Məhkəmə qərarları › İş №2-1(112)-439/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-439/2020

29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-439/2020 29.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlu, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşıpensiyasının yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X10, X3, X20, X11, X15, X23 oğlu, X13, X6, X12 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrək Komitəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1207 saylı Fərmanına, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna və iddiaçıların 20 təqvim ili xidmət edərək yaşa görə pensiya hüququ qazandıqları vaxt qüvvədə olan “Əmək pensiyaları” haqqında Qanuna uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən büdcədən kənar ödənişlər və digər əlavələrin İddiaçı, X10, X3, X20, X11, X15, X23 oğlu, X13, X6, X12 təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçluar və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdirlər. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4636/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrək Komitəsinə qarşı “təminat xərcliyinin yenidən hesablanmaqla məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iş üzrə 2-1(81)- 4636/2019 nömrə ilə; iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı təminat xərcliyinin yenidən hesablamaqla məlumat vərərqəsinin göndərilməsi" barədə iddia tələbi üzrə işə yeni nömrə ilə; iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “təminat xərcliyinin yenidən hesablamaqla məlumat vərərqəsinin göndərilməsi” barədə iddia tələbi üzrə işə yeni nömrə ilə; iddiaçı X16 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “təminat xərcliyinin yenidən hesablamaqla məlumat vərərqəsinin göndərilməsi” barədə iddia tələbi üzrə işə yeni nömrə ilə; iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “təminat xərcliyinin yenidən hesablamaqla məlumat vərərqəsinin göndərilməsi” barədə iddia tələbi üzrə işə yeni nömrə ilə; iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “təminat xərcliyinin yenidən hesablamaqla məlumat vərərqəsinin göndərilməsi” barədə iddia tələbi üzrə işə yeni nömrə ilə; iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “təminat xərcliyinin yenidən hesablamaqla məlumat vərərqəsinin göndərilməsi” barədə iddia tələbi üzrə işə yeni nömrə ilə; iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “təminat xərcliyinin yenidən hesablamaqla məlumat vərərqəsinin göndərilməsi” barədə iddia tələbi üzrə işə yeni nömrə ilə; iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “təminat xərcliyinin yenidən hesablamaqla məlumat vərərqəsinin göndərilməsi” barədə iddia tələbi üzrə işə yeni nömrə ilə; iddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “təminat xərcliyinin yenidən hesablamaqla məlumat vərərqəsinin göndərilməsi” barədə iddia tələbi üzrə işə yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşıpensiyasının yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçıya geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar