Məhkəmə qərarları › İş №2-1(112)-4395/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4395/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4395/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 26/32, mənzil 99) cavabdeh – Bakı şəhəri Cavabdehnə (yerləşdiyi yer: Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi) üçüncü şəxs – X1 (yaşayış yeri: Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 26/32, mənzil 99) qarşı «üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilindən X4nın qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o (iddiaçı), Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilini Ali Məhkəmənin qərarı əsasında açıq hərrac vasitəsilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən 100.000 manat məbləğ ödəməklə əldə etmişdir. Bununla əlaqədar ona mülkiyyəti təsdiqləyən sənəd kimi daşınmaz əmlakın dövlət reyestrindən **********1-05101-093032 nömrəli çıxarış verilmişdir. Hələ də qanunsuz keçmiş vərəsə X4 həmin mənzildə qeydiyyatda qalmışdır və öz istəyi ilə həmin mənzildən qeydiyyatan çıxmır. Baxmayaraq ki, Rəna Mirzəquliyeva mənzilin satışından 20.000 manat pul vəsaiti əldə etmiş və onun şəhərin Xətai rayonu ərazisində (Bakı Əyləncə Mərkəzinin yaxınlığında) hündürmərtəbəli yaşayış binasında, eləcə də keçmiş Qarabağ küçəsində bir neçə mənzili var. Rəna Mirzəquliyeva ona məxsus mənzildən qəsdən qeydiyyatdan çıxmır. Rəna Mirzəquliyevanın qeydiyyatda qalması onun (iddiaçının) mənzildən istifadə hüquqlarını məhdudlaşdırır. Bakı şəhəri Cavabdeh xx xxxxx 2020-ci il tarixli məktubunda qeyd olunur ki, məsələ ilə bağlı məhkəməyə müraciət olunması məqəsədə müvafiqdir. Bunlara əsasən hesab olunur ki, Rəna Mirzəquliyeva ona (iddiaçıya) məxsus mənzildən qeydiyyatdan çıxarılmalıdır. 2019-cu ilin noyabr ayında Rəna Mirzəquliyevanın depozit hesabına 20.000 manat pul vəsaiti köçürülsə də, həmin şəxs 6 aydan artıqdır mənzildən qeydiyyatdan çıxmır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsaslanaraq, X4nın ona (iddiaçıya) məxsus mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X4nın məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - Rəna Mirzəquliyeva atasından miras qalmış Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilinin mülkiyyətçisidir və orada qeydiyyatdadır. Onun həmin mənzilə mülkiyyət və histifadə hüquqları mövcuddur. İddiaçı (həmçinin Aygün, Aytən) həmin mülkdən istifadəyə maneələr törətsələr də, hər dəfə məhkəmə qərardadı ilə onun mənzilə köçürülməsi ilə bağlı icra işi təzələnmişdir. Sonuncu dəfə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru mənzilin qapısının açarını dəyişərək qəsdən icraya maneçilik törədən İddiaçı və Aygünə xəbərdarlıq etmiş və məhkəmə qərardadını icra etmişdir. Bundan başqa, İddiaçı və anası onun ailə üzvlərinə qarşı da hörmətsizlik edərək, həmin şəxslərin mənzildən istifadəsinə maneələr yaradır. O, heç bir kompensasiya məbləği ödəmədən Rəna Mirzəquliyevanın ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmuşdur. Onlar yuxarı instansiya məhkəməsində iddiadan imtina etsələr də, sonradan məhkəmələrdə eyni məzmunlu, eyni predmet və eyni əsaslarla iddialar icraata qəbul olunmuşdur. X7 “doğum haqqında şəhadətnamədə qeydlərinm araşdırılmasına dair” iddiasına baxılmasını məhkəmə yolverilməz hesab etmişdir. Təkrarən qeyd olunur ki, o (Rəna Mirzəquliyeva), Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilinin mülkiyyətçisidir, Azərbaycan Respublikası Konstitusiyasına əsasən həmin mənzildən onun istifadə hüququ var. Onun həmin mənzilə mülkiyyət və mənzildən istifadə hüquqlarının xitamı ilə bağlı məhkəmə qərarı qəbul olunmamışdır. Bakı şəhəri Cavabdeh nəyə əsaslanıb onu qeydiyyatdan çıxarmalıdır. İddia ərizəsində sadalanan mənzillərin mövcud olmasına gəldikdə isə, belə mənzilərin mülkiyyətdə olmasına dair heç bir sübut yoxdur. Məhkəmə isə, yalnız faktlara əsaslanmalıdır. Fakt isə, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilinin bir hissəsinin onun (Rəna Mirzəquliyevanın) mülkiyyətində olması və bu əmlakın pnun yeganə mülkiyyəti olmasıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişdir. Bakı şəhəri Cavabdeh məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iddiası üzrə inzibati işin bütün məhkəmə iclaslarının RPİ-nin (QMB-nin) əməkdaşlarının iştirakı olmadan keçirilməsinin təmin olunması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-nin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi əsasında xx xxxxxx 2018-ci il tarixdə icra vərəqəsi verilmişdir. İcra vərəqəsində göstərilmişdir ki, satışdan əldə olunmuş pul mülkiyyətçilər X2, İddiaçı, X3, X5 və X4 arasında onların paylarına (hər birinə 1/5 hissədə) mütənasib sürətdə böldürülsün. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarda aşağıdakılar göstərilmişdir: - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12918/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə satışdan əldə olunmuş pul mülkiyyətçilər X2, İddiaçı, X3, X5 və X4 arasında onların paylarına (hər birinə 1/5 hissədə) mütənasib sürətdə böldürülməlidir. İcra tədbirləri nəticəsində tələb tam icra edilmişdir. İcranın təmin edilməsinə dair “X6” MMC-nin xx xxxxxx 2019-cu il tarixli “Hərracın yekunları üzrə alqı-satqı müqaviləsi”nin surəti, satışdan əldə olunan 100.000 manat pulun tərəflər arasında 1/5 qaydada bölünməsinə dair hər birinə 20.000 manat x xxxxxx 2019-cu il tarixli 32, 33, 34, 35 və xx xxxx 2020-ci il tarixli 26 saylı kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları sənədi əsasında tərəflərin bank hesabına köçürülmüşdür. Bundan əlavə iş üzrə göstəriıən cəmi 200 manat ekspert xərcinin ödənişinə dair x xxxxxx 2019-cu il tarixli (150 manat) və xx xxxx 2020-ci il tarixli 27 saylı icra sənədi (50 manat) iş materiallarına əlavə edilmişdir. Beləliklə, iş üzrə icraat başa çatmışdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrini rəhbər tutaraq, qərara alınmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12918/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinin icraatına xitam verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12918/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxaraq qərar almışdır: - İddiaçı X2nın kassasiya şikayəti qismən təmin edoolsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12918/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsi “ümumi (paylı) mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilinin 82.000 manat satış qiyməti ilə hərraca çıxarılması” hissəsində dəyişdirilərək həmin mənzilin açıq hərracda satış qiyməti 100.000 manat müəyyən edilməklə dəyişdirilsin. X2nın kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəyişdirilməsin. Cavabdeh X4nın kassasiya şikayəti təmin edilməsin. İş materiallarından görünür ki, İddiaçı “X6” MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-12918/2018 saylı icra vərəqəsi və Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli sifariş məktubu əsasında Bakı şəhəri, Xəqani küçəsi, 26/32 saylı evin paylı mülkiyyətdə olan 99 saylı mənzilinin satılması üzrə keçirilmiş hərracda qalib kimi həmin mənzili 100.000 manat pul vəsaiti ödəməklə əldə etməsi barədə həmin tarixdə 130 nömrəli hərrac protokolu tərtib edilmiş və onunla “X6” MMC arasında həmin mənzilə dair “Hərracın yekunları üzrə alqı-satqı müqaviləsi” bağlanmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı məxsus və DƏDRX tərəfindən onun həmin mənzilə mülkiyyət hüquqları x xxxx 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq adına reyestrdən çıxarış verilmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, məhkəmənin icra sənədi əsasında icra qurumunun sifarişi ilə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzili “X6” MMC tərəfindən keçirilən açıq hərracda satışa çıxarılmış və əmlakın payçılarından biri kimi hazırkı İddiaçı keçirilən hərracın qalibi kimi həmin mənzili satın alaraq mülkiyyətə keçirilmişdir. Mənzilin hərracda satışından əldə olunan vəsaitin 20.000 manat hissəsi həmin əmlakın digər payçılarından biri olan hazırkı üçüncü şəxs X4nın depozit hesabına köçürülmüşdür. Sözügedən mənzil hazırda İddiaçı qzıının mülkiyyətindədir. O, X4nın həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı hazırkı cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Üçüncü şəxs hazırda mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsaəsn hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyat alınmaq üçün şəxsin aşağıdakı sənədləri təqdim etməsi nəzərdə tutulur: - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Məcəllənin 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilinin açıq hərracda satışı nəticəsində payçılardan biri kimi hazırkı İddiaçı hərracın qalibi kimi alqı-satqı yolu ilə həmin mənzili əldə etdiyindən, digər payçıların o cümlədən hazırkı üçüncü şəxs X4nın həmin mənzilə mülkiyyət hüququna xitam verilmiş olur. Həmçinin nəzərə alınmalıdır ki, mənzil tam şəkildə İddiaçı mülkiyyəti kimi artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məlum olduğu kimi, hərracda satış yolu ilə əldə edilmiş daşınmaz əmlaka hərracın qalibi kimi alqı-satqı müqaviləsini bağlayan şəxsin mülkiyyət hüquqları yaranır. Həmin şəxsin mülkiyyətçi kimi elə istifadə hüququnun yaranması da həmin andan başlanır. Məhkəmənin qənaətinə görə, üçüncü şəxs X4nın Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilinə mülkiyyət hüquqları hərracda satış zamanı həmin əmlakın satılması ilə itirildiyindən, onun istifadə hüquqları da artıq mövcud olmur. Nəzərə alınmalıdır ki, üçüncü şəxs X4 həmin mənzildə faktiki olaraq da yaşamır. Həmçinin mənzilin satışından onun depozit hesabına müvafiq məbləğdə pul vəsaiti ödənilmiş və mənzil alıcı kimi İddiaçı mülkiyyəti qismində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilindən üçüncü şəxs X4nın qeydiyyatdan çıxarılmasından imtina etməsi qanuni sayılmamalı və bu hərəkət İddiaçı hüquqlarının pozulmasına səbəb olan kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilindən üçüncü şəxs X4nın qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 16.2, 23.1, 58.7, 75, 78–79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilindən üçüncü şəxs X4nın qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar