Məhkəmə qərarları › İş №2-1(112)-4392/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4392/2025

05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4392/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Əliyev X7, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qarabağ döyüşləri zamanı aldığı xəsarət “Qapalı onurğa beyin travması, onurğa beyinin əzilməsindən sonra mielopatiya əlamətləri ilə təzahür olunan nəticəsi hərəkətin hərəkətin və yerin pozulmaları, davamlı ağır sindromu, nəzərəçarpan astennevrotik sindrom xroniki postravmatik bel-oma radikulitiv, davamlı kokcuk ağrılar, diaqnozu üzrə onun orqanizmin funksiyasının tamamilə pozulması nəzərə alınaraq ona təyin edilmiş 2-ci dərəcəli əlilliyin bərpa edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Niami rayon RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmışdır və erməni qəsbkarlarının torpaqlarından çıxarılması uğrunda döyüşlərdə iştirak etmiş və xx.xx.1994-cü ildə hərbi döyüşlərdə yaralanmış və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Həbi Hospitalında müayinə və müalicə almışdır. O zaman onun aldığı xəsarətə görə -diaqnoz : Qapalı onurğa-beyin travması, onurğa beynin əzilməsi mielopatiay əlamətləri ilə təzahür olunan nəticəsi. Xroniki posnravmatik bel-oma radikultitin kəskinləşməsi" Bu fakt Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəh. Suraxanı rayon idarəsininin xx.xx.2017-X12 28 saylı . xx.xx.2017-X12 1068 saylı göndərişləri , xx.xx.2017-X12 203 nömrəli arayış, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.1994-cü il tarixli çıxarışlar , Ağdam rayon məhkəməsinin xx.xx.2017-X12 2(13)-2148 nömrəli Qətnaməsi, MN MHHK-ninhəkim mütəxəssisinin rəyi ilə təsdiq edilir. Hərbi Travmadır , Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır. Əsas : Mn Mhhknin 893 Saylı xx.xx.2017-X12 Protokolu . O, hər il bir neçə dəfə müvafiq xəstəxanalarda uzun müddət müalicə almağına baxmayaraq, döyüş zonasında aldığım xəsartlər onun normal fəaliyyət göstərməyinə imkan verməmişdir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi -Sosial Ekspert Komissiayasının Rəyi ilə xx.xx.2017-ci ildə ona 2-ci dərəcəli Əlillik təyin edilmişdir. O zaman ona əlillik təyin edilməsi üçün diaqnoz : “ Qapalı onurğa beyin travması, onurğa beyinin əzilməsindən sonrakı mielopatiya əlamətləri ilə təzahür olunan nəticəsi Hərəkətin və yeriin pozulmaları, davamlı ağır sindromu , nəzərəçarpan astennevrotik sindrom xroniki postravmatik bel-oma radikulitiv , davamlı kokcuk ağrılar ”. O zaman mənə təyin edilmiş 2-ci dərəcəli əlillik üzrə mənə pensiya təyin edilmiş və mənim həkim müayinəsi xx.xx.2022-ci ilə təin edilmişdir. Lakin, növbəti dəfə həkim müayinəsinə getdikdə təyin edilmiş 2-ci dərəcəli əlillik dayandırılmış və təyin edilmiş pensiya kəsilmişdir. Əsas onu qeyd edilir ki, o yenidən həkim ekspertiza komissiyasından keçməli və əlavə müalicə almalıydı. O zaman onu xəstəliyin aşkar sürətdə görünməsinə baxmayaraq, həkim komissiyası xəstəliyini nəzərə almamışdır. Ona görə də məcbur olub aşağıdakı müddətlərdə Polkklinika və xəstəxanalarda müalicə almışdır: xx.xx.2023-cü ildən 21,02.2024-cü ilə kimi 26 saylı şəhər polklinikanın göndərişi ilə 26 saylı şəhər polklinikanın göndərişi ilə xx.xx.2024-cü ildə - 2 N:li KPX-da Həkim Psixiatr Komissiyasında müayinə olunmuş. Qərara -diaqnoz: baş beyinin üzvi xəstəliyi, şəxsiyyət dəyişikliyi kobud davranış pozuntusu, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi 26 saylı şəhər polklinikanın göndərişi ilə, xx.xx.2023-cü ildə Rezonans Klinika -MRT Müayinəsi - “ Aşağı döş və bel -oma ”. -Müayinə sahəsinə düşən : döş və bel fəqərəarası disklərin intensivliyi degenerativ dəyişiklik nəticəsində T2 rejimində zəifləmişdir , döş və bel fəqərə cismləri səthində subxondral sklerotik dəyişikliklər qeyd edilir, Th 10 , Thl2, L3, L4, L5, Sİ fəqərə cismlərində hemangiomalar qeyd edilir , -Th 10,Th 11, ТМ1-ТЫ2 səviyyələrdə bilateral sarı bağın və arxa boylama bağının qahnlaşması, -fəqərələrarası diskdə arxa median geniş əsaslı protriuziya (3 mm), bu səviyyədə arxa boylama bağın və bialteral sarı bağın qahnlaşması, spinal kanalın daralması, dural kisənin və hər iki sinir kokucuyünün sıxılması aşkar olunur (steoz), fəqərələrarası diskdə arxa sağ paramedian ,dural kisəni və sağ sinir köküçüyünün sıxan protriuziya (2 mm) bu səviyyədə arxa boylama bağın və bilateal sarı bağın qalınlaşması, spinal kanalın sirkulyar daralması, dural kisənin və hər iki sinir köküçüyünün sıxılması aşkar olunur (stenoz) .Bununla yanaşı bu səviyyədə stabilliyin pozulması, L5 fəqərə cismin minimal retrospondilistezi təyin olunur. Müayinə sahəsinə daxil olan sol bud sümüyünün başında lateralda subkortikal millimetrlik xronik degenraiv qeyd edilir. xx.xx.2024-cü ildə Rezonans Klinika -MRT Müayinəsi - diaqnoz : - Sol maxıllar sinusunda kobud mikozial qahnlaşması qeyd olunur, -Kortikal sulkus və giruslararm dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya ), -Beyinin hər iki yarınkürəsində təpə paylarında subkortikal ,periventrikulyar sahələrdə bir neçə ədəd millimetrlik gliotik ocaqlar aşkar olunur, -Sol təpə payda subkortikal 8 mm ölçüsündə ətrafında gliotik dəyişikliyi olan postişemik malyasiya sahəsi qeyd olunur, -Supratentoryal mədəcik sistemində minumum atrofiya bağlı genişlənmə qeyd olunur. xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi 26 saylı şəhər polklinikanın göndərişi ilə 26 saylı şəhər Polklinikasının göndərişi ilə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ildə - 2 N:li KPX-da , diaqnoz: baş beyinin xəstəliyi, İddiaçı xəstəliyinin diaqnozunu müəyyən edilməsi üçün AR SN “’’Psixi Sağlamlıq Mərkəzi “ Publik hüquqi Şəxsə müraciət etmiş və Mərkəzin direktoru pr. Fuad İsmayılov imzası ilə xx.xx.2024-cü il yarixli Bildirişində göstərilmişdir ki , “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-28/3-1-1118/2023 saylı Əmrinə əsasən “Vətən müharibəsində iştirak etmiş şəxslərin psixi vəziyyətinin müayinəsinin təşkili ” Respublika Psixiatiya Xəstəxanasında Həkim -Psoxiatr Komissiyasının iştirakı ilə aparılacaq. Diaqnozun dəyişdirilməsi və ya Rəy verilməsi üçün Respublika Psixiatiya Xəstəxanasına müvafiq X6 müraciət etməlisiniz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixitariya XəstaxanasT X11 Həki Psixiatr Komissiyasında müayinə olmuş və xx.xx.2024-cü il tarixli 4280 №li Rəyində qeyd edilmişdir ki, "Diaqnoz : Başbeyin üzvi xəstəliyi (1 -ci Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi . kobud davranış pozuntuları , koqnitiv funksiyasıyaların enməsi F070.0 ” . Hazırda , bütün müalicə müəssisələri , xəstaxanalarında mənim xəstəliyi təsdiq olunduğu və mənə qoyulmuş diaqnozu təsdiq edildiyi halda , hansı əsasla görə -mənə təyin edilmiş 2-ci dərəcəli əlilliyin dyandırılması əsasızdır. Əgər xəstəliyinin mövcud olması faktları müayinə edən professorlar tərəfindən təsdiq edildiyi halda, cavabdehin 2-ci dərəcəli əlillik təyin etməməsini qanusuzdur. İddiaçı tərəf xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəisi Anar Mehdiyevin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-15687/2024 nömrəli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəisi Anar Mehdiyev əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş, cavabdehdən inzibati icraat materiallarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0050003AAEJ9 nömrəli xx.xx.2022-X12 göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********6). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-X12 854 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı onurğabeyin travmasının, onurğa beynin əzilməsi mielopatiya əlamətləri ilə təzahür olunan nəticəsi. Xroniki posttravmatik bel-oma radikulitin kəskinləşməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERAda əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belindəki, hər iki aşağı ətrafa, daha çox sol aşağı ətrafa irradiasiya edən ağrılardan şikayətlənmiş, aşağı ətraflarda hərəkətlər sərbəst, əzələ gücü ~4,0-4,5 bal, tonusu normal, əzələ həcmi simmetrik, diz refleksləri canlı D=S, Axil refleksi sol tərəfdə enik, radikulopatiya əlıamətləri qeyd olunmuşduralınmış, hərəkətlər tam həcmdə olmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda hərəkət məhdudluğundan, sol aşağı ətraf barmaqlarında keyləşmədən, başında səs olmasından, yuxusuzluqdan, tərləmələrdən şikayətlənmişdir. Anamnestik məlumatlarında gecələr qorxuları olduğunu, təxminən 10 ildir yüksək arterial təzyiq və şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, travma aldığı üçün 2 il yerimə məhdudiyyəti olduğunu söyləmişdir. Medikamentoz preparatlardan gün ərzində 2 dəfə “Amaryl” və adlarını xatırlamadığı digərlərini qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ aşağı ətraf barmaqlarının yod məhlulu ilə boyanmış və tənziflə sarınmış olması, İV-V barmaqların arasında isə sürtünmə müşahidə edilmişdir. Bel nahiyəsində, onurğadan 2-3 sm solda təxminən 2 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hər iki ayaqarxasında nəbz əllənməmiş, hər iki topuq nahiyəsində nəbz hiss edilmişdir. Müayinə zamanı arterial təzyiqi 200/100 mm cv st müəyyənləşdirilmişdir. Nevroloji status: Refleksləri bir qədər enmiş D=S, əzələ gücü 4-4,5 bal dəyərləndirilmiş, əzələ tonusu normal olmuş, Romberq vəziyyətində yüngül səndələmiş, burun-barmaq sınağını düzgün icra etmiş, sağ pəncədə sallanma izlənilməmişdir. Psixi status: Hərbi qərarda kəllə-beyin travması haqqında məlumat qeyd olunmamış, verilən sualları anlamış və düzgün cavablandırmış, psixi xəstəlik əlamətləri aşkarlanmamışdır. 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli 1/4996 nömrəli Həkim psixiatr komissiyasının rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X2 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 2145/24 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi. MMSE-24” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 4246 nömrəli Həkim psixiatr komissiyasının rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmişdir. Rezonans Klinikasının xx.xx.2024-cü il tarixli MRT müayinəsinin nəticəsi “Sol maxillar sinusda kobud mukozal qalınlaşma qeyd olunur. Kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya). Beynin hər iki yarımkürəsində təpə paylarda subkortikal, periventrikulyar sahələrdə bir neçə ədəd millimetrik gliotik ocaqlar aşkar olunur. Sol təpə payda subkortikal 8 mm ölçüsündə ətrafında gliotik dəyişikliyi olan postişemik malyasiya sahəsi qeyd olunur. Supratentoryal mədəcik sistemində minimal atrofiyaya bağlı genişlənmə qeyd olunur” kimi qeyd olunmuşdur. 2 nömrəli X2 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 4557/24 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X2 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 7232/24 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=55%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları. Digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli doppler EXO-KQ-də min TÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Sağ dorsalis pedis- bifazik, sol dorsalis pedis- bifazik. Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək heç pir şəxsiyyət dəyişikliyi əlamətləri və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022- X12 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ar NK-in Əlilliyin qiymətləndirilməsi qaydaları haqqında 16 yanvar 2020-X12 qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Əyani müayinə ilə bağlı qərarda da qeyd edildiyi kimi, Əsasnamə ilə müəyyən olunan ağırlaşmalar və digət simptomların əlillik səviyyəsində olduğunu təstiq edən heç bir insturmental müayinə nəticələri mövcud deyildir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- X12 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi- sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi(vəkili) Əliyev X10 xx.xx.2025-X12 məhkəmə iclasında iddia tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək İddiaçı xx.xx.2024-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X11in Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4280 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3- 1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə F07.0 -İddiaçı xx.xx.2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasının müayinəsinə dair məlumatda göstərilmişdir ki, Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu meyarları əsasında qiymətləndirilməsi barədə məlumat-ikinci dərəcəli əlillik; Forma 88 nömrəsi- 4083003AACAH; Qiymətləndirmə tarixi-xx.xx.2017; Diaqnoz- Qapalı onurğa-beyin travması, onurğa beyninin əzilməsindən sonrakı mielopatiya əlamətləri ilə təzahür olunan nəticəsi. Hərəkətin və yeriyişin pozulmaları, davamlı ağrı sindromu, nəzərəçarpan astenonevrotik sindrom, xroniki posttravmatik bel-oma radikuliti, davamlı kökcük ağrılarla; Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti- xx.xx.2022; Əlillik səbəbi- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. -İddiaçı xx.xx.2022-X12 qiymətləndirmə məlumatlarına əsasən, Müayinə tarixi: xx.xx.2022, Akt nömrəsi: xxxxxxx0004,Müvafiq əmək qabiliyyətinin itirilməsi: Xeyr, Müayinədən əvvəl qrup: İkinci dərəcəli əlillik, Əmək qabiliyyətinin itirilməsi (%-lə): 0, Qeyd: **********6. X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T91 – Boyun. Diaqnozun mətni: Onurğa beyni travmasının nəticələri. Keçirilmiş qapalı onurğa beyin travması, onurğa beyninin zədələnməsi nəticəsi. Posttravmatik mielopatiya. (xx.xx.1994), Şmorle düyünləri (yırtıqları), L4-L5, L5-S1 fəqərələrarası disk protruziyası (3,5 mm). Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlıqması əlilliyin təyininə əsas vermir. -İddiaçı xx.xx.2024-cü il tarixli qiymətləndirmə məlumatlarına əsasən, Müayinə tarixi: xx.xx.2024, Akt nömrəsi: xxxxxxx0005,Müvafiq əmək qabiliyyətinin itirilməsi: Xeyr. Diaqnozun mətni: Baş-beynin üzvi xəstəliyi (OİM) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, kognitiv funksiyaların enməsi ilə. Başın əzilməsi. Boynun və gövdənin travmalarının nəticəsi. Fəqərəarası diskin digər dağılqısıdırılmış degenerasiyası. Digər spondilopatiyalar. Kəskin ağrı. Alın və ya pəncənin sallanması (qazanılmış). Yerış və hərəkət pozuntuları. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1844 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-X12 854 nömrəli qərarında göstərilmişdir, Bakı şəhəri, Nizami RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı onurğa-beyin travmasının, onurğa beyin əməliyyəsi mielopatiya əlamətləri ilə təzahür edən nəticəsi. Xroniki posttravmatik onurğa-beyin radikulitinin kəskinləşməsi” (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Hərbi Tibb İdarəsinin xx.xx.2017-X12 1068 nömrəli göndərişi, xx.xx.2017-X12 208 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Ağdam rayon məhkəməsinin xx.xx.2017-X12 2148 nömrəli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir, “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-X12 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndidir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon İdarəsinin xx.xx.2017-X12 203 nömrəli arayışında göstərilmişdir ki, 1961-ci il təvəllüdlü etiyyatda olan kiçik çavuş İddiaçı 03.1993 tarixdən xx.xx.1994-cü iltarixədək N saylı hərbi hissənin tərkibində xidmət keçmişdir. -Ağdam rayon Məhkəməsinin xx.xx.2017-X12 2(13)-2148/2017 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilmiş, İddiaçı 1993-cü ilin mart ayından 17 iyun 1994-cü il tarixiyədək N saylı hərbi hissənin tərkibində xidmətdə olarkən, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, 1994-cü ilin aprel ayında Ağdam rayonu istiqamətində gedən döyüş zamanı düşmən mərmisinin partlaması nəticəsində bədənin bel nahiyəsindən qapalı travma, baş beyin yaralanması (kuntuziya/kəllə beyin travması) alması faktı təsdiq olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3-17-4/2-32741/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının **********6 qərarına əsasən,Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 30 nəfər vətəndaşın əlilliyinin müəyyənləşdirilməsi barədə verilmiş qərarlarından şikayətlərinə əsasən əlavə müayinəsini həyata keçirmiş və aşağıdakılarnı müəyyən etmişdir: 14 Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlilliyinin qiymətləndirilməsindən ötrü tibbi müəssisəsindən yeni göndərişi rəsmiləşdirilmədiyi, orqan tərəfindən vəsiqə üçün göndəriş olmadığı üçün tibbi-sosial ekspert komissiyasına təkrar müayinəyə göndərilməsi Agentlik tərəfindən qəbul edilməmişdir. (ünikal kod). Vətəndaşın müvafiq arayışla əlavə müayinədən aparılması zərurəti barədə Agentliyin müraciəti əsasında Kazımov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Tibb Komissiyası tərəfindən xx.xx.2017-X12 854 nömrəli qərarı verilmişdir. Həmin qərarda “Qapalı onurğa beyin travması, onurğa beyninin zədələnməsindən sonra mielopatiya əlamətləri ilə təzahür olunan nəticə. Xroniki posttravmatik bel-oma radikulitin kəskinləşməsi (xx.xx.1994)” diaqnozu travmanın səbəbi olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müayinə nəticələri göstərilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin qiymətləndirilməsi zamanı bəlli oldu ki, hər iki aşağı ətrafda sərbəst, əzələ gücü ətrafla irradiasiya edən ağrılarla müşahidə olunur, sağ axil refleksləri canlı D+S, Axil refleksləri solda ~0,4-0,5 bal, tonusu normal, sol diz refleksləri canlıdır. Tədqim olunmuş, Rezonans Klinikası tərəfindən xx.xx.2022-X12 MRT müayinəsinin nəticəsi “L4-5 fəqərələrarası diskdə arxa median sağa meyilli geniş protruziya (3 mm), spinal kanalın sirkulyar daralması, dural kisənin və iki sinir kökcüyünün sıxılması (stenoz). L5-S1 fəqərələrarası diskdə arxa median sağa meyilli geniş əsaslı protruziya (3.5 mm), spinal kanalın sirkulyar daralması, dural kisənin və iki sinir kökcüyünün sıxılması (stenoz)” diaqnozunu göstərmişdir. Yanaşı olaraq şəkərli diabet, ətraflarda duyğu çatışmazlığı bildirmiş, aşağı ətraflarda tüklər seyrəmiş, periferik nəbz kafi dolğunluqda qeyd olunmuşdur. Hazırkı əlillik təyinatına əsas verən hərəkət məhdudluğu müayənə edilməmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X9 İdarəetmə Birliyi” (TƏBİB) nəzdindəki Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2022-X12 Çıxarışda göstərilən obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-X12 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlillik və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-7186/2024 nömrəli Qərarında göstərilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 20 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 7. Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0050003AAEJ9 nömrəli xx.xx.2022-X12 göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********6). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-X12 854 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Qapalı onurğa-beyin travmasının, onurğa beynin əzilməsi mielopatiya əlamətləri ilə təzahür olunan nəticəsi. Xroniki posttravmatik bel-oma radikulitin kəskinləşməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belindəki, hər iki aşağı ətrafa, daha çox sol aşağı ətrafa irradiasiya edən ağrılardan şikayətlənmiş, aşağı ətraflarda hərəkətlər sərbəst, əzələ gücü ~4,0-4,5 bal, tonusu normal, əzələ həcmi simmetrik, diz refleksləri canlı D=S, Axil refleksi sol tərəfdə enik, radikulopatiya əlıamətləri qeyd olunmuşduralınmış, hərəkətlər tam həcmdə olmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda hərəkət məhdudluğundan, sol aşağı ətraf barmaqlarında keyləşmədən, başında səs olmasından, yuxusuzluqdan, tərləmələrdən şikayətlənmişdir. Anamnestik məlumatlarında gecələr qorxuları olduğunu, təxminən 10 ildir yüksək arterial təzyiq və şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, travma aldığı üçün 2 il yerimə məhdudiyyəti olduğunu söyləmişdir. Medikamentoz preparatlardan gün ərzində 2 dəfə “Amaryf’ və adlarını xatırlamadığı digərlərini qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ aşağı ətraf barmaqlarının yod məhlulu ilə boyanmış və tənziflə sarınmış olması, İV-V barmaqların arasında isə sürtünmə müşahidə edilmişdir. Bel nahiyəsində, onurğadan 2-3 sm solda təxminən 2 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hər iki ayaqarxasında nəbz əllənməmiş, hər iki topuq nahiyəsində nəbz hiss edilmişdir. Müayinə zamanı arterial təzyiqi 200/100 mm cv st müəyyənləşdirilmişdir. Nevroloji status: Refleksləri bir qədər enmiş D=S, əzələ gücü 4- 4,5 bal dəyərləndirilmiş, əzələ tonusu normal olmuş, Romberq vəziyyətində yüngül səndələmiş, burun-barmaq sınağını düzgün icra etmiş, sağ pəncədə sallanma izlənilməmişdir. Psixi status: Hərbi qərarda kəllə-beyin travması haqqında məlumat qeyd olunmamış, verilən sualları anlamış və düzgün cavablandırmış, psixi xəstəlik əlamətləri aşkarlanmamışdır. 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli 1/4996 nömrəli Həkim psixiatr komissiyasının rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi’ kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X2 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 2145/24 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi. MMSE-24’’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 4246 nömrəli Həkim psixiatr komissiyasının rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmişdir. Rezonans Klinikasının xx.xx.2024-cü il tarixli MRT müayinəsinin nəticəsi “Sol maxillar sinusda kobud mukozal qalınlaşma qeyd olunur. Kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya). Beynin hər iki yarımkürəsində təpə paylarda subkortikal, periventrikulyar sahələrdə bir neçə ədəd millimetrik gliotik ocaqlar aşkar olunur. Sol təpə payda subkortikal 8 mm ölçüsündə ətrafında gliotik dəyişikliyi olan postişemik malyasiya sahəsi qeyd olunur. Supratentoryal mədəcik sistemində minimal atrofiyaya bağlı genişlənmə qeyd olunur' kimi qeyd olunmuşdur. 2 nömrəli X2 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 4557/24 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi’ kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X2 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 7232/24 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=55%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları. Digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli doppler EXO-KQ-də min TÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Sağ dorsalis pedis- bifazik, sol dorsalis pedis- bifazik. Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək heç pir şəxsiyyət dəyişikliyi əlamətləri və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022- X12 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-X12 2-1(112)-4392/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: xx.xx.1961-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla: 1. F00189140FEF nömrəli, xx.xx.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? 2. İddiaçı hazırda göndərişdə qeyd edilməyən hər hansı başqa əqli (psixi) xəstəlik və qüsurlar aşkar olunurmu? 3. F00189140FEF nömrəli, xx.xx.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar öz təsdiqini tapdığı halda, həmin diqanoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə Meyarların hansı bəndinə aiddir? 4. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin səlahiyyətinə (sərəncamına) buraxılsın. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” xx.xx.2025-X12 412 saylı rəyində göstərilmişdir ki,1-ci sual: F00189140FEF nömrəli, xx.xx.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. F00189140FEF nömrəli, xx.xx.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. 2-ci sual: İddiaçı hazırda göndərişdə qeyd edilməyən hər hansı başqa əqli (psixi) xəstəlik və qüsurlar aşkar olunurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. 3-cü sual: F00189140FEF nömrəli, xx.xx.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar öz təsdiqini tapdığı halda, həmin diqanoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə Meyarların hansı bəndinə aiddir? Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə- psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-X12 Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-X12 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, işin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarilxi F00189140FEF nömrəli Bakı 2 nömrəli X2 tibbi göndərişi əsasında xx.xx.2024-cü il tarixdə yoxlanılmış, baş beynin üzvi xəstəliyi (İ QM) nəticəsində şəxsiyyət dəyişkliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə. Başın əzilməsi. Boynun və gövdənin travmalarının nəticəsi. Fəqarəarası diskin digər ağırlaşdırılmış degenerasiyası. Digər spondilopatiyalar. Kəskin ağrı. Əlin və ya pəncənin sallanması (qazanılmış). Yeriyiş və hərəkət pozuntuları diaqnozu əlillik əlaməti təyin etmir qərarı verilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə komissiyada əyani müayinədə olmuş və əyani müayinənin nəticəsində iddiaçıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-X12 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı qeyd edilən imtinanı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən keçirilmiş iddiaçının əyani müayinə olunması ilə bağlı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, gəldiyi nərticələri hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir. Halbuki məhkəmə icraatı gedişində sonuncu dəfə əldə edilmiş ixtisaslaşmış-psixiatrik ekspertizanın rəyinə əsasən iddiaçıda müşahidə olunan X1nda kodu üzvi (travma mənşəli şəxsiyyət pozuntusu -F07.0-dir. İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli F00189140FEF nömrəli Forma 88də əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğun olduğu müəyyən olunmuşdur. İddiaçıda müəyyən olunan xəstəlik anamnestik məlumatlar kəllə-beyin travması alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “X5”da “Baş beyinin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları. Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, ekspertiza zamanı aşkar olunan təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s. kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: -əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) -məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2024-cü il tarixli F00189140FEF nömrəli Forma 88-dəki xəstəliklərlə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya sonuncu əyani müayinənin aparıldığı xx.xx.2024-cü il tarixdən əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixindən əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar