Məhkəmə qərarları › İş №2-1(112)-4394/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4394/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4394/2020 11.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X9, cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X2rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi» barədə tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) X2rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur. O, güzəştli şərtlərlə pensiyasının təyin olunması ilə əlaqədar DSMF X14 İdarəsinə müraciət etmiş və qanunvericiliyə əsasən onun sığorta iş stajı və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışmağı ilə əlaqədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. DSMF X18 İdarəsi xx xxxx 2020-cu il tarixli məktubu ilə məsələnin həllindən imtina etmişdir. İmtina qanunsuz və əsassızdır. DSMF X18 İdarəsinin həmin məktubunda qeyd olunur ki, təqdim edilən sənədlərə əsasən x xxxxxx 2006-cı il tarixədək onun (iddiaçının) ümümi iş stajı 25 ildən az təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi mümkün deyil. DSMF X18 İdarəsinə ümümi iş stajını və zərərli işdə iş stajını təsdiq edən sənədlər təqdim edilmişdir. Belə ki, onun işlədiyi X12 Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının 36 nömrəli xx xxxxxxx 2019-cu il tarixli arayışında onun tutuduğu vəzifələr, çalışdığı peşə və gün göstərilən tarixlərdən onun ümümi və zərərli işdə çalışdığı iş stajı göstərilib. Həmin arayışda qeyd olunub ki, onun (iddiaçının) x xxxxxx 2006-cı il tarixədək 22 il, 6 ay 16 gün ümümi iş stajım vardır, əlavə olaraq iş stajı kimi hesablanan 2 il 1 ay 11 gün hərbi xidmətdə olmuşdur və 10 ay 15 gün işlədiyi peşə üzrə təhsil almiş, ümümilikdə 25 il 6 ay 12 gün ümümi iş stajı vardır. Həmin arayışa və əmək kitabçasına əsasən x xxxxxx 2006-cı il tarixədək onun AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərar ilə təsdiq edilmiş 1 nömrəli siyahıda qeyd olunan “XXİİİ. Ümumi peşələr” bölməsində "12100000 – 19905” və “12100000 – 19906” nömrəli (kodla) peşələrə uyğun olaraq ağır və zərərli işdə işlədiyinə görə “elektrik qaynaqçı” kimi onun 21 il, 10 ay, 1 gün iş stajı vardır. Yuxarıda qeyd olunan sənədlər DSMF X18 İdarəsinə təqdim olunsa da, öz imtina məktubunda əsassız olaraq «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad edilərək və AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarının 2 nömrəli siyahısı əsas tutularaq qeyd olunur ki, onun (iddiaçının) x xxxxxx 2006-cı tarixədək 25 il ümümi iş stajı yoxdur. Görünür ki, DSMF X18 İdarəsinin əmədaşları ümumiyyətlə onun sənədlərinə baxmayıblar. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Bundan əlavə olaraq, AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» qərarında onun çalışdığı vəzifə 1 nömrəli siyahıda “XXİİİ. Ümumi peşələr” bəndində “12100000 – 19905” və “12100000 – 19906” nömrə ilə qeyd olunmuşdur və çalışdığı peşə vəzifəsinə uyğun olaraq 50 yaşına çatdığı halda azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışdığına görə pensiya təyin olunmalıdır. Onun 25 il 6 ay 12 gün ümümi iş stajı vardır, ondan 21 il, 10 ay, 1 gün“elektrik qaynaqçı” olaraq çalışmışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR qanunun 9.8-ci maddəsinə, İPM-in 1.2, 12-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 8, 9, 14-cü maddələrinə, «Dövlət rüsümü haqqında» AR Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, ona (iddiaçıya) 50 yaşdan, yəni xx xxxxxx 2011-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənədək yığılan pensiya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiasına etiraz olunur, iddiaçınınm dəlilləri əsassızdır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun idduaçıya şamil olunması üçün onun x xxxxxx 2006-cı il tarixədək (yəni, «Əmək pensiyaları haqqında» AR Qanunu qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə, aşağıdakı 3 şərtə riayət olunmaqla yaranır: 1 - iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması: 2 - iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştii) sahib olması, 3 - iddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər 52 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “X12 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli 36 nömrəli arayışa əsasən iddiaçının işləmiş olduğu peşələr AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarının 35-ci bölməsində (“Ümumi peşələr”) nəzərdə tutulmuşdur. Bu isə, daha əvvələr qüvvədə olmuş AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarının eyni adlı 33-cü bölməsinə (“Ümumi peşələr”) bölməsinə uyğun gəlir. Qeyd edilən bölmədə göstərilən peşələr həmin Qərarın 2-ci siyahısına aid olduğundan «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinin tələblərinə uyğun gəlir. İddiaçının güzəştli staj illəri 10 ildən azdır. Belə olan halda, ona münasiəətdə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu tətbiq edilə bilməz. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır Bu mənada, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Orta aylıq əmək haqqı əsas götürülməklə pensiya hesablanması ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi kimi pensiya hüququ yaranarkən «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu qüvvədə olmamışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçıya pensiya təyin edilərkən «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun tətbiqi nəzərdə tutulmur. Həmin maddə yalnız iki şərtə sığorta hadisəsinə münasibətdə tələblərin «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu əsasında müəyyənləşdirilə biləcəyini ehtiva edir. Bunlar уaş və staj şərtləridir (52 yaş, 20 il ümumi və 10 il güzəştli staj). İddiaçı isə, qüvvədən düşmüş qanuna istinad edərək ona pensiya təyin edərkən onun orta aylıq əmək haqqı əsas götürülməli olmasını iddia edir. Halbuki «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi heç də bütün məsələlərdə, o cümlədən iddia edilən məsələdə əvvəlki qanunun tətbiq edilməli olması kimi bir müddəam ehtiva etmir. Əks halda, həmin Qanunun qəbuluna böyük ölçüdə ehtiyac olmazdı. Diqqət yetirilməlidir ki, həmin Qanunda pensiyaların, orta aylıq əmək haqqı əsas götürülməklə hesablanması barədə norma x xxxxxx 2010-cu ilədək qüvvədə olmuşdur. Lakin sözügedən Qanuna edilmiş müvafiq dəyişikliklə həmin norma çıxarılmışdır. İddiaçının iddia etdiyi kimi pensiya hüququ xx xxxxxx 2011-cı ildə, yəni müvafiq normanın «Əmək pensiyaları haqqında» AR Qanunundan çıxarılmasından sonra yaranmışdır. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək ilkin iddiasındakı “50 yaşdan əmək pensiyasının təyin edilməsi” ifadəsinin “50 yaş yarımdan əməkl pensiyasının təyin edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bundan sonra iddiaçı məhkəməyə yenidən iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddianın «iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qismən, yəni «iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin müraciət olunduğu vaxtdan son üç illik dövr üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul etmiş, iddianın dəyişdirilməsinin qalan hissədə qəbulundan imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “Dövlət X4”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Həmin Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X13 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsinə 23200000 – 19906 kodu ilə müəyyən edilən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi daxil edilmişdir. İş materiallarında olan “X15 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 36 nömrəli arayışında aşağıdakıllar bildirilmişdir: - İddiaçı (xx xxxxxx 1961-ci il təvəllüdlü) həqiqətən hal-hazırda “X12 Limited” Şirkətinin Təmir-tikinti sexində 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində işləyir. İddiaçı x xxxxxx 2006-cı il tarixinə ümumi əmək stajı 22 il, 06 ay, 16 gündür. AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il 12 saylı Qərarının 35-ci bölməsinə əsasən (Ümumi peşələr) İddiaçı güzəştli şərtlərlə x xxxxxx 2006-cı il tarixinə 21 il, 10 ay, 01 gün iş ştajı vardır. Belə ki, x xxxxxx 1977-ci il tarixli 52k nömrəli əmrlə x xxxxxx 1977-ci i tarixdən x xxxxxxxx 1979-cu il tarixədək X3 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, xx xxxxxx 1979-cu il tarixli 143/k nömrəli əmrlə xx xxxxxx 1979-cu i tarixdən xx xxxxx 1980-ci il tarixədək SMU-2 Aznefttikintidə 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, x xxxx 1982-ci il tarixli 78k nömrəli əmrlə x xxxx 1982-ci i tarixdən x xxxx 1984-cü il tarixədək X11 Müəssisəsində 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, xx xxxx 1984cü il tarixli 24k nömrəli əmrlə xx xxxx 1984-cü il tarixdən x xxxx 1984-cü il tarixədək “Elektromexanika” X6 3-cü dərəcəli qaynaqçı peşəsində işləmişdir, xx xxx 1985-ci il tarixli 34k nömrəli əmrlə xx xxx 1985-ci il tarixdən x xxxx 1986-cı il tarixədək “Elektromexanika” X6 2-ci, 3-cü dərəcəli qaynaqçı peşələrində işləmişdir, x xxxxxx 1986-cı il tarixli 100/k nömrəli əmrlə x xxxxxx 1986-cı il tarixdən x xxxxxx 1987-ci il tarixədək “Hidrosantexmontaj” AQİ-də 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, x xxxxxx 1987-ci il tarixli 1/k nömrəli əmrlə x xxxxxx 1987-ci il tarixdən x xxxxxx 1987-ci il tarixədək “BETQ” TQİ-də 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, x xxxx 1988-ci il tarixli 34-k nömrəli əmrlə x xxxx 1988-ci il tarixdən x xxxxxx 1993-cü il tarixədək “Soyuzneftenerjimontajavtomatika” Qİ-nin Əlibayramlı sahəsində 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində işləmişdir, x xxxxxx 1993-cü il tarixli 46/k nömrəli əmrlə x xxxxxx 1993-cü il tarixdən x xxxxxx 1994-cü il tarixədək “Azərsutikinti” Trestində 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, xx xxx 1995-ci il tarixli 33/k nömrəli əmrlə xx xxx 1995-ci il tarixdən x xxxx 2000-ci il tarixədək “Azərneftenerjimontaj avtomatika” İdarəsinin Əlibayramlı sahəsində 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir, x xxxxx 2002-ci il tarixli 50/k-A nömrəli əmrlə x xxxxx 2002-ci il tarixdən x xxxxxx 2004-cü il tarixədək “Şirvan OYL” BMMM-nin İstehsalatın avtomatlaşdırılması sexində 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində işləmişdir, xx xxx 2005-ci il tarixli 69/k-b nömrəli əmrlə xx xxx 2005-ci il tarixdən x xxxxxxx 2009-cu il tarixədək “Şirvan Oyl” BMMM-nin Tikinti- Təmir sexində 4-cü, 5-ci dərəcəli elektrik-qaz qayn peşəsində işləmişdir, x xxxxxxx 2009cu il tarixədək “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı X16 sexində 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində işləyir. Arayış DSMF X14 İdarəsinə təq; edilmək üçün verilir. Qeyd: Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarının 35-ci böməsi, 128-ci səhifədə “qaz qaynaqçıları”, 131-ci səhifədə əl ilə qaynaq aparan elektrik qaynaqçıları. İş materiallarından görünür ki, İddiaçı adına ИТ-İ ******* nömrəli əmək kitabçası açılmış və sənəddə onun 1977 – 2009-cu illərdə fəaliyyəti ilə bağlı müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1980 – 1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 12179-3 nömrəli attestanın surətindən görünür ki, İddiaçı 1976 – 1977-ci illərdə Əlibayramlı şəhər texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan ARDNŞ Baş ofisinin Mərkəzi Arxivi tərəfindən İddiaçı verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubda (arayışda) aşağıdakılar bildirilmişdir: - SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx xxxxxx 1979-cu ildə (əmr № 143/k, xx.xx.1979-cu il) “Aznefttikinti” Trestinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinin 2-ci sahəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx xxxxx 1980-cı üdə (əmr № 37/k, xx.xx.1980-cı il) Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. x xxxx 1988-ci ildə (əmr № 34-k, xx.xx.1988-ci il) “İttifaqneftenerjiquraşdırmaavtomatika” İBnin Bakı X5-Bayramlı sahəsinə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. AR Nazirlər Kabinetinin x xxxxxxxx 1992-ci il tarixli 481 nömrəli qərarına əsasən “İttifaqneftenerjiquraşdırmaavtomatika” İB-nin Bakı Quraşdırma-Sazlama İdarəsi “Azərneftenerjiquraşdırmaavtomatika” İdarəsi adlandırılmışdır. x xxxxxx 1993-cü ildə (əmr № 100/k, xx.xx.1993-cü il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx xxx 1995-ci ildə (əmr № 33/k, xx.xx.1995-ci il) “Azərneftenerjiquraşdırmaavtomatika” İdarəsinin Əli-Bayramlı sahəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. x xxxx 2000-ci ildə (əmr № 11/k, xx.xx.2000-ci il) Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisarı/ işdən azad olunmuşdur. x xxxxx 2002-ci ildə (əmr № 50/k-A, xx.xx.2002-ci il) “Şirvan-Oyl” BMMM-nin İAS-nə 1 illik müqavilə ilə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. x xxxxxx 2004-cü ildə (əmr № 171/k-e, xx.xx.2004-cü il) Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad olunmuşdur. xx xxx 2005-ci ildə (əmr № 69/k-b, xx.xx.2005-ci il) “Şirvan-Oyl” BMMM-nin TTS-yə 2 ay müddətinə müddətli əmək müqaviləsi ilə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. x xxxxxx 2007-ci ildə (əmr № 240, xx.xx.2007-ci il) 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsim keçirilmişdir. x xxxxxxx 2009-cu ildə (əmr № 280, xx.xx.2009-cü il) Azərbaycan Respublikası ƏM-nin 69-c. maddəsinə uyğun olaraq öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Göründüyü kimi, hazırkı İddiaçı x xxxxxx 2006-cı il tarixədək 12 il 6 aydan çox işlədiyi “elektrik qaynaqçısı” peşəsi AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda 23200000 – 19906 kodu ilə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərin, habelə hərbi bilet və diplomdakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Həmin iş illərinin ümumi sığorta stajına daxil olunmasına əsas verir. Belə olan halda, məhkəmə cavabdehin iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda göstərilən vəzifədə azı 12 il 6 ay iş stajının olmaması mövqeyi ilə razılaşmır. İnzibati orqan imtinasında həmin halı əsas gətirməklə ərizəçinin (iddiaçının) qaldırdığı məsələnin həllindən imtina olunması «İnzibati icraat haqqında» AR Qanununun 15, 19, 24, 58.1-ci maddələrinin tələblərinə ziddir. Belə olan halda, İddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 11 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə bir xüsusatı da vurğulayır ki, iddianın ikinci hissəsində “hazırkı dövrədək yaranmış fərq məbləğinin ödənilməsi” tələb olunur. Bu tələbə münasibətdə məhkəmənin qənaəti belədir ki, İddiaçı əmək pensiyası təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsi üzrə ona münasibətdə «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1, 37.7-ci maddələrinin tələbləri tətbiq olunmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı 57 yaşı tamam olduğu xx xxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X14 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu xx xxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X14 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar