Məhkəmə qərarları › İş №2-1(112)-4390/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4390/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4390/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən ona məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-y/massivi, 197 saylı mənzilə dair torpaq sahəsinin və yaşayış evinin yerləşmə sxeminin verilməsi öhdəliyinin qoyulmasi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 mart 1999-cu ildə Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti Başcısının 13 mart 1999-cu il tarixli 413 saylı sərəncamı ilə onun adına X1 evin tikintisi üçün 600 kv metr torpaq sahəsi ayrılmış, eyni zamanda həmin sərəncamla həmin torpaq sahəsində tikinti aparlmasına icazə verilmişdir. 01 fevral 2000-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin “Bakı şəhər Ekspertiza Mərkəzi" 116- E-16 saylı rəy vermiş, həmin rəyində qeyd olunan torpaq sahəsində edilən 1 mərtəbəli tikintinin ünvanı müəyyən olunmuş və tikintinin layihəsi də Səbail rayonu İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Təqdim olunan Milli Arxiv İdarəsi Dövlət arxivinin Bakl filialının verdiyi 0-4-7 N-li xx.xx.2019-cu il tarixli arxiv sənədində də, onun adına Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi hissəsində 600 kv. metr torpaq sahəsinin ayrılması və həmin sahədə 1 mərtəbəli yasayış evinin tikintisinə razılığın verilməsi qeyd olunmuşdur. Həmin sənədə görə "1 saylı Bakı arxiv idarəsi daxil olmuş xx.xx.2019-cu il tarixlı müraciətinə əsasən bildirir ki, “Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli 1196 saylı sərəncamı Dövlət arxvinin Bakı filialında mövcuddur.Həmin sərəncamın təsdiq olunmuş arxiv arayışı 1 vərəqədən ibarətdir" Səbail rayon Badamdar qəsəbəsi nümayəndəsinin işə əlavə olunan arayışında mənim həmin torpaq sahəsindəki tikilimin 1 mərtəbədən, 1 otaqlı 22 kv.m. yaşayış otagından, köməkci sahəsi 15,9 kv.m., ümumi sahəsinin isə 37,2 kv.metr sahədən ibarət olması, həmin tikilinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması qeyd olunmuşdur. Bakı şəhəri İcra hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən də həmin sənədlər üzrə tikiliyə ünvan verilmiş ünvan-Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, 197 saylı ev kimi qeydə alınmışdır. Təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, tikintinin aparılmasına dair verilmiş sərəncam "memarlıq və İcra hakimiyyətinin tikinti işləri" şöbəsinin rəyi əsasında verilmişdir. Tikintinin aparılması üçün sərəncamda qeyd olunan tapşırığa əməl olunmuş, tikintinin layihəsinin tərtib olunması üçün İcra Hakimiyyətinə müraciət olunmuş muraciət əsasında tikintinin eskiz layihəsi tərtib olunmuş və bu layihə razılaşdırılması üçün İH-nin memarlıq və tikinti şöbəsinə təqdim olunmuş, şöbənin rəhbərliyi tərəfindən möhur və imza ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 1196 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəəsində fərdi evin tikintisi üçün 600 kv.m olmaqla İddiaçı Cəfər qızına torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Başçısının 1196 nömrəli 13 avqust 1999-cu il tarixli sərəncamı ilə vətəndaş İddiaçı Cəfər qızına ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 197 nömrəli 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi Səbail RİHB-nın müavini V.Muxtarov, RİH-nin memarı E.Babayev və RİH-nin Badamdar qəsəbə nümayəndəsi H.Qasımzadə tərəfindən imzalanmış, İcra hakimiyyətinə və qəsəbə nümayəndəliyinin imza və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli müqavilənaməsindən görünür ki, Cavabdeh kommunal təsərrüfat şöbəsi Badamdar qəsəbə İcra nümayəndəsinin verdiyi vəkalətnamə əsasında fəaliyyətdə olan şöbə müdiri H.H.Qasımzadə şəxsində “ev tikdirənə” yəni İddiaçı Cəfər qızına 2-ci yaşayış massivi küçəsində 197 nömrədə fasadı 42.0 metr, arxa cəhəti 42.0, sağ cəhəti 14.2 metr, sol cəhəti 14.2, ümumi sahəsi 600.0 kv.m olmaqla müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-19/2- 589/2024 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh başçısının 1196 saylı, xx.xx.1999-cu il tarixli Sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-19/2- 488/2024 nömrəli məktubunda bildirilmişdir ki, sərəncam və onların tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-19/2-10-Q-52-091 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh başçısı tərəfindən verilmiş 1196 saylı, xx.xx.1999cu il tarixli sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin dəqiqləşdirilməsi barədə Cavabdehnə ünvanlanmış 5-19/1-Q-52- 091/2023 saylı, xx.xx.2023-cü il tarixli müraciətinizə baxılmışdır. Qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, sözügedən Sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh başçısının xx.xx.1999-cı il tarixli, 1196 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsi sahəsinin yerləşmə cizgisinin tərtib edilərək verilməsini mübahisələndirir. Halbuki, hazırkı iş materiallarından müəyyən olunur ki, Cavabdeh Başçısının 1196 nömrəli 13 avqust 1999-cu il tarixli sərəncamı ilə İddiaçı Cəfər qızına ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 197 nömrəli 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, ayrılmış sahə konkret olaraq işarələnmiş, torpaq sahəsinin digər torpaq sahələrindən, yoldan yerləşmə mövqeyi, sahə ölçüləri (en və uzunluq) qeyd edilmiş, cizgi onu tərib edən Səbail RİHBnın müavini, RİH-nin memarı və RİH-nin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən imzalanmaqla icra hakimiyyətinə və qəsəbə nümayəndəliyinə aid möhürlər ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək;(.....). Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. İşin hallarından görünür ki, iddiaçının iddia etdiyi Cavabdeh Başçısının 1196 nömrəli 13 avqust 1999-cu il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı iddiaçının adına tərtib edilmiş yerləşmə sxemində torpaq sahəsinin eni, uzunluğu göstərilməklə ümumi sahəsinin 600 kv.m olduğu, torpaq sahəsinin yol, qonşu torpaq sahələri və digər təyinatlı obyektlərə münasibətdə yerləşmə yeri bilavasitə göstərilmişdir. Beləliklə, hazırkı iş üzrə İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi tələbi ilə çıxış etsə də lakin İddiaçı torpaq sahəsinin ayrılması barədə sərəncam, eləcə də ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi mövcuddur, sərəncam və cizgi qüvvədədir, ləğv edilməmişdir. Torpaq sahəsi sərəncamla ayrılmış və onun tərkib hissəsi olaraq yerləşmə cizgisi tərtib edilmiş, bununla da torpaqayrıma prosesi başa çatmışdır. Belə olan halda aydın olur ki, cavabdehin torpaqayırma prosesi başa çatmış torpaq sahəsinə əlavə olaraq yenidən yerləşmə cizgisinin tərtibinə qanuni əsas və hüquqi zərurət yoxdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının müraciətindən imtinası, hərəkət və ya hərəkətsizliyi ilə hüquq və qanunla qorunan mənafeləri pozduğunu əsaslandırmamışdır. Odur ki, cavabdehə qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün əsas gətirdiyi dəlillər cavabdeh yerli icra hakimiyyəti orqanına qarşı cizginin tərtibi ilə bağlı iddianın qaldırılmasına əsas verən faktiki əsaslar deyil, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın apardığı inzibati icraat zamanı hüququn qeydiyyatından imtina üçün sübut etməsi tələb olunan faktiki şərtlərdir. Belə ki, hazırkı halda iddiaçının çatmaq istədiyi hüquqi nəticə faktiki istifadə etdiyi torpaq sahəsinə yerləşmə cizgisinin tərtibi deyil, məhz İddiaçı ayrılmış torpaq sahəsinə olan cizginin tərtibidirsə, o zaman hazırkı halda sərəncamla ayrılmış torpaq sahəsinə yerləşmə cizgisi mövcud olduğu müəyyən olunduğundan, onun hüquqi marağı İddiaçı ayrılmış torpaq sahəsinə yenidən, yeni bir yerləşmə cizgisini tərtib etməsi ilə deyil, sərəncamla ayrılmış və faktiki istifadədə olan torpaq sahəsinə hüququnun qeydiyyata alınması ilə bağlı reyestr orqanına qarşı qaldıracağı iddia icraatında öz qanuni həllini tapa bilər. Odur ki, hazırkı iddianın qaldırılmasına iddiaçının qanunla qorunan hüquqi marağı da müəyyən olunmur. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5ova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar