Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4388/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra hakimiyyəti Kabinetinin mənzil məişət Komissiyasının xx.xx.1994-cü il tarixli təklifinin təsdiqinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Laçın rayonunun işğalı ilə əlaqədar 1992-ci ildə Bakı şəhərinə köçmək məcburiyyətində qalmış və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi sahibsiz olduğundan, onun və ailə üzvlərinin yaşamağa başqa yeri olmadığından həmin mənzildə məskunlaşmışdır. Yaşayış sahəsinə köçməzdən əvvəl orada təmir işləri apararaq xeyli miqdarda xərc çəkmişdir. 2019-cu ilin iyul ayında isə mənzilin ona məxsus olduğunu iddia edən X5 ona qarşı mənzildən çıxarılma tələbinə dair əsassız iddia qaldırmışdır. O, heç bir hüquqi qüvvəsi olmayan sənədə istinad edərək, mənzildən çıxarılmasını tələb etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Binəqədi rayon İcra hakimiyyəti Kabinetinin mənzil məişət Komissiyasının xx.xx.1994-cü il tarixli təklifinin təsdiqi adlanan həmin sənədlə tanış olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3649/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır. xx xxxxxx 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsi daxil olmuş və qeyd olunan ərizədə iddiaçı Binəqədi rayon İcra hakimiyyəti başçısının 916 №li xx.xx.1994-cü il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni tarixdə məhkəməyə İddiaçı tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3649/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərardadından verilmiş apelyasiya şikayəti daxil olmuş və qeyd olunan şikayətdə iddiaçı məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv olunmasını və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 916 №li xx.xx.1994-cü il tarixli sərəncamının ləğv edilməsi barədə iddiaının mümkün sayılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-250/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3649/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, Binəqədi rayon İcra hakimiyyəti başçısının 916 №li xx.xx.1994-cü il tarixli sərəncamı inzibati akt olduğundan onun ləğvi ilə bağlı iddia tələbi mübahisələndirmə iddiası növünə aiddir. Odur ki, həmin iddia tələbinə mübahisələndirmə iddiası kimi baxılaraq, mümkünlüyü şərtləri yenidən yoxlanılmalı, iddianın müddətinə əməl edilib-edilmədiyi araşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə baxılması xx xxxx 2020-ci il tarixə təyin olunmuş və apelyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlərə əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialına müvafiq sorğu ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış 371 №li xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Binəqədi rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 916 saylı sərəncamları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamlarda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. Vət. X5 barəsində Binəqədi rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 916 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur (Sərəncamın surəti məktuba əlavə olunmuşdur). X1 barəsində Binəqədi rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli 916 saylı sərəncamı xx.xx.2019-cu il tarixli 1530 saylı çıxarış nömrəsi ilə vət. İddiaçı hüquqlarının məhkəmə müdafiəsinin həyata keçirilməsi üçün “Fides” Vəkil Bürosunun direktoru Vəkil təqdim edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-4388/2020 saylı qərardadı ilə İddiaçıcavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı Binəqədi rayon İcra hakimiyyəti başçısının 916 №li xx.xx.1994-cü il tarixli sərəncamının ləğv edilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “Binəqədi rayon İcra hakimiyyəti Kabinetinin mənzilməişət komissiyasının “11” may 1994-cü il tarixli 6 №li təklifinin təsdiqi” barədə Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti Başçısının 916 №-li xx.xx.1994-cü il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla 1) “Binəqədineft” NQCİ-nin müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin X3 ailə tərkibi 5 nəfərlə (özü, yoldaşı, 2 oğlu, qızı) M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi 3184/87-ci məhəllə, 3 №-li ev-3 otaqlı, 40, 2-ci kv.m. yaşayış sahəsi olan 73 nömrəli mənzilin verilməsi haqqında olan xx xxxxxxxx 1993-cü il tarixli, 09 nömrəli qərarının təsdiq edilməsi; orderə aşağıdakı şəxslərin adlarının yazılması-X5-özü-1955, X7-yoldaşı-1956, X8-oğlu-1999, X4-qızı-1981, Qədirov Rövşən Sənail oğlu-oğlu-1983; 2) X2 mənzil növbəsindən çıxarılması, 3) yataqxananın boşaldılması qərara alınmışdır. İddia tələbindən məlum olur ki, hazırda İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti başçısının 916 saylı xx.xx.1994-cü il tarixli sərəncamın ləğvini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı Binəqədi rayon İcra hakimiyyəti başçısının 916 №li xx.xx.1994-cü il tarixli sərəncamının mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Bundan əlavə göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin olaraq, xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim olunmuş iddia ərizəsində (iddia ərizəsi nümayəndə və Vəkil tərəfindən imzalanmışdır) Binəqədi rayon İcra hakimiyyəti Kabinetinin mənzil-məişət komissiyasının “11” may 1994-cü il tarixli təklifi mübahisələndirilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialından rəsmi qaydada aldığı Binəqədi rayon İcra hakimiyyəti başçısının 916 №li xx.xx.1994-cü il tarixli sərəncamının (sərəncamın surəti ərizəyə əlavə olunmuşdur) ləğv olunmasını xahiş etmişdir. Qeyd olunan ərizə məhkəməyə göndərilməsi üçün xx.xx.2019-cu il tarixdı sürətli poçta təqdim olunmuş və həmin əarizə xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq olaraq qərarı aldığı gündən 2 (iki) ay, həmin sərəncamın qəbul olunduğu vaxtdan isə 26 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4388/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4388/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver