Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-439/2021 16.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qediyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2-1(112)-2123/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsinə” dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1173/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsinə” dair iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)1173/2020 saylı işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-475/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçi İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması qərara alınmışdır. İş məhkəməyə daxil olduqdan sonra bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası 16 aprel 2021-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 23 təqvim ilindən çox hərbi xidmətdə olmuş, xidmətinin 16 ilindən çoxunu Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etmişdir. (xx.xx.1999-xx.xx.2016) Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015ci il tarixli, 0914 №-li əmri ilə “Hərbi Xıdmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən ehtiyata buraxılmışdır. Hərbi xidmət dövrü daimi yaşayış sahəsi ilə təmin olunmamışam. Suraxanı rayonu ərazisində axırıncı xidmət yerim olan N №-li hərbi hissənin ünvanında pasport qeydiyyatındadır. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsində isə hərbi qeydiyyatdadır. O və ailə üzvləri (həyat yoldaşı və iki uşağı) kirayədə yaşayırıq. Onun ailə üzvlərində birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində növbəyə qəbul edilməyi və yaşayış sahəsi ilə təmin olunana qədər AR Nazirlər Kabinetinin 174 №li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin edilməyim barədə sərəncam verilməsi xahişi ilə mən xx.xx.2019-cu il tarixdə ərizə iiə cavabdehə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2019-cu il tarixli, 1-114-068 №-li məktubla imtina cavabı verilmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və yaşayış sahəsi olmayan hərbi qulluqçuların, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər).Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Qeyd olunanlara əsasən iddiaçı ailə üzvlərilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının mənzil növbəsinə qəbul olunması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, iddiaçının ərizəsinə əlavə etdiyi N nömrəli hərbi hissə komandirinin müvafiq Əmrindən çıxarışın surətindən müəyyən olunur ki, o, hərbi hissənin siyahısından və bütün təminatlardan çıxarılaraq hərbi uçota durmaq üçün SHXÇDX-nin Sumqayıt şəhər şöbəsinə göndərilmişdir. Həmçinin, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasına və həmin maddənin 7-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular yaşayış sahəsi və ya kirayə haqqı ilə seçilmiş yaşayış yerinə onların gəldikləri gündən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin edilirlər. Ərizəyə əlavə olunan şəxsiyyət vəsiqəsinin surətindən yaşayış yeri seçilmədiyi müəyyən olunduğundan hazırda iddiaçının müraciətin təmin edilməsi səlahiyyətləri xaricində olduqları bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, işdə olan, -İddiaçıya məxsus xx.xx.2016-cı il tarixdə verilmiş EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixdə həqiqi hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilən 04 sentyabr 2019-cu il tarixli 389 saylı Arayışdan görünür ki, 1967-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Enqelsk vilayəti hərbi məktəb-müdavim, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-ci il tarixədək SSRİ müddətdən artıq xidmət, xx.xx.1999-cu il tarixdən xx.xx.2015-ci il tarixədək AR SQ də həqiqi hərbi xidmət keçmişdir. “HXH” əsasnamənin 156-ci mad. “b” bəndinə əsasən (yaşa görə) AR MN-nin xx.xx.2015-ci il tarixli 0914 saylı əmri ilə ehtiyata buraxılmışdır. -X1 ilə İddiaçı arasında bağlanmış 17 noyabr 2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 1 saylı mənzili xx.xx.2039-cü il tarixədək kirayə vermişdir. -Azərbaycan respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən verilmiş 13 noyabr 2019-cu il tarixli 150 saylı Arayışdan görünür ki, İddiaçı həqiqətən Suraxanı rayonu, N nömrəli hərbi hissənin Suraxanı-1 hərbi şəhərciyində qeydiyyatdadır və həmin ünvana yaşamır, hərbi hissə tərəfindən mənzillə təmin olunmayıb. Məhkəmə araşdırması dövründə iddiaçının adına daşınmaz əmlakın qeydə alınıbalınmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********287 saylı məktubdan görünür ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə araşdırması dövründə 1967-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndində əsasən (yaşa görə) ehtiyata buraxılmasına dair xx.xx.2015-ci il tarixli, 0914 saylı əmrin surətinin məhkəməyə təqdim edilməsi sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 11/2370 saylı məktub əsasında təqdim edilən N nömrəli Hərbi Hissə Komandirinin 31 dekabr 2015-ci il tarixli, 0914 saylı əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı N nömrəli hərbi hissənin divizionlar qrupunun madditexniki təminat bölməsinin (A4) zabiti (raket artileriya silahları və radiolokasiya vasitələri təminat xidmətinə cavabdeh) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarından görünür ki, həqiqətən də iddiaçı ehtiyata buraxıldığı zaman 23 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən yaşayış yeri seçilmədiyinin müəyyən olunması əsası ilə müraciəti müsbət həll etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilərkən «Hərbi xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi düzgün tətbiq edilmədiyindən iddia təmin edilməlidir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən yaşayış yerinin düzgün seçilmədiyi təqdirdə müraciətin təmin olunmasından imtina edilməsi halları müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ünvan 5 ünvanda faktiki yaşaması cavabdeh inzibati orqan tərəfindən iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməsinin təmin edilməsini istisna etmir. İstinad olunan qanunvericiliyin tələblərinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Məhkəmə Qanunvericiliyin sadalanan normalarını mövcud münasibətlərə tətbiq etməklə belə hesab edir ki, iddiaçıya münasibətdə qeyd olunan şərtlər ödənilir. Əksinə cavabdeh iddiaçının mənzil növbəsinə götürülməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-439/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-439/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver