Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4383/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı “şəhid statusunun verilməsi üçün arayışın verilməsinin həvalə olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X4 şəhid hesab edilməsi üçün müvafiq arayışın ona verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun mərhum oğlu X6 2015-ci il tarixdə AR Daxili İşlər Nazirliyinin xətti ilə Türkiyə Respublikası Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almaq üçün göndərilmiş və 2019-cu ildə hərbi məktəbi bitirərək AR DİN Daxili Qoşunlarının N №-li hərbi hissəsində MTT bölüyünün avtomobil tağımının komandiri vəzifəsinə, 2020-ci ilin iyun ayında isə həmin hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə qrup komandiri vəzifəsinə təyin edilmişdir. O, Vətən Müharibəsinin ilk günündən son gününədək Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərdə Cəbrayıl və Füzuli rayonlarının, Şuşa şəhərinin azad olunmasında fəal iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və AR Müdafiə Nazirinin 28.12.2020-ci il tarixli, 06218 t №-li əmri ilə 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Oğlu Şuşa uğrunda gedən döyüşlər vaxtı 2 dəfə kontuziya almış, komandirinin və xidmət yoldaşlarının həlak olmalarının şahidi olmuş, bütün bunlar isə onun psixikasının pozulmasına gətirib çıxartmışdır. 04.05.2021-ci il tarixdə özünə qəst nəticəsində vəfat etmişdir. Sumqayıt Hərbi Prokurorluğunun 17.09.2021 -ci il tarixli qərarı ilə oğlunun ölümü ilə əlaqədar başlanılmış cinayət işi rədd edilmişdir. Oğlunun ölümünə səbəb onun 2020-ci ilin 44 günlük “Vətən müharibəsində” aldığı kontuziyalar və psixoloji travmalar olmuşdur və həmçinin hesab edir ki, oğluna “şəhid” statusu və onun ailəsinə isə “şəhid ailəsi” statusu verilməlidir. Oğluna “şəhid” statusu və onun ailəsinə isə “şəhid ailəsi” statusu verilməsi üçün tələb olan müvafiq arayışın alınması üçün AR Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə müraciət etmişdir. Lakin müraciətinə 09.11.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, Daxili Qoşunların sabiq hərbi qulluqçusu, mərhum leytenant R.Nəbizadə 31.08.2015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. X9 müavini-daxili qoşunlar komandanının 09.09.2019-cu il tarixli 108 №-li nizami hissə üzrə əmrilə Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Quru Qoşunlarının Ali Hərbi Məktəbini bitirmiş hesab edilərək “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunaraq Daxili Qoşunların Baş İdarəsinin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 07 sentyabr 2019-cu il tarixdən X2 sərəncamında hesab edilmişdir; X9 müavini-daxili qoşunlar komandanının 15.09.2019-cu il tarixli 152 №-li şəxsi heyət üzrə əmrilə X9 müavini-daxili qoşunlar komandanının sərəncamından azad edilərək N saylı hərbi hissənin təminat bölüyündə avtomobil taqımının komandiri vəzifəsinə təyin edilmişdir; X9 müavini-daxili qoşunlar komandanının 15.07.2020-ci il tarixli 112 №-li əmri ilə N saylı hərbi hissənin təminat bölüyündə avtomobil taqımının komandiri vəzifəsindən azad edilərək N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin 2-ci xüsusi həmlə qrupunun komandiri vəzifəsinə təyin edilmişdir; X9 müavini-daxili qoşunlar komandanının 27.08.2020-ci il tarixli 09 №-li əmri ilə 28.09.2020-ci il tarixdən etibarən xüsusi sərəncama qədər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanının sərəncamına getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin 01.12.2020-ci il tarixli 303 №-li əmri ilə 01.12.2020-ci il tarixdən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində döyüş tapşırıqlarının yetirilməsi məqsədilə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandanının sərəncamından hərbi hissəyə gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin 06.12.2020-ci il tarixli 308 №-li əmri ilə Daxili Qoşunların Hərbi Həkim Komissiyasına və 12576 saylı hərbi hospitala göndərilmişdir; N saylı hərbi hissə komandirinin 13.12.2020-ci il tarixli 315 №-li əmri ilə 12 dekabr 2020-ci il tarixdən “COVİD 19” diaqnozu ilə Atletlər kəndinə stosionar müalicəyə göndərilmişdir; N saylı hərbi hissə komandirinin 25.12.2020-ci il tarixli 326 №-li əmri ilə 25 dekabr 2020-ci il tarixdə 12576 saylı hərbi hospitaldan gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin 25.12.2020-ci il tarixli 326 №-li əmri ilə 25 dekabr 2020-ci il tarixdə növbəti məzuniyyətə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin 09.02.2021-ci il tarixli 36 №-li əmri ilə 09 fevral 2021-ci il tarixdə növbəti məzuniyyətdən gəlmiş hesab edilmişdir;N saylı hərbi hissə komandirinin 12.03.2021-ci il tarixli 63 №-li əmri ilə 12 mart 2021-ci il tarixdə 12576 saylı hərbi hospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin 12.03.2021-ci il tarixli 36 №-li əmri ilə 15 (on beş) gün müddətinə 12 mart 2021-ci il tarixdən 27 mart 2021-ci Jl tarixədək xəstəliyə görə məzuniyyətə getmiş hesab edilmişdir;N saylı hərbi hissə komandirinin 27.03.2021-ci il tarixli 76 №-li əmri ilə 27 mart 2021-ci il tarixdə xəstəliyə görə məzuniyyətdən gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin 27.03.2021-ci il tarixli 76 №-li əmri ilə 27 mart 2021-ci il tarixdə 2021-ci il üçün növbəti məzuniyyətə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin 05.05.2021-ci il tarixli 109 №-li əmri ilə 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Novxanı qəsəbəsində kirayə qaldığı mənzildə özünü asaraq vəfat etmiş hesab edilərək, növbəti məzuniyyəti dayandırılmışdır. Sabiq hərbi qulluqçu, mərhum X1nun Bakı şəhəri, Novxanı qəsəbəsində kirayə qaldığı mənzildə özünü öldürməsi faktı üzrə Sumqayt Hərbi Prokurorluğunda təhqiqat aparılmış, 17.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Abşeron Rayon Qeydiyyat şöbəsindən verilmiş “ölüm haqqında şəhadətnamə”də leytenant R.Nəbizadənin ölümünün səbəbi “asfiksiya” kimi göstərilmişdir (№ 194001, 18.06.2021).N saylı hərbi hissədən təqdim edilmiş tibbi arayışdan məlum olur ki, mərhum X1 “Vətən Müharibəsi” başa çatdıqdan və hərbi hissəyə qayıtdıqdan sonra 06.12.2020-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, onunla söhbət aparılarkən döyüş zamanı iki dəfə müxtəlif vaxtlarda partlayış travmasına məruz qalmış, özünün təkidi ilə müalicə üçün heç bir tibb müəssisəsinə müraciət etməmiş, bu səbəbdən partlayış travmasına düşməsi barədə heç bir sənəd (xəstəlik tarixi, tibbi arayış) təqdim edə bilməmişdir. Bütün növ həkim müayinələrindən keçirilməsi və hərbi xidmətə yararlılığının təyin olunması üçün 06.12.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-həkim komissiyasına göndərilmiş və ona “A”-hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur (Rəy № 2395. 25.12.2020-ci il).N saylı hərbi hissədən təqdim edilmiş tibbi xasiyyətnamədən məlum olur ki, mərhum leytenant Rüfət Nəbizadə hərbi hissədə xidmət etdiyi müddət ərzində 06.12.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-həkim komissiyasına göndərilmiş və ona “A”-hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur (Rəy № 2395. 25.12.2020-ci il). 09.02.2021-ci il tarixdən 12.03.2021-ci il tarixədək “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozu ilə Daxili Qoşunların hospitalında stasionar müalicə almışdır (XT № 134/2021).“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03.09.1993-cü il tarixli 697 nömrəli Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 15.01.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər”.Sabiq hərbi qulluqçu, mərhum X1nun vəfat etməsi asfiksiya ilə nəticələnən intihar hadisəsi olduğundan yuxarıda qeyd olunan Qanun və Qərarın tələbləri ona şamil olunmur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; İddiaçıya məxsus AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.1973-cü ildə Ucar rayonu, Qaracallı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Medalının İ-1544 №-li, İ-1603 İ-1544 №-li, İ-728 İ-1544 №-li vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr 2358 nömrəli sərəncamı ilə X5 “Cəbrayılın azad olunmasına görə”, 2020-ci il 25 dekabr 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 2020-ci il 29 dekabr tarixli 2370 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 28 dekabr 2020-ci il tarixli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0218t №li 28 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqləməyə görə” 3-cü dərəcəli Medalı ilə təltif olunmuşdur. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli AZ-İİ seriyalı 194001 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 04.05.2021-ci il tarixdə “Asfikasiya” səbəbindən ölmüşür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 06 ayının 17-ci günündə 838 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Hərbi prokurorluğu tərəfindən qəbul olunmuş 17 sentyabr 2021-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası CPM-nin 41 və 212-ci maddələrinin tələblərinə əsasən Daxili Qoşunların N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu-X1nun özünü öldürməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X2 09.09.2019-cu il tarixli 108 nömrəli əmrindən çıxarışın surətindən müyyən olunur ki, Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Quru Qoşunlarının Ali Hərbi Məktəbini bitirmiş X6, “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunub, 07.09.2019-cu ildən X9 müavini- X2 sərəncamında hesab edilmişdir. X12 Naziirliyinin 07.09.2019-cu il tariixl Ə2767ş/h-001- 19 nömrəli şəxsi heyət üzrə əmri. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşuunların Komandanının 15.10.2019-cu il tarixli 152 nömrəli əmrindən çıxarışın surətindən müyyən olunur ki, X1, X9 müavini-X2 sərəncamından azad edilib, N saylı hərbi hissənin təminat bölüyündə avtomobil taqımının komandiri (HUİ № 190300) vəzifəsinə təyin edilmişdir. 10673 saylı Hərbi Hissə Komandirinin 17 oktyabr 2019-cu il tarixli 251 nömrəli Əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycaan Respublikası X9 müavini- X2 15 oktyabr 2019-cu il tarixli 152 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən təminat bölüyündə avtomobil taqımının komandiri vəzifəsinə təyin olunmuş X1 17.10.2019-cu il tarixdən gəlmiş hesab edilmiş və vəzifəsinin icrasına başlamışdır. Əsas: Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş 16.10.2019-cu il tarixli 81 nömrəli göndəriş. N saylı Hərbi Hissə Komandirinin 16 iyul 2020-ci il tarixli 176 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, X6, təminat bölüyündə avtomobil taqımının komandiri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri vəzifəsinə təyin olunmuşdur. N saylı Hərbi Hissə Komandirinin 28 avqust 2020-ci il tarixli 213 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, X9 müavini-Daxili Qoşunlar komandanının 27 avqust 2020-ci il tarixli 09 nömrəli əmrinə əsasən X1 28 avqust 2020-ci il tarixdən etibarən xüsusi sərəncama qədər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanının sərəcamına getmiş hesab edilmişdir. N saylı Hərbi Hissə Komandirinin 01 dekabr 2020-ci il tarixli 303 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələr komandanının sərəncamına göndərilmiş, X6 01 dekabr 2020-ci il tarixdən hərbi hissəyə gəlmiş hesab edilmişdir. N saylı Hərbi Hissə Komandirinin 06 dekabr 2020-ci il tarixli 308 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1 06 dekabr 2020-ci il tarixdən 12576 saylı hərbi hospitala, Bakı şəhərinə göndərilmişdir. Əsas tibb xidməti kapitanı Z.Mənsimovun 06.12.2020-ci il tarixli 6651 nömrəli raportu və 06.2020-ci tarili 19 nömrəli göndəriş. N saylı Hərbi Hissə Komandirinin 13 dekabr 2020-ci il tarixli 315 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, 06 dekabr 2020-ci il tarxdən Daxili Qoşunların Hərbi Həkim komssiyasına göndərilmiş xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmllə qrupunun komandiri X1, 12 dekabr 2020-ci il tarixdən “COVİD-192 diaqnozu ilə Atletlər kəndində müalicəyə göndərilmişdir. Əsas: tibb xidməti kapitanı Z.Məsiimovuun 13 dekabr 2020-ci il tariixlii 6795 nömrəli raportu. N saylı Hərbi Hissə Komandirinin 25 dekabr 2020-ci il tarixli 326 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Xüsusi təynatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 25 dekabr 2020-ci il tarixdə 12576 saylı hərbi hospitaldan, Bakı şəhərində Daxili Qoşunların Hərbi Həkim Komissiyasından keçmişdir. N saylı Hərbi Hissə Komandirinin 25 dekabr 2020-ci il tarixli 326 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 46 (qırx altı) gün müddətinə, 25 dekabr 2020-ci il tarixdən 09 fevral 2021-ci il tarixədək 2020-ci il üçün növbəti məzuniyyətə göndərilmişdir. N saylı Hərbi Hissə Komandirinin 09 fevral 2021-ci il tarixli 36 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 09 fevral 2021-ci il tarixdə, 2020-ci il üçün növbəti məzuniyyətə çıxmışdır. N saylı Hərbi Hissə Komandirinin 09 fevral 2021-ci il tarixli 36 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 09 fevral 2021-ci il tarixdən, 12576 saylı hərbi hospitala stasioar müalicəyə buraxılmışdır. N saylı Hərbi Hissə Komandirinin 12 mart 2021-ci il tarixli 63 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 12 mart 2021-ci il tarixdə, 12576 saylı hərbi hospitaldan stasionar müalicədən buraxılmışdır. N saylı Hərbi Hissə Komandirinin 12 mart 2021-ci il tarixli 63 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 12 mart 2021-ci il tarixdən, 27 mart 2021-ci il tarixədək xəstəliyə görə məzuniyyətə buraxılmışdır. N saylı Hərbi Hissə Komandirinin 27 mart 2021-ci il tarixli 76 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 27 mart 2021-ci il tarixdə xəstəliyə görə məzuniyyətdən qayıtmışdır. N saylı Hərbi Hissə Komandirinin 27 mart 2021-ci il tarixli 76 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 27 mart 2021-ci il tarixdən, 12 may 2021-ci il tarixədək 2021-ci il üçün növbəti mzuniyyətə göndərilmişdir. N saylı Hərbi Hissə Komandirinin 05 may 2021-ci il tarixli 109 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1nun 04 may 2021-ci il tarixdə Bakı şəhəri Novxanı qəsəbəsində kirayə yaşadığı mənzildə özünü asaraq vəfat etmiş hesab edilməsi, növbəti məzuniyyətinin dayandırılması əmr edilmişdir. N saylı hərbi hissə DQ Tibb Məntəqəsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli Tibbi Xasiyətnamədə qeyd olunmuşdur ki, X1 hərbi hissədə xidmət etdiyi müddət ərzində 06.12.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-həkim komissiyasına göndərilmiş və ona “A” hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur. (Rəy № 2395, 25.12.2021-ci il tarixdən 12.03.2021-ci il tarixədək “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozu ilə Daxili Qoşunların hospitalında stasionar müalicə almışdır (XTN 134/2021). N saylı hərbi hissə DQ Tibb Məntəqəsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli Tibbi Xasiyətnamədə qeyd olunmuşdur ki, X1 vətən müharibəsi başa çatıqdan və hərbi hissəyə qayıtdıqdan sonra 06.12.2021-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Onunla aparılan söhbət zamanı o, bildirmişdir ki, döyüş zamanı iki dəfə müxtəlif vaxtlarda partlayış travmasına məruz qalmışdır. Lakin özünün təkidi ilə müalicə üçün heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Bu səbəbdən partlayış travmasına düşməsi barədə heç bir sənəd (xəstəlik tarixi, tibbi arayış) təqdim edə bilməmişdir. Bütün növ həkimlərin müayinəsindən keçirilməsi və hərbi xidmətə yararlılığının təyin olunması üçün X1 06.12.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-Həkim komissiyasına göndərilmiş və ona “A”-hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur (Rəy №2395. 25.12.2020). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş 10.01.2022-ci il tarixli 7 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, X4 Daxili Qoşunların tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: X9 müavini-daxili qoşunlarn komandanının 09.09.2019-cu il tarixli 108 nömrəli b/h üzrə əmrilə Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Quru Qoşunlarının Ali Hərbi Məktəbini btirmiş hesab edilərək “leytenant” hərbi rütbəsii verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunaraq Daxili Qoşunların Baş İdarəsinin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 07 sentyabr 2019-cu il tarixdən Daxili Qoşunaların komandanının sərəncamında hesab edilmişdir. Daxili işlər nazrinin müavini-X2 15.10.2019-cu il tarixli 152 nömrəli ş/h üzrə əmrilə X9 müavini-X2 sərəncamından azad edilərək N saylı hərbi hissənin təminat bölüyündə avtomobil tağımının komandiri vəzifəsinə təyin edilmişdir. Qeyd: X9 müavini-X2 2019-cu ildən, hərbi hissə komandirlərinin 2015-ci ildən sonrakı dövrü əhatə edən əmrləri arxivə təhvil verilmədiyi üçün sonrakı xidməti barədə hər hansı məlumatın verilməsi mümkün deyildir. İddiaçı hazırki tələblə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, onun müraciətinə cavab olaraq verilmiş 09.11.2021-ci il tarixli 014-712N- 3221 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında 15.01.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərini nəzərə alaraq, mərhum övladının X4 şəhid hesab edilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən müvafiq arayışın verilməsi mümkün deyildir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Məhkəmə qeyd edir ki, işin araşdırılan halları ilə iddiaçının mərhum oğlu X4 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması iş materialları ilə təsdiq olunmur. Belə iş materiallarından da göründüyü kimi, X4 vəfat etməsi asfiksiya ilə nəticələnən intihar hadisəsi olduğundan yuxarıda qeyd olunan Qanun və Qərarın tələbləri ona şamil oluna bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4383/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4383/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver