Məhkəmə qərarları › İş №2-1(112)-4383/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4383/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4383/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi şəkildə müraciət etmişdir. Ona xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilərək, bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axınncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sənədlərinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müüəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəritinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi filiala təqdim etdiyi sənədlərə baxılaraq bildirilmişdir ki, əmək kitabçasında və "xxxx" ASC-nin sizə dair xx.xx.2023-cü il tarixli 21 nömrəli arayışında xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodunda qarışıqların hazırlanması üzrə usta köməkçisi, xx.xx.1987-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1990- xx.xx.1993-cü il tarixləri arasındakı dörv ərzində böyük usta, xx.xx.1993-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində isə rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla bağlı Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sözügedən arayışdakı qeydlərin müəssisənin sənədləri saxlanılmadığından əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Bu fakt "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Eyni zamanda, həmin müəssisənin Sizə dair xx.xx.2024-cü il tarixli 39 nömrəli məktubunda da sənədlərin saxlanılmadığından həmin arayışdakı qeydlərin əmək kitabçasına əsasən doldurulduğu bilidirilib və sənədlərin saxlanılmama səbəbi barədə də heç bir məlumat göstərilməyib. Bu səbəbdən də, qeyd olunan dövlər üzrə güzəştli iş stajının olub-olmamasını müəyyən etmək mümkün deyildir. Göstərilən səbəblərdən də, onun güzəştli iş stajı yoxdur. Bundan başqa, sözügedən əmək kitabçasının 6 və 7-ci səhifələrində yazılan qeydlərin sonradan qaralanaraq dəyişdirildiyi göstərilmişdir. Buna görə də həmin səhifələrdə qeyd olunan dövrdə işləməyinə dair əsaslı şübhələr yaranmışdır. Səhifələrdə işlədiyi qeyd olunan “X5 İdxalat, İxracat” Şirkətinə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” qroqramı təminatında araşdırma aparılaraq, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi xx.xx.2009-cu il tarixindən qeydiyyatda olduğu müəyyən edilib. Bu səbəbdən də həmin səhifələrdə qeyd olunan müddət onun iş stajına daxil edilməyib. Bütün bunlara əsasən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının iş yoldaşlarının şəxsiyyət vəsiqələrini və digər sənədlərin surətini iddia ərizəsinə əlavə edilir və onun qeyd etdiklərinə şahiddilər və şahid qismində də məhkəmədə çıxış edə bilərlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli cavabında göstərilənlər ilə qəti şəkildə razılaşmır. Göstərilən səbəblər ona aid və tərəfindən yaranmış nöqsanlar deyil. İddiaçı işləmiş və hazırda da güzəştli şərtlərlə pensiya almaq istəyir. Onun iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, sənədlər arxivdə saxlanılmamışdır. Bu göstərilən səbəb onun səhvi və yaxudda günahı ucbatından yaranmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda da göstərildiyi kimi cavab ilə razı olmadığı halda 30 gün müddətində inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

4. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz ИТ-İ №1536284 nömrəli əmək kitabçanızda və "xxxx" ASC-nin sizə dair 26 sentyabr 2023-cü il tarixli 21 nömrəli arayışında xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodunda qarışıqların hazırlanması üzrə usta köməkçisi, xx.xx.1987-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində böyük usta, xx.xx.1993-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində isə rəis müavini vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Bununla bağlı Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajınıza dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sözügedən arayışdakı qeydlərin müəssisənin sənədləri saxlanılmadığından əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Bu fakt "xxxx" ASC tərəfindən 10 may 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Eyni zamanda, həmin müəssisənin sizə dair 11 oktyabr 2024-cü il tarixli 39 nömrəli məktubunda da sənədlərin saxlanılmadığından həmin arayışdakı qeydlərin əmək kitabçasına əsasən doldurulduğu bildirilib və sənədlərin saxlanılmama səbəbi barədə də heç bir məlumat göstərilməyib. Bu səbəbdən də, qeyd edilən dövrlər üzrə güzəştli iş stajınızın olub-olmamasını müəyyən etmək mümkün deyil. Göstərilən səbəblərdən də, sizin güzəştli iş stajınız yoxdur. Məlumat üçün bildiririk ki, sözügedən əmək kitabçanızın 6-7-ci səhifələrində yazılan qeydlərin sonradan qaralanaraq dəyişdirildiyi aşkar görünür. Buna görə də, həmin səhifələrdə qeyd olunan dövrdə işləməyinizə dair əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, sözügedən səhifələrdə işlədiyiniz qeyd olunan “X5 İdxalat, İxracat” Şirkətinə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi xx.xx.2009-cu il tarixindən qeydiyyatda olduğu müəyyən edilib. Bu səbəbdən də həmin səhifələrdə qeyd olunan müddət sizin iş stajınıza daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

5. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, İddiaçı Mərkəzi Filiala xx.xx.2024-cü il tarixdə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17- 1/2-M-258772/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olmadığından güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-258772/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ №1536284 nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 26 sentyabr 2023-cü il tarixli 21 nömrəli arayışında xx.xx.1986xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodunda qarışıqların hazırlanması üzrə usta köməkçisi, xx.xx.1987-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində böyük usta, xx.xx.1993-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində isə rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla bağlı Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən arayışdakı qeydlərin müəssisənin sənədləri saxlanılmadığından əmək kitabçası əsasında yazıldığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 10 may 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Eyni zamanda, həmin müəssisənin iddiaçıya dair 11 oktyabr 2024-cü il tarixli 39 nömrəli məktubunda da sənədlərin saxlanılmadığından həmin arayışdakı qeydlərin əmək kitabçasına əsasən doldurulduğu bildirilmiş və sənədlərin saxlanılmama səbəbi barədə də heç bir məlumat göstərilməmişdir. Bu səbəbdən də, İddiaçı qeyd edilən dövrlər üzrə güzəştli iş stajının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Sözügedən əmək kitabçasının 6-7-ci səhifələrində yazılan qeydlərin sonradan qaralanaraq dəyişdirildiyi aşkar görünür. Buna görə də, iddiaçının həmin səhifələrdə qeyd olunan dövrdə işləməyinə dair əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, sözügedən səhifələrdə işlədiyi qeyd olunan “X6 idxalat, ixracat” Şirkətinə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi xx.xx.2009-cu il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Bu səbəbdən də həmin səhifələrdə qeyd olunan müddət İddiaçı iş stajına daxil edilməmişdir.

6. "xxxx" ASC-nin 26 sentyabr 2023-cü il tarixli 21 nömrəli araşdırıcı arayışında qeyd olunur ki, İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.1986-cı il tarixində Azərelektroterm İ.B-nin Bakı Ağır Elektro qaynaq Avadanlıqları (Бак.ЗТЭСО) zavodunun 70 nömrəli sexinə Qarışıqların hazırlanması üzrə) usta köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1987 tarixində həmin sexdə usta keçirilmiş, xx.xx.1990-cı il tarixində həmin sexdə böyük usta keçirilmiş xx.xx.1993 tarixində həmin sexdə rəis müavini keçirilmiş və xx.xx.1999-cu il tarixində işdən azad edilmişdir. Azərelektroterm İ.B-nin Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodu (Бак.ЗТЭСО) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci iltarixli № 1158 saylı qərarına əsasən "xxxx" ASC adlandırılmışdır. Əsas: Vətəndaşın əmək kitabçası. Qeyd edilmiş "usta köməkçisi", "usta", "böyük usta" və "sex rəisinin müavini" peşələri (vəzifələr) "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2-ci Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndinin "ustalar, böyük ustalar" - (2040200b —23187) və "sex rəisləri, onların müavinləri" (2040200b —24125) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində "ustalar, böyük ustalar" və "sex rəisləri, onların müavinləri" peşələri ilə eynilik təşkil edir.

7. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsinin 29 oktyabr 2024cü il tarixli 3-29-50/2-M-5089-4-319/2024 nömrəli arxiv arayışına əsasən M.Əzizbəyov adına X10 Ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsi) arxiv sənədlərini əsas tutaraq bildiririk: İddiaçı 1981-ci ildə Energetika fakültəsinin “Elektrotermik qurğular” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olmuşdur. (Əmr: №012/845, xx.xx.1981-ci il). İddiaçı 1986-cı ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəsini bitirmişdir (Əmr: № 02/876, xx.xx.1986-cı il). HB 009335 nömrəli diplom verilmişdir.

8. HB 009335 nömrəli diplomun surətinə əsasən İddiaçı 1981-ci ildə M.Əzizbəyov adına X10 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1986-cı idlə “Elektrotermik qurğular” ixtisası üzrə tam kusru bitirmişdir.

9. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixində Azərelektroterm İ.B-nin Bakı Ağır Elektro qaynaq Avadanlıqları (Бак.ЗТЭСО) zavodunun 70 nömrəli sexinə qarışıqların hazırlanması üzrə usta köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixində həmin sexdə usta keçirilmiş, xx.xx.1990-cı il tarixində həmin sexdə böyük usta keçirilmiş xx.xx.1993-cü il tarixində həmin sexdə rəis müavini keçirilmiş və xx.xx.1999-cu il tarixində işdən azad edilmişdir. Əsas: İddiaçı əmək kitabçası. Azərelektroterm İ.B-nin Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodu (Бак.ЗТЭСО) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli № 1158 saylı qərarına əsasən "xxxx" ASC adlandırılmışdır. Qeyd edilmiş “usta köməkçisi”, “usta”, “böyük usta” və “sex rəisinin müavini” peşələri (vəzifələr) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2-ci Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndinin “ustalar, böyük ustalar” - (2040200b— 23187) və “sex rəisləri, onların müavinləri” (2040200b— 24125) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6-cı Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində “ustalar, böyük ustalar” və “sex rəisləri, onların müavinləri” peşələri ilə eynilik təşkil edir.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh 19 fevral 2025-ci il tarixli 3-17-1/2-39656/2025 saylı məktubu ilə bildirmişdir ki, X1 Mərkəzi Filialda mövcud olan pensiya işinə dair sənədlərinin təsdiq edilmiş surətləri təqdim edilir. Əlavə olaraq X4 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir.

11. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

12. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

15. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

16. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

18. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

19. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

20. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

22. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

25. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

26. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

27. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək ali təhsil almış, əmək fəaliyyətinə xx.xx.1986-cı il tarixdə başlamışdır.

28. Cavabdeh tərəfindən iddiaçının ümumi və güzəştli iş stajı mübahisələndirilmişdir. Belə ki, xx.xx.1986-xx.xx.1999-cu il tarixləri arasındakı dövr güzəştli iş stajına daxil edilməyərək həmin dövr ərzində müxtəlif vəzifələrində işləməyinə dair "xxxx" ASC-nin arayışında qeydlərin əmək kitabçası əsasında yazıldığının müəyyən edilməsi, eyni zamanda xx.xx.1999—xx.xx.2003-cü illəri əhatə edən dövr ümumi iş stajına daxil edilməyərək əmək kitabçasının 6-7-ci səhifəsindəki qeydlərdə qaralamalar aparıldığı, sözügedən səhifələrdə işlədiyi qeyd olunan “X6 idxalat, ixracat” Şirkətinin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi xx.xx.2009-cu il tarixdən qeydiyyatda olduğunun müəyyən edilməsi əsas gətirilmişdir.

29. İddiaçının mübahisələndirilən xx.xx.1986-xx.xx.1999-cu illərdə işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: - ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1986-xx.xx.1987-ci il tarixlərdə Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodunda qarışıqların hazırlanması üzrə usta köməkçisi, xx.xx.1987-xx.xx.1990-cı il tarixlərdə dövr ərzində usta, xx.xx.1990xx.xx.1993-cü il tarixlərdə böyük usta, xx.xx.1993-xx.xx.1999-cu il tarixlərdə rəis müavini vəzifəsində işləmişdir.

30. Cavabdeh tərəfindən iddiaçının işlədiyi xx.xx.1986-xx.xx.1999-cu il tarixləri əhatə edən dövr – işlədiyi "xxxx" ASC tərəfindən verilmiş arayışa əsasən həmin vaxtlarda işlədiyinə dair qeydlər üçün əsasın iddiaçının əmək kitabçası olması müəyyən edildiyindən və buna dair müəssisənin sənədləri aşkar edilmədiyindən güzəştli iş stajına daxil edilməmişdir.

31. İddiaçının mübahisələndirilən xx.xx.1999-xx.xx.2003-cü illərdə işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: - ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1999-xx.xx.2003-cü il tarixlərdə “X5” Şirkətində mebelçi usta vəzifəsində işləmişdir.

32. Cavabdeh eyni zamanda xx.xx.1999-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının “X5 idxalat, ixracat” Şirkətində işlədiyinə dair əmək kitabşasında aparılan qeydlərdə sonradan qaralanaraq dəyişiklik olunduğu və həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi yalnız xx.xx.2009-cu il tarixdən qeydiyyatda olduğunu əsas gətirərək iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək iş stajını ümumi iş stajına əlavə etməmişdir.

33. Məhkəmə cavabehin həmin dəlililərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

34. Məhkəmə həmçinin qeyd edir ki, əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası və həmin müəssisənin möhürü ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi, tarixi göstərilmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.

35. Bununla yanaşı nəzərə almaq lazımdır ki, iddiaçı ilə bərabər eyni vaxtlarda Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodunda ("xxxx" ASC-də) işləyən şəxsə- X3 mübahisələndirilən dövrlər nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə bərabərlik hüququ pozularaq fərqli rəftar olunmuşdur.

36. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi müəssisələr - "xxxx" ASC və “X6 idxalat, ixracat” Şirkətin mövcud olmuş və onun həmin müəssisələrdə işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, cavabdeh iddiaçının mübahisələndirilən əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olmasını sübut etməmişdir.

37. Eyni zamanda xüsusilə qeyd olunmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

38. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

39. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs tərəfindən təqdim edilən arayışdan bəlli olur ki, iddiaçının Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodunda xx.xx.1986-xx.xx.1999-cu il tarixlərdə işlədiyi usta köməkçisi, usta, böyük usta və rəis müavini vəzifələri – metallurgiya sahəsində müxtəlif növ metalların hazırlanması, təmiri ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.

40. Göründüyü kimi iddiaçının xx.xx.1986-xx.xx.1987-ci il tarixlərdə işlədiyi usta köməkçisi, xx.xx.1987-xx.xx.1990-cı il tarixlərdə işlədiyi usta, xx.xx.1990-xx.xx.1993-cü il tarixlərdə işlədiyi böyük usta, xx.xx.1993-xx.xx.1999-cu il tarixlərdə işlədiyi rəis müavini vəzifələri güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajları olmuşdur.

41. Belə ki, iddiaçının sözügedən dövrlərdə Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodunda (xx.xx.1998-ci ildən "xxxx" ASC adlandırılmışdır) işlədiyi usta köməkçisi, usta, böyük usta və rəis müavini vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 20402000 şifrəli “2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” bölməsi - 2040200b şifrəli “b) rəhbərlər və mütəxəssislər” yarımbölməsində 2040200b—23187 şifrə ilə göstərilmiş “usta köməkçisi, usta, böyük usta və rəis müavini vəzifələri” peşəsinə və həmin bölmədə 2040200b—24125 şifrə ilə göstərilmiş “sex rəisləri, onların müavinləri” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” bölməsində b) rəhbərlər və mütəxəssislər yarımnbölməsində “sex rəisləri, onların müavinləri” və “ustalar, böyük ustalar” vəzifələrinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

42. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi ИТ-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - "xxxx" ASC-nin arayışı ilə təsdiqlənir.

43. Nəticə etibarı ilə iddiaçının xx.xx.1986-xx.xx.1999-cu il və xx.xx.1999-xx.xx.2003-cü tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur.

44. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

45. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

46. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.

47. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

48. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

49. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

50. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

51. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

52. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar