Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4394/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması, ona "Müharibə veteranı" statusunun və bu barədə vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1.12.N1-ci il tarixdən 27.10.N3-cü il tarixədək Azərbaycan Respublikası Milli Ordu sıralarında, N saylı hərbi hissədə Zəngilan rayonu ərazisində hərbi xidmət keçmişdir və Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək erməni işğalçılarına qarşı vuruşmuşdur. “Müharibə veteranı” statusu almaq üçün o dəfələrlə Zəngilan Rayon Hərbi Komissarlığına və Müdafiə Nazirliyinə müraciət etmişdir və hər dəfə müxtəlif bəhanələrlə ona bu statusun verilməsindən imtina etmişlər ki, bu da onun hüquq və azadlıqlarını pozur. N saylı Hərbi hissə komandirinin 01.12.N1-ci il tarixli, 06 nömrəli əmri ilə o şəxsi heyətin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin edilmiş və bölmə komandiri vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin 10.04.N2-ci il tarixli, 162 №-li əmrində döyüş xəttinə göndərilmiş şəxsi heyyətin siyahısında adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin 05.12.N2-ci il tarixli 4 №-li əmrilə o, 01.12.N2-ci il tarixdən tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin 01.03.N3-cii il tarixli 53 №-li əmrilə ona - tağım komandirinin müavini sıravi İddiaçı kiçik çavuş hərbi rütbəsi verilərək tağım komandiri vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin 08.12.N3-ci il tarixli şəxsi heyyətə pul təminatının ödənilməsi cədvəllərində N3-cii ilin sentyabr-noyabr ayları üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Hesab etmişdir ki, onun döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etdiyini, hərbi hissəni özbaşına tərk etməməsini, ona "Müharibə veteranı" adının verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmadığını, onun hərbi biletində hərbi xidmətdən tərxis edilməsi barədə əmrin nömrəsi və tarixinin qeyd edildiyini, həmin əmrin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinə təhvil verilməsinin hərbi hissə komandanlığının vəzifəsi olduğunu nəzərə alaraq ona “Müharibə veteranı” adının verilməsi cavabdehə həvalə edilməlidir. Cavabdeh iddia tələbinə verdiyi etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin 06.01.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilmişdir ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteram” adı verilə bilməz. Araşdırmanın nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 03 sentyabr 2020-ci il tarixli, 9/2-8954 nömrəli arayışına əsasən İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin oktyabr N3-cü il tarixli nizamı hissə üzrə əmrlərində hərbi xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bildirilir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Göstərilənlərə əsasən hesab edilir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı “Müharibə veteranı” statusu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməlliyatları aparan hərbi hissənin tərkibində xidmət etməsi sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı həm də şəxsin döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə da tam sübuta yetirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan zaman qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Yuxarıda göstərilənləri nəzərə alıb iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 09375920 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Zəngilan şəhərində doğulmuşdur. - İddiaçı məxsus H3 ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, İddiaçı 1.12.91-ci ildə hərbi hissəyə daxil olmuş, 27.10.93-cü ildə hərbi hissədən xaric edilmişdir. 01.12.N1-ci il tarixindən 21.10.N3-cü ilədək döyüşlərdə iştirak etməsi barədə qeydiyyat aparılmış, əsas olaraq Azərbaycan Respublikası MN Arxivinin 20.10.N8-ci il 26/2-3267 saylı arayış qeyd edilmişdir. Həmçinin İddiaçı 27.10.N3cü ildə odlu silahlı qəlpə ilə yüngül yaralanması barədə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş ***-**** №-li, 03.09.2020-ci il tarixli arayışdan görünür ki, N №-li hərbi hissə komandirinin 01.12.N1-ci il tarixli, 6 №-li əmr ilə (əsas: səh 5, § 5, sıra 3) sıravi İddiaçı müqavilə bağladığı müddətdən bölmə komandiri vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N.03.N2-ci il tarixli 118 №-li əmrində (əsas: sıra 6, əmrdə atasının adı yazılmamışdır) sərhəd kəndlərinə köməyə getmək üçün yaradılmış növbətçi qrupun tərkibində İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin 10.04.N2-ci il tarixli, 162 №-li əmrində (əsas: § 3, sıra 11, əmrdə atasının adı yazılmamışdır) döyüş xəttinə göndərilmiş şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin 05.12.N2-ci il tarixli, 4 №-li əmrilə (əsas: səh 19, sıra 54) sıravi İddiaçı 01.12.N2-ci il tarixdən tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin 01.03.N3-cü il tarixli, 53 №-li əmrilə (əsas: səh 58, § 6, sıra 3) tağım komandirinin müavini sıravi İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilərək tağım komandiri vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin 08.12.N3-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh N, sıra 39. məlumatda atasının adı yazılmamışdır) 1970-ci il təvəllüdlü, tağım komandirinin müavini çavuş İddiaçı sentyabr N3-cü il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 08.12.N3-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 202, sıra 39, məlumatda atasının adı yazılmamışdır) 1970-ci il təvəllüdlü, tağım komandirinin müavini çavuş İddiaçı oktyabr N3-cü il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 08.12.N3-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 190, sıra 39, məlumatda atasının adı yazılmamışdır) 1970-ci il təvəllüdlü, tağım komandirinin müavini çavuş İddiaçı noyabr N3-cü il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin oktyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış N.11.2020-ci il tarixli 1/H-15663 saylı məktubdan görünür ki, ona “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 27.11.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 03.09.2020-ci il tarixli, 9/2-8954 nömrəli arayışına əsasən dekabr N3-cü il tarixdən sonra hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. N4-cü il tarixdə hərbi xidməti barədə sənəd və arayış sənədlərə əlavə edilərək təkrar təqdim olunarsa komissiyanın iclasında yenidən baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsihə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 16.06.2021-ci il tarixli, 9/2-5070 №-li və N.09.2021-ci il tarixli, 4/2-963 №-li məktublardan görünür ki, N №-li hərbi hissə komandirinin 08.12.N3-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh N, sıra 39, məlumatda atasının adı yazılmamışdır) 1970-ci il təvəllüdlü, tağım komandirinin müavini çavuş İddiaçı sentyabr N3-cü il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 08.12.N3-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 202, sıra 39, məlumatda atasının adı yazılmamışdır) 1970-ci il təvəllüdlü, tağım komandirinin müavini çavuş İddiaçı oktyabr N3-cü il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 08.12.N3-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 190, sıra 39, məlumatda atasının adı yazılmamışdır) 1970-ci il təvəllüdlü, tağım komandirinin müavini çavuş İddiaçı noyabr N3-cü il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən göndərilmiş 20.10.N8-ci il, 26/2-3267 №- li arayışın saxlama müddəti bitdiyi üçün qanuna müvafiq şəkildə məhv edilmişdir. Müdafiə Nazirinin 19.11.N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə yaradılıb, 01.05.N2-ci il tarixli müvafiq əmrinə əsasən ləğv edilib və Müdafiə Nazirinin N.09.N2-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə yaradılıb, 24.12.N3-cü il tarixli müvafiq əmrinə əsasən ləğv edilib. N və N nömrəli hərbi hissələrin dislokasiya yeri, hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrlərinə əsasən Zəngilan (Pirçivan) şəhəri qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən hərbi hissənin dislokasiya yeri 20.05.N3-cü il tarixdən sonra qeyd edilməmişdir. - Həmin məktublara əlavə edilmiş əmrlərin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, N saylı hərbi hissə komandinin 01.12.N1-ci il tarixli, 6№-li əmrinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 9 oktyabr N1-ci il tarixli, 210-Xİİ №-li Qanunu ilə əlaqədar İddiaçı əsgər vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandinin N.03.92-ci il tarixli, 118 №-li əmrinə əsasən İddiaçı sərhəd kəndlərinə köməyə getmək üçün operativ növbətçi qrupunun tərkibində qrup üzvü kimi daxil edilmişdir. N saylı hərbi hissə komandinin 10.04.92-ci il tarixli, 162 №li əmrinə əsasən İddiaçı döyüş xəttinə, Qazançı, Seyidlər Topxana-Qazançı postlarına göndərilmişdir. N saylı hərbi hissə komandirinin 5.12.N2-ci il tarixli, 4 №-li əmrinə əsasən tağım komandirinin müavini İddiaçı taburun şəxsi tərkibinə daxil edilərək əmək haqqı 1.12.N2-ci il tarixdən hesablanmışdır. N saylı hərbi hissə komandirinin 01.03.N3-cü il tarixli, 53 №-li əmrinə əsasən tağım komandirinin müavini - sıravi İddiaçı 2-ci tabor 3-cü bölükdə tağım komandiri vəzifəsinə, “kiçik-s-nt” hərbi rütbəsi verilməklə təyin olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd olunan Əsasnamədə həmçinin göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 01.12.N1-ci ildə N saylı hərbi hissəyə hərbi xidmətə qəbul edilmiş, N nömrəli hərbi hissə Müdafiə Nazirinin 19.11.N1-ci il tarixli müvafiq əmrinə əsasən yaradılıb, 01.05.N2-ci il tarixli müvafiq əmrinə əsasən ləğv edilibdir. İddiaçı 5.12.N2-ci ildə N saylı hərbi hissəyə hərbi xidmətə qəbul edilmişdir. N nömrəli hərbi hissə isə Müdafiə Nazirinin N.09.N2-ci il tarixli müvafiq əmrinə əsasən yaradılıb, 24.12.N3-cü il tarixli müvafiq əmrinə əsasən ləğv edilibdir. İddiaçıya məxsus hərbi biletdə onun 27.10.93-cü ildə N saylı hərbi hissə üzrə xidmətdən çıxması barədə qeydiyyat aparılsa da N №-li hərbi hissə komandirinin oktyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr N7-ci il, 383-İ QR №-li Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. 25 dekabr N1-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı hərbi biletindəki qeydlər nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyindən, eyni zamanda iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sənədlər olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4394/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4394/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver