Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4383/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X7 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X8, X4 və X9) qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və mənzildən qeydiyyatdan çıxarılma»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Xətai RPİ) qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və mənzildən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı Bakı şəhəri Xətai rayonu, Yavər Əliyev küçəsi, 22 saylı evin 4 saylı mənzilini Bakı şəhəri 19 saylı Notariat kontorunda bağlanmış xx xxxx 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satın almışdır və DƏDRX Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş x xxxx 2010-cu il tarixli 116-05101-093001 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqında daşnmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən həmin mənzil onun mülkiyyətindədir. Mənzili satın aldığı x xxxxxx 1975-ci il tarixdə doğulmuş X8 və onun ailə üzvləri – xx xxxxxx 1978-ci il tarixdə doğulmuş X5, xx xxxx 2000-ci il tarixdə doğulmuş X9 və xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X10 bu günə qədər həmin mənzildə qeydiyyatda qalmışlar. Alqı-satqı müqaviləsinin 17-ci bəndinə əsasən, satıcı özü və ailə üzvləri bir ay ərzində mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizə ilə Xətai RPİ-nə müraciət edərək, adıçəkilən şəxslərin şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Ərizə xx xxxxxx 2020-ci il tarixdə Xətai RPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir. Ancaq bu günədək cavabdeh ərizəyə cavab verməmişdir. Cavabdehin bu hərəkəti onu əlverişsiz vəziyyətə salmış və Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsində təsbit edilmiş mülkiyyət hüququmun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddələrinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, İPM-in 33.1, 33.2, 39.1, 45 – 46-cı maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Xətai RPİ-nin hərəkətləri qanunsuz sayılaraq iddiaçının mülkiyyətində olan mənzildən həmin şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Xətai RPİ-nin məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı müvafiq müraciətinin həlli Bakı şəhəri Xəzər RPİ tərəfindən mümkün olmamışdır. Məhkəmə iclasında işə RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilir. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. MPM-in 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Məhkəmənin qərardadı ilə X8, X4 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə müvafiq bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X18 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli xx xxxxx 2010-cu il tarixli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, x xxx 1974-cü il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Biləsuvar rayonunun Əmənkənd kəndidir. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, 22 saylı evin 4 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, alıcı İddiaçı ilə satıcı X11 arasında xx xxxx 2010-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, 22 saylı evin 4 saylı mənzilinin satıcı tərəfindən alıcıya satılması barədə notarial qaydada AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” rəsmiləşdirilmişdir. Müqavilənin 17-ci bəndinə görə satıcı () müqavilə notarial qaydada təsdiqləndiyi tarixdən 1 ay müddətinədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəl x xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, 22 saylı evin 4 saylı mənzilində qeydiyyatda olan şəxslər aşağıdakılardır: X8 (x xxxxxx 1975-ci il), X4 (xx xxxxxx 1978-ci il), X10 (xx xxxxxx 2006-cı il) və X9 (xx xxxx 2000-ci il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində AR Daxili İşlər Nazirliyi və AR Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının x xxxxxx 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının (o cümlədən qeyd olunan Qanunun 2-ci və 5-ci maddələrinin) tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda – mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda – icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda – bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin nəzərə alınmalıdır ki, “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədirmişdir və bu ifadə yaşayış sahəsinə köçmək üçün Qanunun 2-ci maddəsində nəzərdə tutulan əsasın olmadığı halda, ancaq buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Bu təhlilin nəticəsi olaraq müəyyən edilir ki, yaşayış sahəsinə şəxsin qeydiyyatı iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. Məhkəmənin qənaətinə görə, hazırkı işin hallarına uyğun olaraq üçüncü şəxslər və onların yetkinlik yaşına çatmayan (2006-cı il təvəllüdlü) ailə üzvünün yaşayış yeri üzrə qeydiyyatının sadalanmış iki qaydanın hansından irəli gələrək aparıldığı müəyyən edilməlidir. İlk növbədə hüquqi əsasların olub-olmaması yoxlanılarkən qəbul edilməlidir ki, üçüncü şəxslər qeydiyyata alındığı yaşayış yerinin mülkiyyətçisi, icarəçisi və ya kirayəçisi olmadığından, bu əsaslardan irəli gələn hüquqa malik olmamışdır. İşin məhkəmə araşdırılması ilə üçüncü şəxslərin müvafiq yaşayış sahəsindən istifadə hüququna malik olması ilə bağlı xüsusatların da mövcud olmadığı məlum olmuşdur. Beləliklə əldə edilən nəticə onunla bağlıdır ki, yaşayış sahəsinə qeydiyyata alınarkən üçüncü şəxslərin həmin sahə ilə bağlı hər hansı bir hüququ mövcud olmamış, lakin o, evin mülkiyyətçisi kimi hazırkı iddiaçının iradə ifadəsi əsasında qeydiyyata alınmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, hazırkı iş üzrə hallarla bağlı mövcud qanunvericilikdə boşluq mövcuddur. Belə olan halda məhkəmənin qənaətinə görə qanunvericiliyin aşağıdakı tələbləri tətbiq olunmalıdır: «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.9-cu maddəsinə görə qanunvericilikdə boşluqlar – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normasının mövcud olmaması mamasını ifadə edir. Həmin Qanunun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Qanunun 14-cü maddəsinə görə qanunvericilikdə boşluqlar aşkar edilərkən aşağıdakılar nəzərə alınmalıdır: (maddə 14.0.1) faktiki hal hüquqi tənzimləmə dairəsin aid olmalıdır, (maddə 14.0.2) konkret ictimai münasibıtləri tənzimləyən qanunvericilik normaları olmamalıdır, (maddə 14.0.3) faktiki hal qanunvericilikdə qismən tənzimlənməlidir (tam tənzimlənməməlidir). Sadalananların ümumiləşdirilmiş nəticəsinə görə qanunvericilikdə boşluğun mövcudluğu yalnız o zaman qəbul edilə bilər ki, müəyyən edilmiş faktiki hal konkret ictimai münasibətlərə aid olmaqla qanunvericiliklə tam tənzimlənməməlidir və onun nizama salınması müəyyən edilmiş hüquqi qaydaya əsasən həyata keçirilməlidir. Bu şərtlər müəyyən edildiyi əvvəlcə qanunun analogiyasından, bu mümkün olmadıqda isə hüququn analogiyasından istifadə olunmalıdır. Qeyd olunanların hazırkı işə münasibətdə tətbiqi belə nəticə verir ki, yaşayış sahəsinə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquqa malik olmayan üçüncü şəxsin mülkiyyətçinin ərizəsi vasitəsilə bildirilmiş iradə ifadəsinə uyğun olaraq həmin yaşayış sahəsinə qeydiyyata alınmışdır. Belə olan halda, həmin qanunvericiliklə mülkiyyətçinin iradə ifadəsinə uyğun olaraq qeydiyyatı həyata keçirilmiş şəxsin qeydiyyatdan çıxarılması hüququnun reallaşdırılmasının şərtləri və qaydaları nəzərə alınmalı idi. Belə qaydanın müəyyən edilməməsi isə, mülkiyyətçinin yaşayış sahəsi ilə bağlı hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmənin qənaətinə görə bu hala münasibətdə “qanunun analogiyası”ndan istifadə edilməlidir. Yəni yaşayış sahəsinə şəxsin qeydiyyatının mülkiyyətçinin ərizəsi əsasında həyata keçirilməsi qaydası müəyyən olunmuşdursa, eyni qayda ilə həmin şəxsin qeydiyyatdan çıxarılması da müəyyən edilməlidir. Bu zaman, artıq qeyd edildiyi kimi, üçüncü şəxsin həmin yaşayış sahəsinə hər hansı hüququnun olmaması işin mübahisə olunmayan hallarına aiddir. Qeyd olunan məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Bununla da hazırkı inzibati mübahisə üzrə sübutları və dəlilləri araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, əvvəlki mülkiyyətçisinin razılığı ilə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, 22 saylı evin 4 saylı mənzilində qeydiyyatda olan şəxslərin hazırkı mülkiyyətçisi kimi İddiaçı müraciəti əsasında həmin çəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Xətai RPİ-nin hərəkətləri (hərəkətsizliyi) qanunsuzdur və bir mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnən haldır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda da, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Bakı şəhəri Xətai RPİ-nin hərəkətləri qanunsuz sayılmalı və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, 22 saylı evin 4 saylı mənzilindən X2, X1, X6 və X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 23.1, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh hərəkətləri qanunsuz sayılsın və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi, 22 saylı evin 4 saylı mənzilindən X2, X1, X6 və X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4383/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4383/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver