsas verməməsi ilə bağlıdır. Odur ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün adıçəkilən kodlarda nəzərdə tutulmuş xəstəliklərin hazırda “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə və (və ya), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də mövcud olub-olmaması müəyyən edilməlidir. Belə ki, iş materiallarında müxtəlif sayda olan göndərişlərdən görünür ki, “Baş- Beynin silkələnməsi. Kəllədaxili travma. Dəqiqləşdirilməmiş lokalizasiyalı birinci dərəcəli kimyəvi yanıq. Dəqiqləşdirilməmiş demensiya, kobud davranış, pozuntuları ilə diaqnozu əsas kimi göstərilmişdir. Cavabdeh tərəfindən həmin xəstəliklərin mövcud olması, mövcud olduğu təqdirdə əlilliyin təyininə əsas verib-verməməsi barədə həm göndəriş əsasında tibbi sənədlər, eləcə də əyani müayinəyə cəlb edilməklə müxtəlif tarixlərdə yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçıya əlilliyin təyinatı üçün hər hansı əsas mövcud deyil. Əyani müayinə barədə xx.xx.2024-cü il tarixli protokolda qeyd edilir ki, iddiaçı barəsində əlillik dərəcəsinin təyin olunması ilə bağlı göndərilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Baş-Beynin silkələnməsi. Kəllədaxili travma. Dəqiqləşdirilməmiş lokalizasiyalı birinci dərəcəli kimyəvi yanıq. Dəqiqləşdirilməmiş demensiya, kobud davranış, pozuntuları ilə (MMSE-14)” diaqnozu ilə P00202820ZDF forma 88 göndərişi əsasında əlilliyi qiymətləndirilərək xx.xx.2024-cü il tarixdə əlllik dərəcəsinin təyinindən imtina edilmişdir. İş üzrə mötəbər sübut kimi qiymətləndirilməsinə hər hansı şübhəli halın olmadığı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal hazırda hər hansı bir psixi xəstəlik aşkar edilmir. Hazırki psixiatrik müayinə zamanı yoxlanılan şəxsin sağlamlığı ilə bağlı təqdim etdiyi şikayətləri onda hər hansi bir psixi xəstəliyin və yaxud psixi pozuntunun mövcudluğuna dəlalət etmir. Göründüyü kimi iş üzrə təyin edilmiş ekspert tərəfindən verilmiş rəylə iddiaçının əlilliyin təyinatına əsas verə biləcək əsas diaqnoz və ağırlaşmaların iddiaçıda mövcud olmadığı, diaqnozların xəstənin hazırkı obyektiv vəziyyətin deyil, subyektiv şikayətlərinə əsasən müəyyən edildiyi aşkar edilmişdir ki, məhkəmə hesab edir ki, işin tam və obyektiv araşdırılması, xüsusi bilik tələb edən hallarla bağlı qiymətləndirmənin aparılması üçün təyin edilmiş məhkəmə tibbi ekspertizasına dair ekspert rəyi ilə iddiaçıda xəstəliklərin mövcud olmaması öz təsdiqini tapmışdır ki, həmin rəyin şübhə altına alınmasına əsas ola biləcək hər hansı hal müəyyən edilməmiş, verilmiş rəyin mötəbərliyi məhkəmədə şübhə doğurmamışdır. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev