Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4385/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «əmlakın rəsmiləşdirilməsi barədə təklifin etibarsız sayılması, mülki mübahisə üzrə icra işi çərçivəsində qıbul edilmiş qərarın, həmin qərardan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız sayılması və ləğv edilməsi, icra qurumundan müvafiq orqana göndərilmiş sənədlərin ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz sayılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, qanunsuz və əsassız olaraq ona (İddiaçı) məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisində 18 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın saxta sənədlərdən istifadə edərək X1 adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17/70 № 182/3 saylı xx xxxxxx 2013-cü il tarixli təklifin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə X2 verilməsi barədə Bakı şəhəri Cavabdeh icra məmuru (şöbənin keçmiş icra məmuru Səbuhi Məmmədov) tərəfindən qanunsuz qəbul edilmiş xx xxx 2013-cü il tarixli qərarın etibarsız sayılması və ləğv edilməsi, Bakı şəhəri Cavabdeh icra məmuru tərəfindən qanunsuz qəbul edilmiş xx xxx 2013-cü il tarixli qərardan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunaraq ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş sənədlərin ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz sayılması tələblərini irəli sürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2748/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı xx xxxxxxx 2019-cu il tarixli həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2881/2019 saylı x xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərardadında məhkəmə kollegiyası İPM-in 2.2, 13-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarına istinad edərək vurğulamışdır ki, iddiaçı 5 tələb irəli sürür və bu tələblərin hər biri müstəqil tələbdir. O, bir iddia çərçivəsində icra məmurunun qərarının etibarsız sayılmasını, həmçinin ləğv edilməsini, həmin qərardan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız sayılması və ləğv edilməsini, bundan başqa icra məmurunun hərəkətlərinin də qanunsuz sayılmasını tələb edir. Birinci instansiya məhkəməsi isə, həmin iddiaya daxil olan ayrı-ayrı tələblərin mümkünlüyü məsələsinə qiymət vermədən iddianı bütövlükdə “icra məmurunun qərarının ləğv edilməsi” iddiası kimi qiymətləndirmiş, iddia tələbinin inzibati icraat qaydasında baxılmalı iddia olmaması qənaətinə gələrək iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Bununla da, məhkəmə İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsinin tələblərini pozmuş, iddiaçıya tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım göstərməmişdir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İPM-in 49, 87.9-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iş üzrə məhkəmə iclası təyin olunaraq iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə mövcud qanunvericiliyin sadalanan normaları baxımından iddiaçının irəli sürdüyü tələbləri ayrı-ayrılıqda qiymətləndirərək aşadakıları diqqətə çəkir:
1. İddiaçı birinci tələbində qanunsuz və əsassız olaraq ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisində 18 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın saxta sənədlərdən istifadə edərək X1 adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17/70 № 182/3 saylı xx xxxxxx 2013-cü il tarixli təklifin etibarsız sayılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, istər icra işi çərçivəsində icra məmurunun, istərsə də digər vəzifəli şəxsin və orqanın “təklifi” özlüyündə inzibati akt sayıla bilməz. Çünki, bir tərəfdən bu sənəd ünvanlandığı şəxs üçün müstəqil şəkildə hüquqi nəticə yaradmır. Digər tərəfdən də iddiaçı bu tələbi irəli sürməklə mahiyyətcə mülki işdə verilmiş icra vərəqəsi üzrə icra işi çərçivəsində icra məmurunun hərəkətlərini mübahisələndirmiş olur ki, bu məsələlərə də inzibati məhkəmə icraatı qaydasında deyil, icra məmurunun hərəkətlərindən şikayət qismində «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra sənədini vermiş məhkəmə tərəfindən baxıla bilər.
2. İddiaçının ikinci tələbi “Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2011ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə X2 verilməsi barədə Bakı şəhəri Cavabdeh icra məmuru tərəfindən qanunsuz qəbul edilmiş xx xxx 2013-cü il tarixli qərarın etibarsız sayılması və ləğv edilməsi”dir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icra işi üzrə tərəfin marağına toxunan hər hansı qərarın tərəflərdən biri mübahisələndirdikdə, bu qərar inzibati məhkəmə icraatının predmeti ola bilməz. Çünki, bu halda da maraqlı şəxs icra sənədini vermiş məhkəməyə müraciət edə bilər. Həmin qərarın “etibarsızlığı” yoxsa “ləğvi” məsələsinin qoyulmasına gəldikdə isə, nəzərə alınmalıdır ki, iddiaçının arzuladığı hal inzibati məhkəmə icratrı qaydasında deyil, icra işi üzrə şkayət vasitəsilə həllini tapa biləcəyindən, məhkəmə bu xüsusatın aydınlaşdırılmasına zərurət görmür.
3. İddiaçının üçüncü tələbi “Bakı şəhəri Cavabdeh icra məmuru tərəfindən qanunsuz qəbul edilmiş xx xxx 2013-cü il tarixli qərardan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunaraq ləğv edilməsi”ndən ibarətdir. Bu tələblə bağlı məhkəmə qeyd edir ki, hər hansı qərarın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilən hal deyilsə, həmin qərardan irəli gələn sənədlər də (məsələn məktub, təklif və s.) inzibati akt sayıla bilməz və onların istər “etibarsız sayılması”, istərsə də “ləğv olunması”na inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür.
4. İddiaçının dördüncü tələbi “DƏDRX-ə göndərilmiş sənədlərin ləğv edilməsi”ndən ibarətdir. Bu tələblə bağlı qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan sənədlərdən əlavə hər hansı sənəd müstəqil şəkildə inzibati akt kimi qəbul oluna bilməz, eləcə də nəticə yarada biləcəyi halda, onların mübahisələndirilməsi müvafiq mülki işə baxan məhkəməyə şikayət verilməsi yolu ilə həllini tapa bilər.
5. İddiaçının beşinci tələbi “icra məmurunun hərəkətlərinin qanunsuz sayılması” barədədir. Bununla bağlı bir daha məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və «İcra məmurları haqqında» Azərbaycan Respublkası Qanununun 11-ci maddəsinə əsasən bu hərəlkətlərə icra sənədini vermiş məhkəmə tərəfindən qiymət verilə bilər. Qeyd olunanlarla yanaşı həmçinin nəzərə alınmalıdır ki, İPM-in 2.1-ci maddəsi inzibati mübahisələr üzrə icraaatın inzibati məhkəmələr tərəfindən həyata keçirilməsini qanunla başqa aidiyyəıt qaydasının müəyyən edilməməsi ilə şərtləndirir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının qaldırdığı iddianın bir hissəsi üzrə mövcud qanunvericilik normaları – «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi və «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ayrıca məhkəmə aidiyyəti kimi icra sənədini vermiş məhkəməni müəyyən etmişdir. Bundan başqa, iş materiallarına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 639/2019 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərarının surəti əlavə edilmişdir. Həmin qərar üzrə baxılan işdə iddianın predmeti və cavabdeh tərəf hazırkı iddia tələbi üzrə predmet və cavabdehlə eynilik təşkil etmir. İPM-in 13-cü maddəsinin tələbləri baxıımından iddiaçıya yardım edilməsi məsələsinə gəldikdə isə məhkəmə bildirir ki, tələblərin mahiyyətindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün görünmədiyindən, tələbin hər hansı formada dəyişdirilməsinə zərurət yaranmır. Odur ki, məhkəmə hər hansı dəyişikliyin iddiaçıya tövsiyə olunmasını məqsədəuyğun saymamışdır. Beləliklə qeyd olunanların məcmusunda məhkəmənin qənaətinə görə iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80.1, 81.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Rüstəm Kərimli